Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

Sərraf Şiruyə             
                           
                          
 
 
48 
IV 
REYHAN ANA 
 
Xəstə yatağına düşəndən Şəkər
İztirab çəkirdi Əziz nə qədər. 
 
Elə həmən gündən Əziz vaydaydı, 
Bir yaşlı Niftalı qapılardaydı. 
 
Onu aparmışdı bibisi Simi,
1
 
Onu oxşasa da balası kimi. 
 
Ancaq dözəmmirdi Əziz həsrətə, 
Toğlucaya üz tuturdu çox vədə. 
 
Siminin evləri Toğlucadaydı, 
Ora isə yarım günlük yoldaydı. 
 
Gözəl bibiləri – Zeynəblə Şirin, 
Köməkdarı oldu həmən günlərin. 
 
Gətirib Daşkənddə onlar baxdılar, 
Gah bu, gah o sinəsinə sıxdılar. 
 
Şəkərin ölmündən üç ay keçmişdi, 
Hüseyn
2
 Orucun yanına getmişdi. 
 
                                                 
1
 Əsl adı Simuzər 
2
 Kərimov Hüseyn Rəsul oğlu 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
49 
Oruc Əziz ilə qardaş idilər, 
Çox istəkli can bir sirdaş idilər. 
 
Orucun da qara ləqəbi vardı, 
Oxşarda Əzizlə eyni olardı. 
 
Hüseyn Şəkərin qardaşı idi, 
Bu yas Hüseynin öz yası idi. 
 
Oruca söylədi Hüseyn kişi: 
Hamıya məlumdu dünyanın işi. 
 
Gedən geri dönməz bunu bilirik, 
Nə var çətinliyi yaxşı görürük. 
 
İndi Niftalıya ana gərəkdi, 
Ana övladına yanan ürəkdi. 
 
Gətirin o evə bir yaxşı qadın, 
Qoy qazana bilsin analıq adın. 
 
Oruc bu işləri ələdi, süzdü, 
Deyilən mətləbi axır ki, düzdü. 
 
Şorcalı qızıydı Reyhan arvad, 
Atası Abdulla, ruhu olsun şad. 
 
Xəlillə Abdulla köhnə dost olmuş
Dostluq ilqarında hər biri durmuş. 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
50 
Gətirdi bu evə onun qızını, 
Reyhan çəkdi Niftalının nazını. 
 
Bir yol “of” demədi Reyhan arvad, 
Hər zaman Əzizə o oldu imdad. 
 
Aralıqdan gəlib keçdi çox illər, 
Soluxub dən oldu tər qönçə güllər. 
 
Reyhanda düşkünlük yaşına doldu, 
Üç oğlun, üç qızın anası oldu. 
 
Niftalıya ana oldu bax Reyhan
Gözündən kənara qoymadı bir an. 
 
Balaları Sübə, Əli, Köçəri, 
Sənəm, Məsim, Maquş
1
 altı nəfəri. 
 
Niftalıdan o aşağı tutmuşdu, 
Ögeylik adını tam unutmuşdu. 
 
Ögeylik, doğmalıq heç bilinməzdi, 
Bu söz ortalığa əsla gəlməzdi. 
 
Niftalı döyüşə getdiyi zaman, 
Reyhan ağlayıb çəkmişdi aman. 
 
Dizini qatlayıb, əlini açmış, 
Duası yeddi qat göyü dolaşmış. 
                                                 
1
 Məhluqə 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
51 
 
Hənnana tapşırıram, 
Mənnana tapşırıram. 
Oğlum döyüşə gedir, 
Sübhana tapşırıram.
1
 
 
Reyhanın bu səsi, onun titrək nəfəsi, 
Ürəkləri dağladı, hamı həzin ağladı. 
 
Əzəldən bir kövrəklik vardı onun səsində, 
Həyəcan duyulurdu hər adi kəlməsində. 
 
Bu həzinlik səsində indi daha çox idi, 
Hər deyişi qəlbləri deşib gedən ox idi. 
 
– Bu da bir yanıqlı səs, bacıların səsidir, 
Sübənin can yandıran yanıqlı nəfəsidir. 
 
Haqdan xoş fərman olsun
Dərd varsa, dərman olsun. 
Qardaşlar gələn yola, 
Bacılar qurban olsun. 
 
Beləcə Niftalını yola salmışdı ata, 
Üçkünclü bircə məktub ondan almışdı ata. 
 
O məktubu təsəlli bilirdi öz-özünə, 
Bir gündə neçə dəfə sürtürdü üz-gözünə. 
                                                 
1
 Hənnan, Mənnan və Sübhan Allahın adlarıdır. 


Sərraf Şiruyə             
                           
                          
 
 
52 

ƏLİ ƏSGƏRİ XİDMƏTDƏN QAYIDIR 
 
Əsgəri xidmətdən qayıtdı Əli, 
Ümid gümanının ilki, əzəli – 
 
Çox gözəl nəticə vermişdi onun
Üç illik xidmətdə hər hərbi qanun. 
 
Hər hərbi göstəriş, hər hərbi gediş, 
Olmuş Əli üçün müqəddəs bir iş. 
 
Böyük Çavuş rütbəsi almışdı, 
Qələbəyə doğru bir yol salmışdı. 
 
Fəallıq göstərmiş siyasi dərsdə, 
Olmuşdu həmişə böyük həvəsdə. 
 
Hərbi hissə onu namizəd vermiş, 
Partiyaya layiq bir əsgər görmüş. 
 
Üzv olmuş kommunist partiyasına, 
Əməl etmiş onun hər əsasına. 
 
Belə qayıtmışdı Əli hərbidən, 
Böyük nümunəydi o yerbə-yerdən. 
 
Alqışa bürümüş komissar onu, 
Belə qutarmışdı alqışın sonu. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
53 
Hərbi müəllim getsin doğma məktəbə, 
Müəllimlik yaraşır ancaq bu təbə. 
 
Daşkənd məktəbində o, müəllim oldu, 
Onu alqışlayan çox elim oldu. 
 
Sarıyaqub, Şorcalar, həm Qoşabulaq, 
Qayabaşından da gələn çox uşaq. 
 
Daşkənd orta məktəbinə gələrdi
Bu məktəbi hamı məbəd bilərdi. 
 
Ələkbər Həsənli, Mirkəbir, Mədət, 
Tapdıq, Tanrıverdi, Səmədov Səməd. 
 
Çox yüksək savada elmə maliklər, 
Namaz, Səfxan kimi kamil müəllimlər. 
 
Bu orta məktəbdə dərs aparırdı, 
Şagirdlər onlardan təlim alırdı. 
 
Onlardan çox kiçik olsa da Əli, 
İşindən çox güclü tutmuşdu əli. 
 
Böyük alqışlarla keçdi ilk dərsi, 
Şagirdlərdə o yaratdı həvəsi. 
 
Stalinin heykəlinin önündə, 
“Qalib marşı” hər əsgərin dilində. 
 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə