Sengiyn Erdene (Monqolustan) ÜRƏKDƏ daş (hekayələr) Bakı – “Təknur” – 2013



Yüklə 201,87 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix30.12.2017
ölçüsü201,87 Kb.
#18740
1   2   3   4   5   6   7   8

25

 

PİNƏçİ

U

lan-Batorun  küçələrindən  birində  qövsvari  pən-



cərəsi olan balaca köşk vardı. Bütün günü buradan 

çəkic səsinin ahənginə uyğun az xırıltılı səslə oxu-

nan mahnı səsi gəlir.

Onu oxuyan Ser-Oddur. Onu bütün küçə tanıyır. Budur, üç 

ildir ki, o, köşkünü burada yerləşdirib pinəçilik edir. Otağın 

bir küncündə səliqə ilə müxtəlif ölçü və fasonlarda uzunbo-

ğaz  çəkmələr,  tuflilər,  adi  çəkmələr  qoyulmuşdu.  Onlardan 

bəzilərinin  arxası  cırıiıb,  bəzilərinin  dabanları  yeyilib,  bə-

zilərinin də altlıqları dağılıb çıxarılıb.

Ser-Od  əsasən  çəkməyə  altlıq  vuranda  nəğmə  oxuyur. 

O, özünün uzun, qaba barmaqları ilə mıx və çəkici götürüb, 

ayaqqabının altlığına mıx vurmağa başlayanda hər kəs görür 

ki, o, öz işinin ustasıdır. Görəndə ki, o, peşəsinə vicdanla ya-

naşır, hər kəs özünü danlayır ki, ayaqqabını səliqə ilə geyin-




26

mək lazımdır.

Ser-Odun otuzdan çox yaşı var. O, özünün damalı papa-

ğını və dəri gödəkçəsini geyinəndə elə gənc və boy-buxunlu 

görünür ki, hər bir gözəl qız ona gizlicə baxmadan yanından 

ötə bilməz.

Ser-Od pinəçidir. Məgər bu, pis sənətdir? Məgər bu, in-

sanlara lazım deyil? Hər bir kəsə ayaqqabı gərəkdir. Təəssüf 

ki, onlar tez yırtılır. Bu səbəbdən onları təmir etmək lazım 

gəlir.


O küçədə ki, Ser-Od çalışır, buradä fəhlələr, qulluqçular, 

tələbələr, alimlər, bir sözlə müxtəlif sənət adamları yaşayır.

Ser-Od  demək  olar  ki,  onların  hamısıni  tanıyır,  ancaq 

gözəl geyinənləri və yamaqlı ayaqqabı geyinməyənləri tanı-

mır.  Ser-Odun  yaxşı  münasibət  bəslədikləri  oğlanlar  idilər. 

Onlar həyətdə top oynamağı çox sevirlər. Onların ayaqqabı-

larının altlıqları daim aralanır.

Hər kəsin öz xasiyyəti var, hər kəs ayaqqabılarını özünə 

xas dağıdır. Ser-Od bilir ki, ilk növbədə ayyaqqabının burnu 

dağılır, sonra pəncəsi. O, bilir ki, qadınlarda ayaqqabının da-

banı yeyilir.

Zənn etmək olar ki, ayaqqabılar tez dağılırsa, pinəçi üçün 

yaxşıdır. Lakin Ser-Od əksinə düşünür. Yanına tez-tez gələn-

lərdən onun xoşu gəlmirdi. Həqiqətən, onin fikrincə, əgər o, 

uzunboğaz çəkməyə birinci növ altlıq vurursa, onu möhkəm 

bərkidirsə, budur onlar tez dağılıb, bunun nəyi yaxşıdır?

Bu küçədə yaşayanlar öz pinəçilərini sevirlər. Ser-Od da 

onlara  -  həm  qocalara,  həm  də  cavanlara  yaxşı  münasibət 

bəsləyir. Lakin elə hallar olur ki, sən kimisə daha çox seçir-

sən, kimsə sənə başqalarından daha çox xoş gəlir.

Ser-Odun rəğbət bəslədiyi bir adam vardı. Onun adı Tse-

redulam idi. Tseredulam solğun bənizli, dərinə düşmüş qara 

gözlü gənc qadındır. Onun üç gözəl oğlu var. Əri sərxoşluğa qur-

şanaraq, onu üç uşağı ilə atmışdı. Qadın üçün çox çətin idi. O, 

Ser-Odun köşkünə eyni çəkmələri düzəltməyə tez- tez gəlirdi.



27

Tseredulam köşkə gələndə Ser-Od oxumağını saxlayır və 

onlar xeyli söhbətləşirdilər. Nə qədər ki, onlar tez-tez görü-

şürdülər, Ser-Od qadına baxaraq, nəfəsini ağır çəkirdi.

Lakin Tseredulam bura bəzən ayaqqabısız da gəlirdi. O, 

bura daxil olanda Ser-Odu qəribə hisslər çulğalayır, əlindəki 

çəkiclə mıxın papağına düzgün vura bilmirdi.

Bir gün qadın dedi:

- Bu gün şənbədir. Bu axşam bizə gəlin...

Ser-Od  özünün  bayırlıq  kostyumunu  geyinib  deyilən 

vaxtda mənzilin qapısını döydü.

- Bizim pinəçi gəldi, - deyə uşaqlar onu şadyanalıqla qar-

şıladılar.

Tseredulam ləzzətli şam hazırladı, masaya xüsusən qo-

naq üçün alınmış bir şüşə çaxır qoydu. “O, necə də yaxşı qa-

dındır”, - deyə Ser-Od fikirləşdi. - Uşaqları da qəşəngdirlər.

Bundan sonra Ser-Odun köşkündə axşamlar işıq xeyli ya-

nardı. Ser-Od bir neçə cüt təzə balaca uzunboğaz çəkmələr 

tikirdi.

Günlərin  birində  Tseredulam  köşkə  üç  cüt  çox  köhnə 

uşaq uzunboğaz çəkmələri ilə daxil oldu. Ser-Od çəkici kəna-

ra qoydu, həyəcanla gülümsədi və öz yeşiyini açdı. Oradan o, 

üç cüt təzə balaca uzunboğaz çəkmələr çıxartdı.

- Mən... Mən uşaqlara hədiyyə eləmişəm. Zəhmət olmasa, 

xahiş edirəm, götür, - deyə Ser-Od dilləndi.

O, karıxmış halda gülümsəyir, nə üçünsə öz alətlərini bir 

yerdən başqa yerə qoyurdu.

Tseredulamın gözlərində yaş göründü, onlar muncuqlar 

Günəşdə olduğu kimi parıldayırdılar.

- Tseredilam! Mən səni və oğlanlarını çox sevirəm, - deyə 

Ser-Od bildirdi.




28

 

XONQOR- zUL

V

ətənimdə qeyri-adı gözəlliyə malik olan Xonqor-Zul 



adlı qızdan və onun acı taleyindən danışırlar. Lakin 

heç kəs bilmir ki, o, həqiqətən olub, yoxsa bunların 

hamısı uydurmadır?!

Deyirdilər ki, onun haqqında bizim meşəbəyi kimi yax-

şı nəql edən tapılmaz. Məhz buna görə mən istərdim ki, qız 

haqqında hər şeyi onun dilindən eşidim.

Meşəbəyi isə, elə hey boyun qaçırırdı, mən isə təkid edir-

dim və o, nəhayət, razılaşdı.

-  Əgər  sən  həqiqətən  onun  haqqında  eşitmək  istəyir-

sənsə, sabah dan yeri ağarmamış bura gəl, - deyə o, dillən-

di. - Meşəyə gedərik, orada bəlkə mən sənə onun haqqında 

danışdım.

Mən erkən oyandım.

- Nəvəciyim, de görək ertədən sən hara hazırlaşırsan?- 




29

nənəm hıqqıldayaraq yataqdan qalxıb soruşdu.

- Meşəbəyi ilə ova gedirəm.

- Ehtiyatlı ol. Axı meşəbəyi bir az başdan xarabdır.

Biz meşəbəyi ilə onun alaçığından çıxıb yola düzələndə, 

hava təzəcə işıqlaşmağa başlayırdı.

Mənə belə gəlir ki, meşəbəyi adamların hesab etdikləri 

kimi deyil. Düzdür, o, adamların yanında olmağı sevmir, sirr 

verməyəndir. Heç kəslə fikrini bölüşdürmür. Lakin o, meşəni 

sevir, əsaslı surətdə onu qoruyur. Ola bilsin, buna görə hesab 

edirlər ki, meşəbəyi tərs xasiyyəti olan adamdır.

Tayqada  o,  özünü  evində  olduğu  kimi  hiss  edir,  bəzən  

həftələrlə burada qalır.

Danışırlar ki, bəzən hətta qışın şaxtalı vaxtında o, burada 

gecələyir. Böyük tonqal qalayır, dağ keçisinin ətindən kabab 

çəkir, onu yeyib, ayı dərisindən olan kürkdə oturub, özünün 

qısa qəlyanını çəkir. Mövhumatçı qarılar meşəbəyini az qala 

cin-şeytandan törənən hesab edirlər.

Uzun illər idi ki, mən evdə, nənəmin yanında deyildim, 

lakin  hər  şey  yadımda  idi  və  mən  öz  doğma  diyarımı  çox 

sevirdim. Bizim aulun uşaqları kimi, mən də əvvəllər meşə-

bəyidən qorxurdum. Lakin indi mən böyümüşəm, kim olur-

sa-olsun,  onunla  mübahisə  etməyə  hazıram.  Meşəbəyinin 

belə  qəribəliklərinin  xüsusi  səbəbləri  vardır,  yəqin  onları 

ürəyinin dərinliyində gizləyir.

Nə  qədər  ki,  meşəbəyi  haqqında  düşünürdüm,  o  qədər 

də bu adamın sirrini öyrənmək istəyirdim. Onunla görüşəndə 

meşədən, tayqanın həyatından söhbət açmağa çalışırdım. Əgər 

o, hər hansı nağılı danışmağa başlayırdısa, mən sanki balaca-

laşır və ona maraqla, nəfəsimi dərmədən qulaq asırdım. Yəqin 

məhz buna görə mən meşəbəyinin etibarını qazandım.

Mən səbirsizliklə gözləyirdim ki, nə vaxt meşəbəyi gözəl 

Xonqor-Zul haqqında danışacaq. Qızın adı çəkiləndə, nədənsə 

o, gözlərini yana çevirir və qəmgindi. «Yəqin bu əhvalatın ona 

aidiyyatı var» - deyə mən qeyri-ixtiyari düşünürdüm.



Yüklə 201,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə