“Səs”. 012. yanvar.№1. S ideologiya anlayışının mahiyyəti



Yüklə 119,77 Kb.
Pdf görüntüsü
tarix26.09.2018
ölçüsü119,77 Kb.
#70536


“Səs”.-2012.-6 yanvar.-№1.-S.7.

İdeologiya anlayışının mahiyyəti

Fəlsəfi-etik  ədəbiyyatda  “ideologiya”  anlayışı  yunan  sözü  olub  “ideya”,  “fikir”  və  “loqos”  kimi  sözlərin

birləşməsindən  əmələ  gələrək  fikir,  ideya  və  obraz  haqqında  təlim  mənasını  verir.  İctimai  psixologiya  və

elmi-nəzəri  şüurun  müxtəlif  formaları ilə  yanaşı, ideologiya  da  ictimai  şüurun  əsas  komponentlərindən  biri  hesab

olunur.

İdeologiya  fəlsəfi,  siyasi,  sosioloji,  iqtisadi,  əxlaqi,  dini,  bədii  və  s.  görüşlər  sistemi  kimi  səciyyələndirilir.



“İdeologiya”  anlayışı əvəzinə  “ideya”  anlayışı  işlətməyi  də  təklif  edənlər  var.  Bəzi  təqdiqatçılar  Qərbdə  ilk  dəfə

olaraq ideologiyanın cəmiyyətdə zəruri amil olması fikrinin XVIII əsr fransız filosofları tərəfindən E.B.Kondilyakın

irəli  sürdüyünü  iddia  edirlər.  Elə  həmin  əsrin  sonlarında  nəşr  olunan  “Düşünmək  qabiliyyəti  haqqında  etüdlər”

kitabında  fransız  filosofu  və  iqtisadçısı  Dostuq  de  Trasi  ilk  dəfə  olaraq  “ideologiya”  terminini  işlətmişdir.  O,

1796-cı  ildə  nəşr  etdirdiyi  “İdeologiya  ünsürləri”  kitabında  bu  fikri  geniş  şərh  etməyə  çalışaraq  ideologiyaya

ideyalar  haqqında,  hissi  təcrübədən  yaranan  ideyaların  yaranması  və  təkamülü  haqqında  təlim,  insanın  tarix  və

cəmiyyətə  dair  “fikirlərini  təsdiq  edən  elm”  kimi  baxmışdır.  Onun  davamçıları Kabanis  “İnsanın  fiziki  və  əxlaqi

təbiətinin nisbəti”, Volney isə “Əxlaqın fiziki prinsipləri” əsərində onun fikirlərinə şərik çıxıblar. (246, s.458-459).

Görkəmli     fransız    maarifçi     filosofu     Helvetsi     Avropa    fəlsəfəsində ideologiyanın təkmilləşməsi və

qanunların kamilliyi  ideyasını ön  plana  çəkərək  uğurlu  idarəetmədə  onları əsas  amillər  hesab  edir,  fərdi  marağın

dövlətçiliyin təkmilləşməsində həlledici rol oynadığını göstərirdi. 

Görkəmli   hərbi   xadim   və   sərkərdə   Napoleon     Bonapart      cəmiyyətdə  ideologiyanın zəruriliyini  ön

plana çəkərək ideologiyanın inkişafı üçün Fransa İnstitutu kimi bir qurumu da yaratmışdı.

Avropada ideologiyanın inkişafında klassik alman filosofları, xüsusilə Hegel müstəsna rol oynamışdır. İdeya,

ideologiya  və  zəka  məsələləri  Hegelin  əsərlərində  əsas  yerlərdən  birini  tuturdu.  O,  ideologiya  və  mənəviyyatın

qarşılıqlı  əlaqəsi  probleminə  də  toxunaraq  mənəvi  inqilabı  həqiqi  inqilab  hesab  edirdi.  Hegel  ümid  edirdi  ki,

almanlar Fransa inqilabının müsbət məzmunundan istifadə edərək, onların ideologiyalarındakı ziddiyyətləri aradan

qaldıraraq mənəvi mədəniyyəti inkişaf etdirəcəklər.

Hegel  “Hüquq  fəlsəfəsi”  əsərində  dövləti  “mənəvi  ideyanın, mənəvi  ruhun  ifadəsi”  kimi  səciyyələndirir  və

beləliklə,  cəmiyyətdə,  dövlətdə  ideologiyanın  önəmli  yer  tutduğunu  göstərirdi.  Klassik  alman  filosofları

ideologiyanı tarix və fəlsəfənin qovuşağında mövcud olan ideyalar sistemi kimi tədqiq edirdilər.

Marksizm  fəlsəfəsi  ideologiyaya  və  əxlaq  məsələsinə  özünəməxsus  dar  “sinfi”,  “materialist”  mövqedən

yanaşmışdı.  İlk  əvvəl  K.Marks  və  F.Engels  ideologiyanın  “iqtisadi  əsasa”  malik  gerçəkliyin  obyektiv  inikası

olduğunu göstərirlər. Marksizim baniləri ideologiyanın maddi zəminə söykəndiyini, onlara uyğun gələn əxlaq, din

formalarının  zahiri  müstəqilliklərini  itirdiyini  sübut  etdilər:  “Onlarda  tarix  yoxdur,  inkişaf  yoxdur.  Öz  maddi

istehsalı  və  öz  maddi  əlaqələrilə  inkişaf  edən  insanlar  bununla  yanaşı,  öz  gerçəkliklərini,  həmçinin,  öz

təfəkkürlərini və öz təfəkkür məhsullarını da dəyişirlər. Həyatı şüur deyil, həyat şüuru müəyyən edir”.

Marksizm  dini  və  idealist  fəlsəfəni  gerçəkliyin  təhrif  olunmuş  inikası  olan  ictimai  şüur  formaları  hesab

edirdi. Marks və Engels “müəyyən sinif və sosial qrupların   yaratdıqları   obyektiv  gerçəkliyin  təhrif olunmuş   

inikası    olan    sosial  konsepsiyaları”  “ideologiya”  adlandırır,  bu  termini  çox  dar  çərivədə  işlədirlər.  Onlar

proletariatın  ideologiyasından  başqa  bütün  ideologiyalara,  xüsusilə,  burjua  ideologiyasına  “təhrif  olunmuş  şüur

formaları”  kimi  baxır,  istismarçı quruluşa  şüurlu  və  qeyri-şüurlu  haqq  qazandıran  bütün  filosofları,  iqtisadçıları,

tarixçiləri

 “burjua


 ideoloqları”

 adlandırır,  burjua

 ideologiyasını  “mücərrədçilikdə,

 spekulyativlikdə”

günahlandırırdılar.

Klassik alman filosoflarından, xüsusən, ideoloji formalardan “spekulyativ, teologiyaya”, dinə üstünlük verən

Feyerbaxdan  fərqli  olaraq  marksizm  fəlsəfəsi  iddia  edirdi  ki,  həyatın  özü  kimi  ictimai  həyatın  ideoloji  inkişaf

formaları da çoxcəhətlidir: onlar əxlaqi, incəsənəti, dini, hüquqi və siyasi şüuru bu formalara aid edirdilər. 

Marksizmin  baniləri  bəzi  ideologiyalarda,  xüsusən,  klassik  alman  fəlsəfəsində,  o  cümlədən,  Hegel  və

Feyerbaxda  “gerçəkliyin  təhrif  olunmuş  inkişafı  ilə  yanaşı,  elmi  ünsürlərin  də  olduğunu”  qeyd  edirdilər.  Onlar

ingilis  klassik  siyasi  iqtisadının  burjua  ideologiyası kimi  səciyyələndirsələr  də,  bu  təlimdə,  eləcə  də,  XVIII  əsrin

fransız  filosoflarının  təlimlərində  “idrakının  müəyyən  tərəqqisini”  də  görürdülər.  “Alman  ideologiyası”  əsərində

ideologiya geniş mənada işlənsə də, marksist filosoflar ideologiyaya səhv olaraq cəmiyyətdə mütərəqqi və mürtəce

ictimai qüvvələr arasında ideya siyasi mübarizə forması kimi baxırdılar. Onlar “hakim” və “məhkum”, “mütərəqqi”




və  “mürtəce”  siniflərin  ideoloqlarını  fərqləndirirdilər.  Çox  doğru  olaraq  Qərb  filosofları  marksizm-leninizm

ideologiyaya  dair  birtərəfli,  məhdud  mülahizələrini  tənqid  edirlər.  M.A.Lanqe  “Marksizm,  leninizm,  stalinizm”

əsərində marksizm-leninizmi cəmiyyət haqqında qeyri-elmi “ideoloji” təlim hesab edirdi. Q.Meyo da təsdiq edir ki,

demokratik  cəmiyyətdə  heç  bir  ideologiya  hakim  mövqe  tuta  bilməz:  “Hər  bir  azad  cəmiyyətin  mənəvi  həyatı

görünür ki, ideologiyaların mozaikası və ya etiqadlar sistemidir”.

Marksist tədqiqatçılar isə səhv olaraq burjua cəmiyyətində müxtəlif siyasi, fəlsəfi cərəyanların yalnız burjua

ideologiyası  kimi  hakim  tutduğunu  israr  edirlər.  Marksizm  nöqteyi-nəzərindən  ideologiya  antaqonist  ictimai

münasibətlərin        müəyyən  sinfin  şüurunda  spesifik  inikas  forması,  eyni  zamanda,  həmin  sinfin  özünüdərki,

müəyyən tarixi şəraitdən bu sinfin tutduğu yerin subyektiv ifadəsidir. Marksistlər dövləti  ilk  ideoloji  qüvvələrdən

hesab edir. Dövlətdə insan üzərində ilk ideoloji qüvvə kimi meydana çıxdığını bildirir.

F. Engels göstərir ki, dövlət  əmələ gələn kimi dərhal cəmiyyətə qarşı müstəqillik kəsb edir və müəyyən bir

sinfin orqanı olub möhkəmləndikcə, həmin sinfin hökmranlığını getdikcə daha artıq həyata keçirməyə başladıqca,

cəmiyyətə qarşı müstəqilliyi də möhkəmlənir... Lakin cəmiyyətə qarşı müstəqil bir qüvvə şəklinə düşdükdən sonra,

dövlət dərhal yeni ideologiya doğurur. (28, s. 388).

Marksizm hakim burjua ideologiyasını tənqid etdiyi halda cəmiyyətdə bir sinfin - proletariatın hökmranlığını

həyata keçirən anti-demokratik, totalitar ideologiya irəli sürüb həyata keçirdi.

Sovet  dövründə  nəşr  olunmuş  bütün  fəlsəfi-etik,  ictimai-siyasi  ədəbiyyatda  ideologiya  sinfi,  kommunist

(sosialist) ideologiyası kimi səciyyələndirilir, səhvən sosialist ideologiyasının praktikaya istiqamətverici nəzəriyyə

olduğu göstərilirdi.

Hələ  sovet  dövründə  sosialist  ideologiyası  ilə  “arzu  olunan  gerçəklik”,  nəzəriyyə  ilə  praktika,  sözlə  iş

arasında  uçurum  yarandığı  aydın  nəzərə  çarpırdı.  Kommunizm  quruculuğuna  şübhə,  inamsızlıq,  kütlələrdə  ruh

düşkünlüyü  sosialist  ideologiyasında  ehkamçılığı,  utopizmi  gücləndirir,  ideologiya  ilə  reallıq  üst-üstə  düşmürdü.

Bununla da sosialist ideologiyası həqiqi maddi qüvvəyə çevrilə bilmirdi, çünki kütlələr onu daxilən qəbul etmirdi.

Kütlələr  öz  praktik  fəaliyyətlərində  sosialist  ideologiyasının  gücsüzlüyünü  aydın  hiss  edirdilər.  Yalan  söz  işin

reallığına,  elan  olunmuş  məqsəd  və  ideallara  ciddi  təsir  göstərirdi.  Bu  ideologiyada  ideologiyaçılıq  elmiliyi,

partiyalılıq  və  sinfilik  sosial  məsuliyyəti,  inzibati-amirlik,  ehkamçılıq,  bürokratiya  humanizm  və  demokratiyanı

üstələdi. Nəticədə sosialist ideologiyası gerçəklikdən uzaqlaşdı, sovet gerçəkliyinin bütün problemlərini ört-basdır

və birtərəfli mədh edən, insanların sözsüz, kor-koranə icra etdikləri mifoloji  dünyəvi, dini elementləri özündə əks

etdirən ideologiyaya çevrildi.

Totalitarizm  -  hamı üçün  məcburi  olan  ideologiyaya  və  informasiya  vasitələri  üzərində  hökmranlığa  malik

qapalı sistem, təkpartiyalı, iqtisadiyyatda xüsusi mülkiyyətə yol verməyən ictimai bir quruluş idi.

Totalitar ideologiya:

Ümumiliyi, əxlaqı, demokratiyanı, fərdiyyətçiliyi məhv etdi.

Fərdi ən yaxşı keyfiyyətlərdən məhrum etdi, onda itaətkarlıq yaratdı, mənəvi deqradasiyaya səbəb oldu.

Cəmiyyətdəki illərlə formalaşmış milli ənənələri, mənəvi dəyərləri sarsıtdı.

Cəmiyyətin dövlətdən azad olmasını şərtləndirən dayaqlarını sındırdı.

Tədqiqatçılar ideologiyanı yanlış şüur kimi başa düşməyin əleyhinədirlər.

Məsələn, D.Lukaç belə hesab edirdi ki, ideologiyalarda həyatda meydana gələn və şüurlu seçməni, fəal qərar

qəbul etməni və onun ardıcıl həyata keçirilməsini tələb edən sosial əhəmiyyətli alternativ vəziyyətlər qeydə alınır,

bu  və  ya  digər  sosial  təbəqənin  strateji  səyləri  mənasında  sosial  idealları  formalaşır.  İdeologiyada  səfərbəredici

xarakter  daşıyan,  ictimai  fəallığı  idarə  edən,  dəyər  yönümləri  sistemi  təsbit  olunur.  Buna  müvafiq  olaraq

ideologiyada milli şüurla bağlı olan dəyərlər təcəssümünü tapır. İdeologiyaların şəxsiyyətin siyasi sosiallaşmasında

böyük  əhəmiyyəti  var.  Bu  mənada,  hər  bir  ideologiya  sosial-siyasi  dünyagörüşü  kimi  də  çıxış  edir.  İdeologiya

insana bir ictimai varlıq kimi baxmaqla səfərbəredici potensial yaradır.

Mühüm   cəhət   budur   ki,   ideologiya   sosial   varlığın   dərkinə   dəyərcə istiqamətlənmiş spesifik forma

kimi sosial qrupların, etnik ümumiliklərin tarixi fəaliyyətin müstəqil subyektlərinə çevrilməsinə kömək  edir. Buna

görə  də  islahatlar  və  inqilablar  dövründə  siyasi  qüvvələr  özlərinin  ən  vacib  vəzifəsi  kimi  sosial  davranışın

yönüm-motivasiya modeli ola biləcək ideoloji konsepsiyalar işləyib hazırlamağı vacib sayırlar.



VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Yüklə 119,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə