Sərbəst iş ad: Sevinc soyad: Hüsüyeva kurs: 3



Yüklə 28,18 Kb.
səhifə1/6
tarix10.06.2022
ölçüsü28,18 Kb.
#89268
  1   2   3   4   5   6
Müalicəvi palçıq ehtiyatlarının əhəmiyyəti və xarakterstikasi

    Bu səhifədəki naviqasiya:
  • Mövzu

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində
Bakı Qida Sənayesi Kolleci


Sərbəst iş


AD: Sevinc
SOYAD: Hüsüyeva
KURS:3
İXTİSAS: Mehmanxana turist-sanatoriya- kurort komplekslərində iaşə və servis
QRUP:Mt 219
Mövzu: Müalicəvi palçıq ehtiyatlarının əhəmiyyəti və xarakterstikasi
Fənn: Azərbaycan sanatoriya kurort ehtiyatları
Müəllim: Hüseynova Səbinə
Giriş
1.Palçıq vulkanları
2.Vulkan palçığı təbii müalicəvi preparatdır
3.PALÇIQLA MÜALİCƏ
Nəticə
Ədəbiyyat siayhısı


Giriş
Dünyadakı 800 palçıq vulkanından 300-ü Azərbaycandadır. Vulkanlar 26 ölkə - Kolumbiya, İtaliya, Rumıniya, Rusiya, Ukrayna, İran, Pakistan, Malayziya və başqa ölkələrdə mövcuddur. Ölkəmizdəki palçıq vulkanları sayına, morfoloji xüsusiyyətlərinə, yüksək aktivliyinə, gözəl görünüşünə görə digər ölkələrdə olanlardan xeyli fərqlənir. Ölkəmizdəki bu tip vulkanların əksəriyyəti aktiv fəaliyyətdədir. Vulkanlarımızın bəzilərinin hündürlüyü 400 metrə çatır. Quruda olanların 21 faizi yer üzərinə neft çıxarır.
Palçıq vulkanları ilə zəlzələlər arasında sıx əlaqə mövcuddur. Aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, zəlzələnin baş verəcəyi ərəfədə vulkanlarda aktivləşmə müşahidə olunur. Onların yer səthinə çıxardığı qazların, suların tərkibində bəzi komponentlərin faizi kəskin artır. Məsələn, qazların tərkibində helium, karbon, suların tərkibində isə bor, bəzi hallarda xlorid və sulfat artır. Püskürmələr isə əsasən güclü zəlzələdən sonra olur.
Palçıq vulkanlarının digər sahələr üçün də faydası var. Belə ki, vulkan gili faydalı keramzit xammalıdır və tikintidə, xüsusən də kərpic hazırlanmasında geniş istifadə olunur. Vulkan suları bor, brom, yod, vulkan brekçiyası isə bir sıra lazımlı mikroelementlər - bor, manqan, litium və digər materiallarla zəngindir.
Akif Əlizadənin söylədiklərindən məlum oldu ki, palçıq vulkanları materialından tikintidə istifadə olunur. Vulkanların ətrafı dağıdılır, gil maşınlarla daşınır. Palçıq vulkanları materiallarının çox gözəl, olduqca təbii tikinti materialı olduğunu bildirən akademik hətta vulkanların ətrafında da tikinti işlərinin aparıldığını deyib: "Binəqədi yolu ilə gedəndə həmin ərazidə yerləşən "Keyrəki" vulkanında aparılan tikintilər vulkanın lap konusuna yaxınlaşıb. Vulkan püskürsə, bütün tikintilər altında qalacaq".
Akademik məsələ ilə bağlı Nazirlər Kabinetinə, müvafiq qurumlara müraciət etdiklərini bildirib. Qeyd edək ki, ölkə prezidentinin 2007-ci il 15 avqust tarixli sərəncamı ilə palçıq vulkanlarının yerləşdiyi ərazilər qoruq zona elan olunub və bu məsələ ilə bağlı işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb. Hazırda ərazilərin qoruq zona kimi qorunmasının təmin olunması istiqamətində iş aparılır.
Vulkanların turizm məqsədilə də əhəmiyyətli olduğunu deyən akademik Akif Əlizadə əlavə edib ki, hazırda Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bu sahədə təbliğat işləri aparılır. İnstitut rəhbəri deyir: "2 ildir alman mütəxəssisləri ilə birlikdə Qobustandakı "Daş-gil" palçıq vulkanı üzərində araşdırmalar aparırıq. Həmin vulkan gündəlik olaraq metan qazı ifraz edir. Monitorinqlərdə fundamental elmi nəticələr əldə edilib. Amma biz onun yerin təki ilə əlaqəsi, atmosferə təsiri, zəlzələlərlə əlaqəsi və s. üzrə araşdırmaları davam etdiririk".



Yüklə 28,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə