Sərbəst iş Fakultə: Mühəndislik İxtisas: İnformasiya texnologiyaları Qrup: 23 Kurs: Fənn: Mikroprosessorlar


Yaddaşın və xarici qurğuların idarə edilməsi



Yüklə 1,01 Mb.
səhifə6/12
tarix31.12.2021
ölçüsü1,01 Mb.
#81499
1   2   3   4   5   6   7   8   9   ...   12
Ağayeva Gulnar.Mikroprosessorlar.-1

3.Yaddaşın və xarici qurğuların idarə edilməsi.

Yaddaş hər biri ünvana malik olan yuvalardan ibarətdir. Prosessorlarla for-malaşdırıla bilən ünvanlar toplusu MPS-nin ünvan ərazisini yaradır. Yaddaşın ün-vanları bütün ünvan ərazisini və ya onun bir hissəsini tuta bilər, yaddaş isə onun texniki reallaşdırılmasından asılı olmayaraq sayı M, mərtəbələrinin dərəcələri N olan registrlər yığımlarını şərti olaraq təsvir edir.



N-1 0

RG0


RG1

RG2

RGM-2

RGM-1

Xarici qurğular da öz ünvanların malik olur. Prosessor verilənlərin mübadiləsi zamanı yalnız bir yaddaş yuvasını və ya bir xarici qurğunu seçməlidir. Yaddaş və xarici qurğunun idarəedilməsi zamanı prosesslor əvvəlcə lazımi ünvanı formalaş-dırır, sonradan onu koddan çıxarır.MPS-də bir neçə ünvanlanmanın hasil olunma üsulları tədbiq edilir.

Birbaşa ünvanlanma zamanı ünvan kodu yerinə yetirilmə əmrinin tərkibində olur. Birbaşa ünvanlama rahat olsa da, əmri uzadır. Çünki böyük yaddaş tutum-larında ünvan dərəcələri olduqca böyükdür. Birbaşa registrli ünvanların hallarında operond prosessorun daxili registrlərindən birində olduğu ünvan kiçik dərəcəli olur. Çünki belə registrlərin sayı azdır. Bu hallarda birbaşa ünvanlama özünün bü-tün üntünlüklərinin göstərir.

Dolayı yolla ünvanlama zamanı əmrdən ünvan operandı olan prosessorun regis-tri aşkar və ya qeyri-aşkar göstərilir. Əmr öz yığcamlığını saxlayır, lakin onun ye-rinə yetirilməsi üçün aralıq saxlama-ünvanın registrə yüklənməsi tələb olunur. Dolayı ünvanlama sazlama birdəfəlik aparıldıqda siyahıların emalı zamanı Rahat-dır, növbəti ünvan isə əvvəlkinin modifikasiyasından alınır. Bilavasitə ünvanlama zamanı əmrdən operandın özü olur.

Qeyd edilən ünvanlamadan başqa, mürəkkəb ünvanlama üsulları indeksli, nisbi və vardır, lakin sadə MP-də bunlardan istifadə edilmir.

Müxtəlif növ ünvanlamanın istifadə edilməsi proqramların yerinə yetirilmə müddətini və həcmini qısaldır.

Bu və ya digər ünvanlama üsullarının istifadəsi vasitəsilə prosessorun əlaqədə olduğu yaddaş yuvası və ya xarici qurğu seçilməsi üçün ünvan şinasına daxil edilən fiziki ünvan kodu hasil olunur.

Ünvanlama mütləq və ya qeyri-mütləq ola bilər. Mütləq ünvanlama zamanı yad-daş yuvasına və ya xarici qurğuya yalnız təkcə bir ünvana görə müraciət oluna bi-lər. Qeyri-mütləq ünvanlama zamanı yaddaş yuvası və ya xarici qurğu üçün müəyyən ünvan zonası ayrıla bilər. Başqa sözlə, mütləq ünvanlamada ünvanın ko-dunun tam açılmasını qeyri-mütləq ünvanlamada isə kodun bir hissəsinin açılması tələb olunur ki, bu da dekoder sxemini sadələşdirir, qeyri-mütləq ünvanlama im-kanı ünvan sahəsində istifadəsiz sahənin olması ilə əlaqədardır. Fərdi hallarda xa-rici qurğunun qeyri-mütləq ünvanlanması xətti seleksiya adlanır. yəni seçim ad-lanır. yaddaşın və xarici qurğunun ünvan sahəsinin istifadəsi nöqteyi-nəzərdən ümum şinalı və ayırıcı şinalı interfeys konsepsiyaları seçilir.

Sadə MPs-də ünvan koduna 2 hissədən ibarət baxılır. 1-ci hissə səhifəni göstərir ki, burada axtarılan ünvanlama obyekti yerləşməlidir. Digər hissə verilmiq səhifdə bu obyektinin ünvanını göstərir. Səhifədə ünvan sahəsinin bu və ya digər hissəsi olur.

Birinci konsepsiya çərçivəsində yaddaş və xarici qurğu ünvanları üçün ümumi yaddaş sahəsinin hissəsi ayrılır. Xarici qurğuya müraciət yaddaş yuva­larına müra-ciət kimi aparılır. Yəni eyni əmrlər və eyni şina vasitəsilə aparılır. Bu kon-sepsiyanın mənfi xüsusiyyəti yaddaş üçün daralmasıdıpr, çünki yaddaş sahəsinin bir hissəsi xarici qurğularla tutulmuş olu bilir. Üstünlüyü isə xarici qurğulardan alınan verilənlər üzərində yaddaş yuvaçsında olan verilənlər üçün prosessorun əmrnlər sisteminin malik olduğu bütün əməliyyatlar aparıla bilər. Belə əməliy-yatlar çoxdur və bu da proqramların parametrlərinqin yaxşılaşdırılmasına və proq-ramlaşdırmanın sadələşdirilməsinə kömək edir. ümumi şinalı konsepsiya həmçi-nin yaddaşı əks etdirən giriş-çıxış konsepsiyasında adlanır.

«Ayrılmış şinalı» konsepsiyada yaddaş yuvaları və xarici qurğular özünün ünvan sahəsinə malik olur. Bu zaman hansı tip obyektlərlə mübadilə aparılmasını təyin edən idarəedici siqnalların alınmasına tələb olunur. Məsələn, yaddaş və ya xarici qurğunun ünvanladığını göstərən İOM siqnalı daxil edilir. Bu zaman yaddaş sahə-sindən istifadə edə bilər. Xarici qurğularla mübadilə üçün əsasən yalnız İN port giriş və OUT port çıxış əməliyyatları aparılır və xarici qurğulardan verilənlərə yaddaşda saxlanılan verilənlərlə işləmək üçün geniş əmrlər yığımının tədqiq im-kanı itirilir.

Prosessorun müraciət edə biləcəyi ünvalar diopazonu m sayda ünvan şinasının dərəcələri ilə 2m nisbətində əlaqədardır. Məsələn, 160 mərtəbəli ünvan şinası vasi-təsilə 216=64 k obyektləri 20 mərtəbəli vasitəsilə 1 M obyektlər ünvanlana bilər və s.

Ünvan sahəsi prosessorun müraciət etdiyi SYQ, VYQ və XQ blokları ilə istifadə edilir. Ünvan sahəsinin göstərilmiş bloklar arasında paylanması sistemin layihə-ləndiricisi tərəfdən aparılır. Ünvan sahəsində yazılışların qısa olması üçün əsasən 16-lıq say sistemindəki ifadələr tədbiq edilir, ünvan sahəsinin tutumunun qiymət-ləndirilməsində k=210=1024, M=2020=1048576 vahidlərindən istifadə edilir.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə