Sengiyn Erdene (Monqolustan) ÜRƏKDƏ daş (hekayələr) Bakı – “Təknur” – 2013



Yüklə 201,87 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix30.12.2017
ölçüsü201,87 Kb.
#18740
1   2   3   4   5   6   7   8

13

 

çƏPİŞ

P

ayız  gecələrinin  birində  məhəlləmizin  uşaqları 



Molom babanın çadırına gəlib ondan xahiş etdilər 

ki, onlara bir nağıl danışsın. Qoca razılıq verdi. Bir 

neçə  dəqiqə  susmuş  halda  oturdu,  özünün  böyük  qəlyanı-

nı sümürdü. Görünür o, fikirləşirdi ki, nədən söhbət açsın. 

Onun yaxın dostu qoca köpək Bars sahibinin yanında uzanıb 

başını Molom babanın cüyür dərisindən olan ayaqqabısının 

üstünə qoymuşdu. Bu böyük köpək dəhşətli Bars adını daşı-

sa da, heç kimdə qorxu hissi doğurmurdu. O elə qocalmışdı 

ki, iti qulaqları daha dik dayanmır, tükləri isə topa şəklində 

asılmışdı.  Köpək  uzanan  kimi  gözləri  örtülürdü.  O  xırıltılı 

səslə hürürdü.

Molom baba öz saralmış bığlarını eşdi və bic-bic bizə baxdı.

- Uşaqlar, - deyə o, fikirli halda söhbətə başladı. Siz heç 

bilmirsiniz ki, bizim Xentey dağları necə gözəl və əzəmətli-




14

dir. Belə yerləri mən heç yanda görməmişəm. Sıldırım qa-

yalar sanki məxmərə bürünüb, talalar isə müxtəlif naxışları 

olan xalçalarla örtülmüşdür. Hələ meşələri, yaşıl çəmənləri, 

gülləri, çiçəkləri, soyuq şəffaf bulaqları demirəm. Siz bütün 

bunları böyüyəndən sonra görəcəksiniz. Kim doğma diyarı-

nın gözəlliyini görə bilmirsə, həmin adamın ürəyi soyuqdur.

Molom yanında oturmuş qız nəvəsinin başını tumarladı.

- Siz əsl dostluğun nə olduğunu bilirsinizmi? Mənim Barsım 

isə bilir. Hə, bir gün mən maraqlı bir hadisə ilə rastlaşırdım.

Biz dirsəklərimizlə bir-birimizi itələdik. Bununla bildir-

mək istəyirdik ki, baba söhbətinə başlayır.

-  Söhbət  açmaq  istədiyim  həmin  baharda  Barsımın  üç 

yaşı tamam olmuşdu. O vaxt it indiki kimi deyildi. Onun qu-

laqları dik dayanırdı, gözləri isə sayıq idi. O küləkdən bərk 

qaçırdı.


Günlərin bir günü biz Barsla birlikdə ova getdik. Ulziyt 

çayı  boyunca  gəzdik.  Birdən  cüyür  qışqırtısı  eşidildi.  Mən 

irəliyə atıldım və gördüm ki, canavar cüyürü gəmirir. Əlbət-

tə,  boz  qurd  məndən  yaxasını  qurtara  bilmədi.  Mən  onun 

beynini dağıtdım. Lakin biz gecikmişdik. Cüyürü xilas etimək 

mümkün olmadı. O al qana bulaşmışdı, onun balası balaca 

çəpiş isə anasının yanında güclə dayanmışdı. Çəpiş əsirdi: o 

həm canavardan, həm də atəş səsindən qorxmuşdu. Olümcül 

yaralı cüyür çalışırdı ki, qalxsın, lakin bacarmadı. O sönmək-

də olan gözləri ilə balasına baxdı və son dəfə nəfəsini dərdi.

Molom baba fasilə etdi. Yəqin o, fikirləşdi ki, biz indicə 

ağlayacağıq. Qoca gülümsədi.

- Eybi yoxdur, uşaqlar. Xeyirxah ürək hamının köməyinə 

çatar.  Beləliklə,  çəpiş  yetim  qaldı.  Mənim  Barsım  yanımda 

dayanmışdı.  O  başını  aşağı  sallamışdı.  Sanki  onun  çəpişə 

yazığı gəlirdi. Mənə elə gəldi ki, quşların səsi kəsildi, bütün 

meşə isə susdu. Sonra mən çəpişi qucağıma götürüb, onu evə 

gətirdim. Uşaqlarım onu ev keçisinin südü ilə yemlədilər.

Yay qurtardı, payız gəldi. Bizim çəpiş gözəl Sibir cüyü-



15

rünə çevrildi. O çox darıxırdı. Axı biz onu həmişə bağlı sax-

layırdıq. Çəpiş tez-tez küçədə uzanıb, qəm-qüssə ilə meşəyə 

sarı baxırdı. Mən vəhşi heyvanların xasiyyətinə bələd idim. 

Onun həsrəti, xiffəti mənə məlum idi.

Bars çəpişlə dostlaşdı. Onlar daim bir yerdə olardılar. Əgər 

köpək az müddətə harasa gedirdisə, geri qayıdan kimi tez çə-

pişə baş çəkir, onu iyləyir, heyvanın qıvrım alnını yalayırdı.

Budur,  qaban  ovuna  getmək  vaxtı  gəlib  çatdı.  İlk  qarlı 

gündə səhər tezdən mən Barsla birlikdə ova getdim. Əvvəl-

lər ova hazırlaşanda Bars sevinirdi, hoppanır, zingildəyir, irə-

liyə atılmaq istəyirdi. Bu dəfə isə mən Barsı tanıya bilmədim. 

O könülsüz gedir, çalışırdı məndən aralansın və geriyə qaç-

sın. Biz nə qədər evdən çox uzaqlaşdıqsa, Bars bir o qədər 

sözə  qulaq  asmayan  olurdu.  O  hətta  mırıldamağa  başladı. 

Sakit olan köpək birdən mənə dişlərini qıcadı. Yalnız bu vaxt 

anladım ki, Bars öz dostunu tək qoymaq istəmirmiş. Əgər iş 

belə gətiribsə, uğurlu ov ola bilməz. Ona görə də mən evə qa-

yıtmağı qərarlaşdırdım. Sonra fıkirləşdim: «Niyə yazıq çəpiş 

ipdə bağlı qalmalıdır. Əgər o bizdə yaşamaq istəmirsə, qoy 

meşəyə getsin». Mən onu azad etdim. Lakin çəpiş dərhal get-

mədi. O xeyli müddət ətrafda gəzişdi.

Qonşu itləri heyvana hücum edəndə Bars dostunu mü-

dafiə etməyə atılırdı.

Qışda biz ailəliklə yaylaqdan arana köçdük. Biz elə təzə-

cə yola düzəlmişdik ki, Barsla çəpiş yoxa çıxdılar. Üç gün üç 

gecə mən onları axtardım. Lakin onlar heç yanda yox idilər.

Molom  baba  söhbətinə  ara  verdi,  qəlyanına  tütün  dol-

durdu, onu alışdırıb çəkməyə başladı. Bizim isə səbrimiz çat-

mırdı. İstəyirdik öyrənək görək, itlə çəpişin qeyri-adi dostlu-

ğu nə ilə nəticələndi. Nəhayət, Molom baba qəlyanını çəkib 

öz hekayətini davam etdirməyə başladı.

- Yalnız beşinci gün Bars geri qayıtdı. O çox yorğun idi. 

Köpək bir neçə gün heç nə yemədi, elə hey pəncələrinın üs-

tünə başını qoyub, uzanmış vəziyyətdə qalır və gözlərini dağ-



16

lara zilləyirdi. Mənim ona yazığım gəlirdi. Bilirsiniz, uşaqlar, 

axı heylanlar da dostluq etməyi bacarırlar. Burada isə Bars 

tək qalmışdı, çəpiş onu tərk etmişdi.

Günlər, aylar, illər ötüşdü. Üç il idi ki, çəpiş meşəyə get-

mişdi. Payızda, günlərin birində mən Barsla Asralt-Xayırxan 

dağının  şimal  yamaclarına  ova  çıxmışdım.  Onda  Tayqa  ta-

mam qızılı rəngə çalırdı. Səhər hava dumanlı, tutqun olsa da, 

ov uğurlu alındı.

Meşədə  gəzərkən  birdən  talada  böyük  cüyür  gördüm. 

Bars da ona tərəf baxdı. Mən tüfəngi əlimə aldım. Lakin o 

uzaqda idi, həm də talanı duman bürümüşdü. Mənim Bar-

sım gizlicə heyvana yaxınlaşıb, onun üstünə atılmağı baca-

rırdı. Mən onu buraxdım, it küləyə qarşı asanlıqla qaçaraq 

cüyürə  tərəf  cumdu.  O  hündür  kolların  arasında  yox  oldu. 

Mən cüyürə baxırdım və gözləyirdim ki, Bars nə vaxt onun 

üzərinə atılacaq. Cüyür buynuzunu arxaya əyib, donub qal-

mışdı. O təhlükəni heç hiss etmirdi. Onda mənim gözlərim 

indiki kimi deyildi, yaxşı görürdü. Mən cüyürün buynuzlarını 

hətta pöhrəlikdə ayırd edə bildim. Nə görsəm yaxşıdır? Bars 

talada cüyürün yanında sakitcə dayanmışdı. Əvvəl mən göz-

lərimə inanmadım, lakin sonra başa düşdüm ki, bu, çəpişdir, 

bir vaxtlar bizim böyütdüyümüz çəpiş.

Mən özümü saxlaya bilməyib, bütün meşə boyu qışqır-

dım: «Ay Allah, dünya necə gözəldir!»

Səsimin  əks-sedası  çox  uzaqlara  yayıldı.  Cüyür  kənara 

çəkilib yox oldu. Bars tək qaldı və şikayətedici tərzdə zingil-

dədi, sanki o dostundan xahiş edirdi ki, geri qayıtsın. 

Molom  baba  hekayətini  bitirib,  qəlyanını  möhkəm  sü-

mürdü.



Yüklə 201,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə