Şərii rəy şəriətdir!



Yüklə 351,3 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix02.12.2017
ölçüsü351,3 Kb.
#13560
1   ...   5   6   7   8   9   10   11   12   13

29 

 

Hər iki fərziyyəyə görə bu haqda kəlam bidət, bu məsələyə dalmaq 



zəlalətdir".

33

 



Bu  onların,  usuluddin  elmində  araşdırma  aparmağın  qadağan 

olmasına dair dəlil gətirdikləri şeylərdir.   

 

 

                                                           



33

 Ümumiyyətlə ilk nəslin dini izah eləmədə müəyyən bir üslubdan istifadə 

etməməsi o üslubun məzmum və qadağan bir üslub olması demək deyil. 

Fərz  etsək  ki  onlar  o  üslubu  bilmirdilər,  bu  belə  bildikləri  zaman  rədd 

edəcəkləri mənasına gəlməz. Bu olsa-olsa zəif bir ehtimal olar. Bunu sabit 

bir qayda kimi irəli sürmək yanlışdır.  

 



30 

 

Müəllifin Bu Şübhələrə Verdiyi Cavablar 



 

•“Peyğəmbər –sallAllahu aleyhi və əlihi və səlləm- bu 

haqda danışmayıb” şübhəsinin cavabı. 

Şeyx  Əbul  Həsən  –radiyAllahu  anhu–  dedi:  Bu  gətirdiklərinə 

verəcəyimiz cavab üç yöndəndir: 

Birincisi: Onların bu şübhələrini özlərinə yönləndirmək. Belə ki, 

biz də onlara bu cür deyərik: Peyğəmbər –sallAllahu aleyhi və əlihi 

və səlləm– həmçinin “Kim bu barədə araşdırma aparar, bu haqda 

danışarsa  onu  bidətçi  və  zəlalət  əhli  elan  edin”  də  deməyib. 

Beləliklə  gətirdiyiniz  şübhəyə  əsasən  bidətçi  və  zəlalət  əhli 

olmalısınız. Çünki Peyğəmbərin –sallAllahu aleyhi və əlihi və səlləm– 

danışmadığı  bir  şey  haqda  danışmış,  onun  zəlalət  əhlindən 

saymadığını zəlalət əhli saymısınız. 

 

•“Quran və Sünnədə yoxdursa batildir” şübhəsinin cavabı.  



İkincisi:  Onlara  belə  deyilər:  “Peyğəmbər  –sallAllahu aleyhi  və 

əlihi və səlləm– cism, araz, hərəkət, sükunət, cüz, tafra kimi qeyd 

etdiyiniz kəlam məsələlərini müəyyən şəkildə qeyd etməsə də, bu 

sadalananların  heç  birindən  cahil  qalmamışdır.  Eyni  şeyi 

səhabələrdən olan fəqih və  alimlər haqda da demək olar. Sadəcə 

olaraq bu müəyyən şəkildə  qeyd etdiyiniz şeylərin  əslləri təfsilatlı 

şəkildə deyil, ümumi olaraq Quran və Sünnədə mövcuddur.  

Hərəkət  və  sükunət  haqda  kəlama  gəlincə,  hər  ikisinin  əsli, 

onların  tövhidə  dəlalət  etməsi  şəklində  Quranda  mövcuddur.  Bir 

araya gəlmə və ayrılma haqda da eyni şeyi demək olar. Allah Qurani 

Kərimdə ulduzların, günəş və ayın batması və o ikisini bir məkandan 

başqa məkana hərəkət etdirmə  qissəsində, öz xəlili İbrahimdən  –

əleyhissalam–  xəbər  vermişdir. 

Qeyd  etmişdir  ki,  Allah  –azzə  və 




31 

 

cəllə- haqqında bu sadalananlardan (hərəkət və batış) heç bir şey 



caiz deyil. Bildirmişdir ki, haqqında batmaq və bir məkandan digər 

bir məkana yer dəyişmənin mümkün

34

 olduğu biri ilah ola bilməz.



35

  

Tövhid  üsulu  haqdakı  kəlama  gəlincə,  o  da  Qurandan 



götürülmüşdür. Allah Təala buyurur: 

                                                           

34

 Əşari, əl Lumə Fir Raddi Alə Əhliz Zeyği Vəl Bidə, 19. 



35

  Ənam  Surəsinin  76-78-ci  ayələrini  qəsd  edir.  Allah  Təala  İbrahim 

Peyğəmbərin  -əleyhissalam-  öz  qövmünə  ibadət  etdikləri  şeylərin  ilah 

olmadığını isbatlamaq üçün belə dediyini xəbər verir: 

“Gecə  olduqda  gördüyü  ulduza  baxaraq  “Bu  mənim  rəbbimdir”  dedi. 

Ulduzun  itdiyini  gördükdə  “Mən  itənləri  xoşlamıram”  söylədi.  Doğan  ayı 

gördükdə “Mənim rəbbim budur” dedi. O da batdıqdan sonra “Rəbbim mənə 

hidayət  verməsəydi  mən  də  zəlalətə  sapanlardan  olardım”  dedi.  Günəş 

doğarkən ona baxıb “Rəbbim budur, bu daha da böyükdür” dedi. O da batdığı 

zaman “Ey qövmüm! Mən sizin Allaha ortaq qoşduğunuz şeylərdən uzağam” 

dedi”. (Ənam: 76-78) 

İbrahim  -əleyhissalam-  sözsüz  ki,  bu  sözləri  deyərkən  Allaha  iman  etmiş 

birisi idi. Ayədən də bu anlaşılır. Ayın batdığını görüb “Rəbbim mənə hidayət 

verməsəydi”  dedikdə  şübhəsiz  ki,  onun  qəsdi  Allah  idi.  Bundan  sonra 

günəşə rəbb deməsi onu göstərir ki, o bunu qövmünün nə qədər zəlalətdə 

olduğunu  onlara  göstərmək  üçün  etmişdir.  Doğru  olan  da  İbrahimin  -

əleyhissalam-  bu  sözlə  zahiri  mənanı  qəsd  etmədiyidir.  Əgər  məqam  dar 

olmasaydı bunu uzun-uzadı əsaslandırardım. 




32 

 

“Əgər o ikisində (yerdə və göydə) Allahdan başqa ilahlar olsa 



idi  yer  də  göy  də  fəsada  uğrayardılar”

36

  Bu  ayə  qısa  olmaqla 

bərabər, Onun şəriksiz tək bir ilah olduğuna işarə edir.

37

 



Mütəkəllimlərin  Tövhid  mövzusunda  elmi  münaqişə  edərkən 

təmanü


38

  yolu  ilə  işlətdikləri  dəlillərin  qaynağı  bu  və  aşağıdakı 

ayələrdir:   

                                                           

36

 Ənbiya: 22. 



37

 Əşari, əl Lumə Fir Raddi Alə Əhliz Zeyği Vəl Bidə, 21; Risələtun İlə Əhlis 



Səğr, 156-157. 

38

 Dəlilut Təmanü, yaxud Burhanut Təmanü kainatın nizamına əsaslanaraq 



Allahın vahdaniyyətini  isbatlayan dəlildir.  Bu dəlilin  Qurani  Kərimdəki əsli 

müəllifin yuxarıda qeyd etdiyi Ənbiya surəsinin 22-ci ayəsidir. Dəlilin izahı 

bu cürdür: 

Əgər  iki  ilah  olsaydı  bu  düzənli  kainatı  ya  ikisi  də  yaratmalı  idilər  ya  da 

sadəcə biri. İki ayrı qüdrətin bir şeyə icad yönündən təallüq etməsi qeyri-

mümkündür. Bu səbəbdən birinci ehtimal puç olur. Əgər biri yaratmışsa ya 

digərinin istədiyi şəkildə yaradacaqdı, ya da onun istəyinə müxalif olaraq öz 

istədiyi kimi xəlq edəcəkdi. İkinci ehtimal olsa istəyi nəzərə alınmayan xəlq 

edənə məcbur tabe olduğu üçün ilahlığa layiq olmaz. Birinci ehtimalı alsaq 

ya öz istəyiylə digərinin istədiyi uyğun gəldiyi üçün bu cür xəlq etmişdir, ya 

da uyğun gəlməsə də öz istəyini digərinin istəyinə görə tərk etmişdir. İkinci 

ehtimal olsa başqa bir gücə  tabe olduğu üçün ilah  olmaz.  Birinci  ehtimal 

olsa  ya  aralarındakı  ittifaq  məcburidir,  ya  da  ixtiyari.  Əgər  məcburidirsə 

məcbur  edilən  ilah  ola  bilməz.  Yox  ixtiyaridirsə  ixtiyari  olan  şeyin  əksi  də 

mümkündür.  Bu  da  ilahlığa  ziddir.  Beləliklə  iki  ilahın  varlığı  qeyri  mükün 

olur.  


Başqa bir ehtimal da irəli sürülə bilər ki, o ilahlardan biri öz istədiyini digəri 

də öz istədiyini istədikləri cür yarada bilərdi. Cavab budur ki, elə olsaydı hər 

biri  öz  yaratdığı  üzərində  digərinin  istəyinə  müxalif  davranmalıydı.  Bu  da 



Yüklə 351,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə