Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   2   3   4   5   6   7   8   9   ...   35

Sərraf Şiruyə             
                           
                          
 
 

uzun illərdən sonra Türkiyədə övladlarını, qəbrini ziya-
rət etməsi, oğlu İlhamın uşaqlıq xatirələri, İlham-Lena 
məhəbbətinin  bu  günki  təzahürləri  oxuculara  mənəvi 
rahatlıq  bəxş  edə-edə  uzun  səfərlərə  könül  yoldaşlığı 
edir. 
Ümumən bu poemanın Sərraf Şiruyə tərəfindən qə-
ləmə alınıb yazılması təqdirlayiq bir haldı. Çünki şairin 
iti qələminin nüfuzu sayəsində bu əsərdə tarix ədəbiy-
yata, ədəbiyyat adamlara, adamlar isə zamana qovuşur. 
 
Qılman İMAN, 
Prezident təqaüdçüsü, 
Azərbaycan Yazıçılar Birliyinin üzvü 


             
                           
                          Ayrılıq belə düşdü
 
 

 
DAŞKƏNDİM 
 
Qərbi Azərbaycanın Göyçə mahalının  
Daşkənd kəndinin xəyallarda qalan, könüllərdə 
yaşayan, hər an göz önünə gələn gözəllikləri və 
yaşayış tərzindən bəzi nümunələr, təsvirlər. 
 
Zirvələrdə dalğalanan, yellənən, 
Sən Göyçəyə bayraq idin, Daşkəndim. 
Qılınc qayalara, ləngər dağlara – 
Özül idin, dayaq idin, Daşkəndim. 
 
Qayaaltı, Qayaüstü kənd idin, 
Qayalarla bir-birinə bənd idin. 
Övladına şəkər idin, qənd idin, 
Doğma, əziz qucaq idin, Daşkəndim. 
 
Keçilməz sədd idi hər bərə, bəndin, 
Cənubdan Qızıldağ
1
 aşılmaz həddin. 
Seryaqub, Qırxbulaq – iki sərhəddin, 
Bu arada oylaq idin, Daşkəndim. 
 
Kəmənd dağı kəməriydi belinin, 
Gen dərələr yatağıydı selinin. 
Bol süfrələr səxasıydı əlinin, 
Bir dolu-tox bucaq idin, Daşkəndim. 
 
                                                 
1
 Qızıldağ – Azərbaycanla sərhəddə yerləşən dağ. 


Sərraf Şiruyə             
                           
                          
 
 

Qoynundaydı Həzrət Əli bulağı, 
Həm imamın, həm Düldülün ayağı.
1
 
Daşa düşüb bir möcüzə sayağı – 
Dərddən, qəmdən uzaq idin, Daşkəndim. 
 
On idimi, yüz idimi bulaqlar? 
Nəğmələşən söz idimi bulaqlar? 
Qışda büllur üz idimi bulaqlar? 
Yayda Buzlu bulaq idin, Daşkəndim. 
 
Mətah idi hər bir otun-əncərin, 
Ələyəzin, Quşəppəyin, pencərin. 
Əyiləndə bir adamla nəzərin, 
Tez küsəyən uşaq idin, Daşkəndim. 
 
Gül-çiçəyə bürünərdi dağların, 
Başlayanda sazlı, sözlü çağların. 
Müşgü-ənbər qoxuyardı bağların – 
Bol-bəhrəli budaq idin, Daşkəndim. 
 
Ayıdərə bir qorxulu ün idi, 
Şəyirdərə kölgə düşməz, gün idi. 
Ayrımdərə, Xəznədərə gen idi, 
Sarıdərə, Çanaq idin, Daşkəndim. 
 
Hər düşəndə qartal, quzğun davası, 
Güdaza gedərdi kəklik balası. 
Mətah idi qayaların xınası, 
Hər bir rəngə boyaq idin, Daşkəndim. 
                                                 
1
 Düldül – Həzrət Əlinin atının adı. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 

 
Şamoyludan Qəfərliyə yan-yana
Zağalar var idi – içi toyxana. 
Ta Qaraburundan Hacı Qurbana, 
Çınqıl idin, Yataq idin, Daşkəndim. 
 
Uzun güney, Gödək güney cərgədə, 
Mal-qoyuna çıxış idi hər vədə. 
Sarı qaya qılınc idi kölgədə, 
Sən nə gözəl oylaq idin, Daşkəndim. 
 
Kəvəklinin yekə, yüngül kəvəyi,
1
 
Bənzədirdi sanki xəlbir, ələyi. 
Əsəndə dənizin bəzən küləyi,
2
 
Yayda soyuq, sazaq idin, Daşkəndim. 
 
Qocaman bulağı suyuydu kəndin, 
Qayalar dayağın, keçidlər fəndin. 
Hər kəs bərkidərdi bərəsin, bəndin, 
Neçə elnən qaynaq idin, Daşkəndim. 
 
Yalarx, Dalarx, Göytəpəydi ev qonşun, 
Keçid, Dəmyə payızda da sərt qışın. 
Hacı Söyün calasıydı bihuşun, 
Belə gözəl yaylaq idin, Daşkəndim. 
 
                                                 
1
 Kəvəkli daş – bəzək üçün, çox yüngül və içi xəlbir kimi deşikli, məsaməli 
daş. 
2
 Dəniz – Göyçə gölünə yerli əhali dəniz də deyirdi. 


Sərraf Şiruyə             
                           
                          
 
 
10 
Yayılanda nənələrin nehrəsi, 
Bişib yağlanardı pencər kətəsi. 
Qoruncanın çiçək açan vədəsi, 
Beçə balı, qaymaq idin, Daşkəndim. 
 
Aşıq Alı baharını anıbdı, 
Aşıq Nəcəf qaynar suda yanıbdı. 
Aqil-arif səni çoxdan qanıbdı, 
Hikmətli dil, dodaq idin, Daşkəndim. 
 
Həsrətliklə gözləyirdik Novruzu, 
Yumurtalar boyanardı qırmızı. 
Bulaq üstdə sevərdi oğlan qızı, 
Hörmə dəsmal, daraq idin, Daşkəndim. 
 
Nişanlılar sayardılar hey günü, 
Qara zurna səslənərdi yay günü. 
Al-qırmızı bəzənərdin toy günü, 
Hər havaya oynaq idin, Daşkəndim. 
 
Papaq idi nənələrin dingəsi, 
Kəmər idi gümüş pulun sikkəsi. 
Pay paylardı bəy, gəlinin yengəsi, 
Alqış deyən dodaq idin, Daşkəndim. 
 
Zurnada Zamaxan, Mehvalı, Məcid, 
Dünyamalı, Tapdıq, “Totulu” kilid.
1
 
Ay Xıdır, Qəhrəman gücünü bərkit, 
Zuy-zurna, dəf-çombaq idin, Daşkəndim. 
                                                 
1
 Totulu – Həsən adlı ən mahir nağaraçının ləqəbi 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə