Sengiyn Erdene (Monqolustan) ÜRƏKDƏ daş (hekayələr) Bakı – “Təknur” – 2013



Yüklə 201,87 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix30.12.2017
ölçüsü201,87 Kb.
#18740
1   2   3   4   5   6   7   8

21

 

İNTİQAM

M

ən elə yaşda idim ki, intiqamın nə olduğunıı hələ 



anlamırdım. Budur, bir dəfə mən Semjid adında 

bir  qadına  görə  Yadam  Borooxoydan  intiqam 

almalı oldum. Yadam dələduz idi. O, qumar oynayaraq var-

lanmışdı. Onun yaşı qırxı keçmişdi, lakin o, subay idi. Kimisə 

qonşulardan  işə  götürürdü  ki,  mal-qaraya  baxsın,  özü  isə 

qalın peysəri, işıldayan sifəti olan sağlam mujik ancaq bunu 




22

bilirdi ki, qadınların dalınca düşsün, sümük oyununda işti-

rak  etsin.  O,  dava-dalaşsız  keçinmirdi.  Böyük  gümüş  bıça-

ğını çıxarıb və ya dəyənəkdən yapışıb, uşaqların və qadın-

ların dalınca qaçar və qışqırardı: “Öldürəcəyəm!”. Ona görə 

də onu Borooxoy Yadam adlandırmışdılar, bunun da mənası 

“Dəyənək Yadam” idi. Onun sağ əlində iki barmağı çatmırdı 

- baş və orta barmaq. Ona görə də onu orduya aparmadılar 

(qadınlar  deyirdilər  ki,  o,  qəsdən  barmaqlarını  çapmışdı). 

Bəzən belə şayiələr gəlib çatırdı ki, Yadamı ələ keçirib, rayon 

mərkəzinə göndəriblər. Lakin yenə də gecə onun atının ayaq 

tappıltısı və onun vəhşi qışqırığı eşidilirdi. Bu vaxt qadınlarm 

qorxudan  ürəkləri  əsirdi.  Qonşuların  çoxunun  onu  görən 

gözləri yox idi. Lakin elələri tapılırdı ki, onun gözündən kə-

nar Yadamı mühakimə edir, onu görəndə isə bu vəhşiyə yal-

taqlanırdılar. O, görürdü ki, hamı ondan çəkinir, ona görə də 

özündən çıxırdı. O vaxtlar varlı olan hər şey edə bilərdi.

Yazıq dul qadın Semjidin iki uşağı vardı. Otuz doqquzun-

cu ildə oğlunu orduya çağırdılar və o, öz qızı ilə qaldı. Onun 

qızı yaxşı qız idi, lakin sağlamlığı istənilən qaydada deyildi. 

Qızın iyirmi yaşı tamam olmuşdu. Borooxoy Yadam bu qızla 

evləndi, lakin bir neçə gündən sonra onu evdən qovdu.

Otuz  doqquzuncu  ilin  payızında  döyüşlər  qurtarandan 

sonra bizim küçənin oğlanları ordudan qayıtdılar. Mənim bö-

yük qardaşım da geri döndü. Onun sinəsini Xalxın-Qol uğrun-

da döyüşlərdə iştirakına görə medalı bəzəyirdi. Qardaşımın 

gəldiyi gün Semjid gəldi, o, qardaşımın ayaqlarının yanında 

çökdü, o isə susur, bilmirdi ki, nə desin. Semjid acı-acı ağlayır 

və başını döşəməyə vururdu. Yağış və külək qaya parçasını 

hamar etdiyi kimi, insanlığın dərdi də zaman keçdikcə silinir, 

yaddan çıxır. Və... qəflətən yazıq qadını başqa bəla yaxaladı: 

qışda onun yeganə qızı vəfat etdi, Semjid xala tək qaldı.

Yayda o, öz alaçığını bizimkinə yaxın qurdu. Bu bədbəxt, 

tək qadına mənim çox yazığım gəlirdi. O, həyatında böcəyi 

belə incitməmişdi. Mən anlaya bilmirdim ki, nə üçün dünya-



23

da bəziləri həyatdan zövq alır, bəzilərinin isə dərd-bəla bel-

lərini bükür. Mən Semjid xala üçün su daşıyır, odun mişarla-

maqda ona kömək edirdim. O, inək sağanda buzovu kənara 

çəkirdim. Sonra mən çörəklə şirin qatıq yeyir və ona danı-

şırdım ki, yer kürə şəklindədir, o Günəşin ətrafında fırlanır, 

uzaq Afrikada qara hisə oxşar dərisi olan adamlar yaşayırlar. 

Semjid xala mənə həvəslə qulaq asır və mənə elə gəlirdi ki, 

onun qəlbi bununla rahatlıq tapır.

Bir dəfə isti yay axşamlarının birində Semjid xala inəyi 

sağır, mən isə quru peyin yandırırdım. Hər bir alaçığın buxa-

rısından göy tüstü qalxır və asta-asta tarlanın üstü ilə çay 

tərəfə gedirdi. Çox inək olan yerdə bir neçə tonqal qalanırdı. 

Tüstü çox olsun deyə, mən də üç tonqal qalamışdım. Peyin 

yanandan  sonra  mən  tonqala  ot  atmağa  başladım.  Semjid 

xala  öz-özünə  nəsə  deyinərək,  taxta  bidonu  götürüb  inəyi 

sağmağa getdi. Qonşu qadınlar, yaşca bir az cavanlar sağımı 

qurtarıb, əllərində dolu vedrələr öz alaçıqlarına qayıdırdılar. 

Birdən hardansa sərxoş Yadam peyda oldu və Semjid xala-

dan şərab tələb etdi. Xala ona cavab verdi ki, çoxdandır onun 

evində araq çəkilmir. Lakin davakar əl çəkmir, qadını təhqir 

edir  və  ona  deyirdi  ki,  oğlunu  vaxtından  əvvəl  öldürüblər, 

qızı isə xəstəlikdən vəfat etmişdir, özü isə haqq dəryasında 

quruyub. Semjid xala ağlamağını saxlaya bilmir, göz yaşları 

südün içərisinə tökülürdü.

- Sən nə edirsən? Sənə nə lazımdır? - deyə mən qəzəbdən 

güclə nəfəs alaraq qışqırdım.

Doyunca əyləndiyini hiss edən Yadam - bədbəxt qadını 

göz  yaşı  axıtmağa  məcbur  etdiyinə  sevinən  Borooxoy  ye-

yib-doymuş qaz kimi qaqqıldadı və atını səyirtdi.

Mən qəti qərara gəldim ki, Semjid xalaya görə bu nacins-

dən, rəzildən intiqam alım. Həmin gecə adamlar yatmağa ha-

zırlaşanda, o, yenə də bizim alaçığa gəldi. Onun vəhşi qışqırı-

ğından hətta itlər də gizləndilər. O, qardaşımla söhbət etdiyi 

zaman mən ondan necə intiqam almağı fikirləşib tapdım. Sa-



24

kitcə alaçıqdan çıxıb, qoyun ağılına daxil oldum, buradan qo-

yun dərisi götürdüm, ona qalın ciyəni sarıdım və onu qayışa 

bağladım. Tezliklə Yadam atla çıxıb getdi. Mən sakit durub, 

at  tappıltısına  qulaq  asırdım.  Yerimdə  uzanaraq  mən  arzu 

edirdim ki, hürkmüş at onu üstündən atsın və o, ölümcül və-

ziyyətə düşsün.

Səhər erkən oyananda mən küçəyə qaçdım və gördüm ki, 

qonşu alaçığın qabağında adamlar toplaşıb. Böyük izdiham 

var. Yadam yerdə uzanmışdı. Onun ayağını üzəngi sıxmışdı, 

üzündə qan görünürdü. Yaxınlıqda isə sarınmış qoyun dərisi 

göründü.


- Sağdır, çənəsini sındırıb. Əgər qarınaltı qayış qırılma-

saydı, ölümlə nəticələnə bilərdi, - deyə bura toplaşanlar fi-

kirlərini söylədilər.

Onu  görüb  çox  qorxdum,  lakin  etdiyim  hərəkətə  görə 

təəssüflənmirdim.  Mən  başa  düşdüm  ki,  insanın  ən  yaxşı 

keyfiyyəti onun yazıqlara əziyyət veriləndə onlara havadar 

çıxması, onları müdafiə etməyə hazır olmasıdır. Mən indi də 

etdiyimə görə təəssüflənmirəm.




Yüklə 201,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə