ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   2   3   4   5   6   7   8   9   10   ...   55

– Cənab Puaro, mən varlı adamam. Çox varlı adamam. Mənim kimi varlı 
adamların çoxlu düşmənləri olur. Mənim də bir düşmənim var. 
– Təkcə bir düşmən? 
Cənab Retçett acıqlı-acıqlı:  
– Nə demək istəyirsiniz? – deyə soruşdu. 
– Müsyö, dediyiniz kimi, düşmənləri olacaq duruma gələn bir insanın qarşısına, 
sadəcə, bir düşmən çıxmaz. Təcrübələrim mənə bunun əksini öyrətmişdir. 
Puaronun cavabı Retçetti sakitləşdirmişdi, sanki.  
– Mən sizin nə demək istədiyinizi başa düşürəm, – dedi. – Düşmən, ya da 
düşmənlər... bu, önəmli deyil. Önəmli olan mənim təhlükəsiz yaşamağımdır. 
– Təhlükə? 
– Mənim həyatım təhlükədədir, cənab Puaro. Əslində, mən özümü qorumağın 
yolunu yaxşı bilən bir insanam. – Retçett cibindən kiçik bir tapança çıxardı. Sonra 
da öfkəylə sözünə davam etdi. – Mən qəfil ovlanacaq bir adam olduğumu 
sanmıram. Ancaq ehtiyat tədbirlərini artırmalıyam məncə. Anladığıma görə, tam 
bu işə uyğun bir adamsınız, cənab Puaro. Pula da heyifi gələn adam deyiləm. 
Nəzərə alın, bu işdən ötrü sizə çox pul verəcəyəm. 
Puaro bir müddət fikirli halda amerikalını süzdü. Böyük xəfiyyənin üzü tamamən 
ifadəsizdi. Qarşısındakı adam onun beynindən nələr keçdiyini heç cür anlaya 
bilməzdi. Axır ki, dilləndi: 
– Çox-çox üzr istəyirəm, müsyö, – dedi. – Ancaq istədiyinizi yerinə yetirə 
bilməyəcəyəm. 
Həmsöhbəti hər şeyi başa düşmüş bir ifadəylə ona baxdı:  
– İstədiyiniz pulu söyləyin. 
Belçikalı başını yellədi:  


– Siz məni başa düşmürsünüz, müsyö. Seçdiyim peşədə şansım mənə çox yardım 
etdi. Ehtiyaclarımı və vasvasılığımı ödəyəcək qədər pul qazandım. İndi isə... 
sadəcə, mənə maraqlı olan işləri alıram. 
Retçett:  
– Ancaq yaman soyuqqanlısınız, – dedi. – İyirmi min dollar sizi yumşaldarmı? 
– Yumşaltmaz. 
– Əgər daha artıq almaq üçün belə davranırsınızsa, vaz keçin. İyirmi mindən artıq 
verən deyiləm. Bir şeyin dəyərinin mənim üçün nə qədər olduğunu çox yaxşı 
bilirəm. 
– Mən də elə sizin kimiyəm, müsyö Retçett. 
– Təklifimi nəyə görə qəbul etmək istəmirsiniz? 
Puaro ayağa qalxdı:  
– Sizin şəxsiyyətinizə toxunmaq istəməzdim, ancaq siz özünüz mənim xoşuma 
gəlmirsiniz, müsyö Retçett, – dedi və vaqon-restorandan çıxdı. 
 
 
 
IV fəsil 
Qaranlıqda çığırtı səsi 
 
 
Şərq ”Ekspress“i o gecə doqquza on beş dəqiqə qalmış Belqrada çatdı. Burada 
yarım saat dayanacaqdılar və Puaro perrona çıxdı. Lakin gəzişməsi o qədər də çox 
sürmədi. Güclü ayaz vardı, çovğun əsirdi, perronun çardağı çovğunun qarşısını ala 
bilmirdi, buna görə də Puaro tezliklə öz vaqonuna qayıtdı. Qızışmaqdan ötrü 
əllərini bir-birinə sürtən və ayaqlarını yerə döyən bələdçi Puaronu görcək:  


– Müsyö, sizin çamadanınızı bir nömrəli vaqona keçirdilər, cənab Bukun qaldığı 
vaqona. 
– Bəs müsyö Buk necə oldu? 
– O da Afina vaqonuna köçdü, bu vaqonu indicə qoşdular. 
Puaro dostunu axtarmağa yollandı, Buk onu dinləmək belə istəmirdi: 
– Bunlar xırda şeylərdir! Belə daha yaxşıdır. Axı siz İngiltərəyə qədər gedirsiniz, 
sizin üçün Kaleyə qədər yerdəyişməsiz getmək daha rahatdır. Mənimçünsə bura 
lap əladır. Vaqon bomboşdur, mən və yunan həkim – olan-qalan sərnişin elə budur. 
Havanın murdarlığını görürsən də, dostum! Deyilənə görə, belə qar çoxdan 
olmayıb. Ümid edək ki, qar yığınları yolumuzu kəsməyəcək. Sizə açığını söyləyim, 
belə olacağından yaman qorxuram. 
Qatar ona on beş dəqiqə işləmiş tərpəndi. Çox keçmədən Puaro qalxdı, müsyö 
Buka xeyirli gecələr diləyib öz vaqonuna qayıtdı.  
Qatarla yolçuluğun bu ikinci günündə hər kəs yavaş-yavaş bir-biriylə dost olmağa 
başlamışdı. Puaro vaqon-restoranın düz yanında olan kupesinə gedərkən koridorda 
Makkuinlə qarşılaşdı. Gənc adam öz kupesinin qapısında duran polkovnik 
Arbetnotla danışırdı.  
Makkuin, Puaronu görüncə birdən-birə danışığı yarıda kəsdi. Üzündə müdhiş bir 
heyrət ifadəsi vardı. 
– A..., – deyə bağırdı. – Mən sizin bizdən ayrıldığınızı sanırdım. Mənə Belqradda 
enəcəyinizi söyləmişdiniz. 
Puaro gülümsədi:  
– Məni düz başa düşməmisiniz. Yadımdadır ki, biz elə bunu danışarkən qatar 
hərəkətə gəldi. 
– Necə ola bilər.. Sizin çamadanlarınız – onlar da yoxa çıxıb! 
– Onları başqa kupeyə keçirdilər. 
– Başa düşürəm…  


Makkuin, Arbetnotla danışmağa davam etdi. Puaro da koridorda irəliyə doğru 
getdi. 
Öz kupesindən iki qapı aşağıda, adı xanım Habbard olan yaşlı amerikalı qadın fağır 
üzlü isveçli rəfiqəsiylə danışırdı. Xanım Habbard ona zorla bir jurnal verirdi. 
– Alın, götürün bunu, gözəlim. Məndə oxumağa başqa şeylər var. Ah, soyuq nə 
yaman kəsir adamı, elə deyilmi? – Dostyana bir davranışla Puaroya salam verdi. 
İsveçli qadın:  
– Bilmirəm, sizə minnətdarlığımı necə bildirim, – dedi. 
– Boş şeydir! Gözəl-gözəl yatıb dincəlin, səhər ayılıb görəcəksiniz başınızın 
ağrısından əsər-əlamət qalmayıb. 
– Hamısı soyuqdəyməyə görədir. İndi gedib bir çay içərəm, keçər. 
– Aspirininiz varmı? Əminsinizmi? Məndə aspirindən bol şey yoxdur... Ah, 
gecəniz xeyrə qalsın, şəkərim.  
O biri qadın uzaqlaşarkən xanım Habbard Puaroya döndü:  
– Yazıq isveçli... Deyəsən, o, hansısa missiyanın tərkibində dərs verənlərdəndir. 
Yaxşı insandır, ancaq təəssüf ki, ingiliscə pis danışır. Buna baxmayaraq, qızım 
haqqında danışdıqlarımla çox maraqlandı. 
Puaro da xanım Habbardın qızı haqqında, demək olar ki, artıq hər şeyi bilirdi. 
Zatən qatarda ingiliscə bilən hər kəs onun qızı haqqında danışdıqlarını eşitmişdi. 
Onun öz əriylə Smirnedəki böyük Amerika kollecində necə işləməsindən, özünün 
ilk dəfə Şərqə necə getməsindən, türklərin necə pinti geyinməsindən, yollarının 
necə yaman gündə olmasından var səsiylə danışmışdı. 
Yanlarındakı qapı açıldı və arıq, solğunüzlü nökər bayıra çıxdı. Puaro ani olaraq 
içəridə cənab Retçettin yataqda oturduğunu gördü. O da onu gördü və bir an üzü 
əsəbiliklə qaraldı. Qapı dərhal örtüldü. 
Xanım Habbard, Puaronu bir az kənara çəkdi.  
– Bilirsinizmi, bu adamı görəndə qorxudan az qalır ödüm partlasın. Yox e, nökəri 
demirəm, ağasından qorxuram. Ağaya bir bax! O adamdan şübhələnirəm. Qızım 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə