Şərii rəy şəriətdir!



Yüklə 351,3 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix02.12.2017
ölçüsü351,3 Kb.
#13560
1   2   3   4   5   6   7   8   9   10   ...   13

26 

 

düşüncələri ilə) hərəkət, sükunət, cism, araz



28

, rənglər, əkvan

29

, cüz, 


tafra

30

 və hər şeyi hikmətlə yaradan Allahın – azzə və cəllə - sifətləri 



haqda kəlam işlətmənin bidət və zəlalət olduğunu iddia etmişlər.  

 

 



                                                           

kənara  çıxmağı  xoş  görməyən  birisinin  etiqadi  sahədə  bunu  inkar  etməsi 

olduqca normaldır.  

28

 Araz kəlami bir termin olaraq varlığı üçün mahala ehtiyac duyan şeydir. 



Buna  misal  olaraq  rəngləri  və  qoxuları  göstərmək  olar.  Sözsüz  ki,  rəngin 

zahir olması üçün bir mahala, bir əşyaya ehtiyacı var. Qoxu haqda da eyni 

şeyi demək olar. 

29

 Hərəkət, sükunət, ictima/bir araya gəlmə və iftiraq/ayrılma.  



30

 Nəzzamın “sıçrama” nəzəriyyəsi. Böyük Mötəzili mütəkəllimlərindən olan 

Əbu İshaq İbrahim bin Səyyar ən Nəzzama görə bu nəzəriyyə mümkündür. 

Belə ki, bir cism “a” nöqtəsindən “c” nöqtəsinə “b” nöqtəsindən keçmədən 

gedə  bilər.  Bu  nəzəriyyəni  İslam  dünyasında  ilk  müdafiə  edənin  Nəzzam 

olduğu deyilsə də Əşarinin “Məqalətul İsləmiyyin” kitabında Hişam bin  əl 

Həkəmin əshabının da bu görüşdə olduğunu deməsi bu fikrin ilk Nəzzam 

tərəfindən  müdafiə  olunduğu  ehtimalını  zəiflədir.  (Bax:  Əşari,  Məqalətul 



İsləmiyyin, 1/133). 

Bu  nəql  doğru  olarsa  bu  fikrin  Hişam  bin  əl  Həkəmdən  əshabına  sirayət 

etdiyini demək olar. Hər halükarda bu nəzəriyyə batil bir nəzəriyyədir.  

 

 




27 

 

Müxaliflərin Ortaya Atdıqları Şübhələr 



 

Bu  iddialarının  arxasını  doldurmaq  üçün  belə  demişlər:  “Əgər 

bu, (yuxarıda sadalananlar haqda kəlam) hidayət və doğru yol olsa 

idi bu haqda Peyğəmbər, -sallAllahu aleyhi və əlihi və səlləm-  onun 

xəlifələri və  səhabələri danışardılar. Peyğəmbər –sallAllahu aleyhi 

və  əlihi və  səlləm–  dini  məsələlərdən ehtiyac olan  hər  şey  haqda 

danışmadan,  onları  olduqca  aşkar  şəkildə  açıqlamadan  vəfat 

etməmişdir.  Müsəlmanların  dinləriylə  bağlı  ehtiyac  duyduqları, 

onları  Allaha  –azzə  və  cəllə-  yaxınlaşdıran  və  qəzəbinə  qarşı 

qoruyan  məsələlərdə,  özündən  sonra  heç  kimə,  deyiləcək  söz 

ehtiyacı  qoymamışdır.

31

  Vəziyyət  belə  olduğu  halda  yuxarıda  zikr 



etdiyimiz şeylər haqda ondan -sallAllahu aleyhi və əlihi və səlləm– 

kəlam  işlətdiyi  rəvayət  edilmədiyi  üçün,  bu  məsələlər  haqda 

kəlamın  bidət,  bu  haqda  araşdırma  aparmanın  zəlalət  olduğunu 

anlamış oluruq. Əgər bu iş xeyir bir əməl olsaydı Peyğəmbərdən –

sallAllahu aleyhi və əlihi və səlləm– və əshabından yan keçməz, bu 

haqda mütləq danışardılar. 

Üstəlik  bu  məsələ  iki  ehtimaldan  kənara  çıxmır.  Ya  onlar 

(səhabələr)  bu  məsələləri  bilmiş  lakin  susmuşlar,  ya  da  bu 

məsələləri  bilməmiş  və  onlardan  cahil  qalmışlar.  Əgər  bildikləri 

                                                           

31

  Allah  Qurani  Kərimdə  bizlərə  bilmədiyimiz  zaman  elm  əhlindən 



soruşmamızı əmr edir. Eləcə də Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və 

səlləm-  alimləri  öz  varisi  elan  etmişdir.  Onların  alacağı  mirasın  dinar  və 

dirhəm  deyil,  elm  olduğunu  söyləmişdir.  Yəni  din  haqqında  onların 

danışmasına izn vermişdir. Sözsüz ki, alim birisi varisi olduğu kəsin yolunu 

izləməlidir. Varisi olduğu kəs öz zamanında çıxan problemləri çözdüyü kimi, 

varis olan alimlər də öz zamanlarında çıxan yeni problemlərə yeni çözüm 

yolları tapmalıdırlar.  

 



28 

 

halda susmuşlarsa, onların bu haqda susması caiz olduğu kimi bizim 



də  bu  məsələlər  haqda  susmamız  caizdir.  Onların  bu  məsələlərə 

dalmamaları caiz olduğu kimi bizim də dalmamamız caizdir. Əgər bu 

(kəlam), dindən olsa idi bu haqda susmaq onlara caiz olmazdı.  

Yox  əgər  bunu  bilməmişlərsə,  onların  bu  məsələlərdən  cahil 

qalmaları  caiz  olduğu  kimi  bizim  də  cahil  qalmamız  caizdir.  Əgər 

kəlam dindən olan bir şey olsa idi onlar bundan cahil qalmazlardı.

32

 

                                                           



32

 Burada iki məsələyə toxunmaq istəyirəm: 

Birincisi: Məlum məsələdir ki, kəlam elmi hənbəlilərin, ümumən həşvilərin 

və  onlardan  təsirlənənlərin  iddia  etdiyi  kimi  inanca  yeni  bir  şey  qatmır. 

Əksinə,  ənənəvi  inancı  yeni  və  doğru  bir  metodla  dəstəkləyir.  Məsələn 

“cism”  və  “araz”  terminləri  sonradan  etiqadi  termin  halına  salınsa  da  bu 

əvvəlcədən cismin və arazın var olmadığı demək deyil. Çünki hər kəs cismin 

və arazın varlığını bilir. Bunu inkar edənin ağlı ittiham edilər. Belə olduğu 

halda, əvvəlkilərin yeni metodu bilməmələri onun batil olması demək deyil. 

Çünki metod dəyişkən bir şeydir. Sabit deyil. Elsatikidir. Yəni halı bu cür olan 

bir şeyin batiliiyini isbat etmək üçün səhabələrin onu bilməməsi dəlil gətirilə 

bilməz. Bu səhabələrin bilməməsini fərz etdiyimiz zaman deyiləcək sözdür. 

İkincisi:  Əgər  səhabələrin  kəlami  terminləri  bilməmələri  qəsd  edilirsə,  o 

zaman onlar nə sonradan çıxan hədis terminlərini, nə fiqhi terminləri, nə 

üsuli  terminləri  nə  də  nahv  və  sarfa  aid  olan  terminləri  bilmirdilər.  Əgər 

onların terminlərdən cahil qalmaları o terminləri, yaxud o elmi batil etsəydi 

o zaman bütün elmlər batil olardı. 

Üstəlik  bu  gün  əlimizdə  olan  fiqh  üsulu  kitablarındakı  məsələlərin  hamısı 

haqda səhabədən nəql yoxdur. Nə İbn Məsuddan, nə Ömərdən, nə Əlidən, 

nə Aişə anamızdan nə də başqa fəqih səhabələrdən fiqh üsulunun bu günkü 

halıyla  əhatə  etdiyi  hər  məsələ  haqda  nəql  gəlməmişdir.  Lakin  nəqlin 

gəlməməsi onların bu elmdən və terminlərin ifadə etdiyi mənalardan cahil 

qalmaları anlamına gəlməz. 



Yüklə 351,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə