SəRBƏst iŞ Fakültə: Nəqliyyat və logistika İxtisas-Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi Müəllim:Əliyev Eldar



Yüklə 18,45 Kb.
tarix15.04.2022
ölçüsü18,45 Kb.
#85508

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

SƏRBƏST İŞ

Fakültə:Nəqliyyat və logistika

İxtisas-Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi

Müəllim:Əliyev Eldar

Tələbə: Bayramov Taleh

Qurp :107a4-101 a1

Fənn: Azərbaycan tarixi.

Səfəvilər dövləti I Şah Təhmasibin dövründə.

I Şah Təhmasibin dövründə Səfəvilər dövlətinin vəziyyəti. 1524-cü ildə Şah İsmayıl 37 yaşında qəflətən vəfat edir və hakimiyytə onun oğlu on yaşlı Təhmasib (1524-1576) keçir. Tərbiyəçisi isə (lələsi) Div Sultan Rumlu olmuşdur. Onun hakimiyyəti dövründə Azərbaycan torpaqlarının tam mərkəzləşdirilməsi başa çatır. On ilə qədər ustaclı, təkəli və şamlı əmirlərinin başçılığı ilə dövlət idarə olunsada Şah Təhmasib 1534-cü ildən dövləti özü idarə etməyə başladı.

Sultan I Süleyman Qanuninin (1520-1566) dövründə Səfəvi-Osmanlı münasibətləri yenidən kəskinləşir. Belə ki, 1534, 1535-ci illərdə osmanlı ordusu Azərbaycan ərazisinə daxil olmuş və Təbriz şəhərində möhkəmləndilər. Lakin, Şah I Təhmasibin tətbiq etdiyi əks hücumlar, həmçinin “yandırılmış torpaq taktikası” nəticəsində Osmanlılar da ərzaq çatışmazlığının yaranması və qışın sərt keçməsi nəticəsində hər dəfə şəhəri tərk etmək məcburiyyətində qalmışdılar.

Bu dövrdə Şirvanda daxili ziddiyyətlər kəskinləşdi. II Xəlilullahın (1524-1535) ölümündən sonra Şirvanı daxili çəkişmələr bürüdü. Bundan istifadə edən I Təhmasib Şirvanı işğal etmək məqsədilə 1538-ci ilin yayında qardaşı Əlqas Mirzənin başçılığı ilə 20 minlik qoşın göndərir. Şirvan alınaraq Səfəvilərin əyalətinə çevrilir. Əlqas Mirzə Şirvana bəylərbəyi təyin dilir. Beləliklə Azərbaycanın həm cənubu, həm də şimali bir dövlətin tərkibinə daxil olur. Bu isə ölkənin həm iqtisadi,həm də mədəni hayatına müsbət təsir edir. I Təhmasib 1540-cı ildə Bakını, 1541-ci ildə Tiflisi tutur.

1547-ci ildə Əlqas Mirzə özünü müstəqil hökmdar elan etməyi qərara alaraq qardaşına qarşı qiyam qaldırır. Bu qiyamda Əlqas Mirzəyə Krım xanı da kömək edirdi. Lakin o, məğlub olaraq Türkiyəyə qaçır. Şahın oğlu İsmayıl Mirzə (II İsmayıl) Şamaxıya bəylərbəyi təyin edilir. Onun dövründə və onu əvəz edən Abdulla xanın dövründə Şirvanda baş verən bütün qiyamlar yatırıldı və Səfəvilərin hakimiyyəti burada daha da gücləndi.

1548-ci ildə Osmanlıların Azərbaycan ərazisinə üçüncü yürüşü baş verir və Təbriz şəhəri yenə də əsas hədəf olur. Lakin, bu dəfə də osmanlı qoşunu bir müddət sonra ölkəni tərk edir.

1551-ci ildə Şah I Təhmasib Şəkiyə tərəf hücum edir. Bu vaxt Şəki hakimi Dərviş Məhəmməd Gələrsən-Görərsən qalasında möhkəmlənir. Qeyri bərabər döyüş Səfəvilərin qələbəsi ilə başa çatır. Beləliklə, Şah I Təhmasib Şəkinin müstəqilliyinə son qoymaqla Azərbaycan torpaqlarının vahid halda birləşdirilməsi prosesini başa çatdırır.

1554-cü ildə yenidən Sultan Süleyman Azərbaycana dördüncü dəfə hücum edərək Naxçıvanı və başqa əraziləri viran etdi. Lakin digər ərazilərdə uğursuzluqla üzləşən Sultan danışıqlara girir və 1555-ci il mayın 29-da Amasiyada sülh müqaviləsi bağlanılır. Bu sülhə görə Qərbi GürcüstanQərbi Ermənistan Türkiyənin, Gürcüstanın Şərq vilayətləri və indiki Ermənistan Səfəvilərin ixtiyarına keçdi. 1555-ci ildə, osmanlılarla sülh müqaviləsi bağlanmasından sonra şah Təhmasib dövlətin paytaxtını Təbrizdən Qəzvinə köçürdü. Bu tədbirin əsas səbəbi Təbrizin hər dəfə Osmanlı işğalına məruz qalması idi.

I Təhmasibin dövründə Bağdad və Bəsrədə Şiəliyi qəbul etməyən sünni alimlər edam olundu. Sünni qəbirləri və kiçik məsçidləri dağıdıldı, böyük məsçidlər yalnız şiələrin istifadəsinə verildi. Geniş olmasa da şiələşmə başverdi və sünniliyə sadiq qalanlar Sultan Süleymanın Səfəviləri İrandan qovmasına qədər təqib edildilər.



XVI əsrin 70-ci illərindən Türk istilalarının yeni dövrü başlayır. Şah I Təhmasibin ölümündən sonra (1576) onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başlayır. Bu mübarizədə şah II İsmayıl (1576-1578) qalib gələrək hakimiyyətə keçsədə, saray çevrilişləri nəticəsində 2 il sonra öldürülür. Onun böyük qardaşı Məhəmməd Xudabəndə (1578-1587) dövründə Səfəvilər dövləti daha da zəiflədi. Dövlət xəzinəsi demək olardı ki, boşaldılmışdı. Salnaməçi İsgəndər bəy Münşi yazırdı: "Divanın yüksək vəzifəli şəxsləri qarşısında qazanc qapıları açıldı və rüşvətxorluq artdı"
Yüklə 18,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə