Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

Sərraf Şiruyə             
                           
                          
 
 
42 
 
III 
DAŞKƏNDLİ QARA ƏZİZ 
 
İndi söhbət açaq Qara Əzizdən, 
Qara görünərdi sifətdən, üzdən. 
 
Ona görə “qara” ləqəbi vardı, 
Mən görəndə yetmiş yaşı olardı. 
 
Nazik, uzun, qara sifət kişiydi, 
Mal-qoyuna ələf vermək işiydi. 
 
Ağacdan hörülmə səbəti vardı, 
Səbəti bir çuval saman tutardı. 
 
O səbətlə daşıyardı samanı, 
Mal-heyvanın qışa oydu gümanı. 
 
Arpa, buğda küləşini vəl ilə, 
Əzib, sonra sovuraraq əl ilə. 
 
Taxılı, samanı ayırardılar, 
“Kəndi”ni taxılnan doldurardılar.
1
 
 
Taxtadan düzəlmiş çən idi kəndi, 
İçindəki ya un, dən idi kəndi. 
 
                                                 
1
 Kəndi – taxıl, un qabı. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
43 
Hər evin özünün kəndisi vardı, 
Kəndi hər ev üçün ölçü olardı. 
 
İllik çörək idi bir dolu kəndi, 
İli başa vuracağam deyəndi. 
 
Saman samanlıqda olardı ancaq, 
Samanlıq da tamam dolardı ancaq. 
 
Ot tayası yığılardı bir ayrı, 
Bu idi Göyçənin qışa tutarı. 
 
Yappa, kərmə qalaqları olardı, 
Köhnə ildən təzə ilə qalardı. 
 
Belə təsvir verib Aşıq Ələsgər, 
O gözəl deyimi unudaq məgər? 
 
“Arvadlar ki, əlin vurar qalağa, 
Yuyarlar, gün vurar, çıxardar sağa.” 
 
Yağ, şor, qurud soyuqluqda olardı, 
Bir tərəfi əvəliklə dolardı.
1
 
 
Divarlardan asılardı ələyəz, 
Hər çiçək, otuna yox idi əvəz. 
 
                                                 
1
 Qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. 


Sərraf Şiruyə             
                           
                          
 
 
44 
Hər evə bir illik ehtiyat buydu
Bir də kartof dolu neçə quyuydu. 
 
Toplamışdı Əziz kişi bunları, 
Var idi tövlədə mal-qoyunları. 
 
Heç bir şeyə ehtiyacı yox idi, 
Ancaq fikri, dərdi yaman çox idi. 
 
Yerişi, duruşu tamam qəm idi, 
Gözləri də xəlvət-xəlvət nəm idi. 
 
Bəzən səbətini yerə qoyardı, 
Bir daşın üstündə o oturardı. 
 
Əli çənəsində fikrə gedərdi, 
Gah Niftalı, gah da Əli deyərdi. 
 
Niftalı döyüşdən geri dönməmiş, 
Öldüdən, qaldıdan xəbər gəlməmiş. 
 
Geri qayıtmışdı salamat qalan, 
Niftalıdan zərrə xəbərdar olan. 
 
Bir nəfər yox idi, verə təsəlli, 
Əsgəri xidmətə getmişdi Əli. 
 
Kişini üzürdü bir də bu həsrət, 
Zar-zar ağlayırdı kişi nəhayət. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
45 
 
Özünü yetirib hey Reyhan arvad, 
Deyirdi, – A kişi, nədi bu fəryad? 
 
Beş ildən sonra qayıtdı Həsən, 
Alçalı Mirzəni görmədinmi sən? 
 
Bir il bundan qabaq geri qayıtdı, 
Qəmli fikirləri qəmdən ayıltdı. 
 
Bir gün də Niftalı gəlib çıxacaq, 
Bu həsrəti, bu hicranı yıxacaq. 
 
O ki, qaldı Əli, – şükür Allaha, 
Xidməti yarıya yetirib daha. 
 
Ta üç il nədir ki, gəlib keçəcək,  
Bu dərd, kədər ürəyindən gedəcək. 
 
Qaldı Şəkər dərdi, Mahı dərdinə, 
Ay kişi, dünyanı dərk eylə yenə. 
 
Hanı atan Xəlil, hanı Rza Alı? 
O Rza Qocanın cahı-cəlalı? 
 
Hanı Hacı Kərim, bəs hanı Mədət? 
Onların hamsına olsun min rəhmət! 
 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
46 
Kimi cavan gedir, kimi də yaşlı, 
Bu dünya belədir, ay başı daşlı. 
 
Bəs Mədət neyləsin tək oğlu getdi, 
Toy üstə axirət evinə yetdi. 
 
Sən Mahı dərdinə dözə bilmirsən, 
Qızım, qızım – deyib hey inləyirsən. 
 
Mahı da Şəkərtək tez açdı-soldu, 
Ömür yolları da çox uyğun oldu. 
 
Şükür ki, Şəkərdən qalıb Niftalı, 
Mahıdan nə qaldı? Ancaq məlalı! 
 
Ancaq ki, bu tədbir haqq tədbiridi, 
Qızımız da gedənlərin biridi. 
 
Allah səkkiz uşaq veribdi sənə
Birini aparıb haqqın evinə. 
 
Bu qədər qəm çəkib, ah-nalə etmə, 
Belə dərin-dərin fikirə getmə: 
 
– Sağ ol, Reyhan arvad, sağ ol, ay ana, 
İnsanlıq gərəkdir səni duyana. 
 
Hər ismət, ləyaqət yaraşır sənə, 
Sən əsil layiqsən Tanrı deyənə! 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
47 
 
Fatimeyi, Xədiceyi Kübraya, 
Tanrıya sığınan xanım Asyaya. 
 
Yeridir söhbətdən çıxım kənara, 
Bir şeir söyləyim mən oxuculara: 
 
Ağılı, kamalı, ləyaqətiylə, 
Kişini şöhrətə mindirər qadın. 
Olar sevincinə, dərdinə şərik, 
Oxşayar qəlbini dindirər qadın. 
 
Ərə sirdaş olar, mehriban olar, 
Dar günə təsəlli, xoş güman olar, 
Can deyər ərinə, can uman olar, 
Bir ümid işığı yandırar qadın. 
 
Qadın var, Tanrıya o pənah eylər, 
Qadın var, bir gündə yüz günah eylər, 
İstəsə ərini şahənşah eylər, 
İstəsə ərini sındırar qadın. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə