Sərbəst iş Tələbə: Əsgərli Aytac Fakültə: Yüksək texnologiyalar ve innovativ mühəndislik Kafedra: Ekologiya İxtisas: Ekologiya Qrup: 230eko Fənn: Biosfer və onun mühafizəsi Tədris ILI: 2021/2022 Mövzu: Azərbaycanın su anbarları Müəllim



Yüklə 48,12 Kb.
səhifə16/22
tarix26.04.2022
ölçüsü48,12 Kb.
#86091
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
Əsgərli Aytac 230eko Biosfer sərbəst iş (1)

Əyriçay su anbarı — Azərbaycan Respublikası Şəki rayonunun cənub-qərb hissəsində Əyriçayın məcrasında yerləşir. Su anbarı Şəki və Qax rayonlarının torpaq sahələrinin suvarma suyu ilə təmin etmək məqsədilə 1987-ci ildə istismara verilmişdir.Bəndin hündürlüyü 23m, bəndin uzunluğu 2100m və su anbarının ümumi həcmi 80.6mln.m³-dur. Suvarmaya verilən su sərfi isə 1.5÷13.0m³/san-dir. Anbarın ümumi həcmi 806 m³, sahəsi 12m²-dir. Anbarın

Göytəpə su anbarı — Azərbaycan Respublikasının cənub bölgəsində Cəlilabad rayonu ərazisində Göytəpəçayın məcrasında yerləşir.Su anbarının işçi layihəsi 1985-1986-cı illərdə tərtib olunmuş və tikintisinə başlanmışdır.1990-cı illərdə Azərbaycan Respublikasında çətin vaxtlar yaşanırdı, iqtisadiyyatın tənəzzül dövrü idi. Bununla əlaqədar olaraq su anbarının tikintisi yarımçıq qalmış, torpaq bəndin və qapalı suvarma şəbəkəsinin tikintisi qismən yerinə yetirilmişdir.Lakin sonrakı dövrlərdə (20 ildən sonra) Göytəpə su anbarının bərpasına böyük ehtiyac olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 01 fevral 33s saylı sərəncamına əsasən həmin obyektin layihələndirilməsinə və tikintisinə vəsait ayrılmışdır. Layihə sənədləri “Azdövsutəslayihə” institutu tərəfindən hazırlanmış və tikinti işləri 2010-cu ildə başa çatmışdır.30 aprel 2010-cu ildə tikintisi başa çatmış, Prezident İlham Əliyevin iştirakı ilə Göytəpə su anbarının açılış mərasimi keçirilmışdir.Bəndin hündürlüyü 17.5m, bəndin uzunluğu 550m və su anbarının ümumi həcmi 3.8mln.m³-dur. Suvarılacaq sahə 500 hektardır.


Yüklə 48,12 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə