«Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında» Beynəlxalq Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu



Yüklə 69,27 Kb.
Pdf görüntüsü
tarix17.01.2018
ölçüsü69,27 Kb.
#21350


«Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması

haqqında» Beynəlxalq Konvensiyaya qoşulmaq barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1.  Azərbaycan  Respublikası  «Sərhədlərdə  yüklərin  nəzarətdən  keçirilməsi

şərtlərinin  razılaşdırılması  haqqında»  1982-ci  il  21  oktyabr  tarixli

Beynəlxalq Konvensiyaya qoşulsun.

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 11 fevral 2000-ci il

№ 810-IQ


Sərhəddə yüklərə nəzarətin həyata keçirilməsi şərtlərinin

razılaşdırılması haqqında

Beynəlxalq Konvensiya

Preambula

Razılaşmış tərəflər,

beynəlxalq yük daşımalarını yaxşılaşdırmaq məqsədilə,

yüklərin sərhəddən keçirilməsinə yardım etməyə diqqət yetirməyin

zəruriliyini nəzərə alaraq,

sərhəddə nəzarət tədbirlərinin müxtəlif nəzarət xidmətləri tərəfindən

həyata keçirilməsini qeyd edərək,

bu nəzarət növlərinin, onların məqsədlərinə və lazımi qaydada

aparılmasına zərər yetirmədən, səmərəliliyini azaltmadan, həyata

keçirmə şərtlərini müəyyən dərəcədə razılaşdırmağın mümkünlüyünü

nəzərə alaraq,

sərhəd nəzarətinin həyata keçirilməsi şərtlərinin razılaşdırılmasının bu

məqsədlərə nail olmaq üçün ən vacib vasitələrdən biri olduğuna əmin

olaraq,


aşağıdakılar haqqında razılığa gəldilər:

Fəsil I. Ümumi müddəalar

Maddə 1. Təyinatlar (Təriflər)

Bu Konvensiyaya uyğun olaraq:

a)  «gömrük»  dedikdə,  gömrük  qanunvericiliyinin,  idxal  və  ixrac

rüsumlarının,  vergilərinin  həyata  keçirilməsinin  təmin  olunması,

həmçinin  yükün  digər  idxal,  tranzit  və  ixracına  aid  başqa  qanun  və

qaydalara görə məsuliyyət daşıyan dövlət xidməti nəzərdə tutulur;

b)  «gömrük  nəzarəti»  dedikdə,  riayət  olunmasına  görə  gömrüyün

məsuliyyət  daşıdığı,  qanun  və  qaydaların  yerinə  yetirilməsini  təmin

etmək məqsədilə həyata keçirilən tədbirlər nəzərdə tutulur;



v)  «tibbi-sanitariya  nəzarəti»  dedikdə,  baytarlıq  nəzarəti  istisna

olmaqla,  insanların  həyat  və  sağlamlığının  mühafizəsi  üçün  həyata

keçirilən sanitariya nəzarəti nəzərdə tutulur;

q)  «baytarlıq  nəzarəti»  dedikdə,  insanların  və  heyvanların  həyatı,

sağlamlığını  qorumaq  məqsədilə  heyvanlara  və  heyvan  mənşəli

məhsullara münasibətdə həyata keçirilən sanitariya nəzarəti, həmçinin

heyvan  xəstəlikləri  keçiricisi  ola  bilən  əşya  və  yüklərin  yoxlanması

nəzərdə tutulur;

ğ)  «fitosanitariya  nəzarəti»  dedikdə,  bitki  və  bitki  mənşəli

məhsulların  ziyanvericilərinin  dövlət  sərhədindən  yayılması  və

keçirilməsi;

d)  «texniki  standartlara  uyğunluğa  nəzarət»  dedikdə,  müvafiq

qanun  və  qaydalarla  müəyyən  edilmiş,  beynəlxalq  və  ya  milli

standartların  minimum  tələblərinə  uyğunluğunu  təmin  edən  nəzarət

nəzərdə tutulur;

e)  «keyfiyyətə  nəzarət»  dedikdə,  müvafiq  qanun  və  qaydalarla

müəyyən  edilmiş,  yükün  minimum  beynəlxalq  və  ya  milli  keyfiyyət

göstəricilərinə  uyğunluğunu  təmin  etmək  məqsədilə  həyata  keçirilən

və yuxarıda göstərilənlərdən fərqli digər nəzarət nəzərdə tutulur;

ə)  «nəzarət  xidməti»  dedikdə,  yuxarıda  müəyyən  edilmiş  nəzarətin

bütün  və  ya  bəzi  növlərini,  yaxud  ixrac,  idxal  və  tranzit  yüklərini

müntəzəm  olaraq  yoxlayan,  istənilən  digər  nəzarət  növlərini  həyata

keçirmək vəzifəsi öhdəsinə düşən hər bir xidmət nəzərdə tutulur.

Maddə 2. Konvensiyanın məqsədi

Bu  Konvensiya  beynəlxalq  yük  daşımalarını  asanlaşdırmaq  üçün

rəsmiyyətçiliyə  riayət  olunmasına,  həmçinin  nəzarət  növləri  və  müddətinə

münasibətdə  tələbləri,  xüsusilə  nəzarət  proseduru  və  onların  tətbiq  olunma

üsullarının  milli  və  beynəlxalq  əlaqələndirmə  yolu  ilə  azaltmaq  məqsədi

güdür.


Maddə 3. Tətbiq olunma sahəsi

1.  Bu  Konvensiya  idxal,  ixrac və  tranzit  əməliyyatı  zamanı  bir  və  ya  daha

artıq dəniz, hava və ya  quru  yol  ilə sərhədlərini keçən bütün  yüklərə tətbiq

olunur.



2.  Bu  Konvensiya  Razılaşmış  tərəflərin  bütün  nəzarət  xidmətlərinə  tətbiq

olunur.


Fəsil II. Prosedurların razılaşdırılması

Maddə 4. Nəzarət növlərinin əlaqələndirilməsi

Razılaşmış  tərəflər  gömrük  xidmətlərinin  və  digər  nəzarət  xidmətlərinin

imkan daxilində uyğunlaşdırılmış işini təşkil etməyi öhdəsinə götürür.

Maddə 5. Xidmətlərin sərəncamına verilən vəsaitlər

Razılaşmış  tərəflər  nəzarət  xidmətinin  lazımi  fəaliyyət  göstərməsi  üçün,

onları  imkan  daxilində  və  milli  qanunvericilik  çərçivəsində  aşağıdakılarla

təmin etməlidir:

a)  daşıma  tələblərini  nəzərə  almaqla  kifayət  qədər  ixtisaslaşmış

personal;

b)  nəzarətdən  keçən  nəqliyyat,  yük növlərini  və  daşıma  tələblərini

nəzərə  almaqla,  yoxlama  keçirmək  üçün  zəruri  olan  avadanlıqlar  və

qurğular;

v)  vəzifəli  şəxslərin  beynəlxalq  müqavilələr  və  sazişlərə,  həmçinin

qüvvədə  olan  milli  göstərişlərə  uyğun  olaraq  fəaliyyət  göstərməsi

məqsədilə, onlar üçün rəsmi təlimatlar.



Maddə 6. Beynəlxalq əməkdaşlıq

Razılaşmış  tərəflər  bir-birilə  əməkdaşlıq  etməyi  və  bu  Konvensiyanın

məqsədlərinə  çatmaq  üçün  səlahiyyətli  beynəlxalq  orqanlarla  lazım  olan

əməkdaşlığı  həyata  keçirməyi,  həmçinin  zəruri  olduğu  hallarda  yeni

hərtərəfli  və  ikitərəfli  müqavilə  və  sazişlərin  bağlanmasına  səy  göstərməyi

öhdəsinə götürür.



Maddə 7. Qonşu ölkələrlə əməkdaşlıq

Marağı  olan  Razılaşmış  tərəflər  ümumi  quru  yol  sərhədini  keçən  zaman,

imkan  daxilində,  yükləri  keçirməyi  asanlaşdırmaq  üçün  aşağıdakı  müvafiq

tədbirləri həyata keçirir:

a) onlar müştərək istifadə olunan avadanlıqları qurmaq yolu ilə yük və

sənədlərə müştərək nəzarət i təşkil etmək üçün var qüvvəsi ilə çalışır;




b)  onlar  aşağıda  göstərilənlərin  eyni  olmasının  təminatı  üçün  var

qüvvəsi ilə çalışır:

sərhəd postunun iş saatının;

bu postlarda fəaliyyət göstərən nəzarət xidmətinin;

bu  ölkələrdə  qəbul  edilə  və  istifadə  oluna  bilən  yüklərin,

nəqliyyat  vasitələrinin,  beynəlxalq  gömrük  tranziti  sisteminin

kateqoriyasının.

Maddə 8. İnformasiya mübadiləsi

Razılaşmış  tərəflər,  əlavələrdə  göstərilmiş  şərtlərə  uyğun  olaraq,  müvafiq

xahiş  olduğu  halda,  bu  Konvensiyanın  tətbiqi  üçün  lazım  olan  informasiya

mübadiləsini həyata keçirir.



Maddə 9. Sənədlər

1.  Razılaşmış  tərəflər  bir-birilə  və  səlahiyyətli  beynəlxalq  orqanlarla

münasibətdə  Beynəlxalq  Millətlər  Təşkilatının nümunə-formulyarına uyğun

olaraq tərtib edilmiş sənədlərin geniş istifadə olunmasına çalışacaq.

2.  Razılaşmış  tərəflər  istənilən  müvafiq  texniki  tərəqqidən  istifadə  etməklə

hazırlanmış  sənədləri,  formaları, əslinə  uyğun  və  təsdiq  olunması  cəhətdən

rəsmi qaydalara cavab verməsi, həmçinin oxunaqlı və aydın olması şərti ilə

qəbul edir.

3.  Razılaşmış  tərəflər  lazım  olan  sənədlərin  müvafiq  qanunvericiliklə  tam

uyğun şəkildə tərtib və təsdiq olunmasını təmin edəcəkdir.



Fəsil III. Tranzitə aid müddəalar

Maddə 10. Tranzit yüklər

1.  Razılaşmış  tərəflər  imkan  daxilində  tranzit  yüklərə,  xüsusilə  də

beynəlxalq  gömrük  tranziti  sisteminə  uyğun  olaraq  daşınan  yüklərə

münasibətdə,  onların yoxlanmasının  mövcud  vəziyyət  və  risklərlə  təsdiq

olunduğu  hallarda  tətbiqini  nəzərdə  tutaraq,  sadə  və  tezləşdirilmiş  rejimi

qəbul  etməyə  razılıq  verir.  Bundan  başqa,  onlar  dənizə  çıxış  yolu  olmayan

ölkələrin  də  vəziyyətini  nəzər  alacaqlar.  Onlar  hər  hansı  bir  beynəlxalq

gömrük tranziti sisteminə uyğun olaraq daşınan yüklərin gömrük rüsumunun

ödənilməsi müddəti ərzində vaxtın uzadılmasını və mövcud gömrüklərin bu

sahədə səlahiyyətlərinin genişlənməsini nəzərə ala bilər.




2.  Onlar,  kifayət  qədər  təhlükəsizliyi  təmin  edən  konteyner  və  digər

qablaşdırma 

vasitələrində 

daşınan 


yüklərin 

tranzitinin 

maksimum

asanlaşdırılması üçün var qüvvəsi ilə çalışacaq.



Fəsil IV. Digər müddəalar

Maddə 11. İctimai qaydalar

1.  Bu  Konvensiyanın  heç  bir  müddəası  ictimai  qaydalar,  xüsusilə,  ictimai

təhlükəsizlik,  əxlaq  və  sağlamlıq  nöqteyi-nəzərindən  və  ya  ətraf  mühitin,

mədəni irsin və ya sənaye, kommersiya, intellektual mülkiyyətin mühafizəsi

məqsədilə məhdudiyyətlər və qadağaların tətbiq olunmasına maneə yaratmır.

2.  Bununla  yanaşı  Razılaşmış  tərəflər,  yuxarıda  1-ci  bənddə  göstərilən

tədbirlərin  tətbiqi  ilə  əlaqədar  nəzarətə,  belə  nəzarət  növlərinin

səmərəliliyinə  zərər  vurmamaq  mümkün  olduğu  halda,  Konvensiyanın

müddəalarını,  xüsusilə,  6—9-cu  bəndlərin  müddəalarını  tətbiq  etməyə

çalışır.


Maddə 12. Fövqəladə tədbirlər

1.  Razılaşmış  tərəflərin  xüsusi  şəraitlərə  görə  məcburən  tətbiq  edə  biləcəyi

fövqəladə tədbirlər, bu tətbiqin həyata keçməsi üçün şərait yaradan səbəblərə

uyğun  olmalı  və  onların  tətbiqi  bu  səbəblər  aradan  qaldırıldıqdan  sonra

dayandırılmalı və ləğv olunmalıdır.

2.  Razılaşmış  tərəflər,  bu  tədbirlərin  səmərəliliyinə  zərər  dəyməyən  bütün

hallarda, həmin tədbirlər haqqında müvafiq müddəalar nəşr edir.

Maddə 13. Əlavələr

1. Bu Konvensiyaya əlavələr, həmin Konvensiyanın ayrılmaz hissəsidir.

2.  Nəzarətin  digər  növlərinə  aid  yeni  əlavələr,  aşağıda  22—24-cü

maddələrdə  müəyyən  edilən  prosedurlara  uyğun  olaraq  bu  konvensiyaya

daxil edilə bilər.

Maddə 14. Digər müqavilələrə münasibət

Bu  Konvensiya  6-cı  maddənin  müddəalarına  heç bir  ziyan  vurmadan,

özünün  Razılaşmış  tərəflərinin,  bu  Konvensiyanın  Razılaşmış  tərəfi



olmamışdan əvvəl  imzaladıqları  müqavilələrdən  irəli  gələn  hüquq  və

öhdəliklərinə təsir göstərmir.



Maddə 15

Bu  Konvensiya  iki  və  ya  daha  artıq  Razılaşmış  tərəfin  bir-birinə  vermək

istədiyi  daha  geniş  imtiyazların  tətbiqinə  mane  olmur  və  16-cı  maddədə

göstərilən, bu Konvensiyadan irəli gələn imtiyazların həcmini heç bir vəchlə

azaltmamaq  şərtilə,  öz  qanunvericiliyini  daxili  sərhədlərində  nəzarətə  cəlb

etmək  üçün  Razılaşmış  tərəflər  olan,  iqtisadi  inteqrasiya  sahəsində  region

təşkilatlarının hüquqlarını tapdalamır.

Maddə 16. İmzalama, ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma

1.  Birləşmiş  Millətlər  Təşkilatının  baş  katibinə  saxlanmaq  üçün  təhvil

verilən  bu  Konvensiya  bütün  dövlətlərin  və  danışıqlar  aparan,  bu

Konvensiyada  nəzərdə  tutulan  məsələlərə  aid  danışıqlar  aparmağa,

beynəlxalq  sazişlər  bağlamağa  və  tətbiq  etməyə  səlahiyyəti  olan  suveren

dövlətlərdən  ibarət,  iqtisadi  inteqrasiya  sahəsində  regional  təşkilatların

iştirakı üçün açıqdır.

2. 1-ci bənddə göstərilən iqtisadi inteqrasiya sahəsində regional təşkilatların

səlahiyyətinə aid məsələlərdə, onlar bu Konvensiyanın Razılaşmış tərəfi olan

dövlətlər-üzvlər  üçün  bu  Konvensiya  ilə  nəzərdə  tutulan  hüquqları  və

öhdəlikləri öz adından həyata keçirə bilər. Belə hallarda həmin təşkilatların

dövlətləri-üzvləri müstəqil səsvermə hüququna malikdir.

3.  Dövlətlər  və  yuxarıda  göstərilən  iqtisadi  inteqrasiya  sahəsində  regional

təşkilatlar bu Konvensiyanın Razılaşmış tərəfi ola bilər:

a) qoşulma haqqında sənədi təhvil vermək yolu ilə və ya

b) qoşulma haqqında sənədi saxlamaq üçün təhvil vermək yolu ilə.

4.  Bu  Konvensiya  bütün  dövlətlər  və  1-ci  bənddə  göstərilən  iqtisadi

inteqrasiya  sahəsində  regional  təşkilatlar  tərəfindən  Cenevrədə  Birləşmiş

Millətlər Təşkilatının Şöbəsində imzalanmaq üçün 1 aprel 1983-cü ildən 31

mart 1984-cü il, bu tarix də daxil olmaqla, tarixinə qədər açıq qalır.

5. Konvensiya 1 aprel 1984-cü il tarixində qoşulmaq üçün açıq qalacaq.

6.  Ratifikasiya,  qəbul  etmə,  təsdiq və  qoşulma  haqqında  sənədlər  Birləşmiş

Millətlər Təşkilatının Baş katibinə saxlanmaq üçün təhvil verilir.



Maddə 17. Qüvvədə olma

1.  Bu  Konvensiya  beş  dövlət  ratifikasiya,  qəbul  etmə,  təsdiq  və  qoşulma

haqqında sənədlərini saxlamaq üçün təhvil verdiyi gündən üç ay keçdikdən

sonra qüvvəyə minir.

2.  Beş  dövlət  ratifikasiya,  qəbul  etmə,  təsdiq  və  qoşulma  haqqında  təhvil

verdikdən  sonra,  bu  Konvensiyanın  Razılaşmış  tərəfləri  üçün  ratifikasiya,

qəbul  etmə,  təsdiq  və  qoşulma  haqqında  sənədləri  saxlamaq  üçün  təhvil

verdikləri gündən üç ay keçdikdən sonra qüvvəyə minir.

3. Bu Konvensiyaya  edilən hər hansı bir düzəliş, qüvvəyə  mindikdən sonra

saxlanmaq  üçün  təhvil  verilən  ratifikasiya,  qəbul  etmə,  təsdiq  və  qoşulma

haqqında istənilən sənəd bu Konvensiyanın dəyişmiş mətni hesab olunur.

4.  22-ci  maddədə  nəzərdə  tutulan  prosedura  uyğun  olaraq,  hər  hansı  bir

düzəlişdən sonra, lakin qüvvəyə minməmişdən əvvəl qəbul edilən sənəd, bu

Konvensiyanın  düzəliş  qüvvəyə  mindiyi  gündən  dəyişmiş  mətni  hesab

olunur.

Maddə 18. Ləğv etmə

1. Razılaşmış hər bir tərəf bu Konvensiyanı Birləşmiş Millətlər Təşkilatının

Baş katibinə ünvanlanmış nota vasitəsilə ləğv edə bilər.

Maddə 19. Fəaliyyətin dayandırılması

Əgər  bu  Konvensiya  qüvvəyə  mindikdən  sonra  Razılaşmış  tərəflər  olan

dövlətlərin  sayı  ardıcıl  olaraq  on  iki  aydan  ibarət  bir  müddət  ərzində  beş

nəfərdən  az  olarsa,  bu  on  iki  ay  keçdikdən  sonra  həmin  Konvensiya  öz

qüvvəsini itirir.

Maddə 20. Mübahisələrin həlli

1. Razılaşmış iki və ya bir neçə tərəf arasında bu Konvensiyanın şərhi və ya

tətbiqinə münasibətdə meydana çıxan istənilən mübahisələr, imkan daxilində

mübahisə edən tərəflər arasında danışıqlar yolu ilə həll olunur.

2. Razılaşmış iki və ya bir neçə tərəf arasında bu Konvensiyanın şərhi və ya

tətbiqinə  münasibətdə  meydana  çıxan  istənilən  mübahisələr  1-ci  bənddə

göstərilən  üsullarla  həll  olunmadıqda,  bütün  mübahisələr  aşağıda  tərtib

olunmuş  şəkildə  Razılaşmış  tərəflərdən  birinin  ərizəsi  ilə  arbitraj

məhkəməsinə verilir. Hər bir tərəf bir arbitr və ya bu arbitrlər digər bir arbitr

təyin  edir,  o  isə  sədr  olur.  Əgər  mübahisə  edən  tərəflər  arbitraj  haqqında




məlumat  verildiyi  gündən  üç  ay  keçdikdən  sonra  arbitr  və  ya  arbitrlər  sədr

təyin  etməzsə,  tərəflərdən  hər  biri,  mübahisənin  həll  olunması  tapşırılacaq,

arbitr  və  ya  arbitraj  məhkəməsinin  sədrinin  təyin  olunması  xahişi  ilə

Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müraciət edə bilər.

3.  2-ci  bəndin  müddəalarına  uyğun  olaraq  təyin  olunmuş  arbitraj

məhkəməsinin qərarı mübahisə edən tərəflər üçün məcburidir.

4. Arbitraj məhkəməsi öz prosedur qaydalarını müəyyən edir.

5.  Arbitraj  məhkəməsi  mübahisə  edən  tərəflər  arasında  qüvvədə  olan

müqavilələrə  və  ümumi  beynəlxalq  hüquqa  əsasən  öz  qərarlarını əksər  səs

çoxluğu ilə qəbul edir.

6.  Razılaşmış  iki  və  ya  bir  neçə  tərəf  arasında  bu  Konvensiyanın  şərhi  və

arbitraj  qərarının  yerinə  yetirilməsinə  münasibətdə  meydana  çıxan

mübahisələri  tərəflərdən  biri,  bu  qərarı  qəbul  etmiş  arbitraj  məhkəməsinə

baxılmaq üçün təqdim edə bilər.

7.  Hər  bir  tərəf  arbitraj  təhqiqatı  ilə  əlaqədar,  təyin  etdiyi  arbitrin  və  öz

nümayəndələrinin xidmətlərindən istifadə ilə əlaqədar xərcləri ödəyir: sədrin

xidmətləri ilə əlaqədar xərcləri və digər xərcləri bərabər şəkildə ödəyir.

Maddə 21. Qeydlər

1.  Razılaşmış  hər  bir  tərəf  bu  Konvensiyanı  imzalayarkən  və  ratifikasiya

edərkən və ya ona qoşularkən bu Sazişin 20-ci maddəsinin 2—7-ci bəndləri

ilə  əlaqəsi  olmadığını  bildirə  bilər.  Razılaşmış  digər  tərəflərin  belə  qeyd

haqqında məlumat vermiş istənilən Razılaşmış tərəflə bu bəndə münasibətdə

əlaqəsi olmayacaq.

2. Bu Sazişin 1-ci bəndinə uyğun olaraq qeyd irəli sürən Razılaşmış hər bir

tərəf,  istənilən  vaxt  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibinə

ünvanlanmış nota vasitəsilə bu qeydi ləğv edə bilər.

3.  Bu  maddənin  1-ci  bəndində  nəzərdə  tutulmuş  qeyd  istisna  olmaqla,  bu

Konvensiyada digər qeydlər həyata keçirmək olmaz.

Maddə 22. Bu konvensiyaya düzəlişlər edilməsi proseduru

1.  Bu  maddədə  müəyyən  edilmiş  prosedurlara uyğun olaraq  Razılaşmış hər

bir tərəf bu Konvensiyaya, o cümlədən əlavələrə düzəliş irəli sürə bilər.



2.  Bu  Konvensiyaya  təklif  olunan  hər  bir  düzəliş  əlavə  7-də  göstərilən

prosedurlar  qaydasına  uyğun  olaraq,  Razılaşmış  tərəflərdən  ibarət  olan

İnzibati  komitə  tərəfindən  nəzərdən  keçiriləcək.  Bu  Konvensiyaya  təklif

olunan hər bir  düzəliş  Razılaşmış  tərəflərdən  ibarət  olan İnzibati komitənin

sessiyası tərəfindən nəzərdən keçirildikdən, hazırlandıqdan və bəyənildikdən

sonra,  qəbul  edilmək  üçün  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibinə

təqdim edilir.

3. Əgər təklif olunmuş düzəliş haqqında Razılaşmış tərəf olan hər hansı bir

ölkə  və  ya  Konvensiyanın  Razılaşmış  tərəfi  olan  iqtisadi  inteqrasiya

sahəsində  regional  təşkilat  tərəfindən  Birləşmiş  Millətlər  Təşkilatının  Baş

katibinə  etiraz  irəli  sürülməzsə,  bütün  Razılaşmış  tərəflər  üçün,  təklif

olunmuş  düzəliş  haqqında  məlumat  verildiyi  gündən  on  iki  aylıq  müddət

başa  çatdıqdan  sonra  üç  ayın  tamamında,  yuxarıdakı  bəndə  uyğun  olaraq

göndərilən irəli sürülmüş düzəlişlər qüvvəyə minir.

4. Əgər  bu  maddənin  3-cü  bəndin  müddəalarına  uyğun  olaraq  təqdim

olunmuş  düzəlişə  qarşı  etiraz  irəli  sürülərsə,  düzəliş  qəbul  olunmur  və

onunla əlaqədar heç bir tədbir görülmür.

Maddə 23. Tələb, məlumat və etirazlar

Baş  katib  tezliklə  bu  maddənin  22-ci  bəndinə  uyğun  olaraq  irəli  sürülmüş

tələb, məlumat və etirazlar haqqında Razılaşmış tərəfləri və bütün dövlətləri

xəbərdar edir.



Maddə 24. Yenidən baxılma haqqında konfrans

Razılaşmış hər bir tərəf bu Konvensiyanın beş illik fəaliyyətindən sonra, bu

Konvensiyaya  yenidən  baxılması  məqsədilə  nəzərdən  keçirilməli  təklifləri

göstərməklə  konfrans  çağırılması  haqqında  xahişi  Birləşmiş  Millətlər

Təşkilatının Baş katibinə nota ilə təqdim edə bilər. Bu halda:

i)  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibi  bu  xahiş  haqqında

Razılaşmış  tərəflərin  hamısına  məlumat  verir  və  bu  məlumat

verildikdən  sonra  üç  ay  ərzində  Razılaşmış  tərəflər  ilkin  təkliflər

haqqında öz qeydlərini irəli sürməlidir;

ii)  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibi  Razılaşmış  tərəflərin

hamısına  irəli  sürülən  hər  bir  başqa  təklifin  mətnini  göndərir  və  bu

məlumat verildikdən sonra altı ay ərzində Razılaşmış tərəflərin ən azı

üçdə  biri  belə  konfransın  keçirilməsinə  razılığını  bildirdikdən  sonra,

təkliflərə yenidən baxmaq üçün konfrans çağırır;




iii)  lakin  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibi  yenidən  baxılma

təklifinə 22-ci maddənin 1-ci bəndinə uyğun olaraq düzəliş irəli sürmə

təklifi kimi baxarsa, onda təklifi irəli sürən Razılaşmış tərəflə razılığa

əsasən,  o,  yenidən  baxma  proseduru  əvəzinə,  maddə  22-də  nəzərdə

tutulan düzəliş etmə prosedurunu tətbiq edə bilər.

Maddə 25. Xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının Baş katibi 23 və 24-cü maddələrdə nəzərdə

tutulmuşlardan başqa, bütün dövlətləri aşağıdakılar haqqında xəbərdar edir:

a)  16-ci  maddəyə  uyğun  olaraq  imzalama,  ratifikasiya,  qəbul  etmə,

təsdiq və qoşulma haqqında;

b)  17-ci  maddəyə  uyğun  olaraq  bu  Konvensiyanın  qüvvəyə  minmə

tarixi haqqında;

v) 18-ci maddəyə əsasən ləğv etmə haqqında;

q)  19-cu  maddəyə  əsasən  bu  Konvensiyanın  fəaliyyətinin

dayandırılması haqqında;

ğ) 21-ci maddəyə uyğun olaraq edilmiş qeydlər haqqında.

Maddə 26. Təsdiq olunmuş nüsxələr

31 may 1984-cü il tarixindən sonra bu Konvensiyanın lazımi qaydada təsdiq

olunmuş  iki  nüsxəsini  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Katibi  bütün

Razılaşmış  tərəflərə  və  Razılaşmış  tərəf  olmayan  bütün  dövlətlərə

göndərəcəkdir.

Cenevrədə  21  oktyabr  min  doqquz  yüz  səksən  ikinci  ildə  bir  əsl  nüsxədə

ingilis,  ispan,  rus,  fransız  dillərində  tərtib  olunmuş  və  bütün  nüsxələr  eyni

hüquqi qüvvəyə malikdir.

Lazımi  qaydalara  uyğun  olaraq,  səlahiyyətli  nümayəndələr  təsdiq  etmək

məqsədilə, bu Konvensiyanı imzalamışlar.



Yüklə 69,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə