Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə9/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   5   6   7   8   9   10   11   12   ...   80

cudluğu  onların  həllindən  asılıdır.  Bu  prob­
lemlərin  öhdəsindən  o  zaman  gəlmək  olar  ki, 
bəşəriyyət  azadlıq,  demokratiya,  məsuliyyət, 
varlığın  mənası  haqqında  dünyabaxışlarını  ye­
nidən  nəzərdən  keçirsin,  elmin,  texnologiyala­
rın,  informasiyanın,  təhsilin,  mədəniyyətin,  sə­
hiyyənin  nailiyyətləri  ilə  bütün  bəşəriyyətin 
mənafeyi üçün istifadə edilsin.
Müasir  dünya  sivilizasiyası  konkret  olaraq 
hər  hansı  millətə  və  ya  millətlər  konqlomeratma 
məxsus  deyil.  O  bütün  millətləri,  etnik  və  sosial 
qrupları  əhatə edir və xalqların qarşılıqlı  əlaqəsi, 
qlobal  səviyyədə inteqrasiya  nəticəsində yaranır. 
Bu  qlobal  sivilizasiyada bir  iqtisadi  sistem  möv­
cuddur və bütün xalqlar vahid iqtisadi qaydalara 
əməl etməlidirlər.  Bütün ölkələr vahid dünya ba­
zan çərçivəsində bir-birləri ilə mübadilə aparırlar. 
Bu  cür  sivilizasiyada  siyasi  fəaliyyət  beynəlxalq 
xarakter daşıyır və bütün xalqlar öz hüquq və ma­
raqlarını qorumaq üçün bərabər hüquqlara malik 
olmalı,  bütün  beynəlxalq  mexanizmlərə  bərabər 
yol tapmalıdırlar.
Qlobalizasiya  prosesi  bəşəriyyətin  mədəni- 
sivilizasiyon 
əsaslarına 
yenidən 
baxmağa, 
"ümumbəşəri  sivilizasiya"  yolunda  (bir  çox 
nəzəriyyəçilər  bunun  artıq  baş  verdiyini  iddia 
edirlər  -  S.Ə.)  mədəniyyətlərin  münasibətlərini 
səciyyələndirməyə  sövq  edir.  Müxtəlif  mədə­
niyyətlərə,  dinlərə,  milli-etnik  birliklərə  mənsub 
olan  insanlar arasında  əlaqələrin  genişlənməsi  və
Sevda Ağamirzə qızı Əhədova
intensivləşməsi  nəticəsində  müxtəlif  mədəniy­
yətlər nəinki dialoqa girir, onların qarşılıqlı çulğaş- 
ması baş verir. Elmi ədəbiyyatdabu prosesi müxtəlif 
terminlərlə  (konvergensiya, diffuziya,  inteqrasiya, 
yaxınlaşma, assimilyasiya, qarşılıqlı əlaqə, qarşılıq­
lı  təsir  və s.)  adlandırırlar.  Bu  məfhumların  ifadə 
etdiyi dinamik proseslər bir tərəfdən vahid dünya 
birliyinin  təşəkkül  tapmasına,  digər  tərəfdən  isa 
əksinə,  identiküyin  güclənməsinə,  mədəniyyətin, 
unikallığına  muxtariyyatma  diqqətin  artması  ilə 
müşayiət olunur.
Cəmiyyətlər 
arasında 
mədəni 
qarşılıqlı 
əlaqələr nə  qədər mürəkkəb  olsa  da,  müasir  tex­
nologiyalar,  informasiya-kommunikasiya  vasitə­
lərinin  sürətli  inkişafı  şəraitində  qlobal  mədəni 
çulğaşmanın tarixi ekvivalenti, alternativi yoxdur.
Hazırda qarşılıqlı mədəni əlaqələrin problemi 
üzrə bir sıra konsepsiyalar,  yanaşmalar mövcud- 
,dur  (qlobal  oykumena,  qlobal  homogenləşmə, 
hibridləşmə, mədəni imperializm və s.)
Mübahisəsiz demək olar ki, indiyədək mövcud 
olmuş  sivilizasiyaların  hamısı  regional  səciyyə 
daşıyırdı, təşəkkül tapmaqda olan qlobal siviliza­
siya  isə  ümumbəşəri  xüsusiyyətlərə malikdir.  O, 
bir  tərəfdən  insanın  bioloji  təbiətinin  vəhdətini, 
digər  tərəfdən  isə bəşəriyyətin  sosio-mədəni  bü­
tövlüyünü təcəssüm etdirir.
Sivilizasiyaların  toqquşmasının  qarşısını  al­
mağın  yeganə  yolu  kimi  də  yenə  də  siviliza­
siyaların  dialoqu  ideyasıdır.  Bu  ideya  bu  gün
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


əksər ölkələrin alimləri,  siyasətçiləri,  mədəniyyət 
xadimləri  arasında  fəal  müzakirə  edilir.  Belə 
müzakirələrin nümunəsi kimi  2002-ci  ildə  BMT- 
nin eqidası altında və 18 ölkənin aparıcı alimlərinin 
iştirakı  ilə  hazırlanaraq  nəşr  edilmiş  "Maneələri 
dəf  edərək  Sivilizasiyalararası  dialoq"  kitabım 
göstərmək  olar  [85].  Müəlliflərin  də  haqlı olaraq 
qeyd  etdiyi  kimi,  dialoq  qlobal  münasibətlərin 
yeni paradiqmasmm yaradılması üçün ən etibarlı 
alətdir.  Lakin  V.Mejuyevin  də  vurğuladığı  kimi 
dialoq ehtiyacı hər bir sivilizasiyada deyil, yalnız 
ona  mənsub  olan  ауп-ауп  fərdlərin özünü  təkcə 
aid  olduğu  birliyin  (tayfa,  xalq,  millət  və  s.)  de­
yil,  həm  də  bütün  bəşəriyyətin  aynlmaz  hissəsi 
kimi  hiss  etdiyi  sivilizasiyası  da  yaramr.  Buna 
görə də elə "xalqlar dostluğu"  məfhumunun özü 
yanlışdır.  Çünki  xalqlar  deyil,  müxtəlif  xalqla­
rı  təmsil  edən,  fərdi  səviyyədə  öz  yerli  identik- 
lik  çərçivəsini  aşaraq,  özünü  bütün  bəşəriyyətin 
övladı  kim  dərk  edən  insanlar  dostluq  edirlər. 
Beləliklə,  yalnız  o  sivilizasiya  universal  hesab 
oluna  bilər ki,  orada  insanlar öz mədəni identik- 
liyini fərdi şəkildə müəyyənləşdirmək hüququna 
(azadlığına) malikdirlər [145,121]. Bu hüququ nə 
qədər  çox  insan  əldə  edirsə,  sivilizasiyanın  uni­
versallıq səviyyəsi də bir o qədər artır.
Bu  mənada  təkcə  sivilizasiyalann  dialoqun­
dan  deyil,  həm  də  ümumdünya  miqyasında 
insanları  birləşdirməyə  qadir  dialoq  sivilizasi­
yasından  danışmaq  daha  doğru  olardı.  Bəlkə  də
чо
Sevda Ağamirzə qızı Əhədova
ümumi  dəyərlər  baxımından  insanlar  heç  vaxt 
vahid  məxrəcə  gələ  bilməyəcəklər,  nəyin  yaxşı, 
nəyin pis, nəyin doğru, nəyin doğru olmaması ilə 
bağlı  mövqelər, yanaşmalar müxtəlif olaraq qala­
caqdır,  əsas  odur  ki,  öz  mövqeyinin  doğruluğu­
nu insanlar güc vasitəsilə deyil, dinc yolla, dialoq 
vasitəsi ilə sübut etməyə can atsınlar.
Beləliklə,  universal  sivilizasiya  mədəniyyətlər 
arasındakı  sərhədləri  aradan  qaldırmır,  yalruz 
hər  kəsə  bu  sərhədləri  sərbəst  aşmaq,  bir  mədəni 
məkandan  digərinə  azad  surətdə  keçib  getmək 
və bu  zaman  özünün istəyinə uyğun  olan  mədəni 
məkanda  yaşamaq  imkanı  yaradır.  Universal  sivi­
lizasiya  mədəni fərqləri,  mədəıai  müxtəlifliyi inkar 
etmir,  əksinə,  mədəniyyətlər arasında  əməkdaşlıq, 
bərabərlik  münasibətlərinin  təşəkkül  tapmasına, 
müxtəlif mədəniyyətlərin daşıyıcıları  olan  insanla- 
nn  daha  da birləşməsinə, yaxınlaşmasına,  onlarda 
başqa mədəniyyətə tolerant münasibətin formalaş­
masına şərait yaradır.
Müasir dünyada mədəniyyətlararası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə