Sentyabr 2017-ci IL, cümə Azərbaycan dövlətinin elm siyasəti yeni uğurlara zəmin yaradır



Yüklə 83,8 Kb.
Pdf görüntüsü
tarix07.04.2018
ölçüsü83,8 Kb.
#36356


3

1 sentyabr 2017-ci il, cümə

Azərbaycan dövlətinin elm siyasəti 

 yeni uğurlara zəmin yaradır

 

ˆ

Orta əsrlərdə dünya elminə  və mədəniyyətinə  böyük 



töhfələr vermiş xalqımız sonralar müxtəlif imperiyaların 

tərkibində  yaşadığına görə elmin  inkişafı o qədər də əhatəli  

olmamışdır.  Çar  Rusiyası hökumətinin  Azərbaycanda ali təhsil 

məktəblərinin , elmi cəmiyyətlərin və elmi-tədqiqat qurumlarının  

təsis edilməsinə  icazə  verməməsi  burada elmin inkişafını 

xeyli  ləngidib. Azərbaycan Xalq Cümhuriyyəti  dövründə isə 

– 1919-cu ildə ölkədə milli kadrları hazırlayan ilk ali təhsil 

müəssisəsi  – Bakı Dövlət Universiteti  təsis olunmuşdu.  Sovetlər 

dönəmində – XX  əsrin ortalarında yaranmış Azərbaycan 

Milli Elmlər Akademiyası  qədim və zəngin ənənələri olan  

xalqımızın  intellektual potensialının səmərəli təşkilində, 

elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin 

müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin 

inkişafında müstəsna rol oynamışdır.

Azərbaycan dövlət müstəqilliyini 

bərpa etdikdən sonra elmdə islahatla-

rın həyata keçirilməsi üçün əlverişli 

zəmin yarandı.  Təsadüfi deyil ki, 

həm ulu öndər Heydər Əliyev, həm 

də Prezident İlham Əliyev bu ali  

dövlət postuna  seçiləndən dərhal 

sonra bilavasitə AMEA-da ölkənin 

görkəmli ziyalıları ilə görüşmüşlər. 

Bu isə müstəqilliyini bərpa et-

miş Azərbaycanda elmin inkişaf 

etdirilməsinin əsas prioritetlərdən biri 

olduğunu göstərirdi. 

Dövlətin elm  siyasəti  haq-

qında danışarkən,  yada düşən ilk 

məqam  ölkəmizdə aparılan uğurlu 

islahatlar, quruculuq işləri, iqti-

sadiyyatda baş verən irəliləyişlər, 

qeyri-neft sektorunun inkişafı  kimi 

proseslər olur.  Həmin tendensiyalar 

müsbət nəticələrə gətirib çıxarmış, 

regionların sosial-iqtisadi inkişafı, 

əhalinin sosial vəziyyətinin yaxşı-

laşdırılması istiqamətində mühüm 

tədbirlər həyata keçirilmişdir. Dövlət 

siyasətinin əsas istiqamətlərindən 

biri də elm, təhsil və mədəniyyət 

sahəsinə göstərilən qayğının ardıcıl 

davam etdirilməsi, elmi-texniki po-

tensialın qorunub saxlanılması, elm 

və təhsil sahəsində yüksəkixtisaslı 

kadrların hazırlanması, onlara 

qayğı göstərilməsi, cəmiyyətdə 

elmi işçilərin nüfuzunun artırılması 

sahəsində bir sıra mühüm qərarların 

qəbul edilməsi olmuşdur.

Azərbaycan  Prezidenti İlham 

Əliyevin  AMEA-nın 70 illiyinə həsr 

edilmiş tədbirdə söylədiyi fikirlər  

dövlətimizin elmə münasibətinin 

xarakterizə edilməsi baxımından 

xüsusi əhəmiyyət kəsb edirdi:  

“Azərbaycan dünyanın sayı o qədər 

də çox olmayan kosmik klubuna da 

üzv olmuşdur. Bu, bizim siyasətimizi 

əks etdirir. Biz gələcəyə bu cür 

baxırıq: müasirlik, dinamik inkişaf, 

texnologiyaların tətbiqi. Bunlar 

olmasa, biz istədiyimiz qədər inkişaf 

edə bilmərik. Biz isə istəyirik ki, 

inkişaf etmiş ölkələrin sırasına daxil 

olaq və imkanlar da var. Çünki kadr 

potensialı güclüdür. Təhsil lazımi 

səviyyədədir. Savadlılıq təxminən 100 

faizdir. Bu, elmin inkişafı üçün əsas 

bazadır. Elmin inkişafına diqqət və 

qayğı göstərilir. Bütün bu amillər var. 

Əsas məsələ ondan ibarətdir ki, bütün 

bu strategiyamızı düzgün planlaşdı-

raq və addımlarımızı düzgün ataq ki, 

Azərbaycan bu sahədə də birincilər 

sırasında olsun”. 

Zaman təkcə siyasətçilərdən və 

diplomatlardan deyil, eləcə də elm 

xadimlərindən hadisə və proseslərə 

daha çevik yanaşma tərzini tələb 

edir. Belə ki, bazar iqtisadiyyatı-

nın xüsusiyyətləri elmi fəaliyyət 

sferasında əsaslı islahatların aparıl-

masını, elmi nailiyyətlərin və yeni 

texnologiyaların praktikada tətbiqi 

üçün daha səmərəli mexanizmlərin 

işlənməsini  zəruri  edir. Bunu nəzərə 

alaraq AMEA-nın Rəyasət Heyəti 

mühüm sosial-iqtisadi problemlərin 

həllində elmin və texnikanın rolunun 

yüksəldilməsi, dövlətin informasiya 

ehtiyatlarının artırılması və innova-

siya proseslərinin sürətləndirilməsi 

məqsədilə Azərbaycanda elm sekto-

runun inkişaf strategiyasını hazırla-

mışdır.

Yeni strategiyanın əsas 



məqsədi respublikanın alim və 

mütəxəssislərinin təbiət, texni-

ka, humanitar və ictimai elmlərin 

aparıcı istiqamətlərində fundamental 

və tətbiqi araşdırmaların inkişafı-

na yönəlmiş yaradıcılıq səylərini 

birləşdirmək, elmi-texniki tərəqqinin 

yeni istiqamətlərini seçmək və onların 

həyata keçirilməsi üçün elmi zəmin 

yaratmaq, sosial - iqtisadi inkişafın 

mühüm problemləri üzrə perspek-

tiv tədqiqatları təşkil etmək, elm və 

texnikanın nailiyyətlərinin praktika-

da istifadə edilməsi üçün tədbirlər 

görmək, elmi cəmiyyətimizin 

qurulmasını təmin edən əsas amilə 

çevirməkdir.

Yeri gəlmişkən,  Azərbaycan 

Respublikasının  elmi və elmi-tex-

niki siyasətini həyata keçirən ali 

dövlət orqanı  –  Azərbaycan Milli 

Elmlər Akademiyası  1945-ci ildə 

yaradılmışdır. Bu dövr ərzində 

Elmlər Akademiyası nəhəng bir 

təşkilata, fundamental tədqiqatların 

əsas mərkəzinə çevrilmişdir. Aka-

demiyanın  yaranması əsrlərdən 

bəri Azərbaycanda elmi təfəkkürün 

formalaşmasının təbii nəticəsi ol-

muşdur.  70  il ərzində akademiyada 

əldə edilmiş elmi nəticələr, çoxsaylı 

ixtiralar, hazırlanmış yüksəkixtisaslı 

kadrlar bu gün müstəqil Azərbaycan 

Respublikasının demokratik və 

hüquqi dövlət kimi formalaşmasın-

da həlledici rol oynamışdır. Aka-

demiyada 66 təşkilat, o cümlədən 

48 elmi-tədqiqat, 9 konstruktor-

texnologiya müəssisəsi, 2 regional 

elmi mərkəz, 4 muzey, 2 rəsədxana, 

3 təcrübə-sınaq zavodu və 

“Azərbaycan Milli Ensiklopediyası” 

Elmi Mərkəzi fəaliyyət göstərir.

Azərbaycan alimlərini dünya-

da tanıdan  elmi uğurlar çoxdur. 

Onlardan bəzilərini yada salaq.  

Neftçıxarma sahəsində yeni istiqamət 

olan radiotexnologiyanın tətbiq 

olunması,  reaktiv mühərriklər üçün 

yeni növ yanacağın kəşfi, davam-

lı inkişafın məqsədi olan ekoloji 

sivilizasiya  konsepsiyası, təbaşir 

mollyuska faunasının (belemnitlər) 

kompleksləri barədə təlim, yüksək 

molekulyar sistemlərdə güclü 

elektrik sahəsinin təsiri ilə baş verən 

elementar elektron və molekulyar 

proseslərin tədqiq edilməsi, on iki 

üzvlü tsikllərin konformasion anali-

zinin öyrənilməsi, güclü qeyri-xətti 

laylı Gase kristallarında hadisələrin 

tədqiqi, yarımkeçiricilərin tədqiqinin 

elektromaqnit dağılmaz metodları, 

informasiya emalının akustooptik 

metodları, mülki aviasiyanın hava 

gəmilərində uçuşların təhlükəsizliyi 

problemlərinin elmi əsasları, hiper-

toniya və hipotoniya xəstəliklərinin 

uşaqlarda və yeniyetmələrdə təsnifatı, 

türk dillərinin məntiqi tipinin yaradıl-

ması ideyası və sairə . 

Bu nailiyyətlər göstərir ki, 

elmin inkişafı Azərbaycanda dövlət 

siyasətinin mühüm prioritetlərindən 

biridir. Hazırda beynəlxalq 

münasibətlərdə siyasi, iqtisadi, 

elmi-texniki, ekoloji və informasiya 

xarakterli amillərin  müstəsna rol 

oynaması Azərbaycan Respublikası-

nın milli maraqlarının ödənilməsində 

elmin inkişafına təkan vermişdir. 

Çünki dövlətin sosial-iqtisadi qüdrəti, 

ölkənin müdafiə qabiliyyəti və milli 

təhlükəsizliyi, cəmiyyətin mədəni-

mənəvi tərəqqisi və xalqın rifahı 

elmin inkişaf səviyyəsi ilə birbaşa 

əlaqəlidir. 

Son dövrlərdə Azərbaycan xalqı-

nı, xüsusən, milli elmimizi beynəlxalq 

aləmdə təmsil edən çoxlu sayda 

görkəmli alimimiz vardır.  Onlardan 

bəzilərini yada salmaq yerinə düşərdi. 



Lütfi Zadə (1921) 

Azərbaycan əsilli alim, süni inte-

lellekt sahəsində qeyri-səlist məntiq 

nəzəriyyəsinin banisi, Kaliforniya 

Berkli Universitetinin professoru. 

Bu ali təhsil müəssisəsinin ömürlük 

professoru seçilmiş yeganə şəxsdir. 

Amerikadakı Azərbaycan diaspor 

təşkilatlarının fəxri sədridir. Lütfi 

Zadə bir çox xarici ölkə akademiya-

larının üzvüdür və dünyada əsərlərinə 

ən çox istinad edilən alim sayılır. 

Təkcə 1990-2000-ci illərdə onun 

əsərlərinə 36000-dən çox istinad 

edilmişdir.

İren xanım Melikoff

1917-ci ildə Peterburqda doğul-

muşdur. Ailəsi ilə birlikdə Fransaya 

köçmüşdür. Azərbaycanlıdır, filolo-

giya elmləri doktoru, professordur. 

Parisdə ingilis dilində lisey bitirmiş-

dir. Sorbonna Universitetində təhsil 

alarkən,  eyni zamanda, Şərq Dilləri 

İnstitutunda oxumuş, ərəb, fars və 

türk dillərini öyrənmişdir. 1947-ci 

ildə Fransaya qayıdaraq “Orta əsrlər 

Türkiyə eposları” mövzusunda dok-

torluq dissertasiyası müdafiə etmiş və 

Strasburq Universitetinin professoru 

olmuşdur. Onun elmi maraq dairəsi 

çox əhatəlidir.  400-ə qədər elmi işin 

müəllifidir. “Koroğlu”, “Umur paşa”, 

“Məlik Danişmənd”, “Seyid Batddal”, 

Babək hərəkatı, Qızılbaşlar tarixi, 

Əbu Hüseyn Xorasaninin yaradıcılı-

ğı, Xətai, M. F. Axundov və bir sıra 

başqa mövzularda  monoqrafiyaların 

və ədəbiyyatşünaslıq tədqiqatlarının 

müəllifidir.  İ. Melikoffun səyi 

nəticəsində Strasburq Universitetində 

türk şöbəsi yaradılmışdır. Sonradan 

İren xanımın  rəhbərlik etdiyi  həmin 

şöbə elmi-tədqiqat institutuna çev-

rilmişdir. Bu institutda Azərbaycan 

mədəniyyətini öyrənən mərkəz 

yaradılmışdır. 1966-cı ildə İ. Melikoff 

“Türkika” adlı jurnal nəşr edərək,  

fransız oxucularını türk xalqlarının 

tarixi, ədəbiyyatı və mədəniyyəti 

ilə tanış etmişdir. Bu jurnalda 

Anarın, Çingiz Hüseynovun, Sara 

Aşurbəylinin, Tofiq Məlikovun və bir 

sıra başqa azərbaycanlı müəlliflərin 

əsərləri çap olunmuşdur.

İren xanım Fransa və Azərbaycan 

Mədəniyyət Əlaqələri Mərkəzinin 

rəhbəri olmuşdur.



Məsud Əfəndiyev 

Riyaziyyatçı, professor Məsud  

Əfəndiyev Azərbaycan Dövlət 

Universitetinin mexanika-riyaziyyat 

fakültəsində iki il oxuduqdan sonra 

təhsilini M.Lomonosov adına Mosk-

va Dövlət Universitetində  davam 

etdirmişdir. Almaniyanın  Münhen, 

Ştuttqart, Berlin universitetlərində 

dərs demişdir. H.Helmholts 

adına Münhen Elmi-Tədqiqat 

Mərkəzində “Dinamik sistemlər” 

şöbəsinin müdiri vəzifəsinədək 

yüksəlmişdir. M.Əfəndiyev Alma-

niya hökumətinin təsis etdiyi A. 

Fon Humboldt   mükafatına layiq 

görülmüşdür. O, bu nüfuzlu müka-

fatı alan ilk azərbaycanlıdır. 2005-ci 

ildə isə Yaponiyanın nüfuzlu “Japan 

Society for the Promotion of Scion-

ce - JSPS” təşkilatının mükafatına 

layiq görülmüşdür. Onun Almaniya, 

Amerika və Yaponiyanın ən mötəbər 

nəşriyyatlarında çap olunan mo-

noqrafiyaları dünya elminə böyük 

töhfədir.



Rüfət Mirəsədulla 

 oğlu Mirqasımov 

Görkəmli fizik, fizika-riyaziyyat 

elmləri doktorudur. Bakı şəhərində 

anadan olmuşdur. Moskva Dövlət 

Universitetinin  fizika fakültəsini 

bitirmişdir. Hazırda Dubna şəhərində 

(Rusiya) Birləşmiş Nüvə Tədqiqatları 

İnstitutunda  çalışır. 



Natiq Məmməd 

 oğlu Atakişiyev

Riyaziyyatçı alim, professordur. 

Bakı Dövlət Universitetini bitirmişdir. 

Meksikada Riyaziyyat İnstitutunuda 

calışır.

Tofiq Davud  

oğlu Məlikov 

Tənqidçi, ədəbiyyatşünas. 

Azərbaycan Dövlət Universite-

tinin şərqşünaslıq fakültəsində 

təhsil almışdır . Azərbaycan Dövlət 

Televiziya və Radio Verilişləri 

Komitəsində diktor işləmişdir (1965). 

SSRİ EA Şərqşünaslıq İnstitutunun 

aspiranturasında təhsilini davam 

etdirmişdir . 1976-1978-ci illərdə 

Türkiyədə işləmişdir. 1991-1994 

illərdə Türkiyədə İstanbul Universite-

tinin ədəbiyyat fakültəsinin profes-

soru işləmişdir. Moskvada Dünya 

Ədəbiyyatı İnstitutunda  aparıcı 

elmi işçi olmuşdur. Hazırda Moskva 

Dövlət Linqvistika (dillər) Universi-

tetinin  professorudur. Eyni zamanda,  

Beynəlxalq Türkoloji və Mədəniyyət 

Fondunun  vitse-prezidentidir . 



Sabir Məcid 

 oğlu Hüseynzadə 

Görkəmli riyaziyyatçı alim 

Moskva Dövlət Universitetinin  me-

xanika-riyaziyyat fakültəsini bitir-

mişdir. Hazırda həmin fakültənin ali 

həndəsə və topologiya kafedrasının 

professorudur. Moskva Riyaziyyat 

Cəmiyyətinin  katibidir.



Fərman Qurban  

oğlu Salmanov 

Geoloq alim, ictimai xadim, 

geologiya-mineralogiya elmləri dok-

toru, Rusiya Elmlər Akademiysının  

müxbir üzvü, Lenin mükafatı laure-

atı, Sosialist Əməyi Qəhrəmanıdır. 

F.Salmanov 1954-59-cu illərdə Novo-

sibirsk Geologiya İdarəsində geoloq, 

baş geoloq, neft-kəşfiyyat ekspedi-

siyasının rəisi, 1959-62-ci illərdə 

Surqut neft-kəşfiyyat ekspedisiyasının 

rəisi, 1969-70-ci illərdə Tümen Baş 

Geologiya İdarəsinin baş geoloqu, 

1978-ci ildən bu  idarənin rəisi olur.  

Keçən əsrin 80-ci illərinin sonu 90-cı 

illərin əvvəllərində F.  Salmanov 

SSRİ geologiya nazirinin birinci mü-

avini işləyib. Onun rəhbərliyi altında 

Surqutda, Salımskda, Pravdinskda, 

Mamontovskda, Somotlorda, Uren-

qoyda, Qərbi Sibirin başqa yerlərində 

20 neft və qaz yatağı aşkar edilmişdir. 

Fərman Salmanov neft və qaz geolo-

giyası məsələləri ilə bağlı bir sıra elmi 

işlərin müəllifidir. Habelə “Neft və 

qaz yataqlarının formalaşma şəraiti və 

paylanma qanunauyğunluğu”, “Qərbi 

Sibir neft və qazının geologiyası”, 

“Böyük neft və qaz yataqlarının yer 

qabığında paylanma qanunauyğun-

luğu”, “Axtarışın sürətləndirilməsi” 

onun fundamental əsərləridir. 

Sonda Rusiyanın Dub-

na şəhərindəki Birləşmiş Nüvə 

Tədqiqatları İnstitutunun direkto-

ru, akademik Viktor Matveyevin 

Azərbaycan alimləri barədə dediyi 

fikirləri xatırladaq:  “Sadəcə bir misal 

çəkim. Azərbaycan Milli Elmlər Aka-

demiyasının Həsən Abdullayev adına 

Fizika İnstitutunun əməkdaşları Dub-

nanın əməkdaşları ilə  sıx əməkdaşlıq 

edirlər. Onlar fundamental fizikanın 

vacib və müasir layihələrindən birinin 

reallaşmasına böyük töhfə veriblər. 

Bu, Cenevrədəki nəhəng adron 

kollayderində atlas kompleksinin 

yaradılmasıdır. Beləliklə, onlar Nobel 

mükafatı ilə təltif edilən şəxslərlə 

tamhüquqlu həmmüəlliflərdir. Bu, fun-

damental elmdə son dövrlərin mühüm 

kəşfidir. Bu, müasir fundamental elmin 

təntənəsidir və əlbəttə ki, Azərbaycan 

öz alimləri ilə fəxr edə bilər”.



Hazırladı:  

 İttifaq MİRZƏBƏYLİ,   

“Xalq qəzeti”

Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də 

ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki 

ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağ-

lıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin 

səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O 

ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya 

miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə 

bilirlər.

Azərbaycan Respublikasının Prezidenti   

İlham Əliyevin  AMEA-nın 70 illik yubileyinə  

həsr olunmuş yığıncaqdakı nitqindən

 

ˆ

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən 



qoyulan dövlət  gənclər siyasəti və bu istiqamət  üzrə qəbul olunan 

dövlət proqramları bu gün öz bəhrəsini verməkdədir. Xüsusilə, son 

illər ölkəmizdə gənclərlə iş üzrə tədbirlərin təşkil edilməsi, mötəbər 

forumların, idman yarışlarının, festivalların keçirilməsi bir ənənə 

halını alıb.

 Bir neçə gün bundan öncə 

Qlobal Gənc Liderlər Forumunun 

Bakıda baş tutması da bu siyasətin  

növbəti uğurunun təntənəsi idi. Hələ 

üç il əvvəl Bakıda Gənclər Siyasəti 

üzrə Birinci Qlobal Forum keçirilən 

zaman bu sahədə böyük tədbirlərin 

məhz Azərbaycanda reallaşmasının  

əhəmiyyəti hər kəsə aydın oldu. 

Həmin tədbirə 80-dən çox ölkənin 

700-dən artıq nümayəndəsi qatıldı 

və Azərbaycan dövlətinin bu sektora 

qayğısı barədə çoxlu sayda yüksək 

fikirlər səsləndirildi. Prezident İlham 

Əliyev öz ənənəsinə sadiq qala-

raq, həmişəki kimi, gənclərlə bağlı 

keçirilən mötəbər tədbirlər barədə öz 

fikirlərini cəmiyyətimizə və dünya 

ictimaiyyətinə çatdırdı. Dövlət başçısı 

Qlobal Gənc Liderlər Forumunun 

iştirakçılarına ünvanladığı məktubda  

forumun Bakı şəhərində keçirilməsi 

barədə qərarı ölkəmizin gənclərlə 

iş sahəsindəki təcrübəsinə verilən 

yüksək qiymət kimi dəyərləndirdi. 

Prezident bildirdi ki, gənclərimizin 

fəallığı, yüksək təşkilatçılığı və 

intellekti barədə fikirlərin yüksək 

tribunalardan eşidilməsi bizdə qürur 

hissi yaradır.

 Ümumiyyətlə, belə  mötəbər, 

dünya miqyaslı ictimai-siyasi, 

mədəni tədbirlərin ölkəmizdə 

keçirilməsinin böyük əhəmiyyəti 

var. Bu,  Azərbaycan adının dünyada 

sülhün, əmin-amanlığın, tərəqqinin, 

elmin, mənəviyyatın təbliğatında önə 

çəkilməsinə hesablanan gedişlərdir. 

Dünyadakı 50 milyondan artıq 

azərbaycanlının ümid yeri olan 

müstəqil Azərbaycan dövlətinin 

uğurlarıdır. Paytaxtımız Bakı dünyaya 

sülh, inkişaf mesajları ötürən bir plat-

forma kimi missiyasını ortaya qoyur. 

Müasir dünyada baş verən gərgin 

siyasi vəziyyətlər, münaqişələrin 

müqabilində ölkəmizin “sabitlik ada-

sı” funksiyanı öz üzərinə götürməsi, 

əlbəttə ki, diqqətdən yayınmır. 

Bədnam qonşularımızın işğalçılıq 

faktorlarına, aqressiya, nifaq ardın-

ca qaçmalarına, qonşularına yalnız 

zərər vermək barədə mənfur planlar 

qurmaq istəklərinə  baxmayaraq,  

Azərbaycanın bu kimi təzyiq və 

gərgin münaqişədə sarsılmadığı-

nı, hələ də ümumbəşəri dəyərlərə 

hörmətlə  yanaşaraq, dünyaya sülh və 

tərəqqi mesajları ötürməsi çox böyük 

əhəmiyyət kəsb edir. Azərbaycana 

gələn dünyanın tanınmış simaları 

ölkəmizdən razı gedir, xalqımızın 

mədəniyyətini, ənənələrini, tari-

xi keçmişini, yüksək təşkilatçılıq 

bacarığını qiymətləndirirlər. Qlobal 

Gənc Liderlər Forumunda  iştirak 

edən dünyanın müxtəlif ölkələrinin 

rəhbərləri də  Azərbaycandakı  uğurlu 

gənclər siyasətinin şahidi oldular və  

Bakıdan ölkəmiz haqqında yüksək 

təəssürratlarla ayrıldılar. Bu, onu 

göstərir ki, müasir  Azərbaycan 

gəncliyinin inkişafı, beynəlxalq aləmə 

inteqrasiyası, mötəbər tədbirlərdə 

gənclərin iştirakının təmin olunması 

dövlət siyasətinin prioritetini təşkil 

edir.


Azərbaycanda dövlətin 

gənclərə diqqət və qayğısının bariz 

nümunəsi olaraq, hələ 2007-ci 

ildə Azərbaycan  Prezidenti İlham 

Əliyevinin sərəncamı ilə ölkədə 

“Gənclər ili” elan edilmişdi. Bu 

sərəncam  gənclərin yaradıcılıq 

potensialının aşkara çıxarılmasında 

və  reallaşdırılmasında, intellektual 

səviyyəsinin yüksəldilməsində, xü-

susi istedadlı gənclərin seçilməsi və 

onlarla müvafiq tədbirlərin həyata 

keçirilməsində böyük rol oynamış-

dır. Əlbəttə, bu sərəncamdan sonra 

gənclərin  dövlət orqanlarında, 

parlamentdə, bələdiyyələrdə, biznes 

strukturlarında, təhsil sektorunda 

beynəlxalq tədbirlərdə fəal təmsil 

olunması əhəmiyyətli dərəcədə 

artmışdır.  

Azərbaycan gəncliyinin dünya 

birliyinə inteqrasiyasını daha da 

sürətləndirmək və gənclərimizin 

mötəbər beynəlxalq tədbirlərdə 

iştirakını təmin etmək məqəsdilə 

həyata keçirilən tədbirlərdən biri 

də  “Dünya Azərbaycanlı Gənclər 

Birliyi”nin təsis  olunmasıdır. Birliyin 

təsis qurultayı 2012-ci il martın 

12-də  Bakıda keçirilmişdir. Qurul-

tayda dünyanın bir sıra  ölkələrində 

fəaliyyət göstərən beynəlxalq 

təşkilatların və xaricdə yaşayan 

azərbaycanlı gənclər birliklərinin 

nümayəndələri iştirak etmiş və bu 

təşkilatın yaranmasını müsbət hal 

kimi qiymətləndirmişlər. Bundan 

əlavə, Beynəlxalq Təşkilatlarda 

İşləyən Azərbaycanlıların Assosia-

siyası yaradılmışdır ki, bu təşkilatın 

da məqsədi xarici ölkələrdə müxəlif 

beynəlxalq əhəmiyyətli qurumlarda 

işləyən azərbaycanlıları bir araya 

gətirmək, onları düzgün koordinasiya 

etmək və ölkəmiz üçün əhəmiyyətli 

layihələrə cəlb etmək idi. 

Dünyanın müxtəlif ölkələrində 

yaşayan soydaşlarımzın milli maraq-

ların qorunması, xalqımızın zəngin 

mədəni irsinin təbliği, Azərbaycan 

həqiqətlərinin dünya ictimaiyyətinə 

çatdırılması, həmvətənlərimizin 

hüquq və azadlıqlarının müdafiəsi 

işinə cəlb olunması və beynəlxalq 

səviyyədə əməkdaşlığın təmin 

edilməsi bu gün  gənclərin qarşı-

sına qoyulmuş əsas vəzifələrdən 

hesab olunur. Ölkədən kənarda 

təhsil almış vətəndaşlarımızın uyğun 

fəaliyyətlərini təşkil etmək, gənc 

kadrlar bazasını təkmilləşdirmək, 

xarici ölkələrdə  yaşayan azərbaycanlı 

gənclərin şəbəkələşmə işinin təşkil 

edilməsi,  azərbaycanlı gənclərin 

yaşadıqları cəmiyyətə inteqrasiya-

sı, ictimai-siyasi həyatda daha fəal 

iştirakının təmin olunması məqsədilə 

layihələr həyata keçirmək, gənclər 

barədə yaradılan mötəbər qurumla-

rımızın  qarşıya qoyduğu həllivacib 

məsələlərdəndir.

Prezident İlham Əliyev 

Azərbaycan gənclərinin üstün 

keyfiyyətlərindən və dövlətin gənclərə 

güvənməsindən danışarkən bildir-

mişdir ki, ölkəmizdə əhali çox gənc, 

dinamik və fəaldır. Gənc nəslimizi 

iqtisadi və siyasi həyatımızın hər bir 

sahəsinə qoşmaq məqsədilə apardığı-

mız fəal dövlət siyasəti hazırda yaxşı 

bəhrə verir.

Təhlükəsizlik məsələlərinə 

gəldikdə, biz yalnız gənc nəslə 

güvənirik. Sərhədlərimizi qoruyan, 

hazırda erməni təcavüzkarları ilə 

üzbəüz –səngərdə dayanan gənc 

azərbaycanlılar Vətənini qoruyur. 

Erməni təcavüzü zamanı əziyyət 

çəkmiş insanlarımızın əksər hissəsi 

gənc nəslin nümayəndələri olub. 

Əlbəttə, dövlət başçısının gəncləri 

Vətəni qoruyan ən başlıca amil 

kimi dəyərləndiməsinin özü bütün 

qiymətlərin ən üstünüdür.

Bu gün gəncliyimizin qarşısında 

bir sıra mühüm vəzifələr qoyulmuş-

dur.  Heydər Əliyev Fondunun vitse-

prezidenti, Dialoq və Əməkdaşlıq 

Uğrunda İslam Konfransı Gənclər 

Forumunun mədəniyyətlərarası 

dialoq üzrə baş əlaqələndiricisi 

Leyla xanım Əliyevanın təşəbbüsü 

ilə başlanmış “Xocalıya ədalət!” 

kampaniyası çərçivəsində keçirilən 

tədbirlər gənclərimizə vətənpərvərlik 

sahəsində nümunə kimi qəbul edilir. 

Bu layihə çərçivəsində  dünyanın 

70-dən artıq ölkəsində keçirilən 

tədbirlərdə  iştirak edən soydaş-

larımızı təmsil edən azərbaycanlı 

gənclər  birlik, həmrəylik nümayış 

etdirirlər. İctimaiyyətdə tanınmış 

gənclərimiz Azərbaycan adına böyük 

işlər görmək üçün səfərbər olu-

nurlar. Məsələn, bugünlərdə futbol 

sahəsində elə bir möhtəşəm uğura 

imza atıldı ki, bu bütün gənclik 

üçün  nümunəyə çevrildi. Hələ də 

mənfur ermənilərin  işğalı altında 

olan Ağdamın “Qarabağ” futbol 

klubu tarixi nailiyyətə imza ataraq,  

Azərbaycan futbolu tarixində ilk dəfə 

Avropa Çempionlar Liqasının qrup 

mərhələsinə vəsiqə qazandı. Başda 

baş məşqçi Qurban Qurbanov olmaq-

la komandanın üzvləri Azərbaycan 

cəmiyyətinə böyük sevinc bəxş 

etdilər. Bununla da, gənclərimizə bö-

yük örnək və eyni zamanda,  futbolu 

seçmək, sevmək üçün yeni stimul ve-

rildi. Həmin günlərdə idmanın güləş 

sahəsində də Hacı Əliyev ilk dəfə 

üçqat dünya çempionu olaraq, yenə 

də Azərbaycan gənclərinin irəliyə 

doğru inamla addımladığını sübut 

etdi. Bu, həm də ölkəmizdə gənc 

nəslə göstərilən ciddi dövlət qayğısı-

nın sübutudur.

Bir sözlə, Azərbaycanın qısa 

müddətdə iqtisadi, sosial sahədə əldə 

etdiyi uğurları müəyyənləşdirilmiş 

düzgün siyasət və strategiyanın 

nailiyyəti  kimi dəyərləndirən 

gənclərimiz dövlətin  onlara 

göstərdiyi diqqəti əməli fəaliyyətləri 

ilə doğrultmaqla,  əsl vətəndaşlıq 

məsuliyyətini ölkənin ictimai siyasi 

həyatında  tutduqları sağlam mövqe 



ilə  təsdiqləyirlər.   

Anar TURAN, 

 “Xalq qəzeti”

Dövlətin gənclər siyasəti öz bəhrəsini verir

Yüklə 83,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə