Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə9/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   5   6   7   8   9   10   11   12   ...   180

                            ahmedalhasan313.wordpress.com 

 

 



19 

              Giriş 

Bismillahir Rəhmanir Rəhim. Əlhəmdulillahi Rəbbil Aləmin. 

Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd, əl-Əimmə vəl-Məhdiyyin 

və səllim təslimən kəsira. 

Bu kitabın yazılmasının əsas məqsədi, şəriət məsələlərini batilə yol vermədən, 

sırf  Əhli-beyt    (ə.s)  məktəbi  yolu  ilə  və  bu  yoldan  kənara  çıxmamaq  şərtilə 

(müctehid fətvalarından uzaq bir tərzdə) və kənar məktəblərin (üsuli fiqhi qolu və 

sair)  təsirindən  uzaq  olmaq  şərtilə  sizlərə  çatdırmaqdır.  Bu  kitabın  ərsəyə 

gəlməsində  bir  çox  hədis  mənbələrindən  və  sair  fiqhi  qolların  yazdıqları 

kitablardan (Əhli-beyt  (ə.s) kəlamları dairəsindən kənara çıxmadan) istifadə edilsə 

də,  əsas  məqsəd,  kopya  etmək  deyil,  sırf  Əhli-beyt    (ə.s)  buyruqlarından  kənara 

çıxmamaq şərti ilə maarifləndirməkdir. 

İmam  Əli  (ə.s)  buyurdu:  "Övladlarınıza  bizim  elmlərimizi  öyrədin  ki,  Allah 

onu o elmlə faydalandırsın. Mürciə öz rəyi ilə onlara qalib gəlməsin." 

- əl-Hisal: s.614 

Əba  Əbdillah  Cəfər  Sadiq  (ə.s)  buyurdu:  "Kiçiklərinizə  hədis  öyrətməkdə 

tələsin ki, mürciə (bu işdə) sizdən öncə onlara yetişməsin." 

- Kafi: 6/47 

İmam Əlinin (ə.s) əks fətva verən alimləri məzəmmət etdiyi kəlamların-dandır: 

“Alimlərin  birindən  dinin  əhkamı  barəsində  bir  məsələ  soruşulduq-da  o  öz  rəyi 

əsasında  fətva  verir,  həmin  məsələ  digər  qazıdan  soruşulduqda,  onun  fətvası 

birinci  qazının  fətvasının  əksinə  olur,  bu  zaman  bir-birinə  zidd  hökmlərilə  onları 

qazı  təyin  edən  rəhbərin  ətrafına  toplanırlar.  Qazılar  qazısı  onların,  Allahı  bir, 

Peyğəmbəri  bir,  Kitabı  bir  olduğu  halda  hamısının  rəyinin  düzgün  olduğunu 

söyləyir. Allah-təala onlara ziddiyyətli fətva verməyə əmr edibmi ki, onlar da onun 

göstərişinə  itaət ediblər? Ya onları ziddiyyətdən çəkindirib, onlar isə  itaətsizlik və 

günah  ediblər?  Yaxud  da  Allah-təala  naqis  bir  din  göndərib,  onu  tamamlamaq 

üçün onlardan kömək istəyib? Və ya özlərini Allaha şərik bilib hökm verirlər və O 

da  razıdır?  Və  ya  Allah-təala  tam  bir  din  göndərmiş,  Allah  Rəsulu    (s.ə.v.v)  isə 




ahmedalhasan313.wordpress.com 

20 


onun  təbliğində  və  çatdırılmasında  bir  nöqsan  etmişdir?  Halbuki  Allah-təala 

buyurub:  [Biz  Qur’anda  heç  bir  şeyi  əsirgəməmişik]  [Ənam  38].  [Sənə  hər  bir  şeyi 



bəyan  edən  Kitabı  göndərdik]  yəni,  orda  hər  bir  şeyin  bəyan  olunduğunu 

buyurub…” 



- Nəhcül-Bəlağə, xütbə 18. 

Odur  ki,  əks  fətva  verən  müctehidlərin  insanları  götürdüyü  zəlalətə  düş-

məməsi  üçün,  dində  fərz  və  vacib  buyurulmuş  əməllərlə  bağlı  Əhli-beytin  (ə.s) 

buyurduğu  hədislər  toplusunu  hazırladıq.  Giriş  bölməsində  bəzi  vacib  əqidəvi 

məsələlərə də toxunulmuşdur. 

538 səhifəlik bu kitab on dörd babdan ibarətdir: 



1. Dəstəmaz babı 

2. Qüsl babı 

3. Namaz babı 

4. Meyit qüslü babı 

5. Oruc babı 

6. Zəkat babı 

7. Xüms babı 

8. Nigah babı 

9. Təlaq babı 

10. Təharət və Nəcasət babı 

11. Qida və İçkilər babı 

12. Cihad babı 

13. Həcc babı 

14. Cəzalar babı 

Hər  babın  daxilində  də  müxtəlif  məsələlər  üzrə  qruplaşdırılmış  bölümlər  yer 

almaqdadır.  Ümid  edirik,  Əhli-beyt  (ə.s)  sevərlər  onlara  lazım  olan  bütün 

suallarının cavabını kitabda tapacaqlar. 

 

 



                            ahmedalhasan313.wordpress.com 

 

 



21 

 

 



Halal və haramla bağlı bəzi məsələlər 

Hər  bir  müsəlman  Allahın  bildirdiyi  halal  və  harama  diqqət  etməlidir.  Çünki, 

halal-haram bir çox baxımdan vacib və önəmlidir.  

Dini baxımdan, halal və haram, Allahın şəriətində olan  insanın əməli imtahanıdır. 

Çünki,  əqidəsi  salim  olan  bir  şəxsin,  əməli  baxımdan  bunu  təsdiq  etməsi  və 

əməllərini  nizama  salaraq,  Şəriətin  bildirdiyi  çərçivədən  kənara  çıxmaması 

lazımdır. Çünki insanın azadlığı, onun hər bir işdə azad olması mənasında olsada, 

bu işlərdə  bir çərçivənin olmaması mənasında deyildir. Çünki “çərçivə” azadlığın 

məhdudlaşdırılması  deyil,  əksinə  azadlığın  nizama  salınması  deməkdir.  Çünki, 

azad olan bir insan, nizamdan kənara çıxarsa, bu xaos və özbaşnalıq ilə nəticələr.  

Xaos və özbaşınalıq isə, azadlıqdan sui-istifadə etmək deməkdir. Bir misal çəkməli 

olsaq,  əgər  bir  ata,  kiçik  bir  uşağa  “bunu  etmək  olmaz”  deyirsə,  bu  olmaz  sözü, 

uşağı sıxışdırmaq və dustaq etmək mənasını verməz, hər nə qədər uşaq həmin sözü 

dərk  etməsə  belə.  Əslində  bu  məhdudiyyət,  uşağın  xeyrinə  olan  bir  məsələ-dir. 

Çünki  ata  həmin  məhdudiyyəti  uşağın  xeyrinə  demiş  və  onu  təhlükələrdən 

qorumuşdur. Çünki, nəticəni dərk edən həmin atadır, nəinki dərk etməkdə  ata ilə 

muqayisə edilə bilinməyəcək dərəcədə olan övlad.  

Tibbi  baxımdan  isə,  halal  və  haramları  bəyan  edən  Allah,  insanları  imtahan 

etməkdən  əlavə,  həmdə  insanların  sağlamlığınıda  düşünmüşdür.  Çünki,  hər  şeyi 

nizam  və  ölçü  ilə  yaradan  Allah,  bəndəsinin  fiziki  və  ruhi  baxımdanda  sağlam 

olmasını  istəyir.  Çünki,  fiziki  baxımdan  olan  xəstəliyin,  ruhi  sağlamlığada  təsir 

etmək bacarığı vardır. Buna görə də Allah-təala Öz bəndəsinə, bir atanın öz övladı-

na  göstərdiyi  diqqət  və  şəfqətdəndə  artıq  yaxındır.  Bəndənin  etirazı  isə,  ancaq  öz 

cəhalət  nəticəsində  ola  bilər.  Çünki  Allah,  məhdudiyyətləri  Özü  üçün    insanların 

azadlıqlarını əllərindən alması üçün deyil, sırf insanlara xeyirlərinin nədə olmasını 

bildirmək üçün bəyan etmişdir.  




Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə