anlaşma və hörmət əsasmda açıq və nəzakətli fi
kir mübadiləsi kimi başa düşülür [70a].
Mədəniyyətlərin və sivilizasiyaların dialoqun
dan damşarkən ilk növbədə sivilizasiyalar və on
ların müxtəlifliyi və zənginliyi nəzərdə tutulur.
Hazırda ölkələrin xarici siyasəti əvvəlkindən daha
artıq dərəcədə mədəniyyətləri dialoqu, mədəni
fərqləri, müxtəlif mədəni, dini, etnik birliklərin
birgə yaşaması problemlərinin müzakirəsinə
yönəldilmişdir. Dialoqa və əməkdaşlığa hazır
olma hamı üçün baza prinsip olmalıdır. Yalnız
belə şəraitdə azadlıq, bərabərlik, həmrəylik kimi
universal dəyərləri qoruyub saxlamaq, separa
tizm, dini fanatizm, irqi, milli, ayrı-seçkilik, tota
litar ideologiyalara qarşı birgə mübarizə aparmaq
olar.
Bu gün bəşəriyyətin üzləşdiyi problemləri,
təhlükələri yalnız bütün xalqlann, dövlətlərin
birgə səyi ilə aradan qaldırmaq olar. Buna görə
də dünya mədəniyyətlərinin yanaşı yaşaması
nı təmin etmək üçün onların dialoqunu təşkil
etmək, digər mədəniyyətlərin nəsildən-nəslə keç
miş dəyər təsəvvürlərinə və mədəni özəlliklərinə
hörmətlə yanaşmaq lazımdır.
Azərbaycanın
birinci
ledisi
M.Əliyeva
dialoq
haqqında
damşarkən
göstərir
ki,
mədəniyyətlərarası və sivilizasiyalararası dialoq
indi dünyada ən aktual və ən populyar mövzular
dan biridir. Müxtəlif ölkələrdə bu problemə həsr
olunmuş, "dəyirmi masa"lar, konfranslar, forum
Sevda Ağamirzə qızı Əhədova
гзб
lar keçirilir. Bütün bunlar öz-özlüyündə dialoqun
bir növü olsa da təəssüf ki, mövcud vəziyyətə
onun təsiri hələlik olduqca azdır. Düşmənçilik,
dözümsüzlük, etnik təmizləmələr, soyqırım
lar, müharibələr bugünkü dünyanın reallığıdır.
Belə şəraitdə dialoq mövzusuna qatılan insan
ların - siyasətçilərin, ictimai və dini xadimlərin,
alimlərin, sadə insanların sayı ildən -ilə artır. Bu
da öz növbəsində mədəniyyətlərin, sivilizasiyala
rın qarşılıqlı əlaqəsi ilə bağlı müxtəlif ssenarilərin,
konsepsiyaların, nəzəriyyələrin meydana çıxma
sına səbəb olur. Artıq mədəniyyətlərarası dialoq
sırf kulturoloji problem çərçivəsindən çıxaraq .bö
yük siyasətin probleminə çevrilibdir. Bizim hər
birimiz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı,
bəşəriyyət adlı bir ailənin üzvüyük. Qloballaşma
prosesi hər birimizi böyük və ümumi bir məkanın
sakinlərinə çeviribdir. Bu məkanda insanlararası,
dövlətlərarası, xalqlararası dialoq məhz etik, nor
mal, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır
[20,2011,9 aprel].
Bu gün dünyada milli mədəniyyətlərin di
aloquna münasibətdə iki yanaşma özünü gös
tərməkdədir. Birinci yanaşma mədəniyyətlərin
aşağı və yüksək tiplərinin mövcudluğunu iddia
edir. Bu zaman yüksək mədəniyyət tipi kimi in-
gilis-saks (Avroatlantika), Avropa mədəniyyəti
qəbul edilir. Guya tarixi inkişafın gedişi onun
qlobal üstünlüyünü, başqa mədəniyyətlər üçün
nümunə olması hüququnu sübut etmişdir. Bu
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
yanaşmanın ideoloji-siyasi əsaslandırılmasını biz
S.Hantinqtonun "Sivilizasiyaların toqquşması"
əsərində görürük [212]. Müəllif dil, din və tarixi
düşüncə birliyinə əsaslanaraq dünyanın müxtəlif
mədəni tiplər sivilizasiyasına bölür. Bu sivilizasi
yalar arasında münaqişələrin qaçılmaz olduğunu
iddia edir.
Digər yanaşma hər bir mədəniyyətə dəyər
kimi, qarşılıqlı mədəni zənginləşmə mənbəyi
kimi münasibəti özündə ehtiva edir. Belə dialoq
bərabərhüquqlu subyektlərin qarşılıqlı əlaqəsidir,
əməkdaşlığıdır. Mədəniyyətlərarası dialoqda bu
yanaşmanın əsas prinsipləri D.S.Lixaçevinmüəllifi
olduğu "Mədəniyyətin hüquq bəyannaməsi"ndə
öz əksini tapmışdır: Mədəniyyət bəşəriyyətin
humanistləşməsinin əsas mənbəyidir, hər bir
xalqın mədəniyyəti onun mənəvi unikallığı
nı müəyyənləşdirməklə, yaradıcı potensial və
qabiliyyətini nümayiş etdirməklə yanaşı bütün
bəşəriyyətin sərvətidir. Ona görə də hər bir milli
mədəniyyətin qorunması və inkişafı bütün dün
ya birliyinin işi olmalıdır. Mədəniyyət xalqların,
dövlətlərin, sivilizasiyaların sosial-iqtisadi inkişa
fının, insanın mənəvi-əxlaqi yüksəlişinin əsasıdır.
Demokratik həyat dəyərlərinin və insan hüququ
nun təmin edilməsi birinci növbədə cəmiyyətin
mədəni inkişaf səviyyəsi ilə ölçülür. Mədəni irsin
hər hansı elementinin itirilməsi əvəzolunmaz it
kidir və bütün bəşəriyyətin mənəvi yoxsullaş-
masma aparır. Mədəni qarşılıqlı anlaşma və mədə- •
Sevda Ağamirzə qızı Əhədova
niyyətləri qarşılıqlı surətdə zənginləşdirən dialoq
iradəsinin olmaması münaqişə və müharibələrin
əsas səbəblərindən biridir. Məhz dialoq xalqlar
arasında qarşılıqlı anlaşmanı təmin edir, onların
hər birinin mənəvi unikallığını üzə çıxarmağa
kömək edir. Müasir dünya birliyinin iqtisadi və
siyasi inteqrasiyası şəraitində mədəni inkişaf və
mədəni həmrəylik tolerantlığın, qarşılıqlı anlaş
manın və demokratiyanın rəhni müharibə və zo
rakılığın qarşısının almması şərtidir [133].
Akademik D.S.Lixaçevin mədəniyyətə yanaş
ması da diqqəti cəlb edir: "Mədəniyyət müəyyən
məkanda yaşayan insanları adi əhalidən xalqa,
millətə çevirən bütöv hadisədir. Mədəniyyət
məfhumuna din, elm, təhsil və insanların və
dövlətin mənəvi və əxlaqi davranış normaları daxil
olmalı və daxildir. Mədəniyyət Allah qarşısmda
xalqın və millətin varlığım zəruri edən amildir
[134, 349]. D.Lixaçev kulturasfera (mədənisfera)
məfhumunu dövriyyəyə'daxil etmiş, mədəniy
yətin inkişafım dinamikada və fərqlilikdə, onun
ayrı-ayrı hadisələri, fenomenləri, elementləri, qat
lan, yarımsistemləri arasında fasiləsiz dialoqda
görürdü [134, 254-258].
Sivilizasiya proseslərinin, birinci növbədə
qloballaşmanın sürətlənməsi şəraitində dün
yanın müxtəlif xalqlannın mədəniyyətləri də
təhlükə altında qalır. Kütləvi kommersiya mə
dəniyyətin güclənməkdə olan müdaxiləsi həm
milli mədəniyyətlərin özünəməxsusluğuna, həm
гзЧ
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
Dostları ilə paylaş: |