SəRBƏst iŞ



Yüklə 1,76 Mb.
səhifə6/6
tarix14.04.2022
ölçüsü1,76 Mb.
#85432
1   2   3   4   5   6
Arzu-azərbaycan dili

İblisindən, mələyindən dünyanın

(192, 131)



Yüz təpə boyu var bir uca dağda

Yaxından yaxındır bəzən uzaq da Nifrət də, sevgi də, qara da, ağ da İşıq da, zülmət də göz içindədir

(192, 96)




Ellə gələn yası da toy-bayram

Elsiz bir səadəti səadət bilməmişlər

sanmış baban,

(192, 29)




Ağladı yerində, güldü yerində,

Şairin qəlbindən qəmlər ötüşdü

(196, 37)



böyüdü, nə də kiçildi ancaq

(179, 49)



  1. Şair antonimlər vasitəsilə personajların dəqiq cizgilərini müəyyənləşdirir, geniş təfərrüata

keçmədən canlı və inandırıcı portretlər yaradır.

Əks-səda dərinlikdə,

Əks-səda zirvədədir,

Geniş dərinliyə əgər ensən,

Ucalığa əgər qalxsan…

(189, 57 )



Nadanlar görmüşəm, öz yolundakı,

Dikə eniş deyir, düzə dik deyir

( 187, 54)



Bəzən pislə yaxşı, uzaqla yaxın

Qarışır

Gözümdə dəyişir aləm

Mələklə şeytanın, haqla nahaqqın

(189, 82)

Məlumdur ki, «Antiteza, bu və ya digər obyektin yalnız zahiri yox, daxili vəziyyətini də təsvir etməkdə böyük rol oynayır» (34, 88). Bəxtiyar Vahabzadənin «Açıq şəhər» adlı şeirində Ponjer şəhəri bu cür təsvir olunur:

Sən ey başı bəlalı! Hamıya açıq oldun, Sahibinə qapalı,

Oldun yadlara möhtac

Yersiz gəldi, yerli qaç!

(190, 78)

Antiteza şairin, yaxud təsvir olunan personajın daxili aləmini, arzusunu, istəyini, qəlb çırpıntılarını aça bilir (26, 89). Məsələn:

Bir anın içində həm qara, həm ağ, Həm yaxın oluram, həm də mən uzaq. Həm gecə oluram, həm gündüz, Allah! Həm, əyri oluram, həm də düz, Allah!

(193, 71)



İnsan gah daş olur, gah od, gah da su

Gah sevinir,

Gah da peşiman olur,

Bir anın içində gah sakit quzu,

Gah da çalxalanan bir ümman olur.

( 183, 65)

Burada belə bir məqam qeyd edilməlidir: “sakit quzu”, ”çalxalanan dəniz”, nə sözün birbaşa mənasında, nə də məcazi mənasında təzad təşkil etmir. Bunlar insana aid edilib, onun tez-tez dəyişkən ruhi aləminə şamil ediləndə təzad yaradır, bədii effekt verir. “Antitezalar nəinki ayrı-ayrı cümlələrdən ibarət olur, hətta bəzi lirik əsərlər bütövlükdə antiteza nümunəsidir” (40, 78) Şairin aşağıdakı şeirləri buna misal ola bilər:

O deyir ki, sınaydı

qatarın təkərləri Mən deyirəm bu anlar

aylar qədər uzana Mənim üzümdə sevinc

Bir səkidə bir anda Dayanıbdır yanaşı

yarı yola salan da, yarı qarşılayan da.

Kim gecəni gündüzlə,

günəşi ayla görmüş?

Kim hicranı vüsalla,

qışı da yayla görmüş?

Bu səkidə qarışır

su atəşə, ay günə Hicranın göz yaşları

vüsal gülüşlərinə.

Bu dünyada vüsalla, hicranın görüş yeri, Bəli, bu səkilərdir,

bu vağzal səkiləri

(“Bir üzdə iki dünya”)

Burada belə bir məqam üzərində dayanmaq istərdik. Antonimlər leksik mənalarına görə zidd sözlər olsalar da, onlar kateqorial baxımdan oxşarlıq, eynilik nümayiş etdirir. Bu ümumilik onların leksik-sintaktik paralellər şəklində işlənməsinə imkan verir. Ancaq bu, antonim sözlər üçün yeganə imkan deyildir. Cümlələr və mətnlərdə antonim sözlərin qeyri-paralel şəkildə işlənməsinə də tez-tez rast gəlmək olur. Bu indiyə qədər nəzərdən keçirdiyimiz misallarda kifayət qədər müşahidə edilmişdir. Bundan sonra verəcəyimiz misallarda da vəziyyət bunun eynidir. Bütün hallarda sözlərin leksik mənası onların sintaktik işlənməsi üçün baza təşkil edir. Leksik mənaya görə əkslik xüsusi sintaktik modellərin köməyi ilə özünü biruzə verir. Qeyd edək ki, bir çox hallarda leksik mənaya görə əkslik münasibətində olmayan sözlər də şərti olaraq mətnlərdə əkslik münasibətində işlənə bilir.

Bəxtiyar Vahabzadə poemalarında da təzad yaratmaq üçün antonim sözlərdən geniş istifadə etmişdir. Şairin «Təzadlar» poemasındakı bölmələrin, yaxud ayrı-ayrı şeirlərinin bir qisminin adlarına baxaq; «Qara saçlar-ağ saçlar», «Tapmaq-itirmək», «Biri varmış, biri yoxmuş», «Yaxın uzaq oldu»,



«Nə ondansan, nə bundan» «Piyada-sərnişin», «Nida-sual», Saray-daxma», «Bəm-zil», «Yox düşmürəm, qalxıram», “Haqqa haqsız dedilər», “Aclardan toxlara», «Bulaq başında susuzluq»,

«Yaşaya-yaşaya yaşamayan var»..., «Zaman-məkan», «Göz ya qulaq», «Ana və balalar», «Ata və oğul».Bu əsərlərdə zahirən təzad görünməsə də, əslində, bu başlıqlardakı müxtəlif anlayışlar bir-biri ilə müqayisədə qütblər səviyyəsindədir və şair həqiqətən bunları qarşılaşdırmış, aralarındakı fərqlə onları bağlamışdır. Bəzən cümlə üzvü kimi başlıqda həmcinslik görünməsə də, sözün sematikasında təzad qavranılır: Məsələn: «Satqınlıq» başlığını götürək: Şübhəsiz, «satqınlıq» anlayışı dərhal oxu- cunun təsəvvüründə öz mənfi qütbünü canlandırır və onunla müqayisədə içindəki naqisliyi biruzə verir. Satqınlıq həyatda normal davranışın, müsbət təsəvvürün, bütövlükdə, gözəlliyin ən iyrənc düşmənidir. O, səmimiliyin qənimidir. Buna görə də sərlövhədəki həmin anlayış özünün qıcıqlandırıcı fonu ilə oxucunun hisslərini oyatmağa başlayır.

B.Vahabzadə poeziyasının üzü həmişə Azərbaycanın gələcəyinə, millətin tarix və mədəniyyətinə, türk dünyasına, onun mənəvi üfüqlərinə doğrudur. Bəxtiyarın poeziyası əbədi Zaman, Tarix və Sürət rəmzi olub, ucalıq və zirvə, vüsət və ləyaqət, məntiq və idrak, milli ruh və birlik deməkdir!



ƏDƏBİYYAT

http://elibrary.bsu.edu.az/files/books_460/N_100.pdf
Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə