Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259.82 Kb.

səhifə1/80
tarix02.10.2017
ölçüsü259.82 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   80
2896

SEVDA AĞAMİRZƏ  QIZI  ƏHƏDOVA
MÜASİR DÜNYADA 
MƏDƏNİYYƏTLƏRARASI 
MÜNASİBƏTLƏR
BAKI  ■ "ELM " -  2014


A M E A -nın İnsan  Hüquqları  İnstitutunun 
Elmi Şurasının  дәгап ilə çap olunur.
Elmi məsləhətçi: 
Aytən Mustafayeva
hüquq elmləri üzrə fəlsəfə doktoru, 
M illi Məclisin deputatı
Elmi redaktor 
İradə Hüseynova
tarix üzrə elmlər doktoru,  professor, 
Əməkdar Müəllim
Rəyçilər: 
Nizami Cəfərov
filologiya üzrə elmlər doktoru, 
professor, A M E A -nın  müxbir üzvü, 
M illi Məclisin deputatı
Aydın Mirzəzadə 
siyasi elmlər üzrə fəlsəfə doktoru, 
M illi Məclisin deputatı
ISBN 978-9952-453-22-3
Əhədova  S.A.  Müasir  dünyada  mədəniyyətlər- 
arası münasibətlər. Bakı: "Elm  , 2014, 348 
s.
655 (07) - 2014
© "Elm" nəşriyyatı, 2014
Elmi redaktordan
ÖN  SÖZ
M
illi mədəniyyətlərin inkişaf perspektivlə­
rinin,  ümumdünya  mədəni  proseslərin, 
mədəniyyətlər arasındakı münasibət və əlaqələrin 
öyrənilməsi bütün  dövrlərdə mühüm  əhəmiyyət 
kəsb  edən  məsələlər  olmuşdur.  Lakin  xalqlar, 
dövlətlər, ölkələr arasında siyasi, iqtisadi, mədəni 
əlaqələrin getdikcə genişlənməsi,  qloballaşma və 
inteqrasiya proseslərinin daha da dərinləşməsi ilə 
səciyyələnən  müasir  dövrümüzdə  bu  məsələlər 
daha da aktual xaräkter daşımağa başlamışdır.
Dövrümüzün  çağırışları  və  beynəlxalq  mü­
nasibətlərdə  baş  verən  köklü  dəyişikliklər  milli 
mədəniyyətlər qarşısında bir sıra yeni həlli vacib 
məsələlər  qoyur.  Qloballaşma  prosesləri  təkcə 
mədəniyyətlərin  qarşılıqlı  uzlaşması  və  qarşılıq­
lı  zənginləşməsi  ilə  müşayiət  olunmur,  xalqların 
və  ölkələrin  mədəni  özünəməxsusluğuna  ciddi 
təhlükələr  yaradır.  Milli  mədəniyyətlərin,  milli- 
mənəvi dəyərlərin gələcək taleyi indi bütün bəşə­
riyyəti  düşündürən  problemlərdən birinə  çevril­
mişdir.  Belə  şəraitdə  beynəlxalq  səviyyədə  mə­
dəni  dialoqun  qurulması  qlobal  gündəliyin  əsas 
məsələsini təşkil edir.


Dünyada öz milli köklərindən və koloritindən 
kənarda  mədəniyyət  mövcud  deyildir.  Eyni  za­
manda milli mədəniyyətlərin inkişafını da ümum- 
dünya  proseslərindən  təcrid  olunmuş  şəkildə 
təsəvvür etmək  mümkün  deyildir.  Bu  baxımdan 
son vaxtlar milli mədəniyyətlərin qarşılıqlı təsiri, 
mədəniyyətlərarası  dialoq,  milli  və  ümumbəşəri 
dəyərlərin  əlaqəsi,  mədəniyyət  və  sivilizasiya, 
multikulturalizm  problemlərinin  geniş  diskussi­
ya predmetinə çevrilməsi təsadüfi deyildir.
Azərbaycan  ictimai-humanitar  elmi  də  bu 
məsələlərə biganə qalmamış, ölkəmizdə son dövr­
lərdə bu problemlərə dair bir sıra maraqlı əsərlər 
işıq  üzü  görmüşdür.  Əslində bu  heç  də  təsadüfi 
deyildir. Azərbaycan dövləti bu gün dünyada ge­
niş  vüsət  alan  beynəlxalq  mədəni  əməkdaşlıqda 
yaxından  iştirak  edir.  Ölkəmizin  son  dövrlərdə 
bir  sıra  nüfuzlu  beynəlxalq  mədəni-humanitar 
tədbirlərə  ev  sahibliyi  etməsi  dövlətimizin  xalq­
lar arasında, mədəniyyətlər arasında dialoqa necə 
önəm verməsinin əyani sübutudur.
Bu gün milli mədəniyyətimiz ölkəmizin sivili- 
zasiyon  dünyada  layiqli  yer  tutmasının  əsas 
amillərindən  biridir.  Ənənəvi  milli  identikliyi- 
mizi  qorumaq  şərti  ilə  dünya  mədəni  birliyinə 
inteqrasiya  olunmağımızda  mədəniyyətimizin 
strateji  potensialı  xüsusi rol oynaya bilər. Azərbay­
canın  beynəlxalq  nüfuzunun  getdikcə  artması, 
Azərbaycan  dövlətinin,  onun  başçısı  hörmətli 
İlham Əliyevin bu  vəzifəni  uğurla yerinə yetirdi-*
Sevda Ağamirzə qızı Əhədova
yini  göstərir.  Mədəniyyətimiz,  milli-mənəvi  də­
yərlərimiz  antiazərbaycan  şəbəkəsinin  ifşa  olun­
masında,  ölkəmizin  milli  maraqlarının  və  milli 
təhlükəsizliyinin təmin  edilməsində də ən səmə­
rəli vasitə ola bilər.
Bu  baxımdan  tədqiqatçı  Sevda  Ağamirzə  qı­
zı  Əhədovanm elmi-mədəni  ictimaiyyətin və  ge­
niş  oxucu kütləsinin müzakirəsinə  təqdim etdiyi 
'Müasir dünyada mədəniyyətlərarası münasibət­
lər"  adlı  monoqrafiyası  mühüm  əhəmiyyət  kəsb 
edir.  Monoqrafiyada  müasir beynəlxalq  münasi­
bətlərdə  və dünya siyasətində mədəniyyət fakto­
runun  yeri  və  rolu,  mədəniyyətlərin  qarşılıqlı 
təsiri  və  əlaqəsi,  mədəniyyətlərarası  dialoq  və 
əməkdaşlıq,  multikulturalizm  məsələləri  təhlil 
edilmiş,  milli  mədəniyyətlərin  qloballaşma  kon­
tekstində  inkişaf perspektivlərinə  münasibət bil­
dirilmiş, Azərbaycan dövlətinin mədəniyyətlər və 
sivilizasiyalararası  dialoqun  genişlənməsi  üçün 
həyata keçirdiyi siyasət işıqlandırılmışdır.
Müəllifin  mədəni  qloballaşma,  onun beynəl­
xalq  münasibətlərə  və  milli  mədəniyyətlərin  in­
kişafına  təsiri, qlobal informasiya  məkanının for­
malaşması, beynəlxalq mədəni hüquqlar sistemi­
nin inkişafı,  sivilizasiya  və mədəniyyətlərin  qar­
şılıqlı  əlaqəsi,  qərb  sivilizasiyasının  digər xalqla­
rın  milli-mədəni  identikliyinə  təsiri,  mədəniy- 
yətlərarası  münasibətlərdə milli dövlətlərin  rolu, 
milli və bəşəri mədəni dəyərlərin qarşılıqlı əlaqəsi 
və  s.  problemlərə  dair  fikirləri  öz  orijinallığı  və
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
5




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   80


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə