Sengiyn Erdene (Monqolustan) ÜRƏKDƏ daş (hekayələr) Bakı – “Təknur” – 2013



Yüklə 201,87 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix30.12.2017
ölçüsü201,87 Kb.
#18740
  1   2   3   4   5   6   7   8


Sengiyn Erdene

(Monqolustan)

ÜRƏKDƏ DAŞ

(hekayələr)

Bakı – “Təknur” – 2013


Monqolustanın Xalq Respublikası elan edilməsinin  

90 illiyinə həsr edilir.

Tərcümə edəni:  Natiq Yusif oğlu Səfiyev

Redaktorlar: 

Cahan Salman qızı Vəliyeva

   

 

Güntəkin Natiq qızı İlyasova

Sengiyn  Erdene  (Monqolustan).  Ürəkdə  daş  (he-

kayələr). Bakı – “Təknur” – 2013. 42 səh.

Bu kitab tərcüməçinin 11-ci kitabı olub, 3-cü tərcümə əsəri-

dir. Hekayələri dilimizə tərcümə olunmuş, tanınmış yazıçı Sengiyn 

Erdenenin bu kitabı oxucular qarşısında qardaş monqol xalqının 

həyatından maraqllı səhifələr açır. Yazıçının hekayələrində mövzu 

dairəsi həm özünəməxsus, həm də rəngarəngdir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

ISBN: 978-9952-445-00-9



© Sengiyn Erdene 


3

 

YAzIçI SENGİYN ERDENE  

HAQQINDA

Tanınmış monqol yazıçısı Sengiyn Erdene 1929-cu ildə 

Binder  Xeytey  aymakında  (rayonunda)  anadan  olmuşdur. 

O,  1955-ci  ildə  Ulan-Batorda  Moqolustan  Dövlət  Universi-

tetinin tibb fakültəsini bitirmişdir. Hələ tələbəlik illərində o, 

şeir yazmağa başlamışdır. 50-ci illərdə onun ilk nəsr əsərləri 

– povest və hekayələri işıq üzü görür. Öz vətənində S.Erde-

nenin 3 hekayələr məcmuəsi çap olunmuşdur - “Yaz gələn-

də” (1959), “Xonqor-Zul” (1961) və “Lap üfüqün kənarında” 

(1963).


“Təmiz su mənbəyi” hekayələr toplusu bu 3 kitabın əsa-

sında tərtib edilmişdir. Onları Monqolustan Xalq Respubli-

kasının ədəbi qəzet və jurnallarında dərc olunan hekayələr 

tamamlayır.

Bu kitabda oxucu qarşısında qardaş monqol xalqının hə-

yatından bəhs edən maraqlı səhifələr açılır. S.Erdene hekayələ-

rinin mövzusu müxtəlif və özünəməxsusdur, orijinaldır. Onlar 

müəllifin  incə  ustalığı  və  bacarığı  ilə  əsərlərin  qəhrəmanla-

rı  kimi  bizim  yaşıdlarımıza  göstərilir,  sosialist  Monqolustanı 

vətəndaşının yeni insani keyfiyyətlərini üzə çıxarır.

Onun “Dırnaq altından çıxan tozanaq” (1964), “Günəşli 

durna” (1972) epik povestlər silsiləsi, o cümlədən “Göy siçan 

ili”  (1970),  “Qız  yayı”  (1978),  “Göy  dağların  ənginliklərin-

də” (1981), D.Natsaqdorj haqqında “Həyat dairəsi” romanı 

yeni cəmiyyət quruculuğunda monqol ziyalılarının rolundan 

bəhs edilir.

Azərbaycan dilinə tərcümə edilən hekayələr Sengiyn Er-

denenin Moskvanın “Proqress” nəşriyyatında rus dilində çap 

olunan “Çistıy istoçnik” (“Təmiz su mənbəyi”) kitabından gö-

türülmüşdür. Həmin kitab 1965-ci ildə işıq üzü görmüşdür.




4

 

ÜRƏKDƏ DAŞ

D

onoy dayı ağac köklərindən, onun törəmələrindən 



müxtəlif əyləncəli fiqurlar düzəldirdi. Lazım olan 

kökləri axtarmaq üçün o, dağların yağlı təpələrinə, 

qayalarına dırmaşar, bu yolda onun paltarları və ayaqqabı-

ları cırılardı. O, təsərrüfatda, məişətdə işlənən qaşıq və fin-

canlara oxşar şeylər düzəldər, bundan da onun arvadı xeyli 

məmnun qalardı.

Sonradan o, şam və tozağaciarının gövdələrindəki əca-

ib törəmələri kəsərək, badam və ardıc ağaclarının köklərini 

toplayaraq, onlara heyvan və gülməli insan görkəmi verməyə 

başladı. Arvadı onun faydasız şeylə məşğul olmağına narazı 

qalır, daim deyinirdi. Qonşular isə onun düzəltdiyi füqurla-

rı görüb, Donoy dayının ustalığına heyrətlənir və razı hal-

da başlarını yelləyirdilər. Ustanın tozağacının gövdəsindəki 

törəmələrdən dənizin dalğalandığını, alovun dillərini, ardı-

cın gövdəsindən isə şirlə pələngin  döyüşünü,  qəzəblənmiş 

mujikin arvadının saçından tutub sürütləməsini və ya dastan 

qəhrəmanlarının çox kiçik füqurlarını görənlər başa düşür-

dülər ki, bu oyuncaqlar heç də əyləncə xatirinə düzəldilmiş 




5

füqurlar deyildi. Donoyun özü isə düzəltdiklərini səliqə ilə 

qoruyur və onun fiqurları təriflənəndə o, çox sevinirdi. Onda 

gözəl  əhval-ruhiyyə  ilə  gəzir,  müəyyən  işi  müvəffəqiyyətlə 

yerinə yetirmiş bir adam kimi gülümsəyərdi.

Günlərin birində Donoy dağa qalxdı və orada qəribə bir 

kök tapdı. Həmin kök əlləri ilə dizlərini tutmuş, beli bükül-

müş insana oxşayırdı. Onun sinəsində ürəyi xatırladan boz 

bir daş işıldayırdı. Donoy onu evə gətirib, üzərində işləyəndə 

ürəyində daş olan beli bükülmüş insan fiquru alındı. Donoy 

füquru cilalayıb, üstünə lak çəkib, bunu alaçığın görməli ye-

rinə qoydu. Ürəyində bir daş olan, beli bükülmüş kişi fiquru 

Donoyun gözünə sataşanda, onun halı dəyişir, ağırlaşırdı.

«Birdən nəvaxtsa mənim ürəyimdə də belə daş olsa, mən 

özümü necə hiss edərəm?» - deyə onun beyninə qəribə bir 

fikir gəldi. Bu vaxt Donoyun başına kədərli, qəmli xatirələr 

daxil olurdu... Bir neçə il bundan əvvəl o, yeganə oğlunu itir-

mişdi. Deməli, o fiqurda olduğu kimi, mənim də ürəyimdə 

daş var.

Sakitləşmək  üçün  Donoy,  meşədən  topladığı  ağac  kök-

lərindən hazırlanmış şən fiqurlara diqqətlə tamaşa etməyə 

başladı. Yəqin onun xasiyyəti belə idi: o, istəmədiyi fikirlər 

haqqında, düşünmək istəmirdi. Qəmli, kədərli fikirlərin onu 

təqib etdiyi bir gündə o, beli bükülmüş adam fiqurunu gö-

türərək, onun sinəsindəki boz daşı çıxarıb kənara atdı. Daşın 

yerində dərin qəhvəyi bir dəlik  əmələ  gəldi, sanki insanın 

özü onu ürəyindən çıxarıb atmışdı. Donoy astaca fiquru gö-

türüb, balta ilə onu parçaladı və xeyli uzağa atdı ki, ondan 

əsər-əlamət belə qalmasın.




Yüklə 201,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə