Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə35/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   27   28   29   30   31   32   33   34   35

             
                           
                          Ayrılıq belə düşdü
 
 
197 
 
Belinə bağlanıb qaynar samovar, 
Belə şəhid olub bax, Aşıq Nəcəf. 
Diri-diri basdırılıb uşaqlar, 
Beş oğul ölümə qoyulub hədəf. 
 
Şəmsəddin, Şəmistan, Mikayıl, Aslan, 
Beşinci sonbeşik, körpə İsmayıl. 
Söylənir bu sitəm hər zaman, hər an, 
Eşit bu zülümü müsəlman, ayıl! 
 
Beş oğul anası olan Gülüstan, 
Bir də iki gəlin intihar etdi. 
Belə etməliydi qeyrəti olan, 
Onlar şəhidliyə bax belə yetdi... 
 
Selikovun başın kəsən Hacı Rəhim, 
Oğlu Əsədullah, kəndlisi Muxtar. 
Şəhid olub, tükənibdi hünərim, 
Hələ də çəkirik belə qəm-qübar. 
 
Ölkədə еlə bir еl-оba yохdur, 
Оrda şəhid qəbri оlmaya, Allah! 
Sənin hər qüdrətin, kərəmin çохdur, 
Еlə еt tər güllər sоlmaya, Allah! 


Sərraf Şiruyə             
                           
                          
 
 
198 
RZALILAR NƏSLİ 
 
Ulu diyar, doğma Göyçə mahalı – əbədi olaraq ədə-
bi mövzumuza çevrilən yurd. Nə tarixin bəllidir, nə də 
yaşın. Əslində yaşını da, tarixini də bilirik. Sənin yaşın 
YERin, GÖYün yaşıdır. Günü bu gün də səni araşdırır, 
səni öyrənir, səndən yazırıq. Zaman-zaman adını dün-
yaya  car  çəkən,  səni  külli-aləmə  tanıdan  ozanların, 
şairlərin, nəsillərin oldu.  
...Bir-birindən  gözəl  kəndlərin  sinən  üstə  olan 
gömgöy gölünün – səninlə adaş olan gölünün ətrafında 
üzük  kimi  çevrələnmişdi.  Bu  kəndlərin  hər  birinin  öz 
gözəlliyi,  öz  özəlliyi  vardı.  Bu  sətirləri  yazdıqca  köv-
rəlir, uşaqlıq illərimə, sənli günlərimə qayıdıram. Yay-
laqlarını,  yurd  yerlərini,  dağlarını,  dərələrini,  güneylə-
rini xatırlayıram. 
...Sakinlərin  də  özün  qədər  əzəmətli,  özün  qədər 
dəyanətli,  sevimli  idi.  Qoynunda  neçə-neçə  qərinələrə 
yoldaş  olan  nəsillər  yurd  salmışdı.  Bu  nəsillərdən  biri 
də Rzalılar nəsli idi. 
2005-ci  ildən  başlayaraq  Daşkənd  kəndində  yaşa-
yan  nəsillər  haqqında  araşdırmalar  aparır,  məqam  ol-
duqca  tamamladığım  materialları  müxtəlif  kitablarda 
çap etdirirəm. Belə bir məqam da indi yaranıb. Nə yax-
şı ki, Sərraf Şiruyə Daşkəndin sayılıb-seçilən ağsaqqal-
larından olan Kərbəlayı Əli Xəlilova ithaf etdiyi “Ayrı-
lıq  belə  düşdü”  adlı  kitabına  məhz  Kərbəlayı  Əlinin 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
199 
mənsub olduğu, ümumən Daşkənd nəsillərinin özəyini 
təşkil  edən  Rzalılar nəsli haqqında  topladığım  və sxe-
matik şəkildə tərtib etdiyim şəcərəni də kitaba əlavə et-
məyi məsləhət bildi. 
Rzalılar  nəsli  torpağın  dərin  qatlarından  rişələnən 
əzəmətli çinar ağacına bənzəyir. Yeri gəlmişkən, qeyd 
edim  ki, əslində  elə “şəcərə”  sözünün  mənası da  ağac 
anlamına gəlir. Bəzən şəcərəyə  “nəsil ağacı” da deyir-
lər. Heç də gəlişigözəl söz mənasında mən bu nəsli çi-
nar  ağacına  bənzətmədim.  Daşkənd  kəndində  yaşayan 
nəsillər  haqqında  apardığım  araşdırmalar  nəticəsində 
bir neçə soyun məhz Rzalılar kökündən olduğu məlum 
oldu.  Belə  ki,  kənd  camaatının  “İsmayıllılar”,  “Hacı 
Məhəmmədlilər”,  “Qocamanlılar”,  “Hacı  Dünyamalı-
lar”, “Sarı Əlilər” kimi tanıdığı soylar elə Rzalılar nəs-
linin  budaqlarıdır.  Arxivimdə  olan  Əli  Xəlilova  mən-
sub  əlyazmadan  belə  məlum  olur  ki,  Rzalının  (bəzən 
Rzalıya “Rza Qoca” da deyirmişlər) Məşədi Oruc, Hacı 
Kərim  və  Kərbəlayı  Süleyman  adlı  övladları  olub. 
2007-ci  ildə  85  yaşlı  Qocaman  Qocamanovla  görüş-
lərimin  birində  adını  daşıdığı  Qocaman  babası  haq-
qında  soruşarkən  –  “Qocaman  babamın  Hacı  Məhəm-
məd adlı bir qardaşı olub. Onların atası Hacı Tanrıverdi 
isə Rzalının nəvəsidir”, – dedi. Deməli, onda belə mə-
lum  olur  ki,  Hacı  Tanrıverdinin  atası  Abdulla  Məşədi 
Oruc, Hacı Kərim və Kərbəlayı Süleymanın qardaşıdır. 
Yeri  gəlmişkən,  sonralar  Əli  Xəlilov  Rzalılar  nəslinin 


Sərraf Şiruyə             
                           
                          
 
 
200 
Hacı Söydümalı qolunun da İmişli rayonunda yaşadıq-
larını öyrənmiş,  onlarla  əlaqə də  qura bilmişdir.  Hətta 
güman  edirəm  ki,  ola  bilər  digər  nəsillər  də  Rzalılar 
soy-kökündəndir.  
Yazılı  şəkildə  təsdiqini  tapmasa  da,  deyilənlərdən 
belə məlum olur ki, bu nəsil əslən Sulduz mahalından 
olub.  Oradan  əvvəlcə  Sədərəyə,  sonra  Qazağa,  daha 
sonra isə Göyçə mahalına köç etmiş, Daşkənd kəndin-
də məskunlaşmışlar. 
Rzalının  oğlu Məşədi  Orucun  Xəlil,  Zeynəb,  Şirin 
və  Abdulkərim  adlı  iki oğlu, iki qızı olub.  Biz bu  ya-
zıda əsasən nəslin bu qolundan danışacağıq. Xəlilin üç 
övladı olub: Əziz, Oruc və Simuzər. Əzizlə Oruc qara-
yanız olduqlarından kənddə onlara bəzən “Qara Əziz”, 
“Qara Oruc” da deyirmişlər. Bacıları Simuzərə isə daha 
çox “Simi nənə” və ya “Simi qarı” deyərdilər. 1980-ci 
ildə  110  yaşında  rəhmətə  gedən  Simi  nənənin  Elbəyi, 
Qurban,  Yunus  və  Balaxatın  adlı  övladları  olub. 
Orucun isə Səttar və Lətifə adlı iki övladı olubdur.  
Əziz  Xəlil  oğlu  sovetləşmədən  əvvəl  Hüseynlə 
Xanların bacısı Şəkər Rəsul qızı ilə ailə qurmuş, Niftalı 
adlı  övladı  dünyaya  gəlmişdir.  Lakin  bu  ailənin  ömrü 
uzun  sürməmiş,  Şəkər  xanım  hamımıza  yaxşı  məlum 
olan  erməni  daşnaklarının  1919-cu  ildə  Göyçə  maha-
lında  törətdiyi  qırğınlardan  canını  qurtarıb  Kəlbəcərə 
köç  edərkən  Sarı  yer  adlanan  ərazidə  qar  çovğununa 
düşərək  həlak  olmuşdur. 1921-1922-ci  illərdə  göyçəli-


             
                           
                          Ayrılıq belə düşdü
 
 
201 
lər  yenidən  dədə-baba  yurdlarına  qayıtdıqdan  sonra 
Əziz kişi qonşu Yuxarı Şorca kəndindən olan Abdulla 
qızı Reyhan ilə ailə qurmuşdur. İkinci evlilikdən Mahı, 
Sübə,  Əli,  Sənəm,  Köçəri,  Məsim  və  Məhluqə  adlı 
övladlar doğulmuşdur.  
1919-cu ildə anadan olan, ailənin ilk övladı Niftalı 
Xəlilov dövrünün savadlı şəxslərindən olmuş, Daşkənd 
kənd  sovetinin  sədri  işləmişdir.  O,  dayısı  Xanlar 
Kərimov  ilə  birlikdə  nəinki  Daşkənddə,  hətta  Basar-
keçərin bir neçə kolxozunda da mühasib kimi çalışmış-
dır.  1941-ci  ildə  Böyük  Vətən  müharibəsinə  səfərbər 
edilmiş,  Primorsk  ordusu  25-ci  atıcı  diviziyasının  54-
cü  atıcı  alayında  xidmət  etmişdir.  Niftalı  Xəlilov  2 
mart  1942-ci  ildə  Krımda  döyüş  zamanı  almanlar 
tərəfindən əsir götürülmüş, əsirlikdən qaçaraq İtaliyada 
faşistlərə  qarşı  döyüşmüşdür.  Müharibədən  sonra 
Niftalı  Xəlilov  Sovet  İttifaqının  amansız  qanunlarını 
qəbul  etməyərək  Türkiyədə  yaşamağa  üstünlük 
vermişdir.  Niftalı  Xəlilov  (Əzizli)  Ankara  şəhərində 
yaşamış, Zinyət (1927 – 05.08.2001) adlı xanımla ailə 
qurmuş,  Reyhan,  Ayhan  adlı  iki  qızı  və  İrfan  adlı  bir 
oğlu olmuşdur. 4 avqust 1980-ci ildə vəfat edən Niftalı 
Əzizli Ankarada dəfn olunmuşdur.  
Ailənin ikinci oğul övladı Əli Xəlilov Rzalılar nəs-
lində daha çox sevilən, rəğbət bəslənən, soyuna-kökünə 
bağlı bir el ağsaqqalı olmuşdur. Əli Əziz oğlu Xəlilov 
1928-ci  ildə  Göyçə  mahalının  Basarkeçər  rayonunun 


Sərraf Şiruyə             
                           
                          
 
 
202 
Daşkənd kəndində anadan olmuşdur. 1935-ci ildə Daş-
kənd  orta  məktəbində  təhsil  almağa  başlamış,  1945-ci 
ildə həmin orta məktəbi bitirmişdir. Bir il müəllim işlə-
dikdən sonra kənd sovetinin sədri vəzifəsində çalışma-
ğa  başlamışdır.  1950-ci  ildə  hərbi  xidmətə  çağırılmış, 
zabit kimi xidmət etmiş, 1954-cü ildə doğulduğu kəndə 
qayıtmış,  orta  məktəbdə  müəllim  işləmişdir.  Bundan 
sonra Daşkənd kənd sovetinin sədri, ferma müdiri, Su-
batanda  (1964–1969)  və  Daşkənddə  (1969–1971)  kol-
xoz  idarə  heyətinin  sədri  vəzifələrində  çalışmışdır. 
Hərbi xidmət zamanı Kommunist Partiyasının sıraları-
na daxil olan Əli Xəlilov 1972-ci ildən Daşkənd kənd 
partiya  təşkilatının  katibi  vəzifəsində  çalışmış,  Ermə-
nistan SSR-nin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 
Əli  Xəlilov  1967-1972-ci  illərdə  Özbəkistandakı 
Daşkənd  Kənd  Təsərrüfatı  İnstitutunun  aqronomluq 
fakültəsində  oxumuş,  1974-cü  ildə  həmin  institutda 
dissertasiya  işini  müdafiə  edərək  “Kənd  təsərrüfatı 
elmləri namizədi” alimlik dərəcəsi almışdır. 
Əvvəldə  qeyd  etmişdim  ki,  Əli  Xəlilovun  böyük 
qardaşı  Niftalı  Xəlilov  Böyük  Vətən  müharibəsinə  sə-
fərbər edilmişdir. Müharibədən sonra geri dönmədiyin-
dən  həlak  olduğu  zənn  edilmiş,  hətta  ehsanı  da  veril-
mişdir. 1952-ci ildə Gədəbəydə bir nəfər söhbət əsna-
sında Əli Xəlilova qardaşı Niftalının sağ olduğunu, onu 
İtaliyada  gördüyünü  söyləmişdir.  1953-cü  ildə  Stalin 
vəfat  etdikdən  sonra  xarici  ölkələrdə  gizli  yaşayan 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
203 
SSRİ  vətəndaşları  öz  yaxınları  ilə  əlaqələr  qurmağa 
başlamışlar.  Niftalı  Xəlilov  da  bu  fürsətdən  istifadə 
edərək qardaşı Əliyə 1954-cü ildə ilk məktubunu yaz-
mışdır. Əli Xəlilov Sovet İttifaqının dağılmasından isti-
fadə edərək 1990-cı il iyul ayının axırı – avqust ayının 
əvvəllərində  Türkiyədə  olmuş,  qardaşı  Niftalının  mə-
zarını ziyarət etmiş, uşaqları ilə görüşmüşdür. Hal-ha-
zırda  da  hər  iki  qardaşın  övladları  bir-biriləri  ilə  sıx 
əlaqə saxlayırlar. 
Əli Xəlilov hərbi xidmətə getməmişdən əvvəl Simi 
bibisinin  nəvəsi  Sumaya  Elbəyi  qızı  ilə  evlənmişdir. 
Onların Ofeliya, İlham, Nurəli və Mahir adlı övladları 
dünyaya  gəlmişdir.  Əli  Xəlilov  soy-kökünü  sevdiyi 
kimi,  övladlarına  da  çox  bağlı  olmuş,  təhsil  almaları, 
cəmiyyətə  və  xalqa  yararlı  şəxsiyyət  kimi  formalaş-
maları yolunda daim çalışmışdır.  
1999-cu  ilin  fevral  ayında  Kərbalanı  ziyarət  edən 
Əli  Xəlilov  2008-ci  il  aprel  ayının  25-də,  80  yaşında 
dünyasını  dəyişmişdir.  Həyat  yoldaşı  Sumaya  xanım 
isə  2005-ci  il  noyabr  ayının  9-da  vəfat  etmişdir.  Hər 
ikisi Bakı şəhərində dəfn olunmuşlar. 
Bu gün bu ocağın od qoruyanı Kərbəlayı Əlinin bö-
yük  oğlu,  bu  kökün  ağsaqqalı  İlham  Xəlilovdur.  O,  1 
iyul  1957-ci  ildə  anadan  olmuş,  Daşkənd  kənd  orta 
məktəbində VIII sinfə qədər oxuduqdan sonra təhsilini 
Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində da-
vam etdirmiş və 1974-cü ildə orta məktəbi bitirmişdir. 


Sərraf Şiruyə             
                           
                          
 
 
204 
1974-cü  ildə  Azərbaycan  Politexnik  İnstitutunun  me-
xanika  fakültəsinə  daxil  olmuş  və  1984-cü  ildə  Azər-
baycan  İnşaat  Mühəndisləri  İnstitutunu  bitirmişdir. 
1977-1979-cu  illərdə  Gürcüstanın  Tbilisi  şəhərində 
hərbi xidmətdə olmuşdur. İlham Xəlilov institutu bitir-
dikdən sonra Azərbaycan Dövlət Üzümçülük və Şərab-
çılıq  Komitəsində,  daha  sonra  isə  Azərbaycan  Kənd 
Təsərrüfatı  Nazirliyində  işləmişdir.  2000-ci  ildə 
“Rimlis” şirkətini qurmuş, hal-hazırda isə həmin şirkə-
tin prezidentidir. 
“Rzalılar  nəsli”  adlı  yazımın  sonunda  qeyd  etmək 
istəyirəm  ki,  bu  nəslin  Qara  Əziz,  Kərbəlayı  Əli  kimi 
soy-kökünü  sevən,  qohumcanlılıq,  istiqanlılıq  edən 
İlham Xəlilov, Mahir Xəlilov kimi nümayəndələri var. 
Mən  əminəm  ki,  onların  övladları,  nəvə-nəticələri  də 
belə olacaq, onların adını daim uca tutacaqlar.  
Araz YAQUBOĞLU, 
tədqiqatçı 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
205 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
206 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
207 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
208 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
209 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
210 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
211 


Sərraf Şiruyə             
                           
                          
 
 
212 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
213 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
214 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
215 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
216 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
217 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
218 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
219 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
220 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
221 
KİTABIN İÇİNDƏKİLƏR 
 
Tarixin həqiqəti, həqiqətin tarixi (Qılman İman) ... 3 
Daşkəndim .............................................................. 7 
Daşkəndim .............................................................. 15 
Əlidən aldı .............................................................. 17 
İlhamın.................................................................... 18 
Apardı Nurəli .......................................................... 19 
Mahirə bəsdi ........................................................... 20 
 
AYRILIQ BELƏ DÜŞDÜ 
(dastan-poema) 
Proloq ..................................................................... 22 
Göyçə ilə dərdləşmə ............................................... 28 
Daşkənd kəndinin təsviri ........................................ 32 
Daşkəndli Qara Əziz .............................................. 42 
Reyhan ana ............................................................. 48 
Əli əsgəri xidmətdən qayıdır .................................. 52 
Əziz kişinin vəfatı .................................................. 56 
Əli Daşkənddə bağ salır ......................................... 63 
Əli ali təhsil alır ...................................................... 68 
Rza Qoca, Rzallı ..................................................... 73 
Niftalıdan çağırış gəlir ............................................ 77 
Əli yüksəliş yollarında ........................................... 83 
Niftalının vəfatı ...................................................... 88 
İlhamın Yeni Daşkəndə gəlişi ................................ 92 
İlhamın Yeni Daşkənd kənd  
                      orta məktəbində oxuması ................. 96 


Sərraf Şiruyə             
                           
                          
 
 
222 
Yenidənqurma və qaçqınlıq ................................... 105 
Əli kişi Bakıda yaşayır ........................................... 110 
“Daş qürbətə düşər yük əyiləndə” və ya  
“Bircə daş, bir ovuc torpaq vətəndi”  
(İlhamın Göyçədən gətirdiyi daş)........................... 116 
Əlinin Türkiyəyə gedişi .......................................... 124 
Din içində din bəsləndi ........................................... 131 
Əli kişi ziyarətə gedir ............................................. 141 
Gözdən uzaq düşənlər (Əli Xəlilovun vəfatı) ........ 153 
Həyat davam edir ................................................... 157 
Epiloq (İlahiyə sitayiş) ........................................... 162 
Bəs hanı .................................................................. 166 
Şəhid qəbirləri ........................................................ 192 
Rzalılar nəsli (Araz Yaquboğlu) ............................ 198 
Rzalılar nəslinin şəcərəsi ........................................ 205


             
                           
                          Ayrılıq belə düşdü
 
 
223 
 
 
 
 
  
 
 
 
SƏRRAF ŞİRUYƏ 
(Hacıyev Şiruyə Həsən oğlu) 
 
AYRILIQ BELƏ DÜŞDÜ 
Bakı, “Qismət”, 2014. 
  
  
 
 
Kompüter və dizayn: Niftəli NİFTƏLİYEV 
Texniki redaktor: Arif MƏMMƏDLİ 
Korrektor: Firuzə NƏSİBLİ 
Operator: Murad AĞAYEV 
 
 
 
 
 
 
 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
224 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
Yığılmağa verilmiş: 05.07.2014 
Çapa imzalanmış: 07.12.2014 
Şərti çap vərəqi: 17 
Sifariş: №108 
Kağız formatı: 60x84, 1/16 
Tiraj: 300 ədəd 
Kitab “Qismət” mətbəəsində  
hazır diapozitivlərdən çap olunmuşdur. 
 
Ünvan: Azərbaycan, Bakı, H.Zərdabi pr. 78. 
Tel: (+994 12) 497-57-61, (+994 12) 497-70-22 
E-mail: qismetaz@yahoo.com 

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə