ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   2   3   4   5   6   7   8   9   ...   55

Tələsik koridorla irəliləyərək uzaqlaşdı. 
Puaro təkrar kupeyə girdi. Nəşəylə:  
– Çox nadir rast gəlinən bir hadisədir bu, – deyərək güldü. – Təkyataqlı vaqon 
bələdçisi bir yolçunun əşyasını öz əliylə yerləşdirir. Görünməmiş bir şeydir. 
Gənc amerikalı da gülümsədi. Hirsinin keçdiyi, vəziyyəti anlayışla qarşılamaq 
lazım olduğunu başa düşdüyü görünürdü.  
– Qatar, qəribə də olsa, ağzına qədər doludur, – dedi. 
Növbətçi fıştırıq çaldı, sonra lokomotivin uzun, cansıxıcı fiti eşidildi. Hər ikisi 
koridora çıxdılar. 
Perronda bir nəfər: 
– En voiture! – deyə çığırdı. 
Makkuin:  
– Getdik, – dedi. 
Amma hələ yola düşməmişdilər. Fit təkrar çalındı. 
Gənc adam birdən-birə:  
– Eşidirsiniz, cənab, bəlkə, siz aşağı qatda getmək istəyirsiniz, məncə, belə daha 
rahat olar… Xahiş edirəm, çünki mənimçün harada getməyin heç fərqi yoxdur. 
“Həqiqətən, sevimli gəncdir” – Puaro düşündü.  
– Xeyr, xeyr, – deyə etiraz etdi. – Heç yerinizi dar etmək istəməzdim… 
– Həqiqətən, mənim üçün ... 
– Ancaq mən özümü narahat hiss edirəm... 
İkisi də nəzakət göstərərək etiraz edirdilər. 
Puaro:  
– Mən burada, sadəcə, bir gecə qalacağam, – deyə bildirdi. – Belqradda ...  


– Başa düşdüm. Siz Belqradda enəcəksiniz... 
– Yox, elə deyil. Bilirsiniz... 
Qatar birdən-birə silkələndi. Pəncərəyə tərəf boylandılar. Ağır-ağır geriləyən işıqlı 
perrona baxmağa başladılar. 
 Şərq ekspressi üç gün sürəcək Avropa yolçuluğuna başlamışdı. 
  
III fəsil 
Puaro bir müştərini rədd edir 
 
Erkül Puaro ertəsi gün günorta yeməyini yeməkdən ötrü vaqon-restorana bir az gec 
getdi. Səhər erkən qalxmış, dərhal da təkbaşına səhər yeməyini yemişdi. Ondan 
sonra da bütün səhər saatlarında Londona dönməsinə səbəb olan hadisəylə bağlı 
qeydləri gözdən keçirmişdi. Kupe yoldaşını, demək olar, heç görməmişdi. 
Müsyö Buk artıq bir masada oturmuşdu. Belçikalıya əliylə salam verərək onu 
qarşısındakı yerə oturmaqdan ötrü dəvət etdi. Çox keçmədən Puaro necə masaya 
oturduğunun fərqinə vardı – ona ilk növbədə qulluq etdilər və ən ləziz yeməkləri 
gətirdilər. Qeyd etmək lazımdır ki, yeməklər burada qeyri-adi dərəcədə yaxşı idi.  
Yalnız sıra qaymaqlı pendirə gələndə müsyö Bukun başı yeməkdən ayıldı. 
Toxluğun elə bir həddində idi ki, bundan sonra insanı ancaq fəlsəfi mövzular cəlb 
edir.  
– Əgər məndə Balzakın talantı olsaydı, – dərindən köks ötürdü, – bax bu 
mənzərəni mütləq təsvir edərdim! – əliylə dairə cızaraq restoranda oturanları 
göstərdi.  
– Pis fikir deyil, – dedi Puaro. 
– Mənimlə razısınız, elə deyilmi? Məncə, belə bir şey ədəbiyyatda hələ olmayıb. 
Yeri gəlmişkən onu da deyim ki, bunun özünün də bir romantikası var. Fikir verin, 
ətrafımızdakı adamların hərəsi bir zümrədəndir, bütün millətlərdən adamlar var 
burada və müxtəlif yaşdadırlar. Üç gün ərzində bir-birinə yad olan bu adamlar bir 


yerdə yatacaqlar, yeyəcəklər, oturub- duracaqlar. Üç gün keçəcək və bu adamların 
hərəsi çıxıb öz yoluyla gedəcək və bir də heç zaman görüşməyəcəklər.  
– Lakin, – Puaro dedi, – təsəvvür edin, bədbəxt bir hadisə olsa... 
– Allah eləməsin, əziz dostum, axı... 
– Mən başa düşürəm, sizin nöqteyi-nəzərinizdən bu, arzuolunmaz haldır. Lakin hər 
halda, gəlin, heç olmasa, bir dəqiqəliyə bunu təsəvvür edək. Fərz edək ki, burada 
oturanların hamısını, məsələn, bir ölüm hadisəsi birləşdirib. 
– Yenə çaxır istəyirsinizmi? – Buk təklif etdi və tələsik badələrə çaxır tökdü. – 
Qaramat şeylər danışırsınız, dostum. Yəqin ki, mədənizdə problem var, yaxşı həzm 
etmir, ona görə.  
– Bax bu məsələdə haqlısınız, – Puaro razılaşdı, – mənim mədəm bu Suriya 
mətbəxinə heç cür uyğunlaşa bilmir.  
Puaro çaxırdan qurtumladı. Arxaya söykənərək dalğın halda vaqon-restorandakı 
yolçuları gözdən keçirməyə başladı. Restoranda on üç adam oturmuşdu, Bukun 
söylədiyi kimi, hər millətdən və zümrədən insan vardı burada. Puaro onları 
diqqətlə gözdən keçirməyə başladı. 
Düz qarşıdakı masada üç nəfər oturmuşdu. Onların bir yerdə səfər etmədiklərini 
təxmin etdi. Qarsonlar hər zaman olduğu kimi, onlara xas olan daxili 
hissiyyatlarıyla bu üç yolçunun tək olduğunu anlamış və bir masanın arxasında 
oturtmuşdular. Bunlardan biri yekəpər, qarayanız bir italyandı. Özündənrazı halda 
çöplə dişlərini qurdalayırdı. Onun qarşısında oturan ingilisin üzündə varlı evin 
nökərlərində olduğu kimi donuq, heç bir şeyi qəbul etmədiyini göstərən bir ifadə 
vardı. İngilisin yanında isə əynində ala-bəzək pencək olan bir amerikalı 
yayxanaraq oturmuşdu, çox güman ki, xaricə mal satan ticarət agenti idi. 
– Bizim işimizdə əsas məsələ daha geniş ərazidə yayılmaqdır, – zəhlətökən gur 
səsiylə danışırdı. 
İtaliyalı, diş çöpünü ağzından çıxararaq havada oynatdı: 
– Doğru söyləyirsiniz. Mən də belə fikirləşirəm, – dedi. 
İngilis pəncərəyə baxdı və öskürüb sinəsini arıtladı.  


Puaro baxışlarını onlardan ayırıb vaqonun dərinliklərinə baxdı. 
Kiçik masada yaşlı bir qadın ağac kimi dimdik oturmuşdu. Puaronun bu günə 
qədər gördüyü yaşlı qadınların ən çirkiniydi. Ancaq maraq doğuran, insanı 
diksindirməyib, əksinə, onu cəzb edən bir çirkinlik idi bu. Boynunda sıra-sıra çox 
iri mirvarilər düzülmüşdü, özü də, nə qədər inandırıcı görünməsə də, bu mirvarilər 
saxta deyildi, əsl mirvarilərdi. Barmaqlarında üzüklər işıldayırdı. Samur kürkünü 
çiyinlərindən arxaya doğru atmışdı. Çox bahalı olduğu anlaşılan kiçik, qara şapkası 
ziyilli qurbağanı andıran üzünə heç yaraşmamışdı.  
Qadın sakit və nəzakətli, eyni zamanda amiranə bir tövrlə qarsonla danışırdı: 
 – Lütfən, yaddan çıxarmayın, mənim kupemə bir şüşə mineral su və bir böyük 
stəkan portağal suyu qoyulsun. Və göstəriş verin, axşama cücə qızartsınlar – sous-
mous vurmaq lazım deyil – bir də soyutma balıq hazırlasınlar. 
Qarson ehtiramla onun dediklərinin hazır olacağını söylədi. Qadın mehribanlıqla 
gülümsünərək ayağa qalxdı. Bir an Puaroyla göz-gözə gəldilər və ətrafındakılarla 
maraqlanmayan əsl aristokratsayağı etinasız ədayla baxışlarını süzdürərək salondan 
çıxdı. 
Müsyö Buk alçaq səslə:  
– Knyaginya Draqomirova, – dedi. – Rusdur. Əri inqilabdan əvvəl bütün pullarını 
xaricdə bəzi işlərə yatırıb. Qadın son dərəcə zəngindir. Əsl kosmopolitdir. 
Puaro başını yellədi. Knyaginya Draqomirova haqqında eşitmişdi. 
Müsyö Buk əlavə etdi:  
– Çox güclü xarakteri var. Günahlarım qədər çirkindir, ancaq insanı yenə də öz 
təsirinə sala bilir. Mənimlə razısınız? 
Puaro da eyni fikirdəydi. 
Başqa böyük bir masada Mari Debenham iki qadınla oturmuşdu. Bunlardan biri 
ucaboylu və ortayaşlıydı. Tivit ətək və damalı bluz geyinmişdi. Solğun sarı 
saçlarını ona yaraşmayan bir şəkildə arxaya darayaraq boynunun ardında iri bir 
toppuz düzəltmişdi. Mehribanlıq yağan uzunsov sifətində qoyunabənzər nəsə 
vardı. Gözlük taxmışdı. Diqqətlə üçüncü qadını dinləyirdi. Xoşüzlü, toppuş, yaşa 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə