SəRBƏst iŞ No: 3 Tələbə : Balakişiyev Şamil Qrup : 179a Fakültə : Nəqliyyat və logistika



Yüklə 22,15 Kb.
tarix18.05.2022
ölçüsü22,15 Kb.
#87310
neq iq 1


AZƏRBAYCAN RESPUBLİKASİ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

KAFEDRA : Beynəlxalq ticarət,logistika və marketinq
FƏNNİN ADI : Nəqliyyat iqtisadiyyatı

SƏRBƏST İŞ No:3

Tələbə :Balakişiyev Şamil
Qrup :179a
Fakültə :Nəqliyyat və logistika
İxtisas :Nəqliyyat Servisi
Müəllim : Panəliyev Əliheydər
Mövzu :Nəqliyyat növlərinin seçilməsi meyarı və amilləri

Logistik yük vahidlərinin daşınmasında istifadə olunan nəqliyyat vasitələri bir sıra əlamətlərə: təyinatı, növləri, əhatə və miqyasına görə qruplaşdırılır.


Növlərinə görə nəqliyyat əsasən aşağıdakılara bölünür:
-dəmir yolu;
-dəniz;
-avtomobil;
-hava;
-su;
-boru kəmər.
Sadalanan bu nəqliyyat növlərinin hər biri özünün yaranma və inkişaf tarixi, tətbiq miqyası və logistik yük vahidlərinin daşınması üzrə texnologiyaya malikdir. Müxtəlif nəqliyyat növləri nəqliyyat kompleksini təşkil edir. Azərbaycan Respublikasının nəqliyyat kompleksi bütün növ nəqliyyat vasitələrində daşıma, nəqletmə və nəqliyyat-ekspedisiya fəaliyyətini həyata keçirən, avtomobil və dəmir yolları, eləcə də onlara xidmət edən qurğuların layihələşdirilməsi, tikilməsi, təmiri və saxlanması ilə məşğul olan; boru kəməri və su nəqliyyatı üzrə hidrotexniki qurğulara xidmət göstərilməsi ilə əlaqədar işləri yerinə yetirən; nəqliyyat vasitələri istehsal edən, nəqliyyat müəssisələri sistemində ilkin və peşəkar kadrlar hazırlayan və elmi – tədqiqat işləri aparan, habelə nəqliyyat prosesi ilə bağlı sair işlərin yerinə yetirilməsini təşkil edən sahibkarlardan – bu ərazidə qeydiyyata alınmış, fiziki və hüquqi şəxslərdən ibarətdir.
Bundan başqa iqtisadiyyatda nəqliyyat sektoru anlayışından da istifadə olunur. Respublika Statistika Komitəsinin müəyyən etdiyi təsnifat əlamətinə uyğun olaraq nəqliyyat sektoru adı altında – mülkiyyət və təşkilati – hüquqi formasından asılı olmayaraq əsas fəaliyyət növü nəqliyyat işi olan hüquqi şəxslərin – müəssisələrin, habelə avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslərin fəaliyyəti başa düşülür.
Azərbaycan Respublikasında iqtisadi reformaların aparılması, əmtəə bazarının aktiv formalaşması, iqtisadiyyatın yenidən qurulması və özəlləşdirmə prosesinin həyata keçirilməsi, habelə ölkəmizin tranzit potensialının verdiyi imkanlardan istifadə edilməsi, yeni, müasir ipək yolunun bərpası nəqliyyat xidməti bazarının formalaşmasına, nəqliyyat sferasında qarşılıqlı fəaliyyətə yeni keyfiyyət xarakteristikalarının verilməsinə, nəqliyyatda əmək bölgüsü sahəsində dəyişikliklərin əmələ gəlməsinə və tarif siyasətinin əsaslı şəkildə yenidən qurulmasına gətirib çıxardı.
Bir sistem kimi nəqliyyat iki alt sistemdən: ümumi istifadədə olan və ümumi istifadədə olmayan nəqliyyat sistemlərinə bölünür.
Ümumi istifadədə olan nəqliyyat – milli iqtisadiyyatın müstəqil sahəsi olmaqla ayrı – ayrı təsərrüfat sahələrinin və əhalinin yük və sərnişin daşımalarla bağlı tələbatının dolğun ödənilməsinə xidmət göstərir. Bu alt sistemə məxsus olan nəqliyyat vasitələri mübadilə sferasına və əhaliyə xidmət göstərir. Bu xarakterik xüsusiyyətinə görə onu əksər hallarda magistral nəqliyyatda adlandırırlar. Magistral nəqliyyat anlayışı dəmir yolu, su (dəniz və çay), avtomobil, hava və boru kəmər nəqliyyatını əhatə edir.
Yüklərin ümumi istifadədə olan nəqliyyatla daşınmasının təşkili ilə bağlı məsələlər nəqliyyat logistikasının predmetidir. Onun başlıca vəzifəsinə:

  • Nəqliyyat növünün və hərəkət vasitələrinin seçilməsi;

  • İstehsal, nəqliyyat və anbar logistik proseslərin kompleks formada ayrı – ayrı nəqliyyat növlərinin vahid məqsəd baxımından əlaqəli fəaliyyətinin planlaşdırılması;

  • Nəqliyyat – anbar işlərinin yerinə yetirilməsinin vahid texnoloji layihəsinin hazırlanması;

  • Səmərəli daşıma marşrutlarının təyin edilməsi və seçilməsindən ibarətdir.

Bu baxımdan hər bir nəqliyyat növünün iqtisadi cəhətdən səmərəli fəaliyyət sferasını təyin etmək üçün həm ümummilli iqtisadi amilləri, həm də nəqliyyatla bağlı spesifik faktorları nəzərə almaq tələb olunur. Bu amillər ayrı-ayrılıqda nəqliyyat növlərinin texniki – iqtisadi parametrlərinə, ilk növbədə: daşınmanın maya dəyərinə, əmək məhsuldarlığının səviyyəsinə, əsaslı vəsait qoyuluşunun həcminə təsir göstərir.
Ümumi istifadədə olmayan nəqliyyat sisteminə - ixtiyari istehsal prosesinin tərkib hissəsi hesab edilən istehsaldaxili nəqliyyat vasitələri və nəqliyyat müəssisələrinə mənsub olmayan bütün növ nəqliyyat vasitələri daxil edilir. Bu və ya digər əlamətlərə görə qruplaşdırılan nəqliyyat növlərinin vəhdət təşkil etməsi onların qarşısında duran başlıca vacib vəzifədir və milli iqtisadiyyatın, habelə ölkə əhalisinin yükdaşımalarla bağlı cari və potensial tələbini vaxtında tam və az məsrəflər hesabına ödəməkdən ibarətdir.
Müxtəlif nəqliyyat növlərinin yük və sərnişin daşımalarda iştirakı bir – birindən kəskin surətdə fərqlənir. Bu ayrı – ayrı nəqliyyat növlərinin texniki – iqtisadi xüsusiyyətlərindən, həm də yük alan və göndərən müəssisə və təşkilatların ərazicə yerləşdirilməsindən, daşıma prosesinin təşkili qaydasından, iş şəraitindən vəs. asılıdır.
Hər bir nəqliyyat növü çoxsahəli mürəkkəb təsərrüfat olmaqla yanaşı özünün ərazi üzrə yerləşmə xüsusiyyətlərinə, texniki səviyyəsinə, spesifik istismar şərtlərinə malikdir. Bunların hamısı yükdaşıma-ların həyata keçirilməsinə sərf edilən əmək məsrəflərinin həcmini müəyyənləşdirir. Daha doğrusu, hər bir nəqliyyat növünün bu məsrəflərlə müəyyənləşdirilən səmərəli istifadə sferası mövcuddur. Material axın-larının ilkin xammal mənbəyindən son istehlak yerlərinə qədər hərəkəti boyu aparılan logistik əməliyyatların əksəriyyəti sadalanan nəqliyyat növlərinin iştirakı ilə həyata keçirilir və əvvəl qeyd olunduğu kimi bu əməliyyatların həyata keçirilməsinə çəkilən xərclər ümumi logistik xərclərin 50% - ni təşkil edir. Lakin bu xərclərin hansı hissəsinin istehsaldaxili logistikada istifadə olunan nəqliyyat vasitələrinə və qalan digər hissəsinin isə magistral nəqliyyata aid olmasını müəyyənləşdirmək xüsusi hesablama işlərinin aparılmasını tələb edir.
Dəmir yolu nəqliyyatı. Dəmir yolu nəqliyyatı ümumi yük dövriyyəsinin yerinə yetirilməsində həlledici rol oynayır. Təkcə 2003 – cü ildə ümumi yük dövriyyəsinin 28,5% - i məhz bu nəqliyyat növünün payına düşmüşdür və o, əsasən aşağıdakı texniki – iqtisadi üstünlüklərə malikdir:

  • Bir çox təsərrüfat subyektlərinin iri həcmli yüklərin qəbul edilməsi və ya göndərilməsi üçün özlərinin giriş – çıxış dəmir yolları vasitəsilə magistral dəmir yolu şəbəkələrinə birləşmək imkanının mövcudluğu;

  • Yüklərin kütləvi şəkildə daşınması;

  • Coğrafi relyefin (şəraitin) imkan verdiyi ərazilərdə dəmir yolunun salınması mümkünlüyü;

  • Böyük buraxılıcılıq qabiliyyətinə malik olması və s.

Qeyd etmək lazımdır ki, hər bir vaqonun minimum yükgötürmə qabiliyyəti 40 – 60 ton, hər bir qatarın brutto çəkisi isə 3 ton, qatarların orta texniki sürəti isə 45 – 50 km / saatdır.
Dəmir yolu nəqliyyatının mühüm üstünlüklərindən biri də hərəkətin müntəzəm olması və ilin bütün fəsillərində daşımanın əsasən bir qərarda həyata keçirilməsidir. Bu nəqliyyat növü yüklərin orta və uzaq məsafələrə daşınması üçün əlverişlidir.
Dəmir yolu nəqliyyatının vaqon parkı sərnişin və yük vaqonlarından ibarətdir. Yük vaqonları öz növbəsində universal (bağlı, yarımvaqon, platforma, sisterna) və konkret növ məhsulların daşınması üçün nəzərdə tutulan xüsusi vaqonlara (izotermik, sement və neft məhsulları, müxtəlif turşu və turşu birləşmələrini və s.-ni daşıyan) bölünür.
Bağlı vaqonlardan qiymətli və atmosfer təsirlərindən qorunan yüklərin, yarımvaqonlardan – meşə materialları və qabsız yüklənən məhsulların, sisternalardan isə maye formalı məhsulların (benzin, kerosin, süd və s.) daşınması üçün istifadə olunur.
Ağır çəkili və iri qabaritli yüklər yükgötürmə qabiliyyəti 400 ton olan transporterlərdə daşınır. Qeyd olunan hər bir vaqon özünün yükgötürmə qabiliyyəti, tutumu, vaqon tarasının çəkisi və digər göstəricilərlə xarakterizə olunur. Vaqonun yükgötürmə qabiliyyəti bu vaqonun tutumuna əsasən hesablanır.
Dəniz və çay nəqliyyatı. Respublikamızda yük dövriyyəsinin həcminə görə dəniz nəqliyyatı dəmir yolu və boru kəmər nəqliyyatından sonra üçüncü yeri tutur.
Dəniz nəqliyyatı ilə yüklərin daşınması zamanı daxili və beynəlxalq su nəqliyyatı ilə yüklərin daşınması qaydalarından və bu sahədə mövcud olan əsasnamələrdən istifadə olunur.
Dəniz nəqliyyatının inkişafında sahil hövzəsinin uzunluğu 7 min kilometr olan Xəzər dənizi böyük rol oynayır.
Bu nəqliyyat növü ilə daşımaların aşağıdakı növləri mövcuddur:

  • Portlararası daşıma – kiçik kabotaj. Bir dənizin iki portu arasında həyata keçirilən daşımalar portlararası daşımalar hesab olunur. Məsələn, Bakı – Türkmənbaşı , Bakı – Mahaçqala və Bakı – Həştərxan;

  • Birbaşa daşıma – böyük kabotaj. Müxtəlif dənizlərlə respublika limanları arasındakı daşımalar birbaşa daşımalar adlanır. Məsələn, Bakı – Həştərxan – Volqoqrad – Rostov – Novorossiysk;

  • Qarışıq daşımalar. Dəniz – çay – dəmir yolu – avtomobil nəqliyyatı ilə daşımalara qarışıq daşımalar deyilir. Məsələn, Rostov – Bakı (Volqa çayı) – Türkmənbaşı (Xəzər dənizi);

  • Xarici daşımalar. Xəzər dənizinin sahilindəki limanlarla xarici ölkələrin dəniz limanları arasındakı yükdaşımalar xarici yükdaşımalar adlanır.

Dəniz nəqliyyatı bir sıra üstünlüklərə malikdir. Bu nəqliyyat növü nisbətən az vəsait tutumludur. Yüklərin daşınması üçün təbii yollardan istifadə olunması əlavə istismar xərcləri tələb etmir. Dəniz nəqliyyatı yollarının buraxıcılıq qabiliyyəti, demək olar ki, tükənməzdir, xüsusi yanacaq və enerji sərfi azlıq təşkil edir. Bunun əsas səbəbi dəniz yollarının maneəsiz olması nəticəsində gəminin yükgötürmə qabiliyyətinin də yüksək olmasıdır.
Dəniz nəqliyyatı bir sıra nöqsan cəhətlərə malikdir. Bu hər şeydən əvvəl dəniz sahilində böyük liman təsərrüfatının (infrastrukturun) yaradılması ilə bağlıdır. Dəniz nəqliyyatı vasitəsilə yüklərin daşınması zamanı bu yüklərin limana gətirilməsi və ya limandan təyinat məntəqəsinə nəql edilməsi kimi ilkin və son əməliyyatlar avtomobil nəqliyyatı vasitəsi ilə yerinə yetirilir və onun digər nəqliyyat növləri ilə müqayisədə istismar sürəti çox aşağıdır (təqribən saatda orta hesabla 22 – 23 km/saat).
Göründüyü kimi dəniz nəqliyyatı daşımanın maya dəyərinin aşağı, yükgötürmə qabiliyyətinin yüksək və yolların isə maneəsiz, keçilən olmasına görə üstün cəhətlərə malikdirsə, məhsulların «dəqiq vaxtında», «kanban» metodu ilə təyinat məntəqələrinə çatdırılmaması və yük daşımaların məhdudluğu kimi mənfi cəhətlərlə də xarakterizə edilir. Odur ki, bu nəqliyyat vasitələrindən istifadə edən zaman logistik sistemin iştirakçıları bu və ya digər cəhətlərə görə onlar üçün əlverişli variantları müəyyən-ləşdirir və seçirlər. Daha doğrusu, bunun üçün müvafiq texniki – iqtisadi əsaslandırmalar aparmaqla yüklərin hərəkəti boyu iqtisadi qazanclar və ziyanlar müqayisəli təhlil olunur və iqtisadi kompromislər əsasında dəniz nəqliyyatından istifadənin əlverişliliyi haqqında logistik qərarlar qəbul edilir.
Dəniz nəqliyyatının maddi – texniki bazasını donanma, liman və körpülər təşkil edir. Dəniz donanması müxtəlif növ, ölçü və təyinatlı gəmilərdən ibarətdir. Bu nəqliyyat növünü xarakterizə etmək üçün gəminin subasımı, yükgö¬türmə qabiliyyəti, tutumu, ölçüsü (uzunluğu, eni , bortunun hündürlüyü), yüksüz və yüklü suya oturma dərinliyi kimi əsas göstəricilərdən istifadə olunur. Bəzi su və dəniz nəqliyyatı növlərindən daha geniş istifadə olunur.
Gəminin subasımı onun suda olan hissəsinin (su xəttinə qədər) sıxışdırıb çıxardığı mayenin (suyun) kütləsinə bərabərdir.
Yükləmə - boşaltma əməliyyatlarının yerinə yetirilməsi, habelə yük¬daşı- maların təşkili və donanmaya xidmət göstərilməsi üçün mövcud dəniz və çay limanlarından (körpülərindən) istifadə olunur.
Liman dedikdə - gəminin yaxınlaşması üçün əlverişli su girişinə malik, sahil əraziləri dəmir yolu və avtomobil nəqliyyatı vasitələrilə əlaqədar olan, gəmilər, vaqonlar və avtomobillərdə yükləmə – boşaltma işlərinin operativ yerinə yetirilməsini təmin edən, gəmilərə texniki və mədəni xidmət göstərən müvafiq qurğu və avadanlıqlarla təchiz edilmiş məntəqə başa düşülür.
Limanların tələb olunan səviyyədə quraşdırılması və təchiz edilməsi dəniz və su nəqliyyatı ilə yükdaşımaların keyfiyyətini yüksəldir. Bazar iqtisadiyyatına keçidlə əlaqədar milli sahibkarların beynəlxalq bazarlara çıxışı, bu bazarlarda tədarükat işlərinin həyata keçirilməsi mexanizmi dəniz və su nəqliyyatından istifadənin intensivliyini artırır və bu nəqliyyat vasitələrinə xidmət göstərən infrastruktur sahələrinin yeni tələblər baxımından formalaşması zəruriyyətini yaradır.
Hava nəqliyyatı. Respublikamızda hava nəqliyyatı ümumi yük dövriyyəsinin 0,5%-ni təşkil edir. Ölkə iqtisadiyyatının hava nəqliyyatı – mülki aviasiya ilə əlaqədar olmayan sahəsi yoxdur. Bu nəqliyyat növü ilə müxtəlif təsərrüfat subyektlərinə məxsus olan yüklər, sərnişin baratları və poçt yazışmaları göndərilir. Son dövrlərdə sərnişin və yük qaldırma qabiliyyəti daha yüksək olan hava gəmilərindən istehlak malları və kənd təsərrüfatı məhsullarının daşın¬masında intensiv istifadə olunur.
Hava nəqliyyatının əsas məqsədi sərnişin daşımaların həyata keçirilməsindəməsindən ibarətdir. Yüklərin daşınması bu nəqliyyat növü üçün əlavə iş hesab olunur. Məsələn, təkcə 2003 – cü ildə ümumi yük dövriyyəsi 102 min.ton/km təşkil edən hava gəmiləri ilə 37 min ton müxtəlif təyinatlı məhsul daşındığı halda, həmin ildə 701 min sərnişin hava nəqliyyatından istifadə etmiş və sərnişin dövriyyəsi 798 milyon.sərnişin/km olmuşdur. Lakin müntəzəm reyslər həyata keçirən bir sıra avia şirkətlər konkret bazarlar üçün bütün növ yüklərin daşınmasına imkan verən hava gəmilərinə malikdir.
Ümumiyyətlə, hava nəqliyyatı ilə yükdaşımalar xarakterinə görə :

  • Çarter reysləri;

  • Cədvəllər üzrə reyslər;

  • Müvafiq məhsul partiyalarının daşınması üzrə ixtisaslaşmış kompleks reyslərlə (məhsullar üzrə differensiasiya) daşımalara bölünür.

Avtomobil nəqliyyatı. Avtomobil nəqliyyatı mütərəqqi nəqliyyat növ¬lərindən biridir. Bu nəqliyyat növü həm ayrı-ayrı nəqliyyat növləri ilə daşı¬nan yüklərin ilkin və son əməliyyatlarını, həm də yüklərin yaxın məsafəyə kütləvi surətdə daşınmasını həyata keçirdiyindən yükdaşımalarda həlledici rol oynayır. Avtomobil nəqliyyatı bir tərəfdən əlverişliliyi və operativliyi baxımından, digər tərəfdən isə avtomobil yollarının, xüsusilə bərk örtüklü yolların uzunluğunun getdikcə artması ilə əlaqədar olaraq surətlə inkişaf edir. Bu nəqliyyat növü digər nəqliyyat növlərinə nisbətən yüksək səfərbər və çevikdir, yəni yükləri istə-nilən vaxt, istənilən istiqamətə 15 tondan artıq olmamaqla daşınmasını həyata keçirir. Daha doğrusu, avtomobil nəqliyyatı yükləri satıcı müəssisə və ya firmanın anbarından son təyinat məntəqəsinə, yəni «qapıdan qapıya» aparmaq imkanlarına malikdir.


Avtomobil nəqliyyatının mühüm üstün cəhətlərindən biri məhz kiçik partiyalı yüklərin yaxın məsa-fələrə yüksək sürətlə daşınması üçün əlverişli olmasından ibarətdir. Lakin bu nəqliyyat növünün nöqsan cəhətləri də az deyil.Yükgötürmə qabiliyyətinin zəif olması nəticəsində daşıma xərclərinin artması və ətraf mühiti digər nəqliyyat növləri ilə müqayisədə daha çox çirkləndirməsi onun nöqsan cəhətlərin-dəndir.
Avtomobil nəqliyyatının maddi-texniki bazası avtomobil nəqliyyatı va¬sitələrindən (avtomobillər, qoşqular,yarımqoşqular,yedək və yəhər dartıcıları) avtomobil müəssisələri (firmaları) və avtomobil yollarından ibarətdir.
Dəmir yolu nəqliyyatı kimi avtomobil nəqliyyatı da sərnişin və yük avto¬mobillərinə bölünür. Yük avtomobillərini yükgötürmə qabiliyyətinə və yük banlarının quruluşuna görə fərqləndirirlər.
Dartıcı avtomobillər qoşquları yedəyə almaq məqsədi daşıyır. Təsərrüfat həyatında istifadə olunan bəzi avtomobillərin tipik nümunəsiə respublikamızda tez-tez rast gəlmək mümkündür.
Yüklə 22,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə