Sertifikatlaşdırma sistemini yaratmaq istənilən hüquqi şəxslər tərəfindən hətta



Yüklə 177,11 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü177,11 Kb.
#68169


Sertifikatlaşdırma  sistemini  yaratmaq  istənilən  hüquqi  şəxslər  tərəfindən  (hətta 

fiziki  şəxslər  tərəfindən)  həyata  keçirilə  bilər.  Eyni  zamanda  istənilən  hüquqi  və  ya 

fiziki şəxs mövcud sertifikatlaşdırma sistemlərinə qoşulmaq hüququna malikdirlər. Bu 

cür  sistemləri  yaradarkən  ilk  növbədə  sertifikatlaşdırma  obyektləri,  onların 

uyğunluğuna  sertifikatlaşdırılması  aparılacaq  normativ  sənədlərin  kateqoriya  və 

növləri  təyin  edilməli  və  verilmiş  sistemdə  sertifikatlaşdırmanı  aparma  qayda  və 

üsulları  müəyyən  edilməlidir.  AR-da  sertifikatlaşdırma  sistemlərinin  yaradılması, 

onların  fəaliyyətinin  tənzimlənməsi,  məhsulların  və  keyfiyyət  sistemlərinin 

sertifikatlaşdırılması  üzrə  dövlət  təşkilatı  kimi  SMPDK-nın  nəzdində  AZS  milli 

sertifikatlaşdırma sistemi yaradılmışdır. Bu sistem sertifikatlaşdırma üzrə funksiyalar 

həvalə  olunmuş  dövlət  orqanları,  sınaq  laboratoriyaları,  digər  ölkə,  təşkilat  və 

müəssisələrin  iştirakı  üçün  açıqdır.  Bu  sistemin  rəsmi  dili  Azərbaycan  dilidir.  Ona 

görə  sistem  çərçivəsində  verilən  sənədlər  (sertifikatlaşdırma  sifarişləri,  protokolları, 

atestatları, sertifikatları və s.) Azərbaycan dilində tərtib edilir və sifarişçinin arzusu ilə 

əlavə  ödənişlə  onların  nüsxələri  istənilən  dildə  də  verilə  bilər.  Bu  sistemdə 

sertifikatlaşdırma  obyekti  nəinki  məhsul,  həm  də  proqram  digər  elmi-texniki 

məhsullar,  təşkilati  texniki  və  informasiya  sistemləri  ola  bilər.  AZS  milli 

sertifikatlaşdırma sisteminin təşkilati struktur vahidləri aşağıdakılardır: 

• Sertifikatlaşdırma üzrə milli orqan 

• Oxşar məhsulların sertifikatlaşdırılması üzrə akreditasiya olunmuş orqanlar 

• Akreditasiya olunmuş sınaq laboratoriyaları (mərkəzləri) 

• Keyfiyyət sistemlərinin sertifikatlaşdırılması və istehsalatların atestasiyası üzrə 

akreditasiya olunmuş orqanlar 

Sertifikatlaşdırma üzrə milli orqanın vəzifələri aşağıdakılardır: 

 

  Respublikada 



sertifikatlaşdırmanın 

istifadəsi, 

inkişafı 

və 


təkmilləşdirilməsi üzrə ümumi siyasətin işlənməsi; 

 



Sertifikatlaşdırmanı təmin edən işlərin təşkili və koordinasiyası; 


 

  Sertifikatlaşdırma  məsələsi  üzrə  digər  ölkələrin  beynəlxalq  təşkilatların 



səlahiyyətli  orqanları  ilə  qarşılıqlı  fəaliyyət  göstərmək  və  lazım  gəldikdə 

həmin təşkilatların işində respublikanın iştirakını təmin etməkdir. 

Milli orqan: 

1. 


Bütün  sistemlər  üçün  qurulma  və  fəaliyyət  prinsiplərini  AZS  milli 

sertifikatlaşdırma  sisteminin  strukturunu,  sertifikatını,  uyğunluq  nişanını  və  onların 

tətbiqi qaydalarını müəyyən edir; 

2. 


Bütün sertifikatlaşdırma sistemlərinin qarşılıqlı fəaliyyətini koordinasiya 

edir; 


3. 

Marağı  olan  tərəflərin  nümayəndələrindən  ibarət  komisiyalarla 

sertifikatlaşdırma  üzrə  orqanların  sınaq  laboratoriyalarının  akreditasiyasını,  ekspert 

auditorların  (sertifikatlaşdırma  üzrə  hər  hansı  növ  fəaliyyət  göstərməyə  atestasiya 

olunaraq hüquqi səlahiyyət almış şəxs ekspet auditor adlanır) atestasiyasını və onların 

fəaliyyətinə inspeksiya nəzarətini həyata keçirir

4. 

AZS milli sertifikatlaşdırma sisteminin dövlət reyestirini aparır; 



5. 

Akreditasiya, 

atestasiya 

və 


sertifikatlaşdırma 

üzrə 


tarifləri 

müəyyənləşdirir; 

6. 

Sertifikatlaşdırma və akreditasiya nəticələri üzrə apelyasiyalara baxır; 



7. 

Konkret  məhsul  növü  üçün  sertifikatlaşdırma  orqanı  olmadıqda  həmin 

orqanın funksiyasını həyata keçirir; 

8. 


Bütün  marağı  olan  tərəflər  üçün  sertifikatlaşdırma  üzrə  informasiyanın 

açıqlığını təmi edir; 

9. 

Sistemin  qaydalarına  riayət  olunmasına  inspeksiya  nəzarətini  həyata 



keçirir; 

10. 


 Öz  funksiyalarını  lazım  gəldikdə  xüsusi  səlahiyyət  verilmiş  orqanlara 

həvalə olunur. 



 

 


Almaniya 

          Almaniyada  sertifikasiyanın  hüquqi  bazasını  əhalinin  sağlamlığının  və 

həyatının  qorunması,  ətraf  mühitin  mühafizəsi,  əməyin  təhlükəsizliyi,  resursların 

qənaəti,  istehlakçıların  maraqlarının  mühafizəsi  sahəsindəki  qanunlar  təşkil  edir. 

1990-cı  ildən  ölkədə  keyfiyyətsiz  məhsul  hazırlanmasına  görə  məsuliyyətlilik 

haqqında qanun fəaliyyət göstərir. 

Almaniyanın TTBM/BTT informasiya mərkəzinin məlumatına görə ümumi Milli 

Sertifikasiya sistemi bir neçə sertifikasiya sistemini əhatə edir. 

A- Reqlamentlərə uyğunluğun sertifikasiya sistemi

  A1-DIN standartlarına uyğunluğun sertifikasiya sistemi; 

  A2- VDE sertifikasiya sistemi; 

  A3- BVGW sertifikasiya sistemi; 

  B  –  Almaniyanın  keyfiyyətə  və  markalamaya  təminat  institutunun  RAN      

sertifikasiya sistemi. 

  S-  Sənaye texnologiyasının GS pişanına sertifikasiya sistemi; 

  D – Tikinti konstruksiyalarının Federal normada uyğunluğuna nəzarət sistemi. 

  E – Ölçmə vasitələrinin və etalonların sertifikasiya sistemi; 

  F  –  Almaniyanın  sənaye  qanunvericiliyinin  24-cü  bölməsinə  uyğunluğun 

sertifikasiya sistemi. 

  Sistem  A1. DIN  standartlarının tələblər  qoyduğu bütün  növ  məmulatları  əhatə 

edir. Bu sistemə Almaniyanın standartlaşdırma institutu rəhbərlik edir. 

  A2-  bu  sistemdə  VDE  qaydalarının,  bəzən  də  DIN  standartlarının  yayıldığı 

bütün növ elektrotexniki və elektron məmulatlar sertifikasiya olunur. 

  Sistem  A3.  Almaniyanın  qaz  və  su  təchizatı  üzrə  Assosiasiya  firmalarının  – 

DIVIGW sertifikasiya sistemidir. 

 

Sistem V. Almaniyanın keyfiyyətə və markalamaya təminat institutunun 



rəhbərliyi altında işləyir və RAL sistemi adlanır. Bu sistemin tərkibinə 150-yə qədər

 

Yüklə 177,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə