Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə2/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   2   3   4   5   6   7   8   9   ...   80

yeniliyi ilə fərqlənir.
Yəqin ki, Sevda Əhədovanın monoqrafiyada öz 
əksini tapmış müasir dövrümüzün qlobal mədəni 
problemlərə münasibətini, baxışlarını  əks etdirən 
fikirləri  heç  də  birmənalı  qarşılanmayacaqdır. 
Müəllifin bir sıra konseptual məsələlərə yanaşma­
sı da müəyyən suallar doğurur. Bu da təbii hesab 
edilməlidir.  Çünki həqiqət mübahisələrdə ortaya 
çıxır. Lakin inanırıq ki, bu kitabı əlinə alan hər kəs 
ona biganə qalmayacaqdır. Ümid edirik ki, Sevda 
Əhədovanın  bu  əsəri  Azərbaycanda  beynəlxalq 
mədəni  proseslərin  tədqiqinə  müəyyən  dəyərli 
töhfə olacaqdır.
Sevda Ağamirzə qızı Əhədova
İradə Hüseynova
tarix  üzrə elm lər doktoru, professor
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
GİRİŞ
B
u  gün  müstəqil  Azərbaycan  dövlətinin 
həllinə  çalışdığı  mühüm  vəzifələrdən  bi­
ri  də  dünya  birliyinin  bərabərhüquqlu  üzvü  ki­
mi  beynəlxalq  aləmdə  gedən  inteqrasiya  pro­
seslərində yaxmdan iştirak etmək, xarici ölkələrlə, 
beynəlxalq  və  regional  qurumlarla  ikitərəfli  və 
çoxtərəfli  əməkdaşlığı  genişləndirmək  və  bu­
nunla  da  öz  milli  maraqlarını  təmin  etməkdən 
ibarətdir.  Azərbaycan  dövlətinin  xarici  siyasəti 
məhz  dünyanın  bütün  dövlətləri  ilə  bərabər­
hüquqlu  faydalı  əlaqələri  inkişaf  etdirmək,  bu 
əlaqələrdən  həm  Azərbaycan  Respublikasının 
beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, 
həm  də  respublikanın  iqtisadiyyatını,  elmini, 
mədəniyyətini  inkişaf  etdirmək  üçün  səmərəli 
istifadə etmək məqsədlərinə xidmət edir.
Hazırda  dünyada  baş  verən  siyasi,  iqtisa­
di,  mədəni  hadisə  və  proseslərdə  Azərbaycan 
dövləti layiqincə təmsil olunur, öz mövqeyini bil­
dirir və mənafelərini qoruyur. Ölkəmizdə həyata 
keçirilən  mütərəqqi  ictimai-siyasi,  iqtisadi  isla­
hatlar,  milli-mənəvi  dirçəliş,  fəal  xarici  siyasət 
respublikamızın  dünya  inteqrasiyasına  daha
7


sürətlə cəlb olunmasına, beynəlxalq münasibətlər 
sistemində  özünə  layiq  yer  tutmasına,  ərazi  bü­
tövlüyünün  təmin  ediləcəyinə  inamı  daha  da 
artırır.  Bu  vəzifələrin  həllində  mədəniyyət  fak­
toru  mühüm  rol  oynayır.  Ümumiyyətlə,  hər  bir 
dövlətin  beynəlxalq  münasibətlərdəki  rolu  və 
yeri  başqa  digər  faktorlarla,  hərbi,  iqtisadi,  siya­
si  resurslarla  yanaşı,  mədəni  resursları,  dünya 
ictimaiyyətinə  göstərə  biləcəyi  intellektual  və 
mədəni-mənəvi  təsir  imkanları  ilə  də  müəyyən 
edilir.  Həmin  resurslar  ənənəvi  milli-mənəvi 
kimliyimizi  və  özünəməxsusluğumuzu  qoru­
maqla  yanaşı  ümumdünya  mədəni  proseslərə 
uğurlu  inteqrasiya  olunmaq  üçün  baza  rolunu 
oynayır.  Azərbaycan  dövlətinin  beynəlxalq  nü­
fuzunun,  dünyaya  təsir  imkanlarının  artması, 
milli  maraqlarının  təmin  edilməsi  həm  də  bi­
zim  mədəni  dünyaya  hansı  dərəcədə  və  han­
sı  sürətlə  inteqrasiya  olunmağımızdan  asılıdır. 
Ölkəmiz  dünyada  genişlənən  iqtisadi  və  siyasi 
əməkdaşlıqda  fəal  iştirak etdiyi  kimi,  beynəlxalq 
arenada  həyata  keçirilən  mədəni  proqram  və 
layihələrdən  də  kənarda  qalmamalıdır.  Məhz 
bu  proses  çərçivəsində  dünyanın  müxtəlif  xalq­
larının,  regionlarının  zəngin  mədəni  dəyərlərini 
özündə  əks  etdirən  yeni,  inteqrasiya  olunmuş 
dünya  mədəniyyətinin  elementləri  təşəkkül  tap­
mağa başlayır. Bu prosesdə iştirak etməklə Azər­
baycan malik olduğu bənzərsiz milli-mədəni po­
tensialım reallaşdırmağa,  dünya  mədəniyyətinin
Sevda Ağamirzə qızı Əhədova
8
inkişafına  öz  töhfələrini  verməyə,  eyni  zamanda 
milli mədəniyyətimizin daha da zənginləşməsinə 
imkan tapır.
Son  dövrlərdə Azərbaycan beynəlxalq mədə- 
niyyətlərarası forumların keçirildiyi  ənənəvi mə­
kanlardan  birinə  çevrilməkdədir.  YUNESKO, 
İSESKO,  BMT-nin  Sivilizasiyalar Alyansının,  AŞ, 
onun Şimal-Cənub Mərkəzinin dəstəyi ilə 2010 və 
2012-ci illərdə Bakıda 1 və П Ümumdünya Mədə- 
niyyətlərarası  Forumlarının  keçirilməsi  bunun 
bariz  nümunəsidir.  2011-ci  -  2013-cü  illərdə,  1,11 
və III Bakı Beynəlxalq Humanitar Forumların təş­
kili,  digər  mötəbər  toplantıların  keçirilməsi  Bakı 
prosesinin əsasını qoymuş və ümumdünya mədə- 
niyyətlərarası  dialoq  və  əməkdaşlığın  inkişafına 
Azərbaycan  dövlətinin  konkret  töhfə  verdiyini 
bir daha sübut etmişdir. Bu forumlarda mədəniy- 
yətlərarası dialoqun konseptual, ideoloji və prak­
tik aspektləri müzakirə olunmuş, dialoq yolunda 
maneələr  nəzərdən  keçirilmişdir.  Azərbaycan 
Respublikasının  Prezidenti  İlham  Əliyevin  gös­
tərdiyi  kimi,  biz  istəyirik  ki,  bütün  xalqların, 
bütün  dinlərin  nümayəndələri  bir-biri  ilə  sıx  tə­
masda  olsunlar,  bütün  problemləri  açıq  şəkildə 
müzakirə  etsinlər,  öz  fikirlərini  bildirsinlər  [20, 
2011, 7 aprel].
2013-cü ilin oktyabrın 31  - noyabrın 1-də keçi­
rilən И-Ш Bakı Beynəlxalq Humanitar Forumu da 
bundan əvvəl Bakıda keçirilmiş digər beynəlxalq 
forumlar  kimi  Azərbaycanın  dünyada  artan  nü-
Müasir dünyada mədaniyyatlərarası münasibətlər
8


fuzunun  daha  bir  göstəricisi  olmuşdur.  Belə 
mötəbər  məclislərə  Azərbaycanın  ev  sahibli­
yi  etməsini  şərtləndirən  amilləri  Azərbaycan 
Respublikasının  prezidenti  İlham  Əliyev  gözəl 
izah  etmişdir:  "Əsrlər  boyu  Azərbaycanda 
müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar bir 
ailə kimi yaşamışlar. Heç vaxt Azərbaycanda mil­
li, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşıl­
mazlıq  olmamışdır.  Heç  vaxt  ayrı-seçkiliyə  yol 
verilməmişdir və bu gün də müstəqil Azərbaycan 
bu  ənənələrə  sadiqdir.  Hesab  edirəm  ki,  bizim 
təcrübəmiz  əyani  şəkildə  göstərir  ki,  müxtəlif 
mədəniyyətlərə,  müxtəlif  dinlərə  mənsub  olan 
xalqlar  mehribanlıq,  sülh,  əməkdaşlıq şəraitində 
yaşaya  bilərlər.  Yəni,  bu  sahədə  keçirilən 
tədbirlərin ənənəvi xarakter alması təbiidir.
Belə tədbirlərin keçirilməsi bir daha sübut edir 
ki, bütün xalqların və insanların dialoq şəraitində 
yaşaması  çox  vacib  və  mümkündür,  bu  mənada 
Azərbaycan  təcrübəsinin  öyrənilməsi  bir  çox 
ölkələr üçün faydalı ola bilər."  [6]
Elə  Azərbaycan  Respublikası  Prezidentinin 
Azərbaycanda  dini  mədəniyyətin,  dinlərarası  və 
mədəniyyətlərarası  dialoqun  təbliğinin  güclən­
dirilməsini  təmin  etmək məqsədi  ilə Azərbaycan 
Respublikası  Prezidentinin  ehtiyat  fondundan 
"Dini  mədəniyyətin  inkişafı"  Fonduna  3.0  (üç) 
milyon manat ayrılması haqqında 18 yanvar 2014- 
cü  il  tarixli  sərəncamı  da  Azərbaycan  dövlətinin 
mədəniyyətlərin dialoqunun inkişafı üçün ardıcıl
Sevda Ağamirzə qızı Əhədova
to
səylər  göstərdiyinin  mühüm  təzahürü  oldu  [62,  * 
2014,19 yanvar].
Müasir dünyada bir sıra  radikal  dəyişikliklər 
baş  verir.  Ən  mühüm  və  aparıcı  meyllərdən biri 
iqtisadi,  sosial-mədəni  və  elmi-texniki  qloballaş­
madır.  Dövrümüzün  ümumdünya iqtisadi,  siya­
si  və  mədəni  inteqrasiya  və  unifikasiya  prosesi 
olan  qloballaşma  prosesinin  müxtəlif  aspektləri 
mübahisələr  və  diskussiyalar  predmeti  olaraq 
qalmaqdadır. Azərbaycan xalqının ümummilli li­
deri Heydər Əliyevin qeyd etdiyi kimi, qloballaş­
ma  prosesi  çox vaxt heç də  nikbinlik  doğurmur. 
Bu  mürəkkəb  və  birmənalı  qiymətləndirilməyən 
prosesin  perspektivləri  hamımızı  düşündürür. 
Qloballaşma  dövlətlərin  sabit  inkişafının,  bütöv­
lüyünün  və  idarəetmə  sistemlərinin  sabitliyinin 
təmin  olunmasına,  iqtisadi  münasibətlərdə  ayrı- 
seçkiliyin  aradan  qaldırılmasına,  xalqların  rifah 
halının yüksəldilməsinə kömək etməlidir. Sözsüz 
ki, beynəlxalq hüquq prinsipləri və normalannm 
aliliyi, qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə 
sədaqətlə  yanaşı,  hər  bir  ölkənin  səciyyəvi  milli 
cəhətlərini də nəzərə alınması bu prosesin müəy- 
yənedici istiqamətləri olmalıdır [1].
Qloballaşma və inteqrasiya beynəlxalq müna­
sibətlərin əsas inkişaf meylidir. Bu proseslərə mü­
nasibətdə  təcridçilik  mövqeyi  tutan  ölkələrin  in­
kişaf perspektivi yoxdur. Ona görə də əsas vəzifə 
vahid  qlobal  sivilizasiyaya  gedən  yolu  düzgün 
müəyyənləşdirməklə,  milli dövlətlərin rolunu və

Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə