Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə7/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   2   3   4   5   6   7   8   9   10   ...   36

Sən bir səyyah olsan yanar şam kimi 
Zülmətə nur saçan çırağın ollam. 
  
Söz verdim sözümdə qətiyyətliyəm, 
Yıxılsam çaşmaram, dəyanətliyəm. 
Eldaram, andıma sədaqətliyəm 
Yıxılma, yıxılsan dayağın  ollam. 
  
10.12.1978. 
  
MƏN 
  
Məndən can istəsən canımı verrəm, 
Eşqidən yoğrulmuş etibaram mən. 
Yolunda hər dərdə sinəmi gərrəm, 
Tufan güc etməyən bir çinaram  mən! 
  
Məhhəbbət sevdası qaynar qanımda. 
Sədaqət bərq vurub oynar qanımda. 
Elt bir çoşğunluq var ki, canımda 
Ömür yüzə çata ilk baharam mən. 
  
Günlərlə, aylarla xəyala dalan, 
Arzu dünyasında qol-qanad çalan. 
Köksündə bir dünya cevinci olan 
Nəğməli-mahnılı bir diyaram mən. 


  
Gözəllik ruhuma bəxş edib şəfqət, 
Könül aşiqiyəm sizdən nə xəlbət… 
Dosta məhəbbətəm, düşmənə nifrət, 
Təpədən dırnağa düz ilqaram mən! 
  
Ay keçir, gün keçir dəyişir zaman
Həyat qəribədir, sirlidir yaman… 
Başıma tac qoyub sevsə də dövran 
Yenə sən gördüyün o Eldaram  mən! 
  
1975. 
  
MƏNİM OLSUN 
  
Vətən, səndə dürlü keçən, 
İlim, ayım, günüm olsun! 
Hər Qələbən, hər zəfərin 
Öz şöhrətim, şənim olsun! 
  
Yarandığım əzəl gündən, 
İlhamımı aldım səndən. 
Əgər səni unutsam mən 
Haqqın mənə qənim olsun! 
  
Gözüm qaldı bu çağında, 


Bərəkətli bucağında. 
Azərbaycan, qucağında 
Bir məzar da mənim olsun! 
  
6.11.78. 
  
AĞBULAQDADI 
  
Gəl yenə söz açım doğma elimdən, 
Hər dərdin davası Ağbulaqdadı. 
Bilirsən, bilmirsən bunda işim yox, 
Ocağın şəfası Ağbulaqdadı. 
  
İç "Dürlü bulaq"dan, iç görüm hələ, 
Çəndə "Kirkitli"dən keç görüm hələ. 
Sən yaylaq övladı olsan da, lələ, 
Yaylağın səfası Ağbulaqdadı. 
  
Ələsgər olubdur bu elin yarı, 
Bir vaxt belə deyib öyrənək barı: 
"Kişinin qeyrəti, namusu, arı, 
Gözəlin vəfası Ağbulaqdadı". 
  
Burda Alı qoyan dostluq mayası, 
Burdan şəfəq saçıb Vurğun dünyası. 
İbrahim nərəsi, Qartal qayası 


Şahinlər yuvası Ağbulaqdadı. 
  
Hacılar torpağa pul düzdürübdü, 
İsmayıl nişanda qıl üzdürübdü. 
Burda Bozalğanlı at süzdürübdü, 
Əsədin obası  Ağbulaqdadı. 
  
Qulaqda Kazımın ünü, fəryadı... 
Sınmaz dünya boyu sözün qanadı. 
Aşıq Allahyarın möhtəşəm adı, 
Aqilin nəvası Ağbulaqdadı. 
  
Mahmudu dinləyib közünə düşdüm
Nağılın, dastanın gözünə düşdüm. 
Ustad Məhərrəmin izinə düşdüm 
Sənətin qəvvası Ağbulaqdadı. 
  
Məni söz mülkündə tanıma fağır, 
Bil ki, qələmimdən od-alov yağır. 
Əgər yarış olsa İmranı çağır, 
Koroğlu havası Ağbulaqdadı. 
  
Kəsilməz şənliyi, dostu, qonağı, 
Adəmdən-xatəmə sönməz çırağı. 
Atamı oyudan oğuz torpağı 
- Eldarın qıvlası Ağbulaqdadı. 


  
  
OLAR 
  
Yaxşı saxla sadiq dostu, 
Bir gün gələr gərək olar. 
Üzə  gülən yüz olsa da, 
Vəfalı dost tək-tək olar. 
  
Dövran keçər belə qalmaz, 
Hər ucalan kölgə salmaz. 
Namərd bircə könül  almaz, 
Mərd bir elə bəzək olar. 
  
Əl sevinər gətirəndə, 
Könül ağlar itirəndə. 
Tale var-hal yetirəndə
El də sənə kömək olar. 
  
Qanan olsa sağ-solunda, 
Aslan gücü duy qolunda. 
Şam tək yansa dost yolunda 
Onda ürək, ürək olar. 
  
Qanımda dost etibarı, 
Unutmaram düz  ilqarı. 


İnanma ki, bu Eldarı 
Dəmir kimi əymək olar. 
  
22.10.1974. 
  
BİLMƏDİM 
  
Tələbə yoldaşım Sürəyyaya. 
Heyrət etdim məna dolu ömrümə, 
İllər gəlib ilə keçdi bilmədim! 
Rahat olub bir götür-qoy edincə, 
Neçə payız, cilə keçdi bilmədim! 
  
Çox  dolandım gül üzlümün dalınca, 
Hə demədi məni heydən salınca. 
Əllərini əllərimə alınca 
Körpə quzum ələ keçdi, bilmədim! 
  
Pozuldumu durnaların qatarı, 
Harda qaldı ilk gəncliyin novbarı? 
O bəxtiyar tələbəlik  çağları 
Elə gəldi, ielə keçdi bilmədim! 
  
  
ZOR İMİŞ 
  


Mənim güvəndiyim qoca dünyanın, 
Üstü kül imişsə, altı qor imiş. 
Mən hardan biləydim ümid yerimin 
Meydanı bu qədər belə dar imiş. 
  
İç üzü güzgüdü aləmə onun, 
Qəmi yüklənibdi sinəmə onun. 
Dünya bir süfrədi, sən demə onun 
Balı qətran imiş, yağı şor imiş. 
  
Qalıb zəmanəmiz küydən asılı, 
Yalan qışqırıqdan, heydən asılı. 
Qəribin sualı göydən asılı, 
Aldığı cavabın adı "çor" imiş. 
  
Bu kələk dünyanın köhnə mərəzi
Canında, qanında şeytan qərəzi. 
Belə pozularkən mizan- tərəzi, 
Haqqın dili pəltək, gözü kor imiş. 
  
Dərdi bölməlisən Vətəndən ayrı, 
Dərdlə gülməlisən Vətəndən ayrı. 
Eldar, ölməlisən Vətəndən ayrı, 
Vətənsiz yaşamaq özü zor imiş. 
  
16.06.1990. 


  
HÜNƏR QORUMAQDA, SAXLAMAQDADIR 
  
Ermənilər qədim əĢyalarımızı yığıb aparır  
və öz muzeylərinə qoyurlar. 
  
Bir qaşıq varıydı, Ağac bir qaşıq... 
Babam bəzəmişdi naxışla onu. 
O, bizim ev üçün bəzək, yaraşıq, 
Yuyardıq bir dürlü baxışla onu. 
Bir mis aftafa da var idi bizdə, 
Atam gətirmişdi o vaxt Gəncədən. 
Onu qorusaq da biz evimizdə
Kiməsə əlimlə bağışladım mən. 
Quş qanadlı illər ötdü neçə yol, 
Bir gün qonşuluqda bir kəndə düşdüm. 
Burda muzey gördüm əşyaları bol, 
Burda heyrətimdən kəməndə düşdüm. 
Muzeyə düşübdü qaşıq, aftafa, 
Fikrimdən bir anda nələr ötüşdü. 
Sanki bu otaqda dəyişdi hava, 
Aftafa  vitrindən başıma düşdü. 
"Qırx yaşlı aftafa yüzü keçibdi, 
Qaşıq da beləcə vaxtsız qocalıb". 
Gördüm usta Məlik nə yol seçibdi... 
Gördüm bu ad ilə necə ucalıb! 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə