Şərii rəy şəriətdir!



Yüklə 351,3 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix02.12.2017
ölçüsü351,3 Kb.
#13560
1   2   3   4   5   6   7   8   9   ...   13

22 

 

sənədlərdəki  şəxsləri  araşdıracağam.  Bundan  sonra  dəqiq  bir  söz 



demək bəlkə mümkün ola.  

Risalənin  Əşarinin  əshabı  tərəfindən  dilə  gətirilməməsi  isə 

bunun əksinə işarədir. Lakin İbn Asəkirin qeyd etdiyi “əl Həssu aləl 

Bəhs”


20

  kitabı  bu  tərcümə  etdiyim  risalədirsə  məsələ  fərqlidir.  O 

kitabın bu risalə olması mümkündür. Adından da göründüyü kimi 

hər ikisi bəhsə və araşdırmağa təşviq edir. Nə var ki, tam dəqiq bir 

söz demək üçün əlimdə yetərli əsas yoxdur. 

Bu risalənin Əşarinin qələmindən çıxma ehtimalını gücləndirən 

dəlillərdən  biri  də  İbn  Asəkirin  Əşarinin  “əl  Fusul”  kitabından 

danışarkən dediyi bu sözüdür:  

“Bu  kitab  on  iki  fəsli  əhatə  edir.  İlk  fəsildə  (əqidə  sahəsində) 

araşdırma  aparmanın  məşruiyyəti  və  ağlın  dəlil  olması  haqda 

danışır. Bunu inkar edənlərə rəddiyə verir”.

21

 



Tərcümə  etdiyim  bu  risalə  də  tam-tamına  həmin  mövzudadır. 

Lakin bu risalə müstəqil bir risalədir. Ola bilər “əl Fusul” kitabının ilk 

fəsli ayrıca bir risalə olaraq köçürülmüşdür. Bu da mümkündür.  

İbn Asəkir bu sözü Əşarinin öz sözü olduğunu bildirir. Qeyd edir 

ki, Əşari “əl Uməd” kitabında yazdığı əsərlərdən söz edərkən bunu 

deyir.


22

 Bu isə risalənin Əşariyə aid olması ehtimalını gücləndirən ən 

sağlam əsaslardan biridir. Çünki Əşarinin öz dilindən çıxıb. Lakin bu 

risaləylə “əl Fusul” kitabının ilk fəslinin eyni olub olmadığını dəqiq 

deyə bilmərəm. Mövzusunun eyni olması isə dəqiqdir.  

                                                           

20

 İbn Asəkir, Təbyinu Kəzibil Muftəri, 136. 



21

 Eyni qaynaq, 129. 

22

 Eyni qaynaq, 128. 




23 

 

Türk araşdırmaçı Fuad Sezgin isə bu risalənin əlyazmasına rast 



gəldiyini qeyd edir. Həmin əlyazmanın adı eyni olmasa da olduqca 

yaxındır.  Belə  ki,  Fuad  Sezgin,  gördüyü  əlyazmanın  “Risələtun  Fir 

Raddi  Alə  Mən  Zannə  Ənnəl  İştiğalə  Bil  Kəlami  Bidə”  adı  altında 

olduğunu  qeyd  edir.  Adı  tərcümə  etsək  “Kəlam  Elmiylə  Məşğul 

Olmağın Bidət Olduğunu Zənn Edənə Rəddiyə” kimi çevirmiş olarıq. 

Fuad Sezgin hər ikisinin eyni risalə olduğunu bildirir. Həmin əlyazma 

hicri 1063-cü ilə (miladi 1653) aiddir.

23

 



Xülasə olaraq deyirəm: Əşarinin əqli dəlilləri və əqidə sahəsində 

araşdırma  aparmağı  inkar  edənlərə  qarşı  rəddiyə  yazdığını  və  bu 

risalədə keçən bəzi qismlərin müəllifin “əl Lumə” və “Risələtun İlə 

Əhlis  Səğr”  kitabında  yazılanlarla  üst-üstə  düşdüyünü  cəm  etsək 

böyük ehtimalla risalə Əşarinin qələmindən çıxıbdır. Lakin müstəqil 

bir risalə olaraqmı, yoxsa “əl Fusul” kitabının ilk fəsli olaraqmı bu 

haqda  bir  şey  deyə  bilməyəcəyəm.  Hətta  “əl  Fusul”  kitabının  ilk 

fəslinin  müxtəsəri  də  ola  bilər.  Çünki  İbn  Asəkirin  Əşaridən  nəql 

etdiyinə  görə  Əşari  “əl  Fusul”  kitabında  İbnur  Ravəndinin  aləmin 

əzəli olması  haqda  dediklərinə  uzun-uzadı  rəddiyə  verir.  Lakin  bu 

uzun  rəddiyənin  “əl  Fusul”  kitabının  ilk  fəslindəmi  yoxsa 

ümumiyyətlə  “əl  Fusul”  kitabındamı  keçdiyini  İbn  Asəkirin 

sözündən anlamaq olmur. Əgər ümumiyyətlə “əl Fusul” kitabında 

keçdiyini qəsd edirsə, o zaman bu risalənin həmin kitabın ilk fəsli 

olduğu ehtimalı güclüdür. Yox bu uzun rəddiyə ilk fəsildə keçirsə o 

zaman əlimizdəki risalə həmin fəslin müxtəsəridir. 

Əşarinin  həmin  ilk  fəsildə  aləmin  qədim  olduğunu  deyənlərə 

rəddiyə  verdiyini  və  əlimizdəki  risalədə  də  belə  bir  bölümün 

keçdiyini  nəzərə  alsaq  risalənin  həmin  kitabın  ilk  fəsli  olması 

ehtimalı daha da güclənir. 

                                                           

23

 Fuad Sezgin, Tərixut Turasil Arabi, 4/38. 




24 

 

Fuad Sezginin eyni mövzuda bənzər adlı Əşariyə aid müxtəsər bir 



əlyazma  tapdığını  da  nəzərə  alsaq  bu  risalənin  ayrıca  bir  risalə 

olduğunu deyə bilərik. 

Bütün bunlar isə risalənin Əşariyə aid olması ehtimalını olduqca 

çox gücləndirən amillərdir. Hər şeyin ən doğrusunu Allah bilir. 

Müəllifi kim olur olsun risalənin içində yazılanlar doğrudur. Həm 

bu,  həm  də  risalənin  Əşariyə  aid  olması  ehtimalının  güclü  olması 

səbəbiylə risaləni tərcümə edib ortaya çıxardım. 

Qeyd: Risalədə qırmızı rənglə keçən qismlər müəllifin “əl Lumə” 

kitabında  keçən  sözləriylə  ləfzən,  yaşıl  rənglə  keçən  qismlər  isə 

“Lumə” və “Risələtun İlə Əhlis Səğr” kitablarında dedikləriylə yaxın 

ləfzlərlə  üst-üstə  düşən  qismlərdir.  Haşiyə  qismində  sözü  keçən 

kitablardan qaynaq vermişəm.   

 

 



25 

 

Müəllifin Müqəddiməsi



24

 

Şeyxlərin şeyxi Əbul Həsən Əli bin İsmail əl Əşarini –radiyAllahu 

anhu– belə deyərkən eşitdim:

25

 



Aləmlərin  Rəbbinə  həmd,  Peyğəmbərimiz  Muhəmmədə,  pak 

Əhli Beytinə və seçilmiş imamlar olan səhabələrinə Allahın rəhməti 

və bərəkəti olsun.  

İnsanlardan  bir  qrup  cəhli  özlərinə  əsas  almış  və  bu  səbəblə 

din/əqidə haqda araşdırma və bəhs etmək onlara ağır gəlmişdir.

26

 



Asanlığa  və  təqlidə  meyl  etmiş,  usuluddin  yönündə  araşdırma 

aparan  hər  kəsi  qınayaraq  onu  zəlalətə  nisbət  etmişlər.

27

  (Bu  qıt 



                                                           

24

 Risalənin başındakı sənədi sildim. Sənəd üçün bax: Səhifə no: 16. 



25

  Bu  söz  risaləni  Əbul  Həsən  əl  Əşaridən  rəvayət  edən  Əli  bin  Mehdinin 

sözüdür. 

26

 Əşari, əl Lumə Fir Raddi Alə Əhliz Zeyği Vəl Bidə, 23. 



27

  Təəssüf  verici  hallardan  biri  də  zəlalətə  nisbət  edilən  kəslər  arasında 

imamımız  Əbu  Hənifənin  -radiyAllahu  anhu-  yer  almasıdır.  Əhməd  bin 

Hənbəlin tələbəsi Hərb əl Kirmani özünün “İcmaus Sələf Fil İtiqad” kitabında 

Əbu Hənifəni açıq-aydın zəlalət imamlarından sayır. Lakin nə Kirmaninin nə 

də Kirmani kimilərinin dedikləri Əbu Hənifənin kölgəsinə belə zərər verməz. 

Ümumiyyətlə nəyinki əqidə, hətta fiqhi sahədə belə dərinə dalmaq ənənəvi 

hədisçilərin bəzilərinə görə xoş bir şey deyildi. Bunu da Əbu Hənifəni qınaq 

səbəblərindən biri olaraq istifadə etmişlər. Misal üçün Əhməd bin Hənbəl 

fiqhi görüşlərin qələmə alınıb kitab halına salınmasını belə xoş görməzdi. 

Ondan  hətta  Əbu  Sövrün  belə  fiqhi  görüşlərini  qələmə  almasını  xoş 

görməməsi  varid  olmuşdur.  İbnul  Cövzi  “Mənaqibul  İməm  Əhməd” 

kitabında bu haqda xüsusi bab açmış və nəqlləri qeyd etmişdir. (Bax: İbnul 

Cövzi, Mənaqibul İməm Əhməd, 263-264).  

Bu  da  onu  göstərir  ki,  ənənəvi  hədisçilər  hər  sahədə  rəvayət  etdikləri 

nəqllərlə  kifayətlənməyi  üstün  sayırdılar.  Fiqhi  sahədə  belə  rəvayətdən 




Yüklə 351,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə