Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə14/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   10   11   12   13   14   15   16   17   ...   180

                            ahmedalhasan313.wordpress.com 

 

 



33 

məşhur  hədis  olduğu  təyin  edilər.  Və  ittifaq  edilən  və  mötəbərliyinə

5

 

(1) 



şübhə 

olmayan hədisə əsasən, hökm aşikar olar.  

5) Əgər iki nəfər dovşan əti məsələsində, hərbiri  bir ravinin dediyinə əsaslansa, və 

o  iki  ravinin  ikisidə  adil  və  fəqih  olsa,  və  ikisidə  Quran  və  Hədisə  əsasən  hökm 

versə, ikisinində  nəql etdikləri məşhur və  ittifaq edilmiş  hədis  olsa, onda həmin o 

iki  hədisə  nəzər  salınacaq.  Əgər  onlardan  biri,  Sünnilərin  verdiyi  hökmlərə  zidd 

olsa, onda həmin hədisə əsasən əməl ediləcək.  

6)  Məlum  olduğu  kimi,  Sünni  məzhəbində  4  əsas  fiqhi  qol  vardır.  Sünnilər,  4 

müctehidin fətvasına əsaslanır. Ki bunlar, Hənəfi, Hənbəli, Maliki və Şafeidir.  

İndi, biz əgər dovşan ətinin halal  haram olmasında şəkk etsək, birimiz bir ravinin 

hökmünə  əsasən  halaldır,  digər  bir  şəxs  isə,  başqa  bir  ravinin  hökmünə  əsasən 

haramdır  desə  və  bu  iki  ravinin  ikisidə  adil  və  fəqih  olsa,  ikisinində  nəql  etdiyi 

hədislər məşhur olsa, onda həmin o 4 qola ayrılmış Sünnilərin hökmünə baxacayıq. 

Əgər  onlar  dovşan  ətinin  haram  olduğun  desələr,  bizdə  halal  olduğu  qənaətinə 

gəlib,  Əhli-beyt    (ə.s)-dan  dovşanın  haramlığına  dair  olan  rəvayəti  əsas 

götürəcəyik.  Yox  əgər  bir  yerə  gəlib  çatsaq  ki,  məsələn  Sünnilərin  4  məzhəb 

İmamlarından  olan  Hənəfi,  dovşan  ətinə  halal  desə  və  Sünnilərin  çox  kiçik  bir 

qrupu, dovşan ətinə haram olduğunu desə, onda biz, Sünnilərin böyük əksəriyyəti 

hansı  hökmdə  ittifaq  edib  ona  əsaslanıblarsa,  o  hökmün  əksi  ilə  əməl  edəcək  və 

dovşan  ətinin  haramlığına  dair  Əhli-beytdən    (ə.s)  varid  olan  rəvayəti  əsas 

götürcəyik.  

7)  Əgər hər iki ravi adil və  fəqih olsa, nəql etdikləri hədisləri məşhur olsa, hər iki 

hədis  bir-birinə  zidd  olsa  və  Quran  və  Hədislər  ilə  hər  ikisinin  uyğun  gəldiyi 

məlum olsa  və  Sünnilərin hökmünə  nəzər salsaq və  Sünnilərində  bu məsələdə  iki 

yerə bölündüyünü və 50% Sünnilərin halal və 50% Sünnilərin isə həmin məsələdə 

haram  olduğuna  dair  hökm  verdiklərini  görsək,  onda  həmin  məsələdə  Təvəqqüf

 

edəcəyik.  



Təvəqqüf 

Üsuli  və  Əxbarilər  arasında  bəlkədə  ən  dərin  mübahisə  obyektlərindən  biri  də 

məhz” Təvəqqüf məsələsi”dir.  

                                                             

5

 

“Mutəbər”  hədis  terminində  etibarlı  hədis  deməkdir.  Qurani-Kərim  və  Əhli-beytin    (ə.s)  digər 



hədisləri ilə uyğun olan və Qurana zidd olmayan hədis, mötəbər sayılır.

 



ahmedalhasan313.wordpress.com 

34 


Əvvəlcə  Təvəqqüfun  nə  olmasına  nəzər  salaq.  Təvəqqüf  “vəqf”  sözündəndir. 

Mənası,  “Dayanmaq/Gözləmək”  deməkdir.  Şəri  məsələlərdə  təvəqqüf  etmək, 

Əxbarilikdə  müraciət  olunan  məsələlərdəndir.  Qısacası,  əgər  qarşımıza  bir 

məsələsə çıxsa, məsələn dovşan ətinin halal  haram olmasını bilməsək, onda Quran 

və Hədislərə nəzər salacaq və hədis ravilərinə müraciət edəcəyik.  

Əgər  Quran    və  hədislərdə,  dovşan  ətinin  halal    haram  olmasına  dair  dəlil 

tapmasaq, onda nə etməli? 

Üsulilər  deyirlər  ki,  “Əgər  bir  məsələnin  halal    haramlığı  bilinməsə  və  buna  dair 

Qurandan  və  hədislərdən  bir  xəbərə  rast  gəlməsək,  vacibliyə  şəkk  edilən 

hökmlərdə ehtiyat vacib deyil.  

Və  həmin  məsələdə,  Bəraət  qaydası

6

 tətbiq  edirlər.  Misal  olaraq  dovşan  ətinə  də, 



halaldır deyilər.  

Amma əxbarilərin nəzdində, əgər bir şeyin halal  haram olduğunu bilməsək, həmin 

hökm “şübhətu-təhrimiyyə” (haramlığı şübhəli) məsələsədir. Və belə bir vəziyyətlə 

qarşılaşsaq,  əməl  məqamında  o  işdə  Təvəqqüf  etməli,  yəni  dayanmalı  və  icra 

etməməliyik. Qısacası, əgər dovşan ətinin halal  haram olmasına dair Ayə və hədis 

olmasa, dovşan ətindən çəkinəcək və dovşan ətinin yeyilməsi məsələsinə haramdır 

deyəcəyik.  Çünki,  halallığına  dair  əlimizdə  dəlil  olmadığını  bildiyimiz  üçün  və 

halal-haramlığına şəkk olan məsələlərdə, ehtiyatlı olmaq lazımdır.  

 Bu məsələ ətrafında Əhli-beytdən  (ə.s) çoxlu rəvayətlər vardır: 

İmam Muhəmmədi Baqir    (ə.s)  buyurur: “Bildiyini (Qurandan və  Hədisdən olanı) 

de, bilmədiyini isə demə və əvəzində bunu de: “Allahu Ələm!” (Allah Biləndir!)” 

- Vəsailuş-Şiə, cild 27/səhifə 22, Hədis nömrə: 33104.

 

İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Sizlər  üçün  ən  şərli  ola  biləcək  şəxs,  bizdən 

eşitmədiyini (Ayə və hədisdə olmayan məsələdə,) sizə deyən (fətva verən) şəxsdir.” 

                                                             

6

 

“Bəraət” mənaca “Azadlıq” deməkdir. Şəri terminologiyada ona “Əsalətul-Bəraə” deyilir, Azəricə 



tam tərcüməsinə isə, “Azadlıq Qaydası” deyilir. Üsulilərin istifadə etdiyi bu qaydaya əsasən, əgər 

bir  məsələ  haqqında  nə  Qurandan  nə  də  ki,  sünnədən  bir  dəlil  yoxdursa,  bu  qayda-dan  istifadə 

edərək,  həmin  məsələnin  halal  olduğuna  hökm  olunur.  Əxbarilər  isə  bu  qaydadan  ‘Şubhətul-

Vucubiyyə’də,  yəni  bir  şeyin  haram  olduğu  bilinəndə,  amma  onun  vacib  olub-olmadığına  şəkk 

edəndə, həmçinin başqa şərait və qaydaya əsasən çox nadir hallarda, Bəraət qaydasından istifadə 

etmişlər.  Necə  ki  Üsuli  alimlər  də  Əxbarilərin  qəbul  etmədikləri  bir  çox  qaydalarından  bəzən 

istifadə  etmişlər.  Və  sırf  Bəraət  məsələsində  isə,  Əksər  Əxbari  alimlər,  ümumiyyətlə  bu  qaydanı 

məqbul saymır.

 



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə