ümumbəşəri səylərlə axtarıb tapılmalıdır. Şərqlə
Qərbi qarşılaşdırmaq, onlara məxsus özəllikləri
mütləqləşdirmək və ya bu tərəflərdən birinə üs
tünlük vermək heç bir müsbət nəticəyə gətirə
bilməz.
Bu gün dünyada inkişafın "eqoist-rasiona-
list" modeli üstünlük təşkil edir. Qəbul edilən
hər qərarın, atılan hər addımın arxasında eqoist
(şəxsi, qrup, milli, sivilizasiyon) motivlər dayanır,
qərarların həyata keçirilməsinin yeganə vasitəsi
rolunda isə "xalis rasionallıq" çıxış edir. Bu para-
diqma çərçivəsində mənəvi-etik dəyərlər
rasional
qərarları qəbul etməyə mane olan zərərli maneələr
kimi qiymətləndirilir, mənəviyyatla bağlı fikirlər
isə "fəlsəfi boşboğazlıq" kimi ələ salınır. Maddi-
texniki nailiyyətlərin insanların rifahına xidmət
etmələri üçün mənəvi dəyərlərin sabit insan inki
şafının ən mühüm alətinə, qərarların qəbulunun
zəruri motivinə və kriteriyasma çevrilməlidir.
Əlbəttə, bu yanaşma tərəqqinin texnolo
ji nailiyyətlərindən imtinaya çağırış demək de
yildir, yalruz və yalnız mənəviyyat dünyasma
insan cəmiyyətinin təkamülündə keyfiyyətcə
yeni səviyyə kimi baxılması zərurətinin dərk
edilməsidir. Harmonik inkişafa nail olmaq üçün
müxtəlif sivilizasiyalara məxsus olan mütərəqqi
cəhətləri birləşdirən müasir sintetik təfəkkürə ehti
yac duyulur. "Rasionalizm aləmindən mənəviyyat
aləminə doğru" - bu təfəkkürün əsas devizi olmalı
dır. Hamını heyrətə salan Yaponiya müəmmasının
Sevda Ağamirzə qızı Əhədova
276
da açarını elə Şərq və Qərb təfəkkür tərzlərinin
uğurlu vəhdətində, başqa sözlə Şərqə məxsus
yüksək mənəvi potensialın Qərbə məxsus rasional
düşüncə mədəniyyəti ilə birləşdirilməsində axtar
maq lazımdır [52,110].
Faktik olaraq söhbət bəşəriyyətin əsasının,
ayrı-ayrı insanların, xalqlann, bütövlükdə insan
cəmiyyətinin mütərəqqi mənəvi-mədəni irsini
təşkil edən yeni inkişaf paradiqmasırun işlənib
hazırlanmasından gedir. Bunun üçün isə yenə si
vilizasiyaların və mədəniyyətin dialoqu zəruridir.
Elə dialoq ki, bütün bəşəriyyətin, müxtəlif siviliza
siyaların, xalqlann vətəndaş, mənəvi-etik, huma
nitar potensialını hərəkətə gətirə bilsin, müxtəlif
mədəniyyətlər arasındakı fərqləri aradan qaldır
mağa deyil, onlar arasında balansın yaradılması
na səy göstərsin.
Qərb və Şərq hər biri xüsusi "genotip"ə və
daxili inkişaf məntiqinə malikdirlər. Cəmiyyətin
iki tipinin - ənənəvi və texniki tipinin qarşılıqlı
əlaqəsi ənənəvi (tradisionalist) və texnogen si
vilizasiyaların nailiyyətlərinin və dəyərlərinin
qarşılıqlı çulğaşması yolu ilə həyata keçirilə bilər
(150, 334]. Bu mövqedən çıxış edənlər yaxın və
uzaq gələcəkdə müəyyən sosial-mədəni paradiq-
ma əsasında hansısa irimiqyaslı birliyin yarana
biləcəyini inkar edərək mədəniyyətlərin, xüsusən
Qərb və Şərq mədəniyyətlərinin qarşılıqlı çul-
ğaşmasmdan (inteqrasiyasından) deyil, yalnız
qarşılıqlı təsirindən (dağıdıcı və ya yaradıcı) da
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
277
Sevda
Ağamirzə qızı Əhadova
nışmağı üstün tuturlar [124, 77]. Bu mövqenin
tərəfdarlarının nəzərincə, dünyada mövcud olan
bu qədər müxtəlif mədəniyyətlərin inteqrasiyası,
ümumiyyətlə mümkün deyildir, çünki o, müxtəlif
mədəniyyətlər şəraitində tərbiyə almış insanların
qarşılıqlı anlaşmasını tələb edir. Buna iş praktika
sında nail olmaq mümkün deyildir.
Qərb sivilizasiyasının təməlində elmi-texniki
tərəqqinin nailiyyətlərinə əsaslanan iqtisadi sis
tem durur. Digər tərəfdən, Qərb sivilizasiyasını
şərtləndirən əsas cəhətlərdən biri də vətəndaş
(fərd) - cəmiyyət (dövlət) münasibətlərinin mü
kəmməlliyi, cəmiyyətin daha mütəşəkkil idarə
olunmasıdır. Şərq düşüncə tərzinin əsasmı in
sanın mənəvi kamilliyi təşkil edir. Lakin in
san sosial varlıq kimi cəmiyyətdə yaşayır. Şərq
cəmiyyətlərindən fərqli olaraq Qərbdə hər kəs
özünü cəmiyyətin bir üzvü kimi hiss edir, öz ri
fahını və azadlığını da ictimai münasibətlərdən
kənarda təsəvvür etmir [52,129].
Qərb cəmiyyəti üçün insan, onun zəkası, ra-
sionallığı böyük dəyər hesab olunur. Cəmiyyətin
rifahı üçün şəxsi məsuliyyət prinsipi mühüm
əhəmiyyət kəsb edir. Qərb sivilizasiyasının aparıcı
dini olan protestantizm də özündə maddi tərəqqi
ideyasını təcəssüm etdirir. Qərb mədəniyyətinə
mənsub insan həm özünün, həm də cəmiyyətin
maddi rifahım yaxşılaşdırmaq üçün yaşayıb-ya
radır. Bu Qərb sivilizasiya tipinin sosial-mədəni
identikliyinin əsasıdır.
278
Şərq təfəkküründə ənənəçilik çox güclüdür.
Yeniliyə qarşı mühafizəkarlıq isə inersiya yaradır.
Lakin bu inersiyanı, ətaləti qeyri-şərtsiz pis hadisə
kimi, geriliyin səbəbi kimi qiymətləndirmək ol
maz [52], bu əslində dəyərlərə sadiqlik deməkdir.
Qərbdə insanlar öz azadlıqlarına çatmağı
cə
miyyətin qayda-qanunlarını, prinsiplərini dəyiş
dirmək, təkmilləşdirmək yolu ilə nail olmaqda
görürlər.
Demokratiya, insan azadlıqlarına əsaslanan
hüquq normaları sisteminin Qərb siyasi sivilizasi
yasında təşəkkül tapması da bununla əlaqədardır.
Halbuki insanın azadlığı, bərabərliyi, ədalətli
cəmiyyət haqqına ilk fikirlərin mənbəyi tarixən
Şərq olmuş, onların reallaşması uğrunda fəal so
sial mübarizə də burada baş vermişdir. Bunun
üçün sadəcə olaraq Məzdəkizm, Xürrəmilər
və başqa tarixi-sosial hərəkatları yada sal
maq kifayətdir. Lakin elmi-texniki, mədəni
nailiyyətlər, xüsusi mülkiyyət institutu, mülki
və dini hakimiyyətlərin bölünməsi və b. amillər
Qərbdə ictimai təşkilatlanmanın daha səmərəli
formalarının tapılmasına təsir göstərmiş, müasir
Qərb demokratiyası təşəkkül tapmışdır.
Müasir ərəb müəlliflərindən Əl-Cənabi he
sab edir ki, Şərqlə Qərbin qarşılıqlı anlaşması
və hətta ideya və inancların Qərb-Şərq sinkrisisi
həm genetik, həm mahiyyət əsaslar etibarilə is
tisnadır. Qərb və Şərq
mədəniyyətlərinin dialoqu
sivilizasiyon əsasların köklü fərqliliyi baxımdan
Müasir dünyada madəniyyətlərarası münasibətlər