Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   2   3   4   5   6   7   8   9   ...   35

             
                           
                          Ayrılıq belə düşdü
 
 
11 
 
Şax
1
 gələrdi qardaşağa
2
 evindən, 
Hay gələrdi çaparların dilindən. 
Yer tapmazdın uşaqların əlindən, 
Başdan-başa yığnaq idin, Daşkəndim. 
 
Axşam-sabah mələdikcə qoyun, mal, 
Orkestri bənzədirdi bu xoş hal. 
Binaların, – təndir damı, – kəllə zal, 
Aynabəndli otaq idin, Daşkəndim. 
 
Başlanardı qışda dastan gecəsi, 
Söylənərdi nağılların neçəsi. 
Döyülərdi Ələkbərin keçəsi, 
Naxış idin, saçaq idin, Daşkəndim. 
 
Sazından, sözündən hamı halıydı, 
Hacının avazı beçə balıydı. 
Göyçə bir gözəlin ay camalıydı, 
O camala yanaq idin, Daşkəndim. 
 
Vətən dedi Alqayıt son nəfəsdə, 
Çırpınırdı İman sənsiz qəfəsdə. 
Həsən, Fəzi, Məmmədsöyün həvəsdə, 
Sən bir qaynar bulaq idin, Daşkəndim. 
 
 
                                                 
1
 Şax – şirniyyat və meyvə ilə bəzədilmiş ağac 
2
 Qardaşağa – bəyin sağdiş dostu 


Sərraf Şiruyə             
                           
                          
 
 
12 
Tapdıq, Tanrıverdi, Namaz, Təvəkkül, 
Yaqub haqdan memar idi elə bil. 
Səxa əhli Lətif köç etdi qəfil
Sən onlarla soraq idin, Daşkəndim. 
 
Bir an unutmaram Səfxan müəllimi, 
Bu yazıya o öyrədib əlimi. 
Ruhum gəlib yoxlayacaq elimi, 
Mənə doğma qucaq idin, Daşkəndim. 
 
Əli Əziz oğlu təsifdə təkmiş, 
Xasaylar
1
 şeirlə hikmətlər əkmiş. 
Əliyev Söyünlə, Hümbət çox demiş 
Dinsizlərdən iraq idin, Daşkəndim. 
 
Tat Süleyman danəndəydi söhbətdə, 
Qız, gəlinlər mömün idi ismətdə. 
Şəriətdə, təriqətdə, sənətdə, 
Şölə saçan çıraq idin, Daşkəndim. 
 
İnsanlıqda layiq idi bəyliyə
Tavariş can atdı hər an eyliyə. 
Ayrıc idin Sədərəyə, Zəyliyə, 
Yolumuza mayaq idin, Daşkəndim. 
 
İgidlərin şahı, xanı səndəydi, 
Meydanların pəhləvanı səndəydi. 
Seyid Bayram xanimanı səndəydi, 
Məbəd idin, ocaq idin, Daşkəndim. 
                                                 
1
 Xasay Hacıyev və Xasay Zeynalov nəzərdə tutulur. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
13 
 
Hikmət idin sən ağıllı baş üçün, 
Ümid idin gözdən axan yaş üçün. 
Qurud, motal, yağ-bal idin qış üçün, 
Kərmə, yappa, qalaq idin, Daşkəndim. 
 
Yadımdadır babaların dediyi, 
Tufan varsa açma keçid, gədiyi. 
Qocaların xoşladığı, yediyi – 
“Kətə çörək”, quymaq idin, Daşkəndim. 
 
Qorqud baba deyib sənin yaşını, 
Şah Xətai öpüb torpaq, daşını. 
Sən kəsmisən Selikovun başını, 
Gavırlara qınaq idin, Daşkəndim. 
 
Əvəzin yox idi halal zəhmətdə, 
Sədi idin, Bəhlul idin hikmətdə. 
Adın çəkilərdi hər xoş söhbətdə, 
Könüllərə qonaq idin, Daşkəndim. 
 
Tarixi varaqla baxaq keçmişə, 
Keçmiş bizə dərs veribdi həmişə. 
Hanı Hacı Rəhim dada yetişə, 
İgidlərlə qoçaq idin, Daşkəndim. 
 
Qafil olduq düz görmədik hədəfi, 
Açammadıq düyün düşən kələfi. 
Yaralıdı, səslə Aşıq Nəcəfi, 
Erməniyə yasaq idin, Daşkəndim. 


Sərraf Şiruyə             
                           
                          
 
 
14 
 
Sağ olsun İlhamı verdi mövzunu, 
Əritdi qəlbimin həsrət buzunu. 
Haqqa şükür tamamladım yazını, 
Yazılmamış varaq idin, Daşkəndim. 
 
Şiruyəyəm, ömrüm-günüm heyrətdə, 
Həsrətinlə zillətdəyəm, zillətdə. 
Ayılmadın, niyə yatdın qəflətdə, 
Sən ki, hər vaxt oyaq idin, Daşkəndim? 
2014-cü il 
 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
15 
 
DAŞKƏNDİM 
 
Könlümü viran etmisən,  
Könlü yaralı Daşkəndim.  
Qaçqın, köçkün eli kimi,  
Bəxti qaralı Daşkəndim. 
 
Əhd elədik hər oynunda,  
Əhdimiz qaldı boynunda.  
Doğulduq sənin qoynunda,  
Olduq haralı Daşkəndim?  
 
Nur verən yox çırağına,  
Əl atan yox bucağına.  
Küsüb Seyid ocağına,  
Gəlmir maralı, Daşkəndim.  
 
Xanimanlar boş qalıbdı, 
Ocaq sönüb, daş qalıbdı. 
Yad sənə sirdaş qalıbdı, 
Eldən aralı Daşkəndim. 
 
Qoynundan bir daş gətirdim,  
Təsəlli, sirdaş gətirdim,  
Yanağımda yaş gətirdim,  
Çəkdim zavalı, Daşkəndim.  
 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
16 
Hər bucağın bir məbəddir,  
Hər daşın bir ziyarətdir.  
Yer üzündə bir cənnətdir,  
Göyçə mahalı, Daşkəndim.  
 
İlham alan sözdən, sazdan,  
Xoş söhbətdən, xoş avazdan. 
Hər ismətli gəlin, qızdan,  
Üzü həyalı Daşkəndim.  
 
Hüsnünü kim görsə əgər,  
Sənə cənnət məkan deyər.  
Qayası sərt, dağı ləngər,  
Səngər, qalalı Daşkəndim.  
 
Dururmu o səcdəgahlar?  
O məbədlər, o ocaqlar?  
Nəğmə deyirmi bulaqlar?  
Zövqü-səfalı Daşkəndim.  
 
Hanı, ərənlərin hanı?  
Kim tutubdu o meydanı?  
Şiruyənin nəfəs, canı,  
Qəmi, məlalı Daşkəndim. 
 
  
 
 
 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə