6
Dövlət büdcəsi
ÜDM faizi
14.0
11.6
3.8
1.4
0.4
-5.7
Tədiyyə balansının
müsbət saldosu
ÜDM faizi
28.4
26.0
21.8
16.6
13.6
məlumat
yoxdur
Malların və xidmətlərin
ixracı
ÜDM faizi
54.3
56.4
53.7
48.7
43.3
məlumat
yoxdur
Malların və xidmətlərin
idxalı
ÜDM faizi
20.7
24.1
25.6
26.9
26.2
məlumat
yoxdur
Xalis BXİ
ÜDM faizi
0.6
1.4
1.1
1.5
məlumat
yoxdur
məlumat
yoxdur
Xarici borc
ÜDM faizi
21.3
20.4
17.0
məlumat
yoxdur
məlumat
yoxdur
məlumat
yoxdur
Ümumi ehtiyatlar
ÜDM faizi
12.1
15.9
16.4
19.6
məlumat
yoxdur
məlumat
yoxdur
Özəl sektor
üçün kredit
ÜDM faizi
7.9
17.6
20.1
25.5
məlumat
yoxdur
məlumat
yoxdur
İşsizlik
Error!
Reference source not
found.
Əmək fəaliyyəti
ilə məşğul
olan
ümumi əhalinin
faizi
6.0
6.0
6.0
6.0
6.0
6.0
Nominal ÜDM
USD milyard
52.9
64.8
68.7
73.5
74.1
62.2
Qeydlər:
1
BVF-
nin təklif etdiyi göstəricilər;
2
BVF-
nin hesablaması; ən sonuncu faktiki məlumat 2009
-
cu ilə aiddir
Mənbə: AYİB (2014),
Keçid Hesabatı
2014; BVF (2015),
Dünyanın İqtisadi Mənzərəsi; Dünya Bankı (2015),
Dünya İnkişaf
Göstəriciləri 2015
Biznes mühiti tendensiyaları
Azərbaycan qlobal rəqabət qabiliyyəti üzrə oriyentir göstəricilərlə bağlı əhəmiyyətli irəliləyişə nail
olmuşdur. 2010-cu ildəki 57-ci pillə ilə müqayisədə o, hazırda Dünya İqtisadi Forumunun Qlobal Rəqabət
Qabiliyyəti İndeksində 38-ci yeri tutur (Dünya İqtisadi Forumu, 2014). Digər sahələrdə aşağı nəticələrin
əldə edilməsi səbəbindən ümumilikdə 80-ci yeri tutsa da, ölkə Dünya Bankının Biznes Fəaliyyəti
hesabatının "Biznesin başladılması" (12-ci), "Əmlakın qeydiyyatı (10-cu) kimi başlıca sahələrində
islahatlar həyata keçirmişdir (Dünya Bankı 2014). Hökumət həmçinin ekstensiv e-hökumət
infrastrukturunu inkişaf etdirmişdir və 3 mart 2014-cü il tarixli Sahibkarlığın İnkişafı ilə bağlı Əlavə
Tədbirlər haqqında Prezident sərəncamına uyğun olaraq biznes qaydalarının sadələşdirilməsini və təkrar
nəzərdən keçirilməsini planlaşdırır. Son islahatlara şəffaflığa nail olmaq məqsədilə onlayn yoxlama
reyestrinin yaradılmasını tələb edən, 2013-cü il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanunun qəbul edilməsi daxildir.
Azərbaycanlı biznes menecerlərin sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı işlərə sərf etdiyi vaxt
müddəti regionda ən aşağı müddətlərdən sayılır, Avropa və Mərkəzi Asiya ölkələrində qeydə alınan orta
hesabla 11%-lik göstəriciyə qarşı yalnız 0.2% (AYİB, 2014).
Lakin, biznes mühitindəki bütün təkmilləşmələrə baxmayaraq, Azərbaycanda, xüsusən neft
sektorundan kənarda kommersiya fəaliyyəti ilə məşğul olmaq çətin vəzifə olaraq qalır. BEEPS V
sorğusunun respondentlərinin adını çəkdiyi əsas maneələr qeyri-rəsmi sektorun praktikaları (30.7%) və
maliyyə resurslarına çıxış (30.2%) və nəzərə çarpacaq dərəcədə daha az olsa da, vergi dərəcələri, lisenziya
və icazələr olmuşdur (AYİB, 2014). Bundan əlavə beynəlxalq oriyentir göstərici araşdırmaları göstərir ki,
korrupsiya qavrayışları daha da yaxşılaşdırıla bilər. Məsələn, 2013-cü ildə Dünya Bankının Ümumdünya
İdarəetmə Göstəricisinin "Korrupsiyaya Nəzarət" meyarı üzrə Şərqi Avropa və Mərkəzi Asiya üçün
səciyyəvi regional orta göstərici olan 63-ə qarşı Azərbaycanın nəticəsi 19 persentil olmuşdur. Bu
narahatlıqlara cavab olaraq, hökumət dövlət müəssisələrində şəffaflığı və cavabdehliyi artırmaq və
korrupsiya əleyhinə qanunvericiliyi möhkəmləndirmək məqsədilə 2012-2015-ci illər üçün Açıq Hökumətin
təşviqinə və korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planını başlatmışdır. Lakin islahatlar
məhdud olaraq qalır və strateji yanaşmadan məhrumdur (İƏİT, 2013).
7
Ölkənin neft qiymətləri və hasilatı ilə bağlı məruz qaldığı sarsıntılar kontekstində hökumətin ən vacib
prioritetlərindən biri iqtisadiyyatın şaxələndirilməsidir. Azərbaycan 2020: Gələcəyə Baxış” konsepsiyası
2012-ci ildə işıq üzü görüb və burada əsas diqqət qeyri-neft sektorunda rəqabət qabiliyyəti və ixracın artımı
üzərində cəmlənib. Kiçik və orta sahibkarlığın inkişafı 2020 Gələcəyə Baxış konsepsiyasının 2020-ci ilə
qədər qeyri-neft sektorunda adambaşına düşən ixrac dövriyyəsini 1000 ABŞ dollarına (təqribən 890
AVRO) qədər artırmaq hədəfinin həyata keçirilməsi üçün əsas platforma kimi çıxış edə bilər. Biznes
mühiti islahatlarından əlavə, hökumət infrastrukturun inkişafını, o cümlədən sənaye parklarının,
zonalarının və texnoparkların təsis edilməsini diqqət mərkəzində saxlamışdır. Hökumət həmçinin 2011-ci
ildən bəri beynəlxalq qabaqcıl təcrübəyə uyğun Rəqabət Məcəlləsi hazırlamaq üçün ABŞ Beynəlxalq
İnkişaf Agentliyi ilə birgə çalışmışdır, baxmayaraq ki, görünüşə görə hazırda məcəllənin qəbulu prosesi
uzanır.
Azərbaycanda kiçik və orta sahibkarlıq subyektləri
Azərbaycanda kiçik və orta müəssisələrin iki ayrı tərifi mövcuddur, onlardan biri 2015-ci ilin iyun
ayında ümumi qanunvericiliyə daxil edilmişidr, digəri isə yalnız vergi məqsədləri ilə istifadə olunur
(Cədvəl 12.3). Vergi Məcəlləsi kiçik və orta müəssisələrə birbaşa tərif verməsə də, fərdi sahibkarları və
hüquqi şəxsləri bir-birlərindən fərqləndirir. Fərdi sahibkar biznes fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə
deyilir. Kiçik müəssisələrin əksəriyyəti fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir (2013-cü ildə 94.5%).
2015-ci ildən baş tutan düzəlişdən sonra hazırda vergi qanunvericiliyində fərdi sahibkarlar üçün istifadə
olunan dövriyyə limiti ümumi qanunvericilikdə kiçik müəssisələr üçün nəzərdə tutulan limitlə
uyğunlaşdırılıb.
Cədvəl 12.3 Azərbaycanda kiçik və orta müəssisələrin tərifləri
Məşğulluq
Dövriyyə
Tərif 1
Tərif 2 (yalnız vergi
məqsədləri
çərçivəsində)
Tərif 1
Tərif 2 (yalnız vergi
məqsədləri
çərçivəsində)
Kiçik
<25
işçi
Fərdi əmək fəaliyyəti
ilə məşğul olanlar
(muzdlu əmək
olmadan)
(EUR 101 500)
(EUR 101 500)
Orta
<125
işçi
(EUR 1 057 500)
Mənbə:
Nazirlər Kabinetinin 215 saylı, 5 iyun 2015
-
ci il tarixli fərmanı, Azərbaycanın Vergi Məcəlləsi; 2015
-
ci ilin iyun ayına olan
valyuta məzənnələri
2013-cü ildə kiçik müəssisələr bütün şirkətlərin 83%-ni təşkil etsə də, onların dəyərin
formalaşdırılmasındakı rolu yalnız 3%-ə bərabər olmuşdur (baxmayaraq ki, bu 2010-cu ilin 1.7%-lik
göstəricindən daha yaxşıdır) (Şəkil 12.2). Onların ümumi məşğulluq səviyyəsinə töhfəsi də 2010-cü ildəki
5.9% ilə müqayisədə 2013-cü 7.9%-ə yüksəlməklə artmışdır. Kiçik müəssisələrin əksəriyyəti ticarət və
nəqliyyat vasitəsinin təmiri sektorlarında fəaliyyət göstərir (2013-cü ildə 32.7%) (Şəkil 12.3). Kiçik
müəssisələrin nəzərə çarpacaq nisbətdə mövcud olduğu digər sektorlar inşaat (2013-cü ildə 23.4%),
nəqliyyat və anbar təsərrüfatıdır (11.3%). Bütün fəal kiçik müəssisələrin 36%-ə yaxını paytaxtda, 18.4%-i
Aran regionunda, 12.6%-i Gəncə-Qazax regionunda qeydiyyatdadır.