SəRGİ haqqinda



Yüklə 11,1 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü11,1 Kb.
#35302

background image
  

SƏRGİ HAQQINDA  

BUYBRAND Zaqafqaziya – françayzlar və digər biznes imkanları üzrə beynəlxalq sərgi. 

Bölgədə kiçik və orta biznes üçün ən böyük hadisədir.  

Keçirilmə vaxtı və yeri 

2-3 iyun, Tbilisi, Gürcüstan. Expo Georgia Sərgi Mərkəzi 

Təqdim olunur 

Biznes üçün 100 ideya – sərgidə kafe, restoran, mağaza, tibb ofisi, təhsil mərkəzi və digər 

bizneslərin françayzları təqdim olunacaq. Təqdim olunan biznes modellərinin investisiya 

diapazonu – 5.000-dən 600.000 ABŞ dolları məbləğinə qədər. 

İştirakçıların siyahısı

 

 

11 saat təlim – BUYBRAND Transcaucasia sərgisinin iş günlərində françayzinq və biznesin 



inkişafı üzrə françayz şirkətlərinin rəhbər nümayəndələri, ekspertlər və məsləhətçilərin iştirakı 

ilə biznes forum keçiriləcək. Proqramda: bazarın analitikası, françayz və master-françayzın 

effektiv idarə olunması üzrə ustad dərsləri, françayzinq münasibətlərinin hüquqi qeydiyyatı və 

daha çox. 

Forumun proqramı 

 

FRANÇAYZİNQ HAQQINDA 



Françayzinq – bir şirkətin əmtəə nişanı, "nou-hau", texnologiyalar və biznesin təşkili sistemini 

başqa şirkətə müvəqqəti istifadə üçün verdiyi zaman biznesin inkişaf strategiyasıdır.  

Françayzın satın alınması lehinə 3 əsas arqument  

Sınaqdan keçmiş biznes modeli və françayzerə dəstək: Sizin müstəqil surətdə biznes-plan 

işləyib hazırlamağa, icarəçi və podratçıları kor-koranə axtarmağa ehtiyacınız yoxdur. Françayzı 

satın almaqla, siz özünün işləmə qabiliyyətini işdə sübut etmiş mövcud biznes modelin 

incəliklərini sizə açıqlayan françayzerlə uzun-müddətli münasibətlərə daxil olursunuz. 



Tanınmış brend: geniş miqyasda tanınmış brend altında biznes açmağınızla, tanıdılma və 

ziyarətçilərin cəlb edilməsi ehtiyacı aradan qalxır. Tanıdılmış brend biznesinizi ona artıq yaxşı 

tanış olanın bir hissəsi kimi qəbul edəcək loyal auditoriyaya malikdir.  

İnvestisiya risklərinin azaldılması: françayzı satın almaq – uğursuzluğun çarəsi deyil, lakin 

statistikaya görə – öz biznesini sıfırdan başlamaqdansa, biznesin françayzinq üzrə açılması uzun 

müddətli perspektivdə daha etibarlı üsuldur. 


background image
BUYBRAND Transcaucasia SƏRGİSİNİ ZİYARƏT ETMƏK KİMƏ VƏ NƏ ÜÇÜN 

FAYDALIDIR 

 



Pullarını zamanın sınağından keçmiş biznes sisteminə yatırmağa hazır olan özəl 

investorlar və sahibkarlara  

 

İstifadəsiz qalmış sahələri müstəqil surətdə əldə emək istəyən icarədarlara 



 

Öz biznesini açmaqla, bilik və bacarıqlarını tətbiq etmək istəyən menecerlərə 



BUYBRAND Transcaucasia – sizə imkan yaradır: 

 



Tanınmış və stabil françayzinq şirkətinin tərəfdaşı olmaqla, öz biznesinizi şaxələndirmək 

 



Françayzinq sahəsində peşəkarlar ilə şəxsən ünsiyyətdə olmaq və praktiki bilik və 

tövsiyələr əldə etmək 

 

Yüzlərlə konsepsiyanın üstünlüklərini müqayisə etmək və özünə münasib olan biznesi 



seçmək  



 



Etibarlı tərəfdaş ilə öz biznesinə başlamaq 

 

Yüklə 11,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə