Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə65/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   61   62   63   64   65   66   67   68   ...   80

müharibələrin  qarşısının  alınmasının  əsas  şərti 
hesab edirdi  [133, 36].
Mədəniyyətdən kənarda xalqların, dövlətlərin 
mövcudluğu öz mənasını tamamilə itirir. Mədəni 
hüququ  yaşamaq  hüququ  ilə  bir  sırada  qoyan 
akademik  D.S.Lixaçev  qloballaşma  prosesini  bi­
rinci  növbədə  iqtisadi  maraqlarla  deyil,  mədəni 
maraqlarla uzlaşdırmağı tövsiyə edirdi. O, elə bir 
qloballaşma  konsepsiyası  yaratmağı  təklif edirdi 
ki,  o  böyük  xalqlarla  kiçik  etnoslar  arasında  ba­
lansın  saxlanılmasını,  qarşılıqlı  zənginləşməsini, 
onların  hər  birinin  unikallığının  qorunmasım, 
bütün  dünyada  mədəni  inkişafın  harmonikliyini 
təmin etmiş olsun.
Qeyd  edildiyi  kimi,  hər  bir  ölkənin  mədə­
niyyətin  qloballaşma  prosesinin  nəticəsi  olaraq 
getdikcə daha artıq dərəcədə beynəlmiləlləşməyə 
məruz  qalır,  belə  şəraitdə  əsas  məsələ  milli  öz- 
günlüyün  qorunub  saxlanması  üçün  mədəni 
məkanın  qorunub  saxlanmasıdır.  Balans  proble­
mi də məhz bundan ibarətdir. Bu balansı tapmaq, 
müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında 
qarşılıqlı  anlaşmaya  yardım  etmək  üçün  bir  sıra 
ümumi  prinsiplər  və  müddəalara  əməl  edilməsi 
zəruridir.
1. 
"Yüksək"  və "aşağı"  sivilizasiyalar olmadı­
ğı kimi "yüksək" və "aşağı" mədəniyyətlər, irqlər, 
xalqlar da  yoxdur.  Onların  hamısı  öz-özlüyündə 
dünya mədəniyyət xəzinəsinə unikal və təkrarsız 
töhfələr verirlər.
Sevda Ağamirzə qızı Əhədova
2. Dialoqun bütün iştirakçıları bərabər hüquq­
lu  tərəfdaşlardırlar,  onlar  bir-birlərini  dinləməli 
və  eşitməli,  maraqlarını  nəzərə  almalıdırlar. 
Yalnız  tərəflərin  maraqlarının  balanslarına  əməl 
etməklə  beynəlxalq  münasibətlərin  mövcud 
problemlərinin konstruktiv həlli mümkündür.
3.  Mövcud  problemlərin  yalnız  güc  metodla­
rı  ilə  həllinə  nail  olmaq  mümkün  deyildir.  Güc 
tətbiq edilməsi qısamüddətli səciyyə daşıya bilər 
və yeni, daha ağır böhranlara,  təhlükələrə gətirib 
çıxara  bilər.  Bunun  qarşısını  almaq  üçün  dünya 
və regional preventiv diplomatiya  mərkəzlərinin 
yaradılmasma ehtiyac duyulur:
4.  Elmi-texniki  tərəqqinin  nailiyyətlərini  (bi­
rinci  növbədə  səhiyyə  və  farmakologiya)  bütün 
bəşəriyyətin rifahı.naminə istifadə edilməsi üçün 
nemətlərə  pulsuz  əlçatarlıq  təmin  edilməlidir 
[113].
Mədəniyyətlərin  dialoqu  ümumdünya  tarixi 
prosesin  ayrılmaz  tərkib  hissəsi  XXI  əsrin  dün­
ya  düzəninin  formalaşmasının  strateji  istiqaməti 
kimi  qarşılıqlı  əlaqələrin  bütün  səviyyələrində 
-  beynəlxalq,  regional,  dövlət,  qeyri-dövlət  qu­
rumları,  ауп-ауп  şəxslər  səviyyəsində  xüsusi 
məsuliyyət tələb edir.
Müasir dünyada mədəniyyətlərarəsı münasibətlər


4 .3 .  S iv iliz a s iy a la ra ra s ı  d ia lo q :
Q ə r b   və  Şərq  fa k to r u
İ
ctimai  inkişafın  və  maddi  mədəniyyətin 
inkişaf  mərhələsi  kimi  səciyyələndirilən 
sivilizasiyaların  (eləcə  də  mədəniyyətlərin)  qar­
şılıqlı  əlaqəsindən  müasir  dünyanın  geosiyasi 
kontekstindən  kənarda  danışmaq  mümkün  de­
yildir.
Əksər  qərb  geosiyasətçiləıi  gələcək  dünya 
inkişafının  əsasən  iki  konsepsiyasından  çıxış 
edirlər. Onlardan biri -  neoatlantik konsepsiya (ən 
görkəmli  nümayəndəsi  S.P.Hantinqton)  gələcək 
dünya nizamım  müxtəlif sivilizasiyalar (əsasən 8 
sivilizasiya  -  Atlantik,  Latın  Amerikası,  slavyan- 
provaslav,  islam,  hind,  Çin, Yaponiya,  və Afrika) 
arasında  mədəni,  ideoloji,  dini  ziddiyyətlərin 
güclənməsi fonunda təsəvvür edir. Hantinqtonun 
məntiqincə  bu  ziddiyyətlər  sivilizasiyaların 
toqquşmasına,  lokal "qaynar nöqtələr" in və hətta 
mümkün  qlobal  münaqişələrin  yaranmasına 
gətirib  çıxara  bilər.  S.P.Hantinqtona  görə  funda­
mental təsəvvür və dəyərlərlə bağlı mədəniyyətlər 
arasında  müxtəliflik  və  fərqlilik  münaqişələrin 
əsas  mənbəyidir.  O,  əmindir  ki,  Qərb  siviliza­
siyası  digər  xalqların  sivilizasiyalarından  kök­
lü  şəkildə  fərqlənir.  O,  müxtəlif  sivilizasiyalann 
əsası  kimi  mədəniyyət  faktorunu  götürsə  də, 
əslində mədəni müxtəliflik ideyasını qəbul etmək 
istəmir.  Hantinqton  liberalizm,  bərabərlik,  azad-,
Sevda Ağamirzə qızı Əhədova
г?о
lıq,  demokratiya,  qanunçuluq,  insan  hüquqları, 
sekulyarizm  kimi  prinsiplərin  dünyada  bərqərar 
olunmasında  ABŞ-m  səylərini  həddən  artıq 
şişirtməklə,  onun  dünyada  yüksək  mədəniyyət 
və  humanist  dəyərləri  möhkəmlənməsində  də 
əsas rol oynadığını iddia edir [166].
Müəllif si vilizasiyalar rəqabətində mədəniyyət 
faktorunun mühüm rol oynadığmı əsas gətirərək 
"sivilizasiyaların  toqquşması"  (The  clash  of  ci­
vilizations)  nəzəriyyəsində  bu  rəqabətin,  qarşı­
durmanın  dövrümüzün  əsas  xassəsi  olduğunu, 
sivilizasiyalar  arasında  yaxınlaşma  və  qarşılıqlı 
əlaqəyə  nail  olmağın  mürəkkəb  məsələ  olduğu­
nu iddia edir. Düzdür, sonralar,  1996-cı ildə nəşr 
etdirdiyi  "The  clash  of  civilizations  and  the  re­
maining  of  the  World"  kitabında  [212]  müxtəlif 
dəyərlər  sistemin'  və  davranış  normalarına  ma­
lik mədəniyyətlərin yaxmlaşması nəticəsində va­
hid  dünya  sivilizasiyasının  yaranması  ideyasını 
irəli sürsə də, Qərb sivilizasiyasının, onun əsasını 
təşkil edən Amerika mədəniyyətinin üstünlüyünə 
inamını  saxlamışdır.  Bunu  onun  "Bütün  qərb 
ölkələri  üçün unikal və qiymətsiz olan sivilizasi- 
yon maraqları, dəyərləri və mədəniyyətləri qoru­
yaq və möhkəmləndirək" çağırışı da təsdiq edir.
Amerikalı  geosiyasətçi  Frensis  Fukuyamanın 
təklif  etdiyi,  "mondializm"  adlanan  ikinci  kon­
sepsiyaya  görə  gələcək  dünya  müstəsna  olaraq 
qərb,  Atlantik  dəyərlərin  qələbəsi  ilə  başa  çata­
caq,  bütün  ölkələr  vahid  planetar  dövlətə  tam
Müasir dünyada mədəniyyətlararası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə