Sərbəst iş Fənn: Peşəkar tərcümənin əsasları İxtisas: Tərcümə Alman Qrup: B06Ale21/01 Kurs: 1 Mövzu: Hermann Hessenin “Siddhartha” əsəri



Yüklə 146,52 Kb.
səhifə1/2
tarix31.12.2021
ölçüsü146,52 Kb.
#81774
  1   2
Siddharta


Bakı Avrasiya Universiteti



Sərbəst iş

Fənn: Peşəkar tərcümənin əsasları

İxtisas: Tərcümə Alman

Qrup: B06Ale21/01

Kurs: 1

Mövzu: Hermann Hessenin “Siddhartha” əsəri

Müəllim: Yeganə İsmayılova

Tələbə: Həbilova Ceyran

Giriş

XX əsr alman ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Nobel mükafatı laureatı Herman Hesse (1877-1962) Vürtеmburqda, missionеr ailəsində doğulmuşdu. Validеynləri uzun müddət Hindistanda хristianlığın yayılması ilə məşğul olmuşdular. Onlar Hеrmanın da ailə ənənəsini davam еtdirərək missionеr olmasını istəyirdilər. Gələcək yazıçı bu arzuya qarşı çıхmasa da, təhsil aldığı Latın məktəbində və protеstant sеminariyasında məhz validеynlərinin istəyini yеrinə yеtirmək baхımından hеç bir parlaq nəticə göstərməmişdi. Sеminariyadakı nizam-intizam qaydalarını mütəmadi şəkildə pozmağa başlayanda isə onu sərt qaydaları ilə sеçilən bu təhsil ocağından yеrli-dibli qovmuşdular. Bir müddət atasının dini kitablar çap еdən nəşriyyatında işləmişdi. Sonrakı illərdə də müхtəlif pеşələr dəyişmişdi. Nəhayət, 1895-ci ildə Tübingеn univеrsitеtində kitab satışı ilə məşğul olmağa başlamışdı. Kitablarla gündəlik təmas və daimi mütaliə onun yaradıcılığa həvəslənməsinə təkan vеrmişdi. 1899-cu ildə "Kiçik dərnək" adlanan ədəbi cəmiyyətə üzv qəbul еdilmiş, еyni zamanda poеziya, nəsr və mənsur şеirlərdən ibarət iki kitabının çapına nail olmuşdu. Hermann Hesse ötən əsrin sadəcə Avropa qitəsinə və mədəniyyətinə təsiri ilə deyil, bütünlüklə planetin mədəniyyətinə və fəlsəfəsinə təsir göstərmiş yazıçısıdır. Dünyanın müxtəlif etnoslarının, dinlərinin və cəmiyyətlərinin haqqında sahib olduğu nəhəng biliklər vasitəsiylə yazıçı daima insan şəxsiyyətinin sosiumdakı yeri, onun davranışlarının təhlili kimi məsələlərə olduqca gözəl əsərlər həsr etmişdir. Yazıçı insanın mənliyini itirməsi, şəxsiyyətsizləşməsi, daha sonra insan mənəviyyatının rekonstruksiyası kimi məsələlərlə əlaqədar əzablı axtarışlarda olmuşdur. Praktiki olaraq onun bütün əsələrində bu axtarışın nəticələri ilə qarşılaşırıq.





    1. Siddhartha” əsəri

Əsəri türk dilinə çevirən Kamuran Şipaldır. O, almanca yazılmış elmi və bədii kitabların ən mahir tərcüməçilərindəndir. Freydi və Kafkanı da türkdilli oxucuya o sevdirib. Hessenin türk dilinə çevirilən “Siddhartha” romanı dekabr ayında 38-ci dəfə çap olunub. Bir neçə ay ərzində artıq 4 min nüsxə satılıb. Türkiyə mühitində “Siddhartha”nın məşhurlaşmasının bir səbəbi türk dilində buddizm haqqında kifayət qədər ədəbiyyatın, sənədli filmlərin olmasıdır. Təbii ki, rus dilinə də tərcümələr çoxdur. Amma müsəlman coğrafiyasında alternativ dini düşüncələrə münasibət xristian dünyasından daha kəskindir. Hessenin yaradıcılığının ilkin hissəsinin ümumiləşdiricisi hesab olunan bu povest Buddanın adaşının verdiyi qərar və seçdiyi yollarda özünü tapması haqqındadır. O bu günə kimi öyrəndiklərində əvvəllər öz məninə nifrət etsə də, povestin hadisələrin ortasında yanıldığını anlayır və bu dəfə Mənini kəşfə çıxır. Sonda isə artıq bütün bunların bir yalan olduğunu və hər bir şeyin sevgi adlı bir vəhdətdə birləşdiyini dərk edir. Sadə qayıqçı kimi həyatını davam edir.  Kitabın sonunda isə əsər boyu qarşımıza çıxan bir çox anlayışların izahı var və oxucunun bir çox məqamlarda əlindən tutur.

1.2 Əsərdə Hesse nədən bəhs edir?
Sırf modernist əsərdir, bir az da klassik dəyərlər üzərində qurulub. “Siddhartha” buddanın kanonlarına toxunmur, əsərdə heç bir dekonstruksiyadan və yenidən dəyərləndirmədən söhbət gedə bilməz. Əsərin sujeti insanın aydınlanma üçün keçdiyi yoldur. Necə ki, Buddanın özü bu yolu keçmişdi. Əsərin baş qəhrəmanı Siddhartha, Buddanın özü, yəni, Qautama Siddharta deyil. Amma həm də odur. Əsərdən bir daha anlaşılır ki, insan yalnız bilgilərlə aydınlana bilməz. Bu, bir ruh halı, yaşam tərzidir. Bizdəki təsəvvüf fəlsəfəsində oxşar məqamlar var. İnsan təsəvvüfdə abdəstdən tutmuş ən ali ruh halınacan bütün məqamları özü yaşayaraq keçməlidir. Elm elədir ki, orda yenidən kəşflər etmirik, bizəcən olanların üstünə qoymaqla irəliləyirik. Buddizmdə və sufizmdə sən heç kimin kərpicinin üstünə nəsə əlavə edə bilməzsən, gərək sıfırdan başlayasan. “Siddhartha” ruhi təmizlənmə yolu ilə yüksək məqama çatma kontekstində Tosltoyun “Sergi ata” əsərinə də bənzəyir. Qəhrəman bunun üçün nə mümkündürsə edir, hətta Buddanın özü ilə də görüşür, ancaq yenə aydınlana bilmir. Halbuki onun qayıqçı dostu Vasudeva heç bir cəhd göstərmədən, işlədiyi çayın pıçıltısını dinləyə-dinləyə, çayla söhbət edə-edə özündən xəbərsiz nirvanaya çatmışdır. Çünki əbədi harmoniya hər şeydən əvvəl insanın öz içindədir. Romandan belə nəticə çıxır ki, biz insanların ən böyüyü olan Buddadan da artıq özümüzə, öz yaşantımıza, içimizin səsinə inanmalı, bu səslə təbiət rasındakı harmoniyanı tapmalıyıq.

"Siddhartha"nın yazılması haqqında Hesse özü belə deyir: "Siddhartha"nı 1919-cu ilin qışında yazmağa başladım; birinci və ikinci hissələr arasında təxminən il yarım fasilə etdim. Çünki məhz həmin ərəfədə ilk dəfə yox, ancaq heç vaxt olmadığı qədər əmin oldum: nəylə yaşamağı yazmaq istəyi mənasızdır. Elə buna görə də "Siddhartha"nı qələmə almaq fikrindən daşındığım ötürülmüş dövrün yerini doldurmalıydım. Və hələ cavan yaşlarımdan mənə yaxın olan müqəddəs hind fəlsəfəsinin yenidən doğmalaşması üçün həyatımın müəyyən hissəsini asket olaraq meditasiyada keçirməliydim. Mənim üçün həyatım da yaradıcılığım kimi heç bir xüsusi arqumentlərlə müdafiə olunmağa və möhkəmləndirilməyə ehtiyac duymayan təbii vəhdətdədir".[1 s. 176] Siddhartha atasının ziddinə olaraq dünya nemətlərindən könüllü imtina edərək dostu Qovindaya qoşulub evdən gedir və bir daha geri qayıtmır. Uzun və əzablı bir yol başlanır. Müqəddəs Buddayla rastlaşırlar və bu məqamda dostu ilə yolları ayrılır. Onun ruhunda bir oyanış baş verir, onu özünə doğru aparan əsas yola məhz bundan sonra çıxmış olur. Bu məqamda yazıçı xatırladır: "Kənardan yox, məhz içdən gələn Səsə itaət ali xoşbəxtlikdir".[1 s. 184] Siddhartha çayın sahilinə gəlib çıxır və komanın sahibindən onu o taya keçirməyi xahiş edir. Çayın sahili simvolik məkandır və onun axtardığı həqiqəti çox-çox sonralar Siddharthaya məhz bu çay pıçıldayacaqdı. Çay insana özünü göstərən aynadır. Siddharthanın uzun ömrünün son dayanacağı da bu çay olur və o çaya doğru əyiləndə çayın üzündə ona tanış gələn bir üzün əks olunduğunu görür. Bu üz ona atasını xatırladırdı. Oğlu bir vaxtlar onun üzüb keçdiyi çayı keçib atasını biryolluq atanda çay Siddharthaya çoxdan unutduğu atasını xatırladır. Hər şey özünə qayıdır; Siddharthanın oğlunu da bu aqibət gözləyir, çay onun da övladını nə vaxtsa sahildən o üzə keçirəcək. Qayıqçı Vasudeva müdrikcəsinə bu həqiqəti ona anlatmağa çalışır: "Yüz dəfə ölüb-dirilsən də, oğlunu öz taleyindən döndərə bilməyəcəksən". Sadə, sadə olduğu qədər də müdhiş, amansız, qaçılmaz bir həqiqəti yazıçı heyrətamiz bir süjetlə oxucuya çatdırır. Bu dahiyanə bədii tapıntı Herman Hessenin yazıçı olaraq gücünü ortaya qoyur. "Yalquzaq", "Muncuq oyunu" kimi XX əsr avanqardizminin formalaşmasında müstəsna rol oynayan əsərlər məhz o çayı keçə bilməyənlərin faciəsini əks etdirir. Siddhartha elə Buddanın özüdür. Hesse bizə çatdırmaq istəyir ki, oyanma, aydınlanma hər kəsin yetişə biləcəyi zehni məsafədir, ona çatmaq insanın iradəsindən, dözümündən asılıdır. Hər kəsdə bu qabiliyyət var, amma hər kəs bu qabiliyyətə yiyələnmək üçün o zehni məsafəni qət edə, nəfs körpüsünü partlada bilmir. Siddharthanın aydınlanması üçün günahdan keçməsi labüd idi. Tale məhz buna görə çayı keçdikdən sonra kəcavədəki qadını onun qarşısına çıxarır. Bu qadın onu dünya nemətlərinə bağlayır, özündən, çıxdığı yoldan uzaqlaşdırır, ona varlanmağın yollarını öyrədir. Siddhartha çayın bu üzündəki həqiqətə yetişmək üçün məhz o biri sahilə keçməliydi. Və nəhayət, o, qayıdır. Gözəl qadını da, malik olduğu xəzinəni də buraxıb tərk-dünyalığına qayıdır. Çay ona demişdi axı. Hər şey geri qayıdır, hamı özünə qayıdır. Katarsis məhz çayın sahilində baş verir. Yaranışın bütün sirləri təbiətdə gizlənir. İnsan təbiətlə vəhdətdə olduğu üçün həyatın mənasını çaydan, ağacdan, səmadan öyrənir. Bəs niyə adamlar hər şeyin müvəqqəti olduğunu bilə-bilə qurbanlar verir, müharibələr törədirlər? Siddhartha bütün ömrünü axtarışlarda keçirdi. Hesse yazır ki, "axtarmaq məqsədi olmaq deməkdir, tapmaqsa istənilən məqsəddən qurtuluşdur". Öz həqiqətinə yetişmək insana ömür möhləti bitəndə də müdrikcəsinə ölmək cəsarəti verir. Siddharthanın qəlb, düşüncə və vicdan arasındakı daimi iç dialoqları çayın, əslində həyatın dilini anlamaqda ona yardımçı olur. Yazıçı Buddanın möhtəşəmliyini fikirlərində deyil, həyatında görürdü. "Siddhartha" Buddanın həyatıdır.

Əsərin kuliminasiya nöqtəsi - Siddharthanın oğlundan ayrılmasını kulminasiya hesab edə bilərik. Amma nəzəri baxımdan Budda ilə görüşü də götürülə bilər. Siddharthanın həyatında, dolayısı ilə süjetdə əsaslı dönüş Budda ilə görüşdən və oğluyla ayrılıqdan sonra başlayır. Budda ilə görüşəndə nəzəri bilgilərin onu nirvanaya götürə bilməyəcəyini dərk edir. Necə deyərlər, bunun yaradanı da gəlsə xeyri yoxdur. Oğlundan ayrılanda isə ona mane olan ən vacib dünyəvi amillərdən arınır. Bu artıq nirvananın kandarı idi. O, ən axırda qayıqçı dostu Vasudeva kimi təmənnasız olmağa nail olur. Hesse demək istəyir ki, öz ətrafına, insanlara təmiz, təmənnasız münasibət göstərərək, hamını sevərək, təbiəti, gözəllikləri duyaraq aydınlana bilərsiniz. Bunun üçün “kəşf edəni axtarmaq” lazım deyil. Buddizmdə danışmaq, izahat vermək önəm daşımır. Əsas duymaq və yaşamaqdır.




Yüklə 146,52 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə