Sevda Ağamirzə qızı Əhədova
Fəlsəfi-külturoloji fikir tarixində "mədəniyyət
və sivilizasiya" məfhumlarına müxtəlif yanaş
malar olmuşdur. N.İ.Danilevski, P.Sorokin,
A.Toynbi onlar arasmda məna fərqi qoymurlar.
O.Şpenqler, N. Berdyayev isə əksinə, sivilizasiyanı
mədəniyyətə qarşı qoyaraq, ona mexaniki, texno
loji mədəniyyət, mənəvi əsası olmayan, aşağı sıra
dan mədəniyyət kimi yanaşırdılar.
Sivilizasiya terminini adətən müəyyən inki
şaf səviyyəsinə çatmış xalqlara aid edirlər. Latın
dilindən ■
tərcümədə sivilizasiya termini mülki,
dövlət (civilis) mənasını bildirir və şəhər həyat
tərzinin, polisin insana təsirinin nəticəsi kimi
qəbul edirdi. Cəmiyyət inkişaf etdikcə sivilizasiya
məfhumu tarixi proseslərin təhlili kontekstindən
işlənməyə başlamışdır. Terminin mahiyyəti
ilə bağlı çoxlu müxtəlif fikrilər mövcuddur.
Ədəbiyyatda mədəniyyətlə yanaşı sivilizasiyanın
da onlarla definisiyasma rast gəlmək mümkün
dür ki, bu da terminin sintetikliyini, inkişaf edən
səciyyə daşıdığını göstərir.
Sivilizasiya termini müasir mənada ilk dəfə
olaraq Fransa və İngiltərə maarifçiləri tərəfindən
XVIII əsrin II yarısında dövriyyəyə buraxılmış
dır. Sivilizasiya sözünü ilk dəfə işlətmiş Markiz
de Mirabo özünün "Qanunların dostu"(1757)
traktında onun qaydalara əməl etmək və bu
qaydaların birgə yaşayış qanunları rolunu oy
naması məqsədi ilə tətbiq edilən ədəb, nəzakət,
mərifətin məcmusu kimi dəyərləndirmişdir.
гг
J.J.Russo, F.Volter bu sözü fel formasında (ci-
viliser) "mərifətləndirmək", "odəbləndirmək",
"maarifləndirmək" mənasında işlətmişlər. İngiltə
rədə bu sözün ilk dəfə 1797-ci ildə işlədildiyi
qeydə alınmışdır. Həmin dövrdə sivilizasiya ca
hilliyin, nadanlığın, geriliyin əksi kimi dərk edi
lirdi. Mədəniyyətə isə sivilizasiyanın komponenti
kimi baxılırdı. Lakin tədricən bu terminlər arasın
da fərqlər qoyulmağa başlanırdı. Əgər sivilizasi
ya inkişaf etmiş bütöv bir xalqlara və
ölkələrə aid
edilirdisə, "mədəniyyət" sivilizasiyanın yüksək
nailiyyətlərinin ifadə olunduğu mənəviyyatın
forma və səviyyələrinə şamil olunurdu [90, 124-
126].
1819-cu ildə "siviılizasiya" sözünün ilk
dəfə cəm halında işlədilməsi artıq bir deyil, bir
neçə sivilizasiyanın mövcud olduğunun təsdiq
edilməsinin sübutu idi.
"Sivilizasiya" termini tədricən yeni mənalar
və xassələr kəsb etməyə başlayırdı. Bir sıra hal
larda "mədəniyyət" anlayışı "sivilizasiya"dan
ayrılıqda işlədilir və hətta ona qarşı qoyulurdu.
XIX əsrdə elmi-materialist istiqamətin inkişafı
sivilizasiya haqqında da təsəvvürlərə öz təsirini
göstərmiş oldu. Bu təsəvvürlərə görə sivilizasiya
cəmiyyətin təbiətdən asılılığı olmayan daha
yüksək inkişaf səviyyəsidir.
Sivilizasiya nəzəriyyəsi klassik
sosiologiya ilə
birgə təşəkkül tapsa da, bu iki elmi istiqamətin
tədqiqat predmeti getdikcə şaxələnməyə başlayır-
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
<23
dı. Əgər sosiologiya daha çox müasir cəmiyyətin
sosial tənzimləmə prinsiplərinin öyrənilməsi
ilə, empirik tədqiqatlarla məşğul olurdusa, sivi
lizasiya insan varlığının tarixi ölçüləri haqqın
da təsəvvürləri formalaşdırır, tarixin müxtəlif
mərhələləri arasında qarşılıqlı əlaqəni öyrənirdi.
Tədricən sivilizasiya problemlərini öyrənən
müxtəlif məktəblər ("mədəni-materialist", "tarixi
idealizm", "mədəni-tarixi" və s. məktəblər) [122,
169-187] yarandı.
Sivilizasiya nəzəriyyəsinin baniləri kimi N.Da-
nilevskinin, M. Veberin, O.Şrenqlerin, P.Sorokinin,
A.Toynbinin, N.Eliasın, S.Ayzenştadtın adlarını
göstərirlər.
Sivilizasiya elminin dünyada ən böyük koordi
nasiya mərkəzlərindən biri kimi "Sivilizasiyaların
müqayisəli öyrənilməsi Beynəlxalq Cəmiyyəti"
hesab edilir (yaradıcıları A.Toynbi, P.Sorokin).
Cəmiyyətin ilk konfransı 1961-ci ildə Zalsburqda
keçirilmişdir. 70-ci illərdən başlayaraq isə bu
cəmiyyətin illik konfransları təşkil olunur, orada
müxtəlif ölkələrin alimləri iştirak edirlər.
1980-ci illərdən bu mövzuya maraq yemdən
artmağa başlayır. XX əsrin sonları - XXI əsrin əv
vəllərində müxtəlif ölkələrdə sivilizasiyalar nə
zəriyyəsinə dair bir neçə maraqlı əsərlər işıq üzü
görmüşdür. Rusiyada hazırda bu istiqamət üzrə
bir neçə elmi tədqiqat bölməsi fəaliyyət göstərir
[229].
Sevda Ağamirzə qızı Əhədova
Bir sıra müəlliflər (Y.Yakovets, A.Çernyak '
və s.) hətta tədqiqat predmeti sivilizasiyala
rın qarşılıqlı əlaqəsi olan yeni elm sahəsinin -
"Sivilioqrafiya" elminin (Çemyak, 1996) yarandı
ğını da göstərirlər. Bu heç şübhəsiz,
sivilizasiyalar
haqqında nəzəriyyənin müasir ictimaişünaslığm
mühüm istiqamətlərindən birinə çevrildiyini bir
daha təsdiq edir.
Mədəni-tarixi məktəbin nümayəndələri si
vilizasiyanı real fəaliyyət göstərən və öz qa
nunauyğunluqlarına (dövlətlərə, millətlərə və
ya sosial qruplara xas olmayan) malik olan iri
sosial-mədəni sistemlər kimi qəbul edirlər. Bu
qanunauyğunluqlar bu və ya digər dərəcədə
sistemin digər komponentlərinin, o cümlədən
maddi mədəniyyət və mənəvi həyat fəaliyyətinə
təsir göstərirlər. Hər sivilizasiya ayrı-ayrılıqda
mövcuddurlar, özünəməxsus xarakterə, sosial-
mənəvi struktura, tarixə, taleyə malikdirlər. Sivi
lizasiyalara uzun tarixi dövrləri əhatə edən dina
mika xasdır. Onlar ön inkişafında müxtəlif inki
şaf mərhələlərindən genezis - inkişaf
- yetkinlik
- ətalət - dağılma mərhələlərindən keçirlər.
B.S.Yerasova görə sivilizasiya məkan və za
man daxilində münasibətlər şəbəkəsinə və iri
miqyaslı vəhdət yaradan fərdlərin və qrupların
ümumi sosial-mədəni əlaqələrinə əsaslanır [122,
185].
Mədəni-tarixi yanaşmanın tərəfdaşlarına görə
sivilizasiyalara xas olan ümumilik ən adekvat
Müasir dünyada mədaniyyətlərarası münasibətlər
25