Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   2   3   4   5   6   7   8   9   ...   35

Sərraf Şiruyə             
                           
                          
 
 
24 
 
O gümansız bir səsdi, 
O inamsız bir səsdi. 
O haqqa inanmayan, 
O imansız bir səsdi. 
 
Ümidsiz bir şeytandı, 
O da şərdi, böhtandı. 
 
Yaranmış hər bir bəşər, 
Ümid ilə əlləşər. 
 
Qəlbini, ürəyini, 
Hər arzu diləyini. 
 
Bir Allaha bağlayar
Xoş sabaha bağlayar. 
 
Görək nə deyir bu səs, 
O bəd fikir, bəd nəfəs: 
 
– Düşkün qoca, müstər qoca, 
Nə xəyaldı düşmüsən sən? 
Bilmədiyin, açmadığın, 
Nə sualdı düşmüsən sən? 
Bu çəkdiyin nə qüssədi,  
Nə məlaldı düşmüsən sən? 
Çətin yola yolçu olmaq, 
Səyyah olmaq istəyirsən. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
25 
Yoxsa təzdən cavanlaşıb, 
Bir şah olmaq istəyirsən? 
 
Gözündə nur, qolunda güc,  
Dizində təpər qalmayıb. 
Axtardığın cavanlıqdan,  
Səndə bir hünər qalmayıb. 
Fikrində də, zəkanda da,  
Hikmət o qədər qalmayıb. 
Hansı ümid, güman səni,  
Bu xəyala bağlayıbdı? 
Bu səfərin eşqi ilə,  
Könül coşub çağlayıbdı? 
 
Bilmirsənmi bu mənzilin! 
Enişi var, yoxuşu var. 
Başım üstdən ildırımın,  
Qəfil yerdən çaxışı var. 
Qasırğası, tufanı var,  
Dolusu var, yağışı var. 
Düşkün qoca deyilənə,  
Canda dözüm varmı səndə? 
Yoxsa ömrün düşkünlüyü,  
Təzdən bir baharmı səndə? 
 
Dedim: dayan, ey sualçı,  
Cahil insan, fikri dayaz. 
Get, elm öyrən, kamillik tap,  
Bu həyatda sən də bir az. 


Sərraf Şiruyə             
                           
                          
 
 
26 
İlahinin güc-qüdrəti,  
Bilmirsənmi deyildir az. 
Mən o qüdrət sahibinin,  
Ətəyindən yapışmışam. 
O eşq ilə bu xəyaldan,  
Bu məqsəddən yapışmışam. 
Ümidim də, gümanım da,  
Bir olan Allahdı ancaq. 
Varlığıma, vücuduma,  
O şəriksiz şahdı ancaq. 
Dar günümdə, gen günümdə,  
O mənə pənahdı ancaq. 
Ondan nicat, ondan nüsrət,  
Ondan təpər diləyirəm. 
Yol-yoldaşım odur ancaq,  
Ondan hünər diləyirəm! 
 
O gözümə nur verəcək
Dizimə təpər verəcək. 
Qələmimə güc verəcək, 
Sözümə şəkər verəcək. 
Qoymayacaq darda məni, 
Hər şeyi yetər verəcək. 
Enişim də, yoxuşum da, 
Mənə düzən olacaqdı. 
Yollarımda nə bir duman, 
Nədə ki, çən olacaqdı. 
 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
27 
Əyyubun yaralarına, 
O qüdrətdən məlhəm gəldi. 
Yaqub yetişdi vüsala, 
Ortalığa bir dəm gəldi. 
Züleyxa yetdi gəncliyə
O, Yusifə həmdəm gəldi. 
Musanı xilas eyləyib, 
Fironu dəryaya saldı. 
Nəmrudları, Şəddadları, 
Necə ağır vaya saldı. 
 
– Budur indi qulağıma, 
Bir xoş səda gəldi yenə. 
Dedi: – Tanrı hər arzunu, 
İstəyini bildi yenə. 
“Bismillah” de, çıx səfərə, 
Bəxt üzünə güldü yenə. 
İlahinin xoş nəzəri, 
Hər an sənlə olacaqdı. 
Hər dediyin hikmətli söz, 
Könülləri alacaqdı. 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
28 

GÖYÇƏ İLƏ DƏRDLƏŞMƏ 
 
Anam Göyçə, mən dərdimi söylədim, 
Gəlişindən səni halı eylədim. 
Xəyal köhlənimi yordum, teylədim, 
Köhlənim də sənə tutdu üzünü
Bir nişan ver mənə təzdən özünü. 
 
Anam Göyçə, tarixinə əl atdım, 
Neçə-neçə əsrlərə say atdım, 
Onilliklər, minilliklər oyatdım, 
Dilə gəldi daşlardakı izlərin, 
Kimlər görüb, nələr görüb gözlərin. 
 
Sən olmusan əhli-beytin məskəni, 
Məkkə billəm, Kəbə billəm mən səni. 
Söylə bizə babalarımız deyəni, 
İmamların əl izi var daşında, 
Tarix yatır yaddaşında, yaşında. 
 
İmam burda at sürmüş, 
Daşlarında izi var. 
Miskin Abdal ocağı, 
Ocağının közü var. 
 
Şeyx Heydərim bəyənmiş, 
Bura müsafir gəlmiş. 
Hüsnünə gözəl demiş, 
Dilə gələn sözü var. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
29 
 
Hər gələn sevdi yurdu
Dostluq xanəsi qurdu. 
Ayrılıq çatdı, durdu, 
İndi ağlar gözü var. 
 
Nədən deyir, nələr deyir bu üzlər, 
O üzləri görən səni əzizlər. 
Qoynundakı dağlar, daşlar bu düzlər, 
Xəbər verir bizə Həzrət Əlidən, 
Peyğəmbərin canişini Vəlidən. 
 
Mədinədən tutmuş ta Çinə qədər, 
Şəhri-Zərin sirli içinə qədər. 
Salsalın axirət köçünə qədər, 
Həzrət Əli burda döyüş aparmış, 
Tanrı hər izini daşa salarmış. 
 
Daşlara düşərmiş ayaq, əl, izi, 
O Allahın sevimlisi, əzizi. 
Möcüzə önündə qoyubdu bizi, 
“Düldül” atın ayaq izi daşdadı, 
Bu məbədlər başımızdan başdadı. 
 
Beşdi, ondu qoynundakı bu sirlər, 
Keçib neçə qərinələr, əsrlər. 
Sonra gəlib Dədə Qorqud deyirlər, 
O da sənə “gözəl”, “göyçək” deyibdi, 
Sabahına xoş gələcək deyibdi. 
 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə