Sənətlə məşğul olmağa nə vaxt qərar verdiz?



Yüklə 36,33 Kb.
tarix30.12.2017
ölçüsü36,33 Kb.
#18726

Orxan Ata Amerikada yaşayan azərbaycanlı aktyor və rejissordu. Böyük kütlə onu daha çox LiderTV'dəki Cavanlıq serialı ilə xatırlayır. İnternet kütləsi isə Atanı 3otaq çox hissəli bədii filmində yaratdığı BöyühMəllim obrazı ilə tanıyır. Orxan Ata salam. Özün haqqda biraz məlumat ver bizə.
-SSSR, Moskva şəhəri Aleksandrov qəsəbəsində dünyaya göz açmışam. Ailəm hələ mən uşaq ikən Bakıya köçüb. Badamdar qəsəbəsində böyümüşəm. Xüsusi bir dəyərə sahibdi bu qəsəbə mənim üçün. Böyük ehtimal ki, bir çox ilklər bu qəsəbədə yaşandığı üçün belə əzizdi. Dünyanın harasına getsəmdə hər daim məhlə uşaqlarımla əlaqədəyəm. Uşaqlıqdan hiperaktiv olduğum üçün bəzi uzaq görən məllimlər, sinif şənlikləri və bu kimi tədbirlərdə məndən lazımınca istifadə edirdilər. Xüsusən də aktyorluğumdan. Utanmaq və çəkinmək kimi komplekslərdən azad olduğum üçün çevrəyə tez ayaq uydururam. Valideynlərimin dediyinə görə 3-4 yaşıma qədər lüt gəzmişəm. Məncə belə sərbəst olmağımın kökündə bu dayanır. Tanrıların bildiyini quldan gizlətməyə nə hacət?) Elə indinin özündə də paltar almaq teması mənə o qədər də çatmır. Bir paltarı cırılıb məhv olana qədər geyinirəm.
Sənətlə məşğul olmağa nə vaxt qərar verdiz?

-9cu sinifə qədər bilmirdim nə olacam. 9cu sinifdə etdiyim peşə seçimləri testində mənə rejissor, aktyor, rəssam və meşəbəyi sənətləri çıxmışdı. Bəzi sinif yoldaşlarım hələ də mənə meşəbəyi deyir. Məktəbi bitirəndən sonra Amerikaya film oxumağa getdim.
İşləriniz haqqda biraz ətraflı məlumat verə bilərsiz? Haralarda və kimlərlə işləmisən? Bildiyim qədəri ilə ölkə xaricində fəaliyyət göstərirsən uzun müddətdir.

-Bəli. İlk iş təcrübəm 2011ci ildə İstanbulda olub. TürkTelekom şirkətinin reklam filmlərində rejisor assistenti olmuşam. İncəsənət xadimi Cem Yılmazla işləmək fürsətim oldu bu layihədə. Cem Yılmaz bir üstad kimi həm də yeni maraq sahələri açıb mənim üçün. Ardınca ArkaSokaklar serialında qonaq aktyor kimi 1 seriyalıq performans göstərmişəm.
Hansı seriya?

-200cü seriyada. Sonra Fetih 1453 sinema filmində rəssam assistenti və KurtlarVadisiPusu serialında reji assistenti vəzifəsində çalışmışam. Burda tanış olduğum Osman Albayrak sonradan məni Bakıya, başqa bir serial layihəsi üçün dəvət etdi. QaranlıqlarÇiçəyi adlı serialda 2ci rejissor kimi işləmişəm. Həyatımın təcrübə baxımından ən zəngin keçən setlərindən biri oldu. Həmçinin bir çox məhşur sima ilə işləmək şansı əldə etdim. Rasim Balayev, Abbas Qəhrəman, Elşən Rüstəmov, Zaur Şəfiyev, türklərdən hamıya tanış olan Musa Uzunlar, Bülent Şakrak və Gülər Ökten kimi titanlarla çalışdım. Bu layihədən sonra yenə Osman Albayrak ilə Cavanlıq seriyalının komandasında yenidən biraraya gəldik. 50seriya hekayənin baş qəhrəmanını canlandırdım və paralel olaraq da serialın rejissor assistendi olmuşam. Bu setdə kariyeramın ilk güclü tərəf müqabili Ağaxan Salmanlı ilə çox zövq aldığım iş ortaya qoyduq. Ağaxan Salmanlı sözün əsl mənasında maestrodu. Çox şey öyrədib mənə. Bu serialdan sonra artıq azad sənətçi kimi fəaliyyət göstərməyə başladım. Serialın 2ci sezonuna çəkilməyə razılıq vermədiyim üçün layihə dayandı. Bu səbəbdəndir ki, Osman Albayrak hələ də mənlə danışanda incikliyi hiss olunur)
Azad sənətçi kimi hansi filmlərin var?

-6 qısa metrajlı film, 1 ədəd çox hissəli bədii film və 2 uzun metrajlı sənədli film müəllifiyəm. Qısa metrajlılardan Zərdüşt belə dedi və Sudan filmləri Lavash Group adlı youtube kanalımızda, Bir şans daha qısa filmi isə reper Xpert'lə ortaq layihə olduğu üçün Synaps Production kanalında yayımlanıb. İstəyən izləyə bilər. 3otaq çox hissəli bədii filmi isə çoxdan internetdədi. Həmçinin Odense film festivalında yarışan, baş rolu ifa etdiyim Danimarkaya xoş gəlmisən filmi də netdə var. Sənədli filmim T of Generation İntro vimeo'da publicdi, ikinci hissə olan T of Generation Baku - Contradictions isə qışa doğru yayımlanacaq netdə. T of Generation trilogiya konseptinin 3cü filmi maddi yetərsizlikdən yarımçıq qaldı.
Filmi tamamlamağı düşünürsən?

-Maddi vəsait əldə edən kimi mütləq. Mənim üçün çox önəmli konseptdi. Trilogiya ümumilikdə bizim nəslin 4-T nəsli olduğunu iddia edir. Trend, Texnologiya, Test və Terror. Və film, bu nəslin sənətçilərindən bəhs edir.
Filmlərində çatışmayan şeylər nədi səncə?

-İlk növbədə bütün azad filmçilər kimi mənim də problemim maddiyatdı. Büdcə əldə etmək asan deyil. Bundan əlavə, filmlərimi yayımlayandan sonra əksikliyini ən çox hiss etdiyim şey professional tənqiddir. Film dilini(simvolika, işıq və kamera bucağı) bilən çox az adam var Bakıda, onlar da bu işdən pul qazanmadıqları üçün ciddi məşğul olmurlar kritika ilə. Mən də hər zaman filmlərimdə öz dilimdə danışmağa çalışıram.
Bunu sən özün edə bilmərsən? Və öz dilim deyəndə nə nəzərdə tutursan?

-Xeyr. Çünki belə bir ənənə yoxdu. Ki, rejissor film çəkir və sonra da onun izahini verir. Bu anekdot danışıb sonra gülməyən adamlara onu izah etməyə oxşuyur ki, burda da məsələ çox qəlizləşir. Həm də mənim filmlərim mənim haqqımda xeyli informasiya verdiyindən bu proses absurd bir hal alar. Yuxularımın mənə dedikləri mənim dilimdi.
Səncə kino nədi?

-Ən az 3 möhtəşəm və heç pis olmayan səhnələrin cəmi.
Bəs kinoman?

-Həftədə azı 2 film izləyən adam. Fürsətdən istifadə edib facebookdakı Kinomansan? səhifəsinə salam göndərirəm. Mənə görə Azərbaycandakı ən möhtəşəm film səhifəsidi.
Hansi kinomatoqrafiya?

-Fərq qoymaq çətindi. İllərin həyat təcrübəsi gərəkdir. Ancaq, baxdığım ən dərin mənalı filmi də rus çəkib, oxuduğum ən dərin kitabı da rus yazıb. Filmlərimin görüntüsündə də Sovet kinomatoqrafiyasının təsiri açıq aşkar hiss olunur.
Bəs Azəbaycan kinomatoqrafiyası haqqda nə düşünürsən?

-Rüstəm İbrahimbəyov dünya film ictimaiyyətində önəmli çəkiyə sahibdi. Şəxsi olaraq qocamanlardan Tofiq Tağızadənin bəzi filmləri (Matteo Falkone, Atları yəhərləyin və Köpək) çox yaxın gəlir. Vaqif Mustafayevin də çox özünə xas kino dili var.
İndiki dövr film adamları haqqda nə deyə bilərsən?

-İlk növbədə onu qeyd edim ki, Azərbaycanda kino çəkənlər iki yerə bölünür. Kinoteatr və festival üçün. Müasirlərimən daha çox qısa metrajlı film rejissorları var. Ru Hasanov, Azad Heydarov, Arzuman Mirzasoy, Türkan Hüseynova, Vüsal Hasan və Ceyhun İbrahimoğlu. Adını çəkdiyim rejissorlardan təkcə Ru Hasanovun uzun metraj filmi var.
Azərbaycan kinosunda dəyişiklik var mı?

-Bəli, dəyişim gözlə görüləcək səviyyədədi. Artıq Azərbaycan tamaşaçısı kinoteatrda öz filmini izləyir.
Bu fakt bizim dünya film ictimaiyyətində tanınmağımıza nə qədər kömək edir?

-Kömək etmir. Sırf kinoteatra film çəkən insan ancaq maddiyat düşünür. Belə bir düşüncənin yer aldığı platformada sənət yerində sayır. Böyük kütlə üçün hesablanmış filmlər adətən səthi olur. O filmləri başa düşmək üçün günlərlə fikirləşmək ehtiyyacı duymursan. Müəllif filmini kinoteatr filmindən ayıran əsas cəhət də budur.
Müəllif filmi deyəndə nəyi nəzərdə tutursan?

-Öz daxili dünyasını filmə yansıda bilən rejissor, müəllifdi.
İnkişafı nədə görürsən?

-Azərbaycan kinosundakı sürətli inkişafın talehi kinoteatra film çəkənlərdən daha çox asılıdı nəinki festivala. Bu adamların əlində həm maddi imkan həm də lazımı kontaktlar var. Müəllif filmi çəkən rejissorlar isə bu resurslardan yoxsundu. Ona görə də istədikləri filmi ərsəyə gətirmək çətinləşir onlar üçün. Uzun metrajı olmayan rejissoru da dünya film ictimaiyyəti rejissor kimi qəbul etmir.
Sənin uzun metraj filmin var?

-Xeyr. Rejissor kimi hələ də uzun metraj bədii filmim yoxdu amma aktyor kimi var. Bafta və Sundance film fetivallarının əsas mükafatının qalibi rejissor Chris Waitt'in son filmi 'The Great Director'da baş rol oynamışam.
Filmi nə zaman görə bilərik?

-Film hələ montaj prosesindədi. Qayıdaq sualımıza. İnkişaf üçün maddiyat önəmli nüansdı ancaq ki, hərşey ondan asılı deyil. Mən bunu bidəfə Dj Fatehin Media FM'dəki Manpası verlişində demişəm bir də demək istəyirəm. İncəsənət universitetinin tələbələrini prosesə cəlb etmək inkişafa gözlə görünən bir fərq qatar. Prosesə çoxlu gənc insan, tazə həvəs cəlb etmək lazımdı. O uşaqlara maaş ödəmək də lazım deyil. Tələbə setə dərs kimi gəlir . Sadəcə yeməyi təmin olunsa bəsdi. Bu həm də produserləri bir xeyli maaşlı işçi işlətməkdən azad edir. Məsələn operatorluq fakultəsinin tələbələrini setdə kamera assistenti kimi istifadə edib sonradan rejissorun onlara verdiyi tövsiyənamə(ingiliscə recommendation) ilə tələbələrin dərsdən asanlıqla keçməyini təmin etmək olar. Sual yaranır ki, bəs müəllif filmi çəkən rejissor bunu edə bilməz? Xeyr! İlk növbədə Azərbaycanda onları heçkim tanımır və mediada heçbir avtoritetləri yoxdu. Amma İlkin Hasani, Dj Fateh, Müşviq Tumurcuq və İlham Qasımovu hamı tanıyır.

İnkişaf bu adı çəkilən insanlardan asılıdı?

-Təbii ki yox. İllərdən bəri sürüb gələn Azərbaycan film industriyasının taleyini 3-5 insanın çiyninə yükləmək gülünc olardı. Ancaq bu adını çəkdiyim insanlar bu günün lokomotivləridi. Xüsusi ilə də İlkin Hasani. O setlərdən çıxan tələbələr gələcəkdə uğurlu film çəksələr, uğur avtomatik bu insanların da adına yazılacaq. Mənim özüm də əsas məqsədi pul və böyük kütlə olan setlərdən çıxmışam və birlikdə işlədiyim insanlara minnətdaram. Xüsusilə də Osman Albayraka. Bu insanların da haqqını yemək olmaz. Bayaq da qeyd ettiyim kimi bu sənətçilər tamaşaçımıza uzun illər sonra öz filminə baxmaq lüksunu yaşatdılar. İnkişaf nöqteyi nəzəridən baxsaq festivala kino çəkənlər zatən Azərbaycan kinomatoqrafiyasının inkişafı üçün çalışır. Hətta özləri bunu istəməsə belə. Ona görə festival üçün film çəkən rejissorlar bu gün üçün çox vacibdi. Hətta yaxşı produserlər olsa, festival filmlərini kinoteatra salaraq inkişafa bariz qatqıda bulunar.
Ali və Nino haqqda nə deyə bilərsən?

-Hələ Bakıda ikən filmi izləmişdim. Film, Sundance film festivalının açılış filmidi. Hansı ki, çox ciddi uğurdu. Kitabı ssenariyə transfer edəndə çox kəsib doğramışdılar. Orasını mən də bəyənmədim. Ancaq film, görüntü və aktyorluq performansı cəhətdən çox zəngindi. Həm də ki, Asif Kapadia çox istedadlı rejissordu. Ali və Nino'nun Sundance'də yayımlanmağından 1 il əvvəl Asif Kapadianın Amy sənədli filmi həmən festivalın əsas gran prisini udub. Amma film kritikləri sırf Leyla Əliyeva filmin prodseri olduğu üçün çox sərt revyular yazdılar. "Neftin çirkli pulları hesabına sənət". Bütün əsas revyuların məğzi bu idi. Uzun sözün qısası hər pulla da sənət alınmır. Bizim yaxşı və istədiyini əldə etmək üçün inad göstərən produserlərə ehtiyacımız var. Dara düşən kimi maddiyat yetərsizliyindən şikayət edən produserə yox. Babylon Group bu mənada ən ideal nümunə olardı. Mənim aktyorluq və rejissorluq kariyeramda Babylon Group'un müstəsna rolu var. Bir ömür minnətdaram.
Hal hazırda Amerikada yaşayırsan. Hansi rejissorları yaxından təqib edirsən?

-Jim Jarmusch, Wes Anderson, və Sofia Koppola
Hansı filmlərini izləmisən?

-Jarmusch və Sofia'nın son filmləri xaric bu müəlliflərin bütün külliyatını izləmişəm.
Azərbaycan qadınının filmdəki rolu haqqda nə deyə bilərsən?

-Azərbaycan qadınının birinci cəmiyyətdəki rolunu kankretləşdirmək lazımdı, sonra o, kinodakı yerini özü tapacaq.
Yəni?

-Körpəyə süd verən qadının yanına həm də ekonomik azadlığı olan qadını əlavə etmək lazımdı. Moskva gözyaşlarına inanmır filmi ən ideal nümunədi bu mövzuya. Bir yaşa qədər valideynin sonra da həyat yoldaşının üstünə yakr atmaqla həyatı puç etmək olmaz.
Dünya qadınları haqqda nə fikirləşirsən?

-Qadın ilk növbədə gərək qadınlığını qorusun. Mənasız söhbətləri sırf bekar qalmamaq üçün öz məşğuliyyətinə çevirməsin. Çox misal verə bilərəm ama bir misal çəkməklə yetinəcəm. Müasir dünya qadını 'qadın və kişi bərabərliyi' adlı bir hava çalıb oynuyur. Hamı da yığışıb ritm tutur. Həyatımda gördüyüm ən mənasız temadı. Qadın və kişi bərabər deyil. Heç vaxt da olmuyub. Qadınlar bizdən çox yuxarı varlıqlardı, düşüncə və komunikasiya baxımından. Nəyə görə? Çünki qadın 12-13 yaşında başdıyır özünü axtarmağa, kişi isə 18-19. William Golding'in bu haqqda yazısı var hansı ki, misallar çəkərək ətrafli izah edir. Amma niyəsə qadınlar hələ də bizim təsdiqimizə ehtiyyac duyur. Səbəbini bilmirəm çünki qadın deyiləm.
Səni necə qadın cəlb edir?

-Ekonomik azadlığı, yumor hissi və intellekti olan qadın. Çünki söhbət etməyə sonsuz sayıda tema/mövzu var ama sevişməyə bəlli sayıda poza) Bir də ki, əgər yaşasam 50-60 yaşına qədər sevişə bilərəm, ondan sonrası xalostoydu. Bu səbəbdən ancaq gözəl olan qadın helə də böyük bir məna ifadə etmir mənim üçün.
Öz ölkəvi sevirsən?

-Əlbətdəki.! Dəlicəsinə özdə.
Yaşamağı sevirsən? -Ana-təbiətlə iç-içə yaşayanda gündəlik qayğılardan azad olursan. Bu cür yaşayanda bəli. Çünki ilk insanın məskəni də ora olub. Ana-təbiət insanı azad qılır. İnsanlar azadlıqdan qorxduqları üçün sivilizasiyanı yaratdılar. İbadət etmək üçün allahlara evlər tikiblər halbuki həryer onların evidi. İnsanlıq ona görə çıxılmaz dalana girib ki, sadə həqiqətləri qəbul etməkdən qaçıb və hərşeyin həllini texnologiyanın inkişafında görüb. Amma eramızdan əvvəl yaşayan insanlar göydə başqa planetlərin də olduğunu bilirdilər. Düzdü açıq beyin əməliyyatı edə bilmirdilər ama günümüzdə neçə insan o əməliyyata girə bilir? Sosial media, əməliyyatına pul tapılmayan xəstələrin elanları ilə dolub. İmkanı olmayan çox təəsüf ki, yenə də ölür. Bu inkişaf yolu ancaq maddi rifahı yüksək olan insanların ömrünü uzadmaq üçündü. Bu yaxınlarda gəbərən Rockfellerin 9cu ürəyi dayandığı üçün rədd oldu bu dünyadan. Bu o deməkdi ki, vaxtında müdaxilə edilsəydi 10cu ürəyi taxacaqdılar görməmişə. Sonsuz yaşamaq ehtirası bəni-adəmi əsirinə çevirib. İmkanı olan da xoşbəxt deyil olmayan da. Harmoniya çoxdan pozulub. Daxili spiritual axtarış xarici materializmə uduzub.
Xoşbəxtsən? -Veçni) / Hər zaman.
Bəs danışdıqlarından çarəsizlik və gücsüzlük hiss olunur.

-Bunlar xoşbəxt insanın dərk etdiyi ilk nüanslardı. Və mənim işim insanlardan keçir. Onların daxili və xarici dünyası ilə. Çalışıram onları yaxşı tanıyım. Hətta iddia edirəm insan ən az özünü tanıyır.
İnsanları sevirsən?

-Yalan deyərəm. İnsanları sevsəydim özümü də sevərdim.
Yüklə 36,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə