Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

Sərraf Şiruyə             
                           
                          
 
 
78 
Enişdə, yoxuşda yormuşam səni
Borana, yağışa salmışam səni. 
 
Gəl ey, səyyah dostum, gəl ey, sirdaşım, 
Məndən uzaq düşmə, ey yol yoldaşım.  
 
Gəl, dönək, boylanaq keçmişə yenə, 
O keçmiş doğmadı mənə, həm sənə. 
 
Gəl, gəl yada salaq üçkünc məktubu, 
Əziz dedi: – İntizarım budu, bu! 
 
Məktub həsrət oldu Reyhana da, 
Bu xoş xəbər yetişmədi ona da. 
 
O da axirətə həsrətlə getdi, 
Son anda könlündən Niftalı ötdü. 
 
İndi Niftalıdan gəlibdi məktub, 
Məktubun sədası yer-göyü tutub. 
 
Bir yanda sevinc var, bir yanda yas var, 
Bunun hər birinə böyük əsas var. 
 
Bu bir sevincdir ki, Niftalı sağdı, 
Bəs görək sonrası nə olacaqdı? 
 
Əli partiyaçı, rəhbər işçidi, 
Bu da öz işində bir döyüşçüdü. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
79 
Bu gün çağırış verib “plen” qardaşı, 
Düşünmür ağrıyar Əlinin başı. 
 
Baş-başa verəcək ağzı göyçəklər: 
“Qardaşın plendi” – hey deyəcəklər. 
 
Vətən satqınıdı, qaçıb döyüşdən, 
Təhlükə qoxusu gəlir bu işdən. 
 
Niftalı iş qurub səfirliklərlə, 
Hər bir təşkilatla, həm birliklərlə. 
 
Özü Moskvaya görüşə gəlib, 
Yəqin bu görüşü o, asan bilib. 
 
Bilmir ki, sovetin sərt qanunları, 
Heç vaxt qəbul etmir bu oyunları. 
 
Türkiyə görüşə izin versə də, 
Sovet buna razı olmaz heç vədə. 
 
Odur ki, görüşə Əli getmədi, 
Heç bir təklifini qəbul etmədi. 
 
Bəli, ay oxucum, indiki həsrət, 
İndiki bu hicran, indiki firqət. 
 
Hər iki tərəfə çox ağır oldu, 
Əli ünvanına tənələr doldu. 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
80 
Orda da Niftalı çəkdi əzablar, 
Onsuz da keçmişdi əzablı yollar. 
 
Münhendə, İsveçdə əsir qalmışdı, 
İtalyadan onu türklər almışdı. 
 
Çox bəlalar çəkmiş onun da başı, 
Axırda olmuşdur türk vətəndaşı. 
 
Orda menecertək işə başlamış, 
Axı o təhsili burdakən almış. 
 
İrəvanda üç il təhsildə olmuş
Dayısı Xanlarla birgə oxumuş. 
 
Orda kara gəlib həmən o təhsil, 
Yüksəlib şöhrəti onun ilbəil. 
 
İşləmiş sənaye nazirliyində, 
Hər işi qurmuşdu öz gərəyində. 
 
Ailə qurmuşdu türk qızı ilə, 
Şadlanmış bir oğlu, cüt qızı ilə. 
 
Qızlarının adı Reyhan və Ayhan, 
Ana hörmətinə qoyulub Reyhan. 
 
İrfan qoyulmuşdu oğlunun adı, 
Onlardı qürbətdə ağzının dadı. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
81 
 
Bir kövrək hiss keçir hər an könlündən
Bir xoş qoxu gələ kaş ki, vətəndən. 
 
Qürbətin baharı nəyimə gərək, 
Vətənin qışına yetirin məni. 
Ovutmaz könlümü yad elin gülü, 
Vətənin daşına yetirin məni. 
 
Cənnət olsa əgər qoynu dünyanın, 
Əsiriyəm öz yurdumun, binamın. 
Yolumu gözləyən qoca anamın, 
Gözünün yaşına yetirin məni. 
 
Onu xəyal köhləni gətirdi doğma elə, 
Topalandı başına ilkin dost, qohum hələ. 
 
Qaçaraq atasının o boynuna sarıldı, 
Gec gələn bacıların sanki bağrı yarıldı. 
 
Sonra isə Niftalı ana qoynuna qaçdı, 
Ananın saçlarında barmaqları dolaşdı. 
 
Ana! Ana! can ana! – deyə səsi kövrəldi, 
İndi isə görüşə bir-bir qardaşlar gəldi. 
 
Bu Əli, bu Köçəri, bax bu da kiçik qardaş, 
Gözləri uzaqlara dikildi yavaş-yavaş. 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
82 
Bu gəzdiyi dağ-dərə, su içdiyi bulaqlar, 
Şoşan, yemlik yığdığı biçənək aralıqlar. 
 
Bax bu da “Su tökülən”, bu da “Borda təpəsi”, 
Niyə nədən təntidi görən onun nəfəsi? 
 
Kişnədi şahə qalxdı, onun xəyal köhləni, 
Dedi ki, indi apar, Ankaraya sən məni. 
 
Dayan, oxucum, dayan, bu görüş də olacaq, 
Ancaq ki, bu görüşdə görən kimlər olacaq. 
 
Bunu bir Allah bilir, biz isə gümandayıq, 
Zamanın hakimləri, deyir ki, dumandayıq. 
 
Bir Allah qova bilər, bu yoldan duman, çəni, 
Onda görə bilərik, könüllər istəyəni. 
 
Ümid də yaxşı şeydi, biz sığınaq ümidə, 
Ümid bizi apardı, bu görüşə bəlkə də. 
 
Hələlik məktublaşma davam etsin qoy belə, 
Gəl mənim yol-yoldaşım, gəl biz verək əl-ələ. 
 
Yola davam eyləyək Allah köməkdar olsun, 
“Allah-Əkbər” kəlməsi dilimizdə car olsun. 
  


             
                           
                          Ayrılıq belə düşdü
 
 
83 
XI 
ƏLİ YÜKSƏLİŞ YOLLARINDA 
 
Yumşaldı Sovetin sərt qanunları, 
Aradan qaldırdı bəd oyunları. 
 
Düşmən tərəfindən olan əsirlər, 
Həbsə alınırdı bir neçə illər. 
 
Arxaya dəyirdi onun xətası, 
Əzablar çəkirdi ata, anası. 
 
Bunlar Stalinin sərt qanunuydu, 
Aydınlıq verməyən bir oyunuydu. 
 
Elə ki, Xruşşov bax gəldi rəhbər,
1
 
Tənqidə tutuldu bütün bu işlər. 
 
“Şəxsiyyətə pərəstiş”tək sayıldı, 
Mərkəzi komitə təzdən ayıldı. 
 
Bəraət qazanıb əsir üzgünlər, 
Azadlığa çıxdı bütün sürgünlər. 
 
Senzuradan keçmiş bütün məktublar, 
Hansı bir ünvana yollansa olar. 
 
Türkiyə NATO-nun üzvi dövlətdi
2
 
Gedişi Sovetlə zidd siyasətdi. 
                                                 
1
 1953-cü ildə Nikita Xruşşov Sov.İKP MK-nın baş katibi seçilmişdir. 
2
 18 fevral 1952-ci ildən Türkiyə NATO-nun üzvüdür. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə