Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə5/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   2   3   4   5   6   7   8   9   ...   36

Haqverdi, Niyazlı sönməz bir ocaq. 
İsmixan şerindən tutardın soraq 
Üzünə baxsaydı gözü Göyçənin! 
  
Məhərrəm, Müseyib sənətin şahı, 
Bu yerin şeirdi, sazdı pənahı. 
Bu gündən görürəm gələn sabahı, 
Heç sönüb qaralmaz közü Göyçənin! 
  
Əhmədin qələmi Sabirsayağı, 
Musa, Vəfadağlı ilham bulağı. 
Niftəli yandırır daşı- torpağı, 
Məclislər bəzəyir sözü Göyçənin! 
  
Ruha cila verir Alqayıt, Bəhmən, 
Şeriyyət yurdunun övladıyam mən. 
İllər ötüşsə də ay dost, bu gündən 
Yenə ağ olacaq  üzü Göyçənin! 
  
O kimdir tay ola səsdə İmrana! 
Əsəd tapşırıbdır cəngini ona! 
Yunisi bir dindir havanı sana, 
Gör sənə nə deyir sazı Göyçənin! 
  
Yağ kimi əridir Mahmud, Fətullah, 
El sevir ürəkdən Hacını vallah! 


Lovğalıq eyləyib etmirəm günah, 
Nəğmədir yoxuşu, düzü Göyçənin! 
  
Eldar, imzaları gəl az sadala
Qoşmadan, qəzəldən yaz bala-bala. 
Sənət dünyasında yüz sınaq ola 
İnşallah bükülməz dizi Göyçənin.! 
  
1968. 
  
BAĞIŞLAMA 
  
Arzularım tükənməzdir, 
Ürək, mənlə bəd başlama. 
Ay daşlaşmış buz həsrətim, 
Qaynar qanımda qışlama. 
  
Bayraq qaldır haqqa-düzə, 
Könül qırma, könül bəzə. 
Tərlan göydə süzə-süzə, 
Boz sərçəni alqışlama. 
  
Eldar adlı elə səsəm, 
Öz səmamda özüm bəsəm. 
Hər daşına can deməsəm, 
Vətən, məni bağışlama. 


  
13.05.87. 
  
MƏN BURDA QƏRİBƏM, YURD ORDA QƏRİB 
  
Sən burda qəribsən, yurd orda qərib. 
Hüseyn Arif. 
  
Baş əydim bu dürlü Hikmət önündə, 
Sən mənə verdiyin qiymət önündə. 
Qalmışam ay ustad, töhmət önündə 
Mən burda qəribəm, yurd orda qərib... 
  
Ömrün göylərində buludam, çənəm, 
Elə alışmışam inanma sönəm. 
Məni xoşbəxt sayan kimsəm, kimsənəm, 
Mən burda qəribəm, yurd orda qərib... 
  
Ay mənə zülm edən zalım insanlar
Dönüb bir-birinə qənim olanlar. 
Ay məni anlayıb, məni qananlar, 
Mən burda qəribəm, yurd orda qərib... 
  
Yurdun başı üstə dinsiz qoymuşam, 
Döşündə min cığır, min iz qoymuşam. 
Göyçə gölü kimi dəniz qoymuşam, 


Mən burda qəribəm, yurd orda qərib... 
  
Bir vətən harayı, ünü beynimdə, 
Həsrətdən biçilən kəfən əynimdə. 
Qələmim əlimdə, heybəm çiynimdə 
Mən burda qəribəm, yurd orda qərib... 
  
Gətirdi başıma əngəli dövran, 
Məni zarınc etdi gülməli dövran. 
Eşitsin zamana, bu dəli dövran
Mən burda qəribəm, yurd orda qərib... 
  
Ay Tovuz dağları, Gəncə dağları, 
Sinəmdə düşmənin neçə dağları... 
Yadıma düşübdü Göyçə dağları, 
Mən burda qəribəm, yurd orda qərib... 
  
Səs verin səsimə ay əsən yellər, 
Buludlu göylərin gözündə sellər. 
Hanı Ələsgərli, Alılı ellər, 
Mən burda qəribəm, yurd orda qərib... 
  
Taleyi mənim tək dolaşıq durna, 
Sən ey Kərəm durna, ay aşıq durna... 
Mən səndən yazığam ay yazıq durna... 
Mən burda qəribəm, yurd orda qərib... 


  
Ruhlar bir də gəlib yoxlasın məni, 
Çəkib yüz yerimdən oxlasın məni. 
Anama çatdırın ağlasın məni 
Mən burda qəribəm, yurd orda qərib... 
  
Hər yuva Eldara yurd olmaz allah, 
Qürbətdə şadlanan mərd olmaz allah. 
Mənim dərdim kimi dərd olmaz allah
Mən burda qəribəm, yurd orda qərib... 
  
7.09.95. 
  
YANDIRAR MƏNİ 
  
Yad daşı toxama Vətən daşına, 
Bir çaxmaq çınqısı yandırar məni! 
Torpaq parça deyil alver eyləmə, 
Vergisi-alqısı yandırar məni! 
  
Soyumdan yazmaqda yada nə var ki… 
Suyu bulandırar qurda nə var ki… 
Mən özüm sağ ikən burda nə var ki… 
Özgənin "qayğısı" yandırar məni! 
  
Tarixdə yüz yara almış bir kəsəm, 


Sözümü yerində deməyə bəsəm. 
Yarama məlhəmi özüm etməsəm 
Yad əlin sarğısı yandırar məni! 
  
Çölümdə tufan var, içimdə kürə, 
Min il də ötüşsə qəniməm şərə. 
Cəllada görə yox, satqına görə 
Babəkin ağrısı yandırar məni! 
  
Mahnını zilə çək, yurddaşım, zilə… 
Şirinlik gör varmı bir dildə belə?! 
Ayıqlıq etməsən yüz il də belə… 
Bu yurdun yanğısı yandırar məni! 
  
1988. 
  
ON İLLİK AYRILIQ 
  
Anam Səkinənin əziz xatirəsinə 
  
On ildir həsrətəm üzünə, ana, 
On ildir gözlərim yolda qalıbdır. 
Talemi tül çəkib gözünə, ana? 
Talemi yolunu uzaq salıbdı? 
On illik ayrılıq, on illik dəhşət, 
On ildir anasız yaşıyıram mən. 


Nə imiş bəxtimə verilən qismət? 
Dərdə dərd culayıb daşıyıram mən. 
Nə ola biləsən nələr çəkmişəm, 
Ərköyün qızların küsməsin deyə… 
Qəmli gözlərimdən sevinc tökmüşəm, 
Kədərdən üyüşüb əsməsin deyə… 
Atam tablamadı, dözmədi sənsiz
Köçünü yanına sürdü bir başa. 
İşıqlı dünyada gəzmədi sənsiz, 
Qaranlıq dünyada yurd saldı qoşa. 
Eşq olsun insanda olan qüdrətə, 
Yaşayar ürəklə, ölər ürəklə! 
Nə deyim ay ana, saf məhəbbətə, 
Ağlayar ürəklə, gülər ürəklə! 
Şəvə saçlarıma səpələnib dən, 
Gəncliyə illərdən borc almamışam. 
On ildə nə qədər alışmışam mən, 
Nə üçün əriyib kül olmamışam. 
Dünyanın işinə nə deyim, ana, 
Sevinci sevincdir, kədəri kədər. 
Ay özü anadır gecə cahana, 
Analar eşqinə açılır səhər. 
Ay ana, Kim bilmir övlad eşqimi
Onu qorumuşam etibarımla! 
Səni itirmişəm bir ana kimi, 
Beş ana tapmışam bacılarımla! 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə