ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   2   3   4   5   6   7   8   9   ...   55

Ertəsi gün iki ingilisin dalaşdıqlarını güman etdi. Çünki bir-biriləriylə çox az 
danışırdılar. Puaroya elə gəldi ki, qızın üzündə əndişəli bir ifadə var. Gözlərinin 
altında qonur kölgələr əmələ gəlmişdi. 
Qatar günortadan sonra, üçün yarısında birdən-birə dayandı. Pəncərələrdən başlar 
uzandı. Dəmir yolunun yanına kiçik bir qrup toplaşmışdı, vaqon-restoranın altında 
bir şeyə baxır və əlləriylə işarə edirdilər. 
Puaro pəncərədən boylanaraq təlaşla oradan keçməkdə olan bələdçini səslədi. 
Bələdçi nə baş verdiyini qısaca danışdı. Sonra geri çəkilib çevrilərkən, az qala, düz 
arxasında dayanmış Mari Debenhamla toqquşacaqdı. 
Qız fransızca :  
– Nə olub? – deyə soruşdu; həyəcandan nəfəsi tutuldu. – Nəyə görə dayanmışıq? 
– Boş şeydir, madmazel. Vaqon-restoranın altında bir şey alışıbmış, ancaq önəmli 
deyil. Yanğını söndürüblər. İndi də təmir edirlər. Narahat olmayın, heç bir təhlükə 
yoxdur. 
Qız əliylə tez-tələsik bir hərəkət etdi. Sanki, yanğın təhlükəsi mənasız bir şey idi və 
bunu bir kənara itələyirdi.  
– Hə, başa düşdüm... Ancaq gör nə qədər vaxt itirdik burada! 
– Vaxt? 
– Hə də, biz gecikirik axı... 
Puaro:  
– Bəli, ola bilər, – deyərək başıyla təsdiq etdi. 
– Ancaq mən gecikə bilmərəm! Qatar İstanbul stansiyasına altı əlli beşdə girəcək, 
mən isə Bosforu keçib, saat doqquzda yola düşəcək olan Şərq ekspressinə 
yetişməliyəm. Bir-iki saatlıq gecikmə olarsa, qatarı qaçırarıq. 
Puaro:  
– Ola bilər, – deyə etiraf etdi. Maraqla qıza baxırdı. Mari Debenham pəncərənin 
altındakı çubuğu bərk-bərk tutmuşdu. Həm əli titrəyirdi, həm də dodaqları. Puaro :  


– Bu, sizin üçün çoxmu vacibdir, madmazel? – deyə soruşdu. 
– 
Bəli. Bəli, çox vacib. Mütləq o qatara yetişməliyəm.  
Qız geriyə döndü və koridordan keçərək polkovnik Arbetnotun yanına getdi. 
Amma boş yerə həyəcanlanmışdı. Qatar on dəqiqə sonra təkrar hərəkət etdi və 
Heydərpaşaya da, sadəcə, beş dəqiqə gec çatdı. 
Həmin gün Bosfor təlatüm içərisindəydi. Qarşı tərəfə keçərkən Puaro çox çətinlik 
çəkdi. Qayıqda yol yoldaşlarından ayrı düşdü və onları bir daha görmədi. 
Qalata körpüsündən bir taksiyə minərək birbaşa “Tokatlıyan” otelinə getdi.   
 
 
  
II fəsil 
“Tokatlıyan” oteli 
 
Erkül Puaro “Tokatlıyan”da vannası olan bir otaq istədi. Sonra da kontorkaya 
yaxınlaşıb qapıçıdan ona məktub gəlib-gəlmədiyini soruşdu.  
Onu üç məktub və bir teleqram gözləyirdi. Teleqramı görüncə qaşlarını xəfifcə 
qaldırdı. Gözlənilməz bir şeydi bu.  
Puaro həmişə olduğu kimi, teleqramı tələsmədən və səliqəylə açdı. Aydın yazılmış 
mətndə bunlar vardı: 
“Kassner hadisəsində sizin öncədən təxmin etdiyiniz çətinliklər gözlənilmədən baş 
qaldırıb, xahiş edirik, dərhal geri dönün”. 
 
– Voila ce qui est embetant!1 – Puaro əsəbi halda öz-özünə deyindi.  
Sonra başını qaldıraraq divardakı saata baxdı.  


Qapı xidmətçisinə:  
– Bu gecə yoluma davam etmək məcburiyyətindəyəm, – dedi. – Şərq ekspressi 
neçədə yola düşür? 
– Saat doqquzda, müsyö. 
– Mənə yataqlı vaqonda bir kupe tapa bilərsinizmi? 
– Əlbəttə, müsyö. İlin bu mövsümündə bilet tapmaq çətin olmaz. Qatarlar, demək 
olar ki, boş olur. Birinci dərəcəli istəyirsiniz, yoxsa ikinci dərəcəli? 
– Birinci. 
– Baş üstə, müsyö. Haraya qədər gedəcəksiniz? 
– Londona qədər. 
– Oldu, müsyö. Sizə İstanbul – Kale vaqonunda yataqlı yer saxlatdıracağam. 
Puaro təkrar saata baxdı. Səkkizə on dəqiqə qalmışdı.  
– Yemək yeməyə vaxtım varmı? 
– Əlbəttə ki, var, cənab. 
Puaro başıyla razılıq bildirdi, kontorkaya yaxınlaşıb otaqdan imtina etdiyini 
söylədi və holldan keçərək yemək salonuna girdi. 
Qarsona istədiyi yeməkləri söylərkən bir nəfər çiyninə toxundu. Arxasından bir 
səs:  
– Ah, köhnə dostum, – dedi. – Bax, nə gözlənilməz bir təsadüf.  
Puaro çevrilib baxdı – saçları şotka kimi dimdik, qısaboylu, yekəqarın, yaşlı bir 
adam məmnun bir təbəssümlə ona baxırdı. 
Puaro yerindən sıçradı.  
– Müsyö Buk! 
– Müsyö Puaro! 


Müsyö Buk da belçikalıydı, Beynəlxalq yataqlı vaqonlar şirkətinin müdirlərindən 
biri idi. Belçika polisinin keçmiş göz bəbəyi Puaro ilə tanışlıqlarının tarixçəsi 
zamanın dərinliklərindən başlayırdı. 
Müsyö Buk:  
– Evinizdən nə yaman uzaqlaşmısınız, dostum, – dedi. 
– Suriyada kiçik bir problemlə məşğul idim. 
– Gör ha! Və indi də evinizə qayıdırsınız. Nə zaman yola düşürsünüz? 
– Elə bu gün. 
– Çox gözəl! Eyni vaxtda yola düşəcəyik. Daha doğrusu, mən Lozannaya qədər 
gedəcəyəm. Orada işim var. Hər halda, Şərq ekspressinə minəcəksiniz? 
– Bəli. Mənə yataqlı kupe tapmalarını istədim. Burada bir neçə gün qalmaq fikrim 
vardı. Ancaq bir teleqram aldım. Çox vacib bir iş üçün İngiltərəyə dönmək 
məcburiyyətindəyəm. 
Müsyö Buk:  
– Ah, – deyə içini çəkdi. – İşlər... İşlər... Əlbəttə, siz də artıq dünya şöhrətli bir 
adamsınız, dostum. 
– Hə, bəzi xırda-mırda uğurlarım olub mənim, – Puaro təvazökar görünməyə 
çalışdı, ancaq bunu bacarmadı. 
Müsyö Buk gülümsədi:  
– Daha sonra görüşərik, – dedi. 
Erkül Puaro bığının şorbaya girməməsi üçün bütün diqqətini bu işə verərək 
şorbasını içməyə başladı. Bu çətin vəzifə də həll edildikdən sonra digər yeməyi 
gözlərkən ətrafına baxındı. Yemək salonunda cəmi beş-altı adam vardı. Bunlardan 
yalnızca ikisi Erkül Puaronun diqqətini çəkdi. 
Yaxınlıqdakı bir masada oturmuşdular. Gənc olanı otuz yaşlarında, xoşsifət bir 
adamdı. Amerikalı olduğu o saat anlaşılırdı. Ancaq balacaboylu detektivin 
diqqətini çəkən o deyil, yanındakıydı. Altmış beş-yetmiş yaşlarında bir adamdı. İlk 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə