SəRBƏst iŞ



Yüklə 1,76 Mb.
səhifə3/6
tarix14.04.2022
ölçüsü1,76 Mb.
#85432
1   2   3   4   5   6
Arzu-azərbaycan dili

Yaxşıyla pis,

Haqla nahaq,

qarayla ağ

Dayandığım bu nöqtənin adı çalar:

Bu nöqtədə yaxşı da var, yaman da var,

Doğru da var, nöqsan da var

İndi çalar çalasında

Mən ehtiyat məktəbini bitirmişəm.

Zidd qütblər arasında sərhəd çəkən

hüdudları itirmişəm.

Heç bilmirəm bu halıma Mən ağlayım yoxsa gülüm?

İtgin salıb inamımı təkamülüm.

(“Calar”)



Hər kəlməni, hər sözü Uda-uda kağızlar,

Yalanı, da götürür,

Doğrunu da kağızlar.

(194, 65)

Bu mətndə işlənmiş antonim sözlər arasında əksmənalılığın dərəcəsi heç də eyni deyildir. Bəzi sözlər arasında əkslik münasibəti dil sistemində də mövcuddur (yaxşı-yaman, yaxşı-pis, ağ-qara, ağlamaq-gülmək, haqq-nahaq); bəzi sözlər arasında əkslik münasibəti isə bu mətnin çərçivəsində kənarda mövcud deyildir (qazanmaq-yanmaq). Sonuncu antonim cütü məlum oyunla bağlıdır, oyuna görə udmaq-uduzmaq antonim cütü də işləkdir. Ancaq burada qazanmaq-yanmaq cütünün işlədilməsi oyunla məhdudlaşmayan daha geniş semantik fon yaradır.

Sinonimlərin bir misra daxilində əks mənalı sinonimlərlə işlənib antiteza yaratması şairə təsvir etdiyi bədii lövhələri təzadlı müqayisələrlə və yeni üslubi siqlətlə yükləməyə imkan verir. Bunun sayəsində həm sinonimlərin, həm də antonimlərin ifadəlilik imkanları birləşib, bədii dilin gücünü və gözəlliyini ikiqat artırır.

Şairin əsərlərində antonimlər, əsasən aşağıdakı üslubi məqsədlər üçün işlənilmişdir:


  1. Təbiətin obrazlı şəkildə təsviri üçün:

Gəl, qışa “zəhrimar”, yaza “can” demə Qışın dəhşətləri yaz içindədir


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə