ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   10   11   12   13   14   15   16   17   ...   55

Puaronun gözlərində bir təbəssüm işardı.  
– Siz də belə düşünürsünüz? Buna sevindim. Çünki bu versiya mənə bir az 
ağlabatan kimi görünməmişdi. 
– Bu vəziyyət başqa cür necə izah oluna bilər? 
– Bax mən də öz-özümdən bunu soruşuram. Bütün bunlar, sadəcə, bir təsadüfmü? 
İşə iki nəfərin qarışdığını göstərəcək başqa ağlasığmaz dəlillər varmı? 
– Mənim fikrimcə, sizin sualınıza müsbət cavab vermək olar. Sizə söylədiyim 
kimi, bəzi yaralar kiçikdir, bu, bıçağı vuran adamın gücünün, ya da istəyinin 
olmadığını göstərir. Ancaq bu... və bu yaralar... – barmağıyla göstərdi, – bu 
zərbələri endirən insan çox güclü olmalıdır. Bıçaq əzələləri dəlib-keçib. 
– Demək, sizin fikrinizcə, bu zərbələri ancaq kişi vura bilər? 
– Böyük ehtimalla. 
– Bunu bir qadın edə bilməzmi? 
– Gənc, güclü, qüvvətli, atletik bədənli bir qadın edə bilər, üstəlik, qəzəb hissinə 
tutulmuş halda. Ancaq mən buna o qədər də ehtimal vermirəm. 
Puaro bir-iki dəqiqə danışmadı. 
Doktor narahatlıqla soruşdu:  
– Nə demək istədiyimi başa sala bildimmi? 
Puaro:  
– Kifayət qədər yaxşı başa saldınız, – deyə cavab verdi. – Məsələ çox yaxşı bir 
şəkildə durulmağa başlayır! Qatil çox güclü, qüvvətli... son dərəcə də gücsüz... bir 
kişi... və bir qadın... sağ əlini işlədir... və solaxaydır. Bütün bunlar, sadəcə olaraq, 
gülməlidir! – Qəfildən özündən çıxmış halda davam etdi. – Bəs ölən? Bütün bu 
müddətdə o nə edir? Qatillə boğuşurmu? Özünü qorumağa çalışırmı?  
Puaro əlini yastığın altına soxaraq Retçettin bir gün öncə ona göstərdiyi avtomatik 
tapançanı çıxardı.  
– Gördüyünüz kimi, silah da doludur.  


Onlar kupeyə göz gəzdirdilər. Retçettin paltarları divardakı qarmaqlardan 
asılmışdı. Əlüzyuyanın olduğu kiçik masada bir neçə şey vardı. Su dolu bir 
stəkanın içində protez dişlər üzürdü. Başqa bir boş stəkan. Bir şüşə mineral su. 
Böyük bir suqabı. İçində bir siqaret kötüyü, yanıq kağızlar və iki kibrit çöpü olan 
bir külqabı. 
Doktor boş stəkanı götürüb qoxladı.  
– Bax buna görə Retçett müqavimət göstərməyib. 
– Yuxu dərmanı veriblər? 
– Hə. 
Puaro başını yellədi. Yanmış iki kibrit çöpünü götürüb diqqətlə gözdə keçirməyə 
başladı. 
Balacaboy doktor həyəcanla soruşdu:  
– Yoxsa bir ipucu tapdınız? 
Puaro: 
 – Bu iki kibrit bir-birindən fərqlidir, – dedi. – Biri digərindən daha yastıdır, 
görürsünüzmü? 
Doktor:  
– Karton qutularda olan belə yastı kibritləri qatarda verirlər, – dedi. 
Puaro Retçettin pencəyinin ciblərini yoxlayırdı. Bir kibrit qutusu çıxardı, yanıq 
kibritlərlə müqayisə etdi.  
– Dördkünc olan kibriti cənab Retçett yandırıb. Baxaq görək, o yastılardan da 
varmıymış onda?  
Ancaq başqa kibrit tapa bilmədi. 
Puaro indi kupedə ətrafına boylana-boylana qalmışdı. Adama elə gəlirdi ki, onun 
gözlərindən heç nə qaça bilməz. Birdən xəfifcə bağıraraq əyildi və yerdən bir şey 
götürdü. Dördkünc, kiçik, zərif bir dəsmaldı. Küncündə “H” hərfi işlənmişdi.  
 


Doktor:  
– Bir qadının dəsmalı, – dedi. – Qatar rəisi dostumuz haqlıymış. Bu işdə bir qadın 
barmağı var. 
Puaro dodağının altında:  
– Və qadın bizim işimizi asanlaşdırmaq üçün buraya dəsmalını atıb. Eynilə 
detektiv kitablarda və filmlərdəki kimi. Üstəlik, işimizi daha da asanlaşdırmaq 
üçün üstünə adının baş hərfi yazılı olan dəsmal seçib! 
– Bəxtimiz gətirib! – doktor sevincək dedi. 
– İşə bax ha! 
Puaronun səsinin tonu doktoru çaşdırdı.  
Ancaq Konstantin daha bir şey soruşamağa macal tapmamış belçikalı detektiv 
təkrar yerə əyildi. Bu dəfə dikəldiyi zaman ovcunda trubka təmizləmək üçün 
istifadə edilən bir fırça vardı. 
Doktor:  
– Cənab Retçettin olmalıdır bu, – dedi. 
– Retçettin cibində nə trubka var idi, nə də tütün kisəsi. 
– O halda yenə də bizə bir ipucu vermişlər. 
– Hə, əlbəttə. Və yenə işimizi asanlaşdırmaq üçün bunu əllərindən yerə salmışlar. 
Ancaq busəfərki bir kişiylə bağlı dəlildir. Dəlildən bol heç nəyimiz yoxdur. Hə, 
yaxşı yadıma düşdü, bəs bıçağı neynədiniz? 
– Kupedə bıçaq-zad, heç nə yox idi. Qatil onu götürüb aparıb, deyəsən. 
Puaro fikirli-fikirli mızıldandı.  
– Maraqlıdır, nəyə görə? 
– Bah! – Ölünün ciblərini axtaran doktordan bir səs qopdu. – Buna heç fikir 
verməmişəm. Pijamanın köynəyinin düymələrini tez-tələsik açdığıma görə 
ciblərinə baxmamışam.  


Döş cibindən qızıl saat çıxardı. Saatın korpusu möhkəm əyilmişdi, əqrəblər düz 
ikiyə on beş dəqiqə işləmişdə dayanmışdı.  
Doktor Konstantin həyəcanla bağırdı.  
– Görürsünüzmü? Bu, bizə cinayət saatını göstərir. Mənim hesablarıma da uyğun 
gəlir. Mən Retçettin on iki ilə iki arasında ölmüş olmasını söyləmişdim. Bax, bu 
saat sözlərimin doğru olduğunu sübut edir. İkiyə on beş dəqiqə işləmiş dayanıb. 
Cinayətin törədildiyi saat budur. 
– Ola bilər, əlbəttə. Belə olması istisna deyil. 
Doktor ona maraqla baxdı.  
– Bağışlayın, müsyö Puaro, ancaq mən sizi tam başa düşmürəm. 
– Mən özüm də özümü tam başa düşmürəm, – deyə cavab verdi Puaro. – Heç bir 
şeyi başa düşmürəm və gördüyünüz kimi, bu da məni narahat edir. – İçini çəkərək 
masanın üzərinə əyildi və külqabıdakı yanıq kağızlara diqqətlə baxmağa başladı. – 
Mənə indi bu saat köhnə dəbli şlyapa qutusu lazımdır, – deyə burnunun altında 
mızıldandı. 
Doktor Konstantin lap başını itirdi, bilmədi ki, bu qeyri-adi arzuya necə münasibət 
bildirsin. Ancaq Puaro sorğu-suala macal vermədi. Qapını açıb koridordan bələdçi 
çağırdı. Bələdçi dərhal gəldi.  
– Vaqonda neçə qadın var? 
Bələdçi barmaqlarını saydı: 
– Bir, iki, üç... Altı qadın var, müsyö. Yaşlı amerikalı, isveçli, ingilis qız, qrafinya 
Andreni, knyaginya Draqomirova və onun qulluqçusu. 
Puaro bir az fikirləşdi: 
– Onların şlyapalarının qutusu var, elə deyilmi? 
– Elədir, müsyö. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə