Sengiyn Erdene (Monqolustan) ÜRƏKDƏ daş (hekayələr) Bakı – “Təknur” – 2013



Yüklə 201,87 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix30.12.2017
ölçüsü201,87 Kb.
#18740
1   2   3   4   5   6   7   8

6

 

YENİ ALAçIQ

K

eçənilki  lobya  qarın  altından  başını  qaldırmış-



dı. Hər tərəf ancaq qarla örtülmüşdü. O qədər də 

cavan olmäyan iki qadın Şərqi Sarı çöldə özlərinə 

alaçıq qurmuşdu. Onlar beş yüzə yaxın qoyun və keçi ota-

rırdılar. Keçən il quraqlıq oldu, bu il isə qış çox ağır olacaq. 

Qadınların biri Dorçulma qoyunların yanına getdi, dörd yaşlı 

oğlunu isə alaçıqda tək qoydu. Onun böyük oğlu evdən uzaq-

da mal-qara otarır, aula nadir hallarda gəlirdi. Qonşu qadın 

isə iki uşağını məktəbə göndərib, özü isə evdə tək qaldı. Qa-

dınlar  qoyunları  növbə  ilə  otarırdılar.  Martın  əvvəllərində 

İx-Boqdodda birdən külək əsdi, burada at çovğunu başladı. 

Belə havada atlar külək əsən tərəfə gedirlər, onları heç nə 

ilə dayandırmaq olmaz. Çovğun əvvəl elə bir narahatçılıq ya-

ratmırdı, belə ki, mal-qara acından elə zəifləmişdi ki, küləyin 

səmti ilə çətin hərəkət edə bilərdi. Lakin qonşular qərara al-

dılar ki, sürüyə bir də nəzarət etsinlər.



7

Balaca Dorjbatın alaçığa doldurulmuş quzu və çəpişiər-

lə oynamağa başı elə qarışmışdı ki, bayırda olan çovğunun 

güclənməsini hiss etmədi. Lakin külək elə vıyıldadı ki, oğ-

lan  qorxdu.  “Anamın  yanına  gedim”,  -  deyə  o,  qərara  aldı. 

“Sırınmamı və keçə çəkmələrimi geyəcəyəm ki, anam məni 

danlamasın, yavaş-yavaş onun yanına gedərəm!”. Oğlanı ala-

çıqda saxlayan adam yox idi. O, fikirləşdi: “Böyüyüb, nazir 

olacağam və mənim qırmızı motosiklim olacaq. Onda hara 

istəsəm,  gedərəm  və  qar  mənim  sırınmama  və  keçə  çək-

məmə heç bir şey edə bilməz. Mən motosikllə hətta boranı 

da ötüb keçərəm”. 

Lakin küləyin vıyıltısı alaçığın divarları xarıcində daha 

da artır və şiddətlənırdi. Quzular və çəpişlər bir yerə topla-

naraq əsırdilər. Oğlanın sevimli quzusu vardı. Onun da adı 

Dorjbat idi.

Balaca sahib quzunu öz xalatının ətəyinə bürüdü, ona ov-

cunda duz verdi. Lakin tezliklə oğlana da soyuq oldu. “Yaxşı 

olar ki, ocaq qalayım” – deyə Dorjbat fikirləşdi. “Ancaq anam 

dəfələrlə tapşırmışdı ki, o, evdə olmayanda ocağa əl vurma-

sın”. Oğlana elə gəldi ki, əgər o, ocaq qalasa, çox böyük xəta 

törətməz. Əks təqdirdə, quzular dona bilərlər.

Dorjbat ocağı quru lobya yarpaqları ilə doldurdu və var 

gücü ilə odu üfürməyə başladı. Əvvəl zəif görünən od bir-

dən-birə parlaq alova çevrildi və ətrafı bürüdü. Ocaqdan qı-

ğılcımlar  ətrafa  səpələnirdi.  Qorxmuş  və  hürkmüş  quzular 

mələməyə başladılar. Qığılcımlar hörmə səbətə düşdü. Bura-

da təzə doğulmuş quzular yerləşdirilmişdi. Dorjbat ocaqdan 

çıxan  alovun  dillərıni  görüb  qorxudan  geri  çəkildi.  Alaçıq 

get-gedə acı tüstüyə büründü. Dorjbat öz adaşını yerə qoy-

madan alaçıqdan bayıra çıxdı. İçəridən alov bayıra çıxdı və 

alaçıq dağıldı.

Dorjbat göz yaşı axıdırdı. Cənubdan dəvələrin üstündə 

iki dəvəçı gəldi. Lakin artıq gec idi, alaçıq tamam yanmışdı. 

Tezlikiə ana qayıtdı. Dorjbat anasını görən kimi sakitləşdi. 0, 



8

gözləyirdi ki. ana ona yaxşıca qulaqburması verəcək. lakin 

ana qolları ilə oğlundan yapışıb, onu sinəsinə sıxdı. O, bu söz-

ləri təkrar edirdi:

- Oğul, sən sağsan! Nə böyük xoşbəxtlik!

O, oğlunu öpür və ağlayırdı.

- Ana, biz indi harada yaşayacağıq? Daha bizim alaçığı-

mız yoxdur.

- Əsas odur ki, sən sağsan, qalan hər şey düzələcək.

Dorjbat məhv olmuş quzuları yada salıb, yenə də ağladi: 

Dəvələrlə bura gələnlər də hirslənmək əvəzinə, onun başını 

sığalladılar və öğlanı peçenyeyə qonaq etdilər.

Alaçığı yanmışlar hələlik qonşugildə məskunlaşdılar. La-

kin bir neçə gündən sonra hardansa uzaqlardan bura çoxlu 

adamlar  gəldı.  Dorjbata  bir  kisə  müxtəlif  şeylər  gətirdiiər. 

Onların arasında köynək üçün parça və rəngli şəkilləri olan 

kıtablar da vardı. Dorjbatı maşında gəzdırdilər, oğlan özünü 

xoşbəxt hiss edirdi. Müəyyən vaxtdan sonra yenə də adamlar 

gəldilər. Onların arasında birliyin sədrı də vardı. Onlar Dorj-

bat və onun anası üçün yeni ağ alaçıq qurdular, buraya soba 

qoydular, hər cür avadanlıq yerləşdırdilər.

- Bu da sənin carpayın, balaca, - deyə sədr uşağa balaca 

çarpayını göstərdi.

- Bax ha, oğul, indiki alacağımız əvvəlkindən daha yaxşı-

dır, - deyə ana sevinirdi.

Tezliklə  yaz  gəldi,  qar  əriməyə  basiadı.  Dəvəyə  minib, 

qoyunların yanına gedən ana oğluna dedi:

- Böyüyərsən, oğul, daha alaçıqda yox, şüşəli evdə yaşa-

yarsan.

- Mən daha nazir olmaq istəmirəm, - deyə Dorjbat cavab 



verdi. Mən adamlara alaçıq bəxş edən sədr olmaq istəyirəm.




9

 

ANA

M

ən çox həyacanlı idim. Lakin ruhdan düşməyi və 



başımı aşağı əyməyi sevmirəm. Sərin meh üzü-

mü oxşayır, saçlarımı tumarlayırdı. Gicgahlarım-

da artıq çallaşma başlamışdı.

Çayın döngəsində yaşıl xalça kimi çəmənlər, düzlər görü-

nürdü. Həyata inanmaq istəyirsən. Yaxşı adamlara inanmaq 

istəyirsən. Lakin mənim ovqatımı korlayan adama inanmağa 

dəyməz.

Təbiətin  qeyri-adi  gözəlliyi  sehrli  qüvvəyə  malikdir.  O 



insanın ruhi sarsıntılarını aradan qaldırır. Mən çayın sahi-

li ilə hərəkət edir, torağayların və tarlada uçuşan başqa ki-

çik  quşların  oxumasına,  suların  şırıltısına  qulaq  kəsildikcə 

özümü sakit və rahat hiss etməyə başladım. Cavan rişələri 

olan söyüd xışıldayır, saplaqların yuxarısında çöl pionlarının 

qönçələri yellənirdi - sanki bu hərəkətlər və səslər həyatın 

sevinci haqqında melodik mahnısından danışırdı.

Çayın sahilində otluqda bir qadın oturub kitab oxuyurdu. 

Onun yanında göy idman kostyumunda və papaqda olan ba-

laca oğlan uşağı oynayırdı.

Mən  onlara  yaxınlaşıb  salam  verdim.  Qadının  siması 



Yüklə 201,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə