SəRBƏst iŞ No: 4 Tələbə : Balakişiyev Şamil Qrup : 179a Fakültə : Nəqliyyat və logistika



Yüklə 16,25 Kb.
tarix20.05.2022
ölçüsü16,25 Kb.
#87473
neq iq 2


AZƏRBAYCAN RESPUBLİKASİ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

KAFEDRA :Beynəlxalq ticarət,logistika və marketinq
FƏNNİN ADI : Nəqliyyat iqtisadiyyatı
SƏRBƏST İŞ No:4

Tələbə :Balakişiyev Şamil
Qrup :179a
Fakültə :Nəqliyyat və logistika
İxtisas :Nəqliyyat Servisi
Müəllim : Panəliyev Əliheydər
Mövzu :Nəqliyyatda əmək məhsuldarlığının yüksəldilməsi yolları

İqtisadiyyatın sahələrində insanın məqsədyönlü fəaliyyətinin nəticəsi, səmərəsi onun müəyyən vaxt ərzində yaratdığı maddi nemətlərin kəmiyyəti ilə xarakterizə olunur. Başqa sözlə, əməyin səmərəlilik səviyyəsi onun məhsuldarlığı ilə müəyyən olunur.


Əməyin məhsuldarlığı konkret əmək növünün vaxt vahidi ərzində az və ya çox məhsul istehsal etmək qabiliyyəti ilə səciyyələnir. Onun səviyyəsinin yüksəldilməsi vaxt vahidi ərzində istehsal edilən məhsulun kəmiyyətcə çoxaldılması və yaxud məhsul vahidinin istehsalına sərf olunmuş vaxtın miqdarının azaldılması ilə mümkündür.
Əmək məhsuldarlığının artmasının əhəmiyyəti hər şeydən əvvəl onda təzahür edir ki, o, istehsalı genişləndirməyin, ictimai sərvəti artırmağın başhca şərti kimi çıxış edir. Məlumdur ki, istehsalın həcmi ya işləyənlərin sayım çoxaltmaq yolu ilə, ya da mövcud işçilərin əmək məhsuldarlığını yüksəltmək yolu ilə artırıla bilər. Əmək məhsuldarlığının yüksəldilməsi milli gəlir kütləsinin artırılması və əhalinin maddi rifah halının yaxşılaşdırılmasının başlıca və həlledici amillərindən biri hesab edilir.
Məlumdur ki, məhsulun dəyər uçotu həm maddiləşmiş, həm də canlı əmək məsrəflərinin məcmusunu səciyyələndirir. Lakin bu ümumi məsrəflər əmək məhsuldarlığının səviyyəsini müəyyən edən zaman yalnız istifadə olunmuş canlı əmək məsrəfləri ilə müqayisə olunur. Müxtəlif müəssisələrdə əmək məsrəflərinin xüsusi çəkisi müxtəlifdir. Buna görə də əmtəəlik (ümumi) məhsul üzrə dəyər ifadəsi ilə hesablanmış əmək məhsuldarlığı göstəriciləri sənayenin müxtəlif müəssisələrində müqayisəyə gəlmir. Bu onunla əlaqədardır ki, əmtəəlik (ümumi) məhsul göstəricisi müəssisələrin strukturunun dəyişilməsindən və ya müxtəlifliyindən, istehlak olunan xammalın dəyərindən, buraxılan məhsulun çeşidindən, ümumi istehsal həcmində kooperativləşmə yolu ilə alınmış dəstləşdirici məmulatların xüsusi çəkisindən asılı olaraq dəyişkən olur.
Əmək məhsuldarlığını hesablamaq üçün məhsulun həcmi kimi xalis məhsul göstəricisindən də istifadə edilə bilər. Xalis məhsul (maddi məsrəflərdən təmizlənmiş ümumi məhsul) göstəricisinin tətbiqi əmək məhsuldarlığının səviyyəsini təhrif etmir, çünki bu halda təkrar uçot, eyni bir məmulatın hazırlanması zamam işlədilən materialların dəyərinin, kooperativləşmə yolu ilə alınmış məhsulların müxtəlif xüsusi çəkilərinin təsiri aradan qalxmış olur. Bununla yanaşı, bu göstərici də müxtəlif sahələrə məxsus müəssisələrdə əmək məhsuldarlığının səviyyələrini müqayisə oluna bilən ölçüyə gətirə bilmir. Qeyd edilən göstəricilərdən istifadə təhlilin konkret məqsədindən asılı olur. .
Müəssisədə əmək məhsuldarlığı hesablanarkən iş vaxtı vahidi olaraq saat, gün, ay, il götürülə bilər və buna uyğun olaraq əmək məhsuldarlığının səviyyəsi orta hesabla bir adam-saat, adam-gün və adam-il ərzində istehsal olunmuş məhsulun miqdarı ilə ifadə edilir. Əmək məhsuldarlığının bütün bu göstəriciləri müəssisələrdə bir nəfər orta siyahı işçi üçün hesablanır. İstehsal heyətinin bir işçisinə görə yalnız orta aylıq, orta rüblük və orta illik əmək məhsuldarlığı müəyyən edilir.
Bir adam-saat üçün hesablanmış əmək məhsuldarlığı faktiki iş vaxtı ərzində əmək məhsuldarlığının səviyyəsini xarakterizə edir. İş vaxtı vahidi iriləşdirilərkən hesablamaya faktiki iş vaxtı ilə yanaşı, boşdayanmalar da daxil edilir.
Müəssisədə əmək məhsuldarlığının düzgün planlaşdırılmasında və əməyə qənaətin ehtiyat mənbələrinin tam aşkar edilib reallaşdırılmasında əmək məhsuldarlığına təsir edərı amillərin elmi əsaslarla təsnifləşdirilməsinin böyük əhəmiyyəti vardır.
Əmək məhsuldarlığının yüksəldilməsi bütün istehsal ehtiyatlarının səfərbərliyə almdığı təqdirdə müvəffəqiyyətlə həll edilə bilər. Bunun üçün elmi-texniki tərəqqinin tətbiqi ilə yanaşı, maddi, əmək və maliyyə ehtiyatlarından daha qənaətlə və səmərəli istifadə etmək, artıq xərclərə yol verməmək və itkiləri ləğv etmək lazımdır.
Müəssisədə əmək məhsuldarlığının artırılması ehtiyatları elmi-texniki tərəqqi, müəssisənin düzgün yerləşdirilməsi, müəssisədə yeni texnika və texnologiyanın tətbiqi, mövcud avadanlıqların modernləşdirilməsi, istehsalın təmərküzləşdirilməsi və ixtisaslaşdırılması, rəqabətqabiliyyətli müvafıq sahələrin inkişaf etməsi və s. ilə əlaqədardır.
Əmək məhsuldarlığının ehtiyatları onun konkret amillərinin təsiri ilə əlaqədardır. Bu amillərə aşağıdakılar daxildir.
Əmək məhsuldarlığını yüksəltməyin maddi-texniki amillərinə: elmi-texniki tərəqqinin əsasında istehsalın mexanikləşdirilməsi, avtomatlaşdırılması, robotlaşdırılması, yeni texnikanın tətbiqi və mövcud avadanlıqların modernləşdirilməsi, hissənin, konstruksiyanın və digər parametrlərin dəyişdirilməsi, yeni texnoloji proseslərin işlənməsi və tətbiqi, məhsulun keyfiyyətinin yüksəldilməsi aiddir.
Təşkilati amillərə isə istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi, onun fasiləsizlik, ahəngdarlıq və proporsionallıq dərəcəsi, istehsalın idarə edilməsinin təkmilləşdirilməsi, iş yerlərinin səmərəli təşkili, istehsal sahəsində məşğul olan ayrı-ayrı kateqoriya işçilərin say nisbəti, sağlam, təhlükəsiz və estetik cəhətdən əlverişli əmək şəraitinin yaradılması daxildir.
İqtisadi amillərə kollektivin və ayrı-ayrılıqda hər bir işçinin əmək məhsuldarlığını yüksəltmək üçün ən əlverişli maliyyə və digər iqtisadi stimulların yaradılması aiddir.
Sosial amillərə gəlincə, bunlara kadrların mədəni-texniki və mənəvi səviyyəsi, ixtisası, əmək məhsuldarlığının artımının mənəvi cəhətdən stimullaşdırılması dərəcəsi və formaları aid edilir.
Əmək məhsuldarlığının yüksəldilməsinin ehtiyatları tükənməzdir, bu və ya digər formada və kəmiyyətdə təkrar olunur. Bu, elmi-texniki tərəqqinin fasiləsizliyi ilə bağlıdır. Elə buna görə də elmi-texniki tərəqqi istehsalın inkişafı və əmək məhsuldarlığmmyüksəldilməsinin həlledici amili hesab olunur. Yeni maşın və mexanizmlərin tətbiqi, mütərəqqi material növlərinin istifadəyə verilməsi, istehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnoloji istehsal üsullarının tətbiq olunması - bütün bunlar istehsalın inkişafı üçün əsasdır. Sadalanan tədbirlərin səmərəliliyi isə kadrların ixtisasını artırmadan mümkün deyildir. Çünki yeni texnikadan istifadə və yeni texnoloji proseslərin idarə olunması yalmz yüksək ixtisaslı kadrlar tərəfindən həyata keçirilə bilər.
Sənayenin bir sıra sahələrində, xususilə hasiledici sənayedə əmək məhsuldarlığına təbii-coğrafı mühit də təsir göstərir. Hasilat sahələrində əmək məhsuldarlığı maşın və avadanlıqların özü, tətbiq edilən texnologiyanın xarakteri, əməyin təşkili xeyli dərəcədə təbii-geoloji şəraitdən asılı olur.
Əmək məhsuldarlığına təsir edən amilləri araşdıraraq onun yüksəldilməsi ehtiyatlarını aşkara çıxarmaq üçün iş vaxtından istifadə səviyyəsinin təhlilinin böyük əhəmiyyəti vardır. Əmək məhsuldarlığının artırılmasının müəssisədaxili mühüm ehtiyat mənbələrindən biri iş vaxtı itkilərinin azaldılmasıdır. İş vaxtı itkiləri iki növə - bütün günü və növbədaxili iş vaxtı itkilərinə ayrılır. Bütün günü iş vaxtı itkilərinə aşağıdakılar aiddir:
- xəstəlik üzündən;
- müdiriyyətin icazəsinə görə;
- bütün günü boşdayanraa;
- üzürsüz səbəbdən işdən yayınma.
Növbədaxili iş vaxtı itkiləri isə istehsalın təşkilati-texniki şəraitindən və işçinin özündən asılı olan itkilərə ayrılır. Növbədaxili iş vaxi itkilərinin təşkilati-texniki səbəbləri əsasən aşağıdakılardan ibars olur: texnoloqun; ustanın, iş naryadının, tapşırığın, iş alətlərinin qaldırıcı-nəqliyyat vasitələrinin gözlənilməsinə gedən vaxt; materialların, alətlərin, yanacağın, enerjinin olmaması; cari təmir və yaxud avadanlığın saz halda olmaması; işin müvəqqəti olaraq olmaması.
Növbədaxili iş vaxtı itkilərinin işçidən asılı olan səbəbləri növbənin başlancığında və nahar fasiləsindən sonra işə gec başlamaq; nahar fasiləsindən qabaq və növbənin axırında işi tez qurtarmaq, iş yerində kənar danışıqlara aludəçilik və s.
Yüklə 16,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə