Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə14/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   10   11   12   13   14   15   16   17   ...   80

di,  intellektual  və  emosional  xüsusiyyətlərinin 
məcmusu kimi nəzərdən keçirilə bilər. Məd əniyyət 
incəsənət  və  ədəbiyyatla  yanaşı  həyat  tərzlərini, 
əsas insan hüquqlarım,  dəyərlər sistemini,  ənənə 
və  inancları  da  əhatə  edir  [111].  Bəyannamədə 
dəfələrlə  vurğulanır  ki,  hər  bir  mədəniyyət 
təkraredilməz  və  əvəzsiz  dəyərlər məcmusudur, 
məhz  öz  ənənələri  və  ifadə  formaları  vasitəsilə 
hər bir xalq özünü dünyaya tamdır.
Məd əniyyətin  bu  tərifinə  əsaslansaq,  onda 
"qlobal  mədəniyyət"i  bütün  dünyanın  bölüşdü­
yü,  eyniləşdirilmiş  və  standartlaşdırılmış  dəyər­
lər  toplusu  kimi  deyil,  "müxtəlifliyin  qlobal 
mədəniyyəti",  müxtəlif  mədəniyyətlərin  ümum- 
dünya  qarşılıqlı  əlaqəli sistemi kimi  qəbul etmək 
lazımdır [111].
Meksika Bəyannaməsi mədəniyyətlərin qarşı­
lıqlı əlaqəsi sahəsində siyasəti müəyyənləşdirən bir 
sıra prinsipləri özündə əks etdirir:  Bəyannamədə 
göstərilir ki, mədəni özünəməxsusluğun bərqərar 
olması  xalqlann  azadlığa  çıxmasına  kömək  edir 
və  əksinə,  ağalığm  hər  hansı  forması  bu  özünə­
məxsusluğun  inkarı  deməkdir və  onun mövcud­
luğuna təhlükədir.
Mədəni  özünəməxsusluq  insanın  hərtərəfli 
inkişafı  üçün  imkanlan  genişləndirən,  hər  bir 
xalqı və qrupu öz keçmişindən güc almağa, digər 
mədəniyyətlərin  elementlərini  mənimsəməyə  və 
bununla da özünü təkmilləşdirməyə sövq edir.
Heç bir mədəniyyət universal olmaq hüququ­
Sevda Ağamirzə qızı Əhədova
58
na  iddia  edə  bilməz,  universallıq  bütün  dün-  ' 
ya  xalqlarının  təcrübəsindən  yaranır.  Mədəni 
müxtəliflik  və  mədəni  özünəməxsusluq  bir-biri 
ilə sıx bağlıdır.
Mədəni özəlliklər insanları birləşdirən ümum­
bəşəri  dəyərlərin  vəhdətini  pozmur,  əksinə onla­
rı  daha  da  məhsuldar  edir.  Müxtəliflik  müxtəlif 
ənənələrin yanaşı mövcud  olduğu yerdə mədəni 
özünəməxsusluğun əsasını təşkil edir.
Hər bir xalqın  mədəni irsinin  qorunub saxla­
nılması beynəlxalq birliyin borcudur.
Bütün  bunlar  hər  bir  xalqın  özünəməxsus­
luğunu və mədəni irsini qoruyan,  inkişaf etdirən 
və zənginləşdirən, mədəni azlıqların və dünyanın 
digər  mədəniyyətlərinə  tam  hörmət  edilməsini 
təmin  edən  mədəni  siyasət  yürüdülməsini  tələb 
edir.
Bütünmədəniyyətlərinbərabərliyinivələyaqə- 
tini,  hər  bir  xalqın  mədəni  özünəməxsusluğunu 
təsdiq  etmək,  qoruyub  saxlamaq,  ona  hörməti 
təmin etmək hüququnu tanımaq lazımdır [111].
Bütün  mədəniyyətlər bəşəriyyətin  ümumi  ir­
sinin  tamını  təşkil edirlər. Xalqların mədəni  özü­
nəməxsusluğu  digər  xalqların  ənənələri  və  də­
yərləri  ilə  təmaslar  nəticəsində  zənginləşir.  Mə­
dəniyyət  dialoq,  fikir  və  təcrübə  mübadiləsi,  di­
gərlərinin  dəyər və ənənələrinin əxz edilməsidir. 
Mədəniyyət təcrid olarsa, ölümə məhkumdur.
Beləliklə, bu sənədin müddəaları dialoqu mə­
dəniyyətin mühüm keyfiyyəti kimi qəbul edir. Bu
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
5 f


keyfiyyət  mədəniyyətin  özünü  qoruması  və  in­
kişafım  təmin  etməklə,  ona  başqa  arqumentləri, 
təcrübəni  qəbul  etməyə,  kompromis  axtarmağa 
sövq edir.
YUNESKO-nun Mədəni müxtəliflik haqqmda 
Ümumdünya  bəyannaməsi  (UNESCO  Universal 
Declaration  of  Cultural  Diversity,  2001)  bu 
prinsipləri  daha  da  inkişaf  etdirərək  mədəni 
müxtəlifliyin  qorunub  saxlanılmasım,  seqreqa- 
siya  və  fundamentalizmin  qarşısının  alınmasını 
beynəlxalq  birliyin  əsas məqsədi kimi  müəyyən­
ləşdirir.  Bəyannamədə  mədəni  müxtəliflik  indi­
ki  və  gələcək  nəsillərin  rifahı  naminə  tanınmalı 
və  möhkəmləndirilməli  olan  bəşəriyyətin  ümu­
mi  neməti  kimi  dəyərləndirilir  [224].  Göstərilir 
ki,  informasiya  və  kommunikasiya  texnologiya­
larının coşqun inkişafımn təkan verdiyi qloballaş­
ma  prosesi  mədəni  müxtəlifliyə  təhlükə  yaratsa 
da,  insanlar və mədəniyyətlər  arasında  dialoqun 
bərpası üçün də şərait yaradır. Başqa sözlə, qlobal­
laşma  hökmən  mədəniyyətlərin  homogenləşmə- 
sinə gətirib çıxarmamalıdır, o mədəniyyətlərarası 
dialoqa və mədəni müxtəlifliyə kömək etməlidir.
Dünya  xalqları  minlərlə  müxtəlif  mədəniy­
yətlərin  daşıyıcılarıdırlar.  Bəzi  hallarda  ölkə 
əhalisinin  hamısı  və  ya  əksəriyyəti  bir  ümumi 
mədəniyyətə  malikdirlər,  digər  hallarda  isə  bir 
dövlət müxtəlif mədəniyyətləri özündə birləşdirə 
bilər.  Məhz  bu  baxımdan  dünyada  mövcud  olan 
mədəniyyətlərin  sayı,  hər  hansı  mədəniyyətə
Sevda Ağamirzə qızı Əhədova
60
M üa sir d ü nya da m əd ən iyyətlə rara sı  m ün asibətlə r
mənsub olmağın kriteriyaları ilə bağlı indiyə qədər 
vahid  fikir  yoxdur.  Mədəniyyətlər  arasında  ayı­
rıcı  xətt  çəkmək  üçün  dəqiq  müəyyənləşdirilmiş 
kriteriyalar  da  icad  edilməmişdir.  Ümumilikdə 
hazırda  dünyada  təqribən  200  müstəqil  dövlət, 
əsasən dillərə görə  bir-birindən  fərqlənən  10000- 
ə  yaxın  müxtəlif  etnik  qrup  və  xalq  mövcuddur 
[148]. Məhz dil amili bir mədəniyyəti digərindən 
fərqləndirən  əsas,  ancaq  yeganə  olmayan  krite- 
riyadır.  Mədəniyyətlər  statik  deyillər.  Hər  bir 
mədəniyyət  tarixi  köklərə  malikdir  və  zaman­
ca  dəyişirlər.  Mədəni  dəyişikliklər  və  mədəniy­
yətlərin  dinamik  yeniləşməsi  universal  xarakter 
daşıyır.
Beləliklə,  mədəniyyət  bir  tərəfdən  obyektiv 
olaraq  mövcuddu^,  digər  tərəfdən  o  subyektiv 
xarakterə  malikdir.  Çünki  mədəniyyət  fasiləsiz 
qarşılıqlı  sosial  təsir  prosesində  saysız-hesabsız 
ayrı-ayrı insanların tərəfindən ən müxtəlif yollar­
la  yaradılır  və formalaşır'. Mədəniyyətlərin yara­
dılması,  qorunub  saxlanılması,  adaptasiyası  və 
itməsi  məsələləri  iqtisadi,  siyasi,  ərazi  prosesləri 
ilə  sıx  bağlıdır.  Bu  baxımdan  YUNESKO-nun 
Mədəniyyət  üzrə  Ümumdünya  Komissiyasının 
məruzəsində  öz  əksini  tapmış  bir  müddəa 
diqqətəlayiqdir:  Ölkədə  yalnız bir  mədəniyyətin 
mövcud olması məcburi deyil. Əksəriyyət olmasa 
da, bir çox ölkələr polimədəni, çoxmillətli, poliet- 
nik ölkələrdir və dillərin, dinlərin həyat tərzlərinin 
təzahürlərinin  müxtəlifliyi  ilə  səciyyələnirlər.
6/


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə