ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   4   5   6   7   8   9   10   11   ...   55

hissiyatımın çox güclü olduğunu söyləyir həmişə. “Anamın ürəyinə damdısa, 
mütləq olacaq“ deyir. O adamdan da elə ilk baxışdan xoşum gəlmədi. Tərsliyə bax 
ki, gərək elə yanımdakı kupedə olaydı. Dünən gecə aradakı qapıya çamadanımı 
söykədim. Mənə elə gəldi ki, o, qapının əltutanını yoxladı. O adamın bir qatil, 
qəzetlərdə oxuduğumuz həmin o qatar oğrularından biri olduğu ortaya çıxarsa, heç 
mat qalmaram. Bəlkə, mənim dediklərim bir sərsəmləmədir, ancaq bu adamdan 
çox qorxuram. Qızımla əri mənə yolçuluğumun çox rahat keçəcəyini söylədilər. 
Ancaq açığını deyim, mənim içim heç rahat deyil. Bəlkə, gülünc bir şeydir bu... 
Mənə bu yolçuluqda hər şey ola bilərmiş kimi gəlir nədənsə. Hər şey. O sevimli 
gənc oğlan bu adama katiblik etməyə necə dözür, başa düşə bilmirəm. 
Polkovnik Arbetnotla Makkuin koridordan onlara doğru gəlirdilər. Makkuin:  
– Mənim kupemə gəlin, – deyirdi. – Hələ də yataq düzəlmədi. Sizin Hindistan 
siyasəti barədə anlamaq istədiyim bu... 
İki adam onların yanından keçərək Makkuinin kupesinin olduğu vaqona doğru 
getdilər.  
Xanım Habbard Puaroyla sağollaşdı. 
– Heç olmasa, uzanıb bir kitab oxuyum, – dedi. – Gecəniz xeyrə qalsın. 
– Gecəniz xeyrə qalsın, madam. 
Puaro öz kupesinə girdi – bu kupe Retçettin kupesi ilə yanaşı idi. Soyunub yerinə 
uzandı. Yarım saata qədər oxuduqdan sonra işığı söndürdü. 
Bir neçə saat sonra diksinərək oyandı. Onu oyadan şeyin nə olduğunu bilirdi. 
Yaxınlıqdan dəhşətli bir inilti, demək olar, bir fəryad səsi gəlmişdi. Eyni anda da 
bərkdən zəng çalınırdı. 
Puaro yataqda dikələrək işığı yandırdı. Qatarın dayandığının fərqinə vardı. Hər 
halda, hansısa stansiyaya gəlmişdilər. 
O fəryad səsi belçikalını həyəcanlandırmışdı. Yandakı kupedə Retçettin olduğunu 
xatırladı. Yataqdan qalxaraq qapını açdı. Eyni anda yataqlı vaqon bələdçisi təlaşla 
koridorun o biri başından gələrək Retçettin qapısını döydü. Puaro qapısını xəfifcə 
aralayıb baxırdı. Bələdçi təkrar döydü. Bir zəng çaldı və koridorun aşağısındakı bir 
qapının üzərində işıq göründü. Bələdçi boylanıb baxdı.  


Yandakı kupedən səs eşidildi: 
– Bir şey yoxdur. Yanılmışam. – Fransızca danışdı. 
– Yaxşı, müsyö. – Bələdçi bu dəfə qaçaraq üzərində işıq yanan qapını döydü. 
Ürəyi rahat olan Puaro da yatağına dönərək elektriki söndürdü. Saatına bir göz 
atdı. Birə iyirmi üç dəqiqə qalırdı. 
 
V fəsil 
Cinayət 
 
Puaro təkrar yuxuya getməkdə çətinlik çəkdi. Birincisi, qatarın dayanması mane 
olurdu. “Əgər bir stansiyada dayanmışıqsa, bayırdakı bu əcaib səssizlik nədir?” 
Bunun əksinə olaraq, vaqonun içindəki səslər insana həddindən artıq gurultulu 
gəlirdi. Retçettin yandakı kupedə dolaşdığını hiss edirdi. Unitazın suyu çəkilərkən 
çıxan çıqqıltı. Axan suyun səsi. Bir şaqqıltı. Sonra unitaz təkrar içəri itələnərkən 
çıxan səs. Koridordan ayaq səsləri eşidildi. Ayaqlarında tərlik olan birinin xışırtılı 
addımlarıydı bunlar. 
Erkül Puaro gözlərini tavana dikib uzanmışdı. Stansiya nəyə görə bu qədər 
səssizdir? Boğazı qurumuşdu. Hər zaman olduğu kimi mineral su istəməyi 
unutduğunu xatırladı. Saatına baxdı təkrar. İkiyə on beş dəqiqə işləyirdi. 
“Bələdçini çağırıb mineral su istəyim,” – dedi. Barmağı zəngin düyməsinə doğru 
getdi. Ancaq səssizlikdə cingilti qoparan zəng səsini eşidincə əl saxladı. Ondan 
əvvəl kimsə zəngə basmışdı. Bələdçi  zənglərə birdən cavab verə bilməzdi! 
Zınn... Zınn... Zınn... – zəng təkrar-təkrar çalındı. Maraqlıydı, bələdçi hara yox 
olmuşdu? Zəngi çalan adamın əsəbiləşdiyi hiss olunurdu. 
Z-n-n-n-n! 
Zəngi çalan kim idisə, barmağını düymədən aralamırdı. 
Nəhayət, bələdçi təlaş içində gəldi. Ayaq səsləri koridorda əks-səda verdi. 
Puaronun kupesinə yaxın olan bir qapı döyüldü. Sonra səslər eşidilməyə başladı. 


Bələdçinin mehriban, üzr istəyən səsi və bir qadın səsi. İsrarlı, cır-cır səs. Əlbəttə 
ki, bu, xanım Habbardın səsi idi! 
Puaro öz-özünə güldü. Mübahisə – əgər buna mübahisə demək olardısa – bir 
müddət davam etdi. Xanım Habbard durmadan danışır, bələdçi isə aradabir onu 
sakitləşdirməyə çalışırdı. Axır ki, problem həll olundu. Puaro bələdçinin fransızca: 
“Bonne nuit, madam”1 dediyini, sonra qapının qapandığını eşitdi. 
Puaro zəngi çaldı.  
Bələdçi o saat gəldi. Təlaşlı və əndişəli bir halı vardı. 
– De l’eau minerale, s’il vois plait2. 
 
– Bein , müsyö.  
Bəlkə, Puaronun gözlərindəki təbəssümə görə bələdçi ürəyini açmağa cəsarət 
göstərdi.  
– La dame americane … 
– Necə? 
Bələdçi alnının tərini quruladı:  
– Onun əlindən nələr çəkdiyimi bir bilsəniz... Kupesində bir kişinin olduğunu 
deyib durur. Söz batmır bu qadına! Özünüz fikirləşin, müsyö. Bu qədərcik yer! – 
əliylə işarə etdi. – Burada necə gizlənmək olar? Onunla əng vururam, bunun 
mümkün olmadığını başa salmaq istəyirəm, ancaq kimə deyirsən? Öz dediyini 
deyir, guya, yuxudan oyanıb, kupedə bir kişinin olduğunu görüb. Ona deyirəm ki, 
axı insan qapının sürgüsünü açmadan bayıra necə çıxa bildi? Söz başa salmaq 
olmur... Dərdimiz başımızdan aşır, bu da bir yandan dirənib. Bu qarı görürsünüz 
də...  
– Nə qar? 
– Yolu qar basıb. Müsyö, bəs fikir vermirsiniz? Qatar çoxdan dayanıb. Bir qar 
yığınının içinə girmişik. Artıq, Allah bilir, nə zaman hərəkət edəcəyik! Bir dəfə qar 
üzündən yeddi gün yolda qaldığımızı xatırlayıram. 


– İndi haradayıq?  
– Vinkovciylə Brod arasında.  
– La, la!  – Puaro narazılıqla dilləndi. 
Bələdçi çıxdı, bir az sonra mineral su gətirib gəldi.  
– Gecəniz xeyrə qalsın, müsyö. 
Puaro bir bardaq su içdi və təkrar yatmağa hazırlaşdı.  
Elə təzəcə gözünə yuxu gedirdi ki, yenə bir şey onu oyatdı. Bu dəfə, sanki, ağır bir 
şey gurultuyla qapısına çırpılaraq yerə yuvarlanmışdı. 
Yataqdan qalxaraq, qapını açıb baxdı. Heç kəs yox idi. Sadəcə, sağda, koridorun o 
başında qırmızı kimonoya sarınmış bir qadın sürətlə uzaqlaşırdı. Digər ucda isə 
kiçik stolunun arxasında oturmuş bələdçi böyük kağızlara öz hesabını 
yazmaqdaydı. Ətrafa, sanki, bir ölüm səssizliyi çökmüşdü. 
Puaro: “Sinirlərim pozulub deyəsən”, – deyərək təkrar yatağa uzandı. Və bu dəfə 
sabaha qədər uyudu. 
Oyandığı zaman qatar hələ də hərəkətsizdi. Pərdəni qaldırıb bayıra baxdı. Qatarın 
ətrafını qar yığınları basmışdı. 
Saata baxdı. Ona işləyirdi. 
Saat ona on beş dəqiqə qalmış səliqə ilə, tərtəmiz, həmişə olduğu kimi, moda ilə 
geyinərək vaqon-restorana getdi. Burada ruh düşkünlüyü hökm sürürdü. 
Sərnişinlərin arasında olan bütün baryerlər aradan qalxmışdı. Ümumi bir 
bədbəxtlik onları bir-birilərinə yaxınlaşdırmışdı. Hamıdan çox vay-şivən qoparan 
xanım Habbard idi. 
– Qızım bu yolun ən rahat yol olduğunu söyləmişdi. Deyirdi, qatara minib, bir də 
Parisdə düşəcəyəm. Ancaq indi, Allah bilir, burada neçə gün qaxılıb qalacağıq. 
Mənim minməli olduğum gəmi o biri gün qalxır. Mən indi ona necə yetişəcəyəm? 
Yerimi ləğv etmək üçün teleqram belə göndərə bilmərəm. Bunları fikirləşəndə 
ağlım başımdan çıxır! 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə