Şərii rəy şəriətdir!



Yüklə 351,3 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix02.12.2017
ölçüsü351,3 Kb.
#13560
1   ...   5   6   7   8   9   10   11   12   13

33 

 

“Allah heç bir övlad edinməmişdir. Onunla bərabər heç bir ilah 



da yoxdur. Belə olsaydı (ilahlardan) hər biri öz yaratdığıyla birgə 

ayrılar, bəzisi digərlərinin üzərində üstünlük sahibi olardı”.

39

  

“Yoxsa onlar (müşriklər) Allaha, Onun yaratdığı kimi yaradan 

bir şəriklərmi isnad etdilər və bu yaratdıqları (yaxud yaratmaları) 

biri-birinəmi bənzədi?!”.

40

  

Dediyimiz  kimi  mütəkəllimlərin,  Allahın  tövhidi  haqda 

yürütdükləri elmi münaqişələr zamanı gətirdikləri əsasların qaynağı 

qeyd  etdiyimiz  bu  ayələrdir.  Eləcə  də  Tövhid  və  Adlın

41

  şaxələri 



haqdakı kəlam da Qurandan götürülmüşdür. 

                                                           

kainatın  fəsadına  gətirib  çıxarardı.  Lakin  biz  kainatın  bir  düzənə  sahib 

olduğunu bilirik. Bu düzən bizə başqa ilahın olmadığını xəbər verir. 

Həm də əgər hər biri ayrı bir hissədə təsərrüf haqqına sahib olsaydı ya biri-

birindən  qorxaraq  belə  etməli  idilər,  ya  da  ittifaq  edərək.  Birinci  ehtimal 

alınsa o zaman heç biri ilah olmaz. Çünki ilah qorxmur. İkinci ehtimal alınsa 

ya məcburi ittifaq edərlər ya da ixtiyari. Birinci ehtimal olsa yenə ilahlığa 

layiq olmazlar. Çünki məcbur edilən ilah deyil. İkinci ehtimal alınsa ixtiyari 

şeylərin  əksi  də  mümkün  olduğundan  yenə  heç  biri  ilahlığa  layiq  olmaz. 

Beləliklə iki ilahın varlığı qeyri mümkündür. 

39

 Muminun: 91. 



40

 Rad: 16. 

41

 Tövhid və Adl/ədalət Mötəzilənin əsas prinsiplərindəndir. Mötəzilə firqəsi 



özünü Əhli Tövhid vəl Adl adlandırır. Lakin onlar tövhid deyərkən məşhur 

etiqadi termin olan tövhidi qəsd etmirlər. Düzdür onlar bu mənada tövhidi 

qəbul edirlər. Lakin ad olaraq götürdükləri tövhidlə bir neçə əzəli varlığın 

qeyri-mümkünlüyü  prinsipinə  əsaslanaraq  sifətlərin  Zatdan  əlavə  ayrıca 

əzəli bir şey olduğunu inkar edirlər. Çünki onlara görə sifətləri Zatdan əlavə 

bir şey saymaq bir neçə əzəli şeyin varlığını qəbul etməkdir. Bu da onlara 

görə  tövhid  prinsipinə  ziddir.  Bu  səbəbdən  onlar  bu  etiqadlarını  tövhid 



34 

 

Eyni şeyi, ərəblərdən və başqa millətlərdən olan ağıl sahiblərinin 



ixtilaf  etdikləri,  dirilmənin  mümkünlüyü  və  qeyri-mümkünlüyü 

haqda yürüdülən kəlam barədə də demək olar. Onlar (ağıl sahibləri) 

o qədər bu məsələdə ixtilaf etmişlər ki, hətta bunun caiz olmasında 

təəccüb  etmişlər.  Allah  –azzə  və  cəllə-  aşağıdakı  ayələrdə  onların 

belə dediyini xəbər verir:  

“Ölüb  torpaq  olduqdan  sonramı  dirildiləcəyik?!  Bu  ehtimalı 

uzaq bir dönüşdür”.

42

  

“Heyhat! Sizə vəd edilən şey necə də (ehtimalı) uzaqdır”.

43

  

“Torpaq olan sümükləri kim dirildəcək?!”

44

 

“O  (Peyğəmbər)  sizə,  ölüb  torpaq  və  (çürümüş)  sümüklər 

olduqdan sonra (qəbirdən) çıxardılacağınızımı vəd edir?!”

45

 

Onlardan  sadir  olan  bu  və  bənzəri  kəlimələr,  Qurani  Kərimdə 



öldükdən  sonra  dirilmənin  mümkünlüyü  mövzusunda  münaqişə 

məqamında  zikr  olunmuşdur.  Bütün  bunlar,  əqlən  bu  işin 

mümkünlüyünə  təkid  olaraq  varid  olmuşdur.  Allah  öz 

Peyğəmbərinə - sallAllahu aleyhi və əlihi və səlləm- onların əleyhinə 

nə cür münaqişə edəcəyini bildirmiş, onların dirilişi inkar etmələrinə 

qarşı, iki növ qrupa iki yöndən nə cür cavab verəcəyini izah etmişdir. 

Birinci qrup, ilk yaradılışı qəbul edir, lakin ikinci dəfə yaradılışı, yəni 

                                                           

adlandırmışlar. Bunun cavabı kəlam mövzusunda yazılmış geniş kitablarda 

verilmişdir. İstəyən o kitablara müraciət edə bilər. 

42

 Qaf: 3. 



43

 Muminun: 36. 

44

 Yasin: 78. 



45

 Muminun: 35. 




35 

 

dirilməni inkar edir. İkinci qrup isə dirilişi aləmin əzəli olması etiqadı 



ilə inkar edir. 

İlkin yaradılışı qəbul edən qrupa bu ayələrlə cavab verir:  



“De ki onları (sümükləri) ilk dəfə yaradan dirildəcək”.

46

  

“Məxluqatı ilk dəfə misli görülməmiş şəkildə yaradan və sonra 

da  (yaradılışı  yenidən  diriltməklə)  təkrar  edən  Odur.  Sonradan 

yaratmaq (sizə görə) Ona daha asan (olmalı)dır”.

47

  

“Sizi ilk dəfə yaratdığı kimi (həyata) geri dönəcəksiniz”.

48

 

Bu  ayələrlə

49

  onlara  bildirmişdir  ki,  bir  feli  misli  görülməmiş 



şəkildə  yaratmağa  qadir  olan  birisi,  (öncədən)  yaradılmış  bir  feli 

təkrar  etməyə  daha  da  qadirdir  və  bu  Ona,  sizin  aranızda  biri-

birinizə  nisbətdə  (daha  asan  olduğu  kimi  sizə  görə  Ona)  daha  da 

asan (olmalı)dır. 

Şanı uca və  hər şeyi hikmətlə  yaradan Allaha gəlincə,  (bir şeyi 

yaratmaq digərini yaratmaqdan çətin olmadığı kimi), Ona, bir şeyi 

yaratmaq digərini yaratmaqdan daha asan da deyil. Ayənin mənası 

haqda  bu  cür  deyilmişdir:  “Əhvanu  aleyhi”/”Onun  üçün  daha 

asandır” sözündə “aleyhi” kəliməsindəki “hə” qüdrətini məxluqata 

nisbətdə göstərən bir kinayədir. Belə ki, bizlərdən birinə nisbətdə 

bir  şeyi  diriltmək  və  geri  döndərmək,  onu  ilk  dəfə  yaratmaqdan 

daha asan və daha yüngüldür. Çünki ilk yaradılış doğum, (bətndə) 

                                                           

46

 Yasin: 79. 



47

 Rum: 27. 

48

 Əraf: 29. 



49

 Əşari, əl Lumə Fir Raddi Alə Əhliz Zeyği Vəl Bidə, 21; Risələtun İlə Əhlis 



Səğr, 159.  


Yüklə 351,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə