əhəmiyyətini möhkəmləndirmək üçün yeni bey
nəlxalq, dövlətlərarası normativ-hüquqi və qa
nunverici aktlar işləyib hazırlamaqdır.
Bununla əlaqədar qloballaşma və milli mədə
niyyətlərin, lokallaşmamn qarşılıqlı nisbəti prob
lemi olduqca aktuallıq kəsb etməyə başlayır.
Qloballaşan dünyada milli özünəməxsusluğu və
unikallığı necə qoruyub saxlamaq və eyni zaman
da bəşəriyyətin qlobal inkişaf perspektivlərinin
yaratdığı üstünlüklərdən necə səmərəli istifadə
etmək olar? Bu sual eyni
dərəcədə, bütün ölkələri
və xalqları düşündürən məsələyə çevrilmişdir.
Son dövrlərdə qloballaşmanın və milli mədə
niyyətlərin qarşılıqlı təsiri, mədəni qloballaşma
nın mahiyyəti, mədəniyyətlərarası münasibətlər,
mədəniyyətlərin dialoqu kimi bəşəri problemlər ic
timai elm nümayəndələrinin tədqiq və müzakirə
etdikləri əsas elmi problemlərdəndir. Azərbaycan
alimləri də bu problemlərin araşdırılmasından
kənarda qalmamış, ölkəmizdə son illərdə işıq
üzü görmüş bir sıra əsərlərdə "qloballaşma və
mədəniyyət" problemi əsas tədqiqat predmeti ol
muşdur [14-18,32,35,38-40; 43-47; 58-66; 71; 73; 76-
80; 101,109]. Müxtəlif konfrans və simpoziumlarda
bu problem əsas müzakirə obyekti olmuşdur. Bu
baxımdan "Qloballaşma şəraitində mədəniyyət
lərin qarşılıqlı təsiri" adlı beynəlxalq konfransın
materialları diqqəti cəlb edir [92]. Bütün bu əsərlər
"Qloballaşma və mədəniyyət" probleminin geniş
tədqiqi üçün mühüm nəzəri və metodoloji baza
/г
Sevda
Ağamirzə qızı Əhədova
təşkil edir. Bununla yanaşı etiraf edilməlidir ki,
qloballaşma prosesində milli mədəniyyətlərin
perspektivləri, qloballaşmanın beynəlxalq mədəni
əlaqələrin inkişafına təsiri yenə də aktual elmi və
sosial-siyasi problem olaraq qalmaqdadır. Diqqəti
cəlb edən digər məqam, adı çəkilən problemin
tədqiqində təşəbbüsün filosofların və qismən də
kültüroloqların əlində olmasıdır. Yuxarıda adı çəki
lən əsərlərin müəlliflərinin də əsasən fəlsəfə elmi
nin nümayəndələrinin alması, məsələnin fəlsəfi
aspektlərdən təhlil etmələri bunun əyani sübu
tudur. Politoloqların, sosioloqlarm, tarixçilərin,
beynəlxalq münasibətlər və beynəlxalq hüquq
üzrə mütəxəssislərin problemin həllində yaxın
dan iştirakına, müasir inteqrasiya
və qloballaşma
şəraitində Azərbaycan mədəniyyətinin ölkənin
xarici siyasətinin həyata keçirilməsində mühüm
amil kimi nəzərdən keçirilməsinə böyük ehtiyac
vardır. Bu zaman bir amili də nəzərə almaq la
zımdır ki, qloballaşan dünyada ölkənin rəqabətə
davamlılıq qabiliyyəti onun mədəniyyət siyasə
tindən, beynəlxalq arenada formalaşdırdığı imi
cindən çox asılıdır. BMT və YUNESKO-nun sə
nədlərində də mədəniyyət milli və beynəlxalq
inkişaf siyasətlərinin, beynəlxalq inkişaf naminə
əməkdaşlığın strateji tərkib hissəsi kimi qeyd olu
nur. Mədəniyyətin beynəlxalq münasibətlərdə
rolunun artmasını'Sübut edən göstəricilərdən biri
də xarici mədəniyyət siyasəti, mədəni diploma
tiya kimi terminlərin beynəlxalq münasibətlər
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
nəzəriyyəsində vətəndaşlıq hüququnun qazan
masıdır. Mədəni diplomatiya (mədəniyyət diplo
matiyası) isə diplomatiyanın ayrılmaz elementinə
və istiqamətinə çevrilmişdir.
Göründüyü kimi, beynəlxalq mədəni münasi
bətlərdə cərəyan edən proseslər çox geniş el
mi-nəzəri araşdırmalar tələb edir. Baş verən də
yişikliklərə adekvat olaraq yeni, daha çevik tə
fəkkür və dünyagörüş sisteminin formalaşdırıl-
masma ehtiyac duyulur. Xüsusən sivilizasiyaların
və mədəniyyətlərin dialoqu məsələsi bu gün bü
tün dünyada siyasətçilər, alimlər, mədəniyyət və
din xadimləri arasında ən geniş müzakirə olunan
məsələlərdən birini təşkil edir.
Prezident İlham Əliyev Bakı İkinci Beynəlxalq
Humanitar Forumda çıxışı zamanı bu məsələlər
diqqəti cəlb edərək demişdir ki, həm siyasətçilərin,
həm ictimai xadimlərin, vətəndaş cəmiyyəti və
mediya nümayəndələrinin məsuliyyəti ondan iba
rətdir ki, müsbət meylləri, müsbət təcrübəni işıq
landırmaq lazımdır. Biz fəaliyyətimizi
bu müsbət
təcrübə əsasında qurmalıyıq. Hesab edirəm ki,
əgər bax bu yanaşma üstünlük təşkil edərsə, o za
man dünya daha da əmniyyətli olacaqdır və xalq-
lararası əlaqələr müsbət, sağlam zəmində qurula
caqdır [20, 2012, 5 oktyabr].
2012-ci ilin oktyabrında Bakıda keçirilmiş II
Beynəlxalq Humanitar Forumun qəbul etdiyi
yekun sənəddə qloballaşma prosesinə ədalətli
xarakter verilməsi vacibliyi qeyd olunmuş, bü-.
Sevda
Ağamirzə qızı Əhədova
tün ölkələrin siyasi və elmi elitasına, nüfuzlu
beynəlxalq strukturlara dinamik qloballaşan cə-
miyyətdə humanitar problemlərə xüsusi diqqət
yetirməyə çağırış öz əksini tapmış, XXI əsrdə
qloballaşma proseslərinə yeni metodoloji yanaş
malar, postmodernist mədəniyyətdə ənənəvi
dəyərlər sistemi kimi bu problemlərin nəzərdən
keçirilməsinin vacibliyi vurğulanmışdır.
Forum, "hər bir cəmiyyətin ənənəvi xüsusiy
yətlərini nəzərə alaraq onun inkişaf prosesinin
özünəməxsusluğunu və müxtəlifliyini" dərk edə
rək beynəlxalq forumları və müxtəlif humanitar
təşkilatlan, dövlətlər, vətəndaş cəmiyyətləri və
konfessiyalar arasında tolerantlıq mühiti yarat
mağa və sivilizasiyalararası münaqişələrin qarşı
sını almağa xidmqt edən əsil mədəniyyətlərarası
dialoqun gerçəkləşdirilməsi məqsədi ilə forumlar,
konfranslar, müzakirələr və "dəyirmi masalar"m
təşkilinə davamlı olaraq təşəbbüs göstərməyə ça
ğırmış, dünyanın müxtəlif regionlarında getdikcə
artan qarşıdurma meylləri ilə yanaşı əməkdaşlığa
və qarşılıqlı anlaşmaya zəmin yaradan hazırkı
proseslərin universitetlərdə, elmlər akademiyala
rında və ayrı-ayrı fondlarda elmi fəaliyyətin diqqət
mərkəzində olması zəruriliyini göstərmişdir [29].
Təqdim olunan monoqrafiyam bu istiqamətdə
atılan addımlardan biri hesab etmək olar. Mo
noqrafiyada müasir beynəlxalq münasibətlərdə
mədəniyyət amilinin yeri və rolu təhlil edilmiş,
qloballaşmanın mədəni aspektləri, multikultu-
Müasir dünyada madəniyyatlərarası münasibətlər
15